III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1001
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ŞƏRQİ ANADOLUDA YAŞAYAN AZƏRBAYCANLILARIN
FOLKLORUNDA ETNO-PSİXOLOJİ TƏZAHÜRLƏR
Emin AĞAYEV
Qafqaz Universiteti
eagayev1@qu.edu.az
AZƏRBAYCAN
İnsanların etnik mənsubiyyəti və onların psixologiyası arasındakı əlaqəni öyrənən elm
sahəsi Etnopsixologiyadır. Hər bir xalqda olduğu kimi Azərbaycanlıların da özünəməxsus
etnik psixoloji xüsusiyyətləri vardır. Bu etno-psixoloji xüsusiyyətlər isə xalqı təşkil edən hər
bir fərdin mənəvi inkişafına və mənəvi təkmilləşməsinə mühüm, əhəmiyyətli təsir göstərir.
Etnik psixoloji xüsusiyyətlər keçmişdən bu günə kimi milləti təşkil edən fərdlərin qarşılıqlı
münasibətləri zəminində foramalaşmışdır.
Azərbaycan xalqının etnik psixoloji xüsusiyyətləri nəsildən - nəslə keçərək xalqın adət
və ənənələrində, inam və əqidəsində, davranışında, başqalarına, eləcə də özünə münasibətdə
təzahür etmişdir.
Azərbaycan folklor areal baxımından Azərbaycan, Şərqi Anadolu, Dağıstan, Gürcüstan,
İran, İraq - Kərkük bölgələrini əhatə edir. Tarixən Azərbaycanlıların yaşadığı ərazilər-
dən olan Şərqi Anadoluda yaşayan etnosların etnopsixoloji xüsusiyyətləri bir çox aspektdən
təhlil oluna bilər. Folklor nümunələri əsasında bu təzahürləri müşahidə etmək isə daha
məqsədəuyğundur. Belə ki, bu ərazidə yaşayan yerli adlanan türklər, türkmənlər, tərəkəmələr,
azərilər eyni etnosun – oğuzların ayrı-ayrı qollarıdır. Yerli adlanan türklər oğuzların qayı bo-
yundan, türkmən, tərəkəmə və azəri adlanan Azərbaycanlılar isə qınıq boyundandır. Şərqi
Anadoluda yaşayan türkmən, tərəkəmə və azərilər Azərbaycan folklor arealına daxildir. Şifahi
mədəni irsləri, danışdıqları dil, dialekt təzahürləri də eynilik təşkil edir.
Eyni tarixi keçmişə sahib olan xalqların etnopsixoloji xüsusiyyətlərində eynilik, yaxın-
lıq təbiidir. Bunları bilmədən qonşuluqda yaşayan xalqlarla əlaqə qurmağın uyğun yollarının
müəyyənləşdirmək çətin olur.
Şərqi Anadoluda yaşayan Azərbaycanlıların folkor nümunələri əsasında onların etno-
psixoloji təzahürlərini müşahidə etmək üçün bir çox qaynağa müraciərt olunacaqdır. Onlardan
Ə.Cəfəroğlunun “Şərq ellərimiz ağızlarından toplamalar: Qars, Ərzurum, Çoruh İlbaylıkları
şivələri” (Doğu illerimiz ağızlarından toplamalar: Kars, Erzurum, Çoruh İlbaylıkları ağızları)
adlı kitabını, Əhməd Bican Ercilasun hazırladığı “Qars eli ağızları – Səs bilgisi” kitabını,
Selahattin Olcayın “Erzurum ağzı” araşdırması, Prof. Efrasiyap Gemalmazın “Erzurum İli
ağızları: (inceleme-metinler-sözlük ve dizinler)” adlı üç cildlik fundamental tədqiqat işini,
Husna Kavakliceşmenin “Qars ve İqdır azəriləri ağzı (dil incələməsi-mətn-indeks) araşdırma-
sını nümunə göstərmək olar.
Qeyd olunan ədəbiyyatlara baxdıqda biz bu bölgədə yaşayan Azərbaycanlıların
folkloruna aid nümunələrə yetərincə yer verildiyinin şahidi oluruq. Şifahi xalq ədəbiyyatı
nümunələrindən - laylalar, oxşamalar, xalq mahnıları, atalar sözləri, məsəl, lətifə və nağılllara
lazımı qədər yer verilmişdir. Bu etnopsixoloji təzahürlər içərisində - laylalar ana sevgisini,
atalar sözlərində vətən, yurd sevgisi, vətən uğrunda mübarizə, bayatılarda sevgi, sosial və
içtimai həyat, nağıllarda mərdlik, şərəf və namusla yaşamaq, mahnı və nəğmələrdə yaşayış
tərzi, məşğuliyyət kimi etnopsixoloji təzahürləri sezmək mümkündür. Etnopsixoloji təzahürlər
fonunda Novruz bayramının xüsusi çəkisi var. Şərqi Anadoluda yaşayan azərbaycanlılar
Novruz bayramına çox böyük əhəmiyyət verir, bayrama iki ay əvvəldən hazırlanmağa
başlayırlar. Bu bölgədə milli bayram olaraq qəbul edilən novruz; bayramlar içərisində birinci
sıradadır. Uşağlar, gənclər, yaşlılar - bütün xalqın iştirakı ilə keçirilən novruz özündə bir çox
adət ənənəni, inancı ehtiva edir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1002
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Elmi ədəbiyyatda Qars və İqdır Azərbaycanlılarının təşəkkülü bir neçə zaman dilimi
olaraq diqqətə alınır. İlk zaman kəsimi kimi bu ərazilərdə tarixən yaşayan türk mənşəli tayfa-
ların ta qədimdən məskun olmasıdır. Sonrakı zaman kəsminə isə ilkin və orta dövrlərdə İqdır,
Duzluca və Aralıq bölgələrini əhatə edən Sürməli Çuxuruna oğuzların, daha sonralar səlcuqlu
boylarının yerləşməsini göstərmək olar.
Sayları çox olmayan Ağrı Azərbaycanlıları daha çox Ağrının Taşlıçay el mərkəzi ilə
Taşlıçay qəsəbəsinə bağlı Yuxarı Taşlıçay kəndində və nisbətən də Ağrının mərkəzdə yaşayırlar.
Şərqi Anadolunun digər ərazilərində də kompakt yaşayan Azərbaycanlılar ümum
Azərbaycan folklor arialının təmsilçiləridir. Onlara aid folklor nümunələri vasitəsi ilə bu əra-
zilərdə tarixən yaşayan Azərbaycanlıların etnopsixologiyasını öyrənmək elmi əhəmiyyət kəs
edir. Bu tədqiqat milli mənlik şüurunun formalaşmasına, ümumən millətin tərəqqisi üçün böyük
əhəmiyyətə malikdir.
BƏKİR ÇOBANZADƏ VƏ TÜRKLƏRİN ORTAQ ƏDƏBİ DİL PROBLEMİ
Pərvin EYVAZOV
Bakı Dövlət Universiteti
pervin.bdu@mail.ru
AZƏRBAYCAN
Türk dünyasının tanınmış dilçi alimi professor Bəkir Çobanzadə elmi araşdırmalarında
ədəbi dil məsələsinə xüsusi yer ayırmışdır. Ömrü boyu həm yaradıcılığı, həm də ictimai-siyasi
fəaliyyəti ilə türk xalqlarının birliyinə, tərəqqisinə ləyaqətlə xidmət edən bu görkəmli
ziyalının türklərin ortaq ədəbi dilinin yaradılması istiqamətində apardığı elmi araşdırmalar bu
gün də öz aktuallığını saxlamaqdadır.
B.Çobanzadə ədəbi dil məsələsinə iki rakursdan yanaşır: birincisi, ümumi mənada ədəbi
dil məsələsi, ikincisi, türkçənin ədəbi dil olması ilə bağlı problemlər. Ümumi mənada ədəbi
dil anlayışından danışan tədqiqatçı ədəbi dilin əsasında mühafizəkarlıq və məhəllilik kimi iki
təməl prinsipin dayandığını qeyd edir. O, ədəbi dilin canlı danışıq dilindən, şivələrdən ayrı
təsəvvür edilmədiyini və onlardan təcrid olunmuş şəkildə uzun müddət müstəqil yaşaya
bilməyəcəyini düzgün göstərir. Bu mənada, B.Çobanzadə ədəbi dil anlayışnı dialekt və şivə-
lərə söykənən canlı dilin alternativi kimi də təqdim edir. Həmçinin görkəmli alim ədəbi dildə-
ki dəyişiklikləri müxtəlif sinfi, iqtisadi amillərlə əlaqələndirir. O, bəzən ədəbi dili hakim sinfin
şivəsi və ya ləhcəsi kimi də xarakterizə edir. Bir növ, burada türkoloq məsələyə Marksist nöq-
teyi-nəzərindən yanaşır.
Bəkir Çobanzadə belə hesab edir ki, ədəbi dil ya bir məmləkətin tanınmış şair və yazıçı-
larının dilinə istinadən, ya da bu regionun elm, mədəniyyət mərkəzinə çevrilmiş şivəsi əsasın-
da meydana gəlir. Müəllifə görə, müəyyən bir inkişaf mərhələsindən sonra türk coğrafiyasın-
da süni ədəbi dilin yaranması üçün iki başlıca şərt lazımdır:
1. Fransız Akademiyası kimi geniş səlahiyyətə malik orqanın yaradılması və ya hər
kəsin anlaya biləcəyi şair, filosof və yazarların olması;
2. Bu məsələdə hökümət orqanlarına və qurumlarına söykənilməsi.
Ədəbi dili süni, xalq dilini təbii hesab edən alim bəzi dilçilərin XVIII əsrdə yazan şair
və yazıçıların dili ilə bağlı səsləndirdikləri “adiləşmiş ədəbi dil” ifadəsini haqlı olaraq düzgün
saymır. Baxmayaraq ki, Bəkir Çobanzadə ədəbi dili süni adlandırır, ancaq yenə də o, alim,
şair və yazarların ədəbi dillə yazmasının tərəfdarı kimi çıxış edir. Çünki “ədəbi dil onunla
yazanı ümuma, yəni hər kəsə çatdıracaqdır”.
Türklərin ortaq ünsiyyət vasitəsinin - ədəbi dilinin yaradılması haqqında da müəllif ma-
raqlı təkliflərlə çıxış edir. Bildirir ki, mövcud türkçələr arasında böyük lisani fərq yoxdur, hət-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1003
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ta onların (türk xalqlarının) ədəbiyyatlarında lisani və üslubi ayrılıq o qədər də ciddi şəkildə
nəzərə çarpmır.
Ona görə də “bu vəziyyət türk-tatar mühərrirləri arasında ümumi ədəbi dil məsələsini
ortaya çıxarmışdır. Lakin iqtisadi və elmi mərkəzlər olmadan bu məsələni həll etmək mümkün
deyildir. Hər şeydən əvvəl Rusiya türk-tatarları arasında ümumi maarif mərkəzi yaradıl-
malıdır”.
O, vahid türk ədəbi dilinin yaradılması üçün hələ də yetərli imkanların olmaması
qənaətindədir. Görkəmli alimin dediyi kimi, türklərin müxtəlif dövrlərdə ayrı-ayrı yaratdıqları
böyük dövlətlərin ədəbi dilləri də mövcud olmuşdur, ancaq o dövlətlərin süqut etməsi ilə bu
ədəbi dillər yalnız bədii əsərlər vasitəsilə günümüzə kimi gəlib-çatmışdır. Həmçinin türkçənin
ədəbi dil kimi uzun müddət hazırlıqsız olmasının digər bir səbəbi ədəbiyyatda olduğu kimi,
təhsilə də ərəb-fars dillərinin geniş ayaq açmasıyla bağlı idi, hətta bunun nəticəsində uzun
müddət dilimiz xalq ədəbiyyatının təsir dairəsindən də uzaq düşmüşdü.
Dilçi alim türkcənin ədəbi dil olmasına mane olan amillərdən birini də onun leksik
tərkibinin zəngin olmaması və “məna fəqirliyi” ilə bağlayır. Biz də B.Çobanzadənin bu fikri
ilə razıyıq ki, xalq dili zəngindir, ancaq onun əsasında formalaşan ədəbi dil bu zənginliyi tam
ehtiva etmir. Bunun səbəbini müəllif haqlı olaraq, ərəb və fars dillərindən dilimizə yersiz söz
axını ilə əlaqələndirir ki, bunların çoxusu da təkrar kəlmlərdir (dəniz-dərya, eynək-çeşmək və
s.).
Bəkir Çobanzadə XX əsrin əvvəllərində Azərbaycan türkcəsində özünü göstərən üslub
meyillərindən hansını – “Molla Nəsrəddin”çilərin, yoxsa Hüseyn Cavidin təmsil etdiyi
romantiklərin dilini ədəbi dil adlandırmaq olar sualna da aydınlıq gətirir. Qeyd edir ki, “Molla
Nəsrəddin”çilərin dili sistemsiz olduğundan, romantiklərin dili isə İstanbul şivəsinə söykən-
diyindən ədəbi dil ola bilməz. Ona görə də müəllif xalq dilinə əsaslanan və hər iki cərəyanın
materiallarına söykənən, özünün də “orta qrup” adlandırdığı ünsiyyət dilini yaratamağı nəzər-
də tutur.
Beləliklə, B.Çobanzadənin türk coğrafiyasının ortaq ədəbi dilinin yaradılması üçün
dilçilik müstəvisinə çıxarıdığı elmi konsepsiya bu gün də aktual olaraq qalır. Təxminən 90
ildən artıq müddət keçməsinə baxmayaraq, türklərin ortaq ünsiyyət vasitəsi problemi hələ də
öz həllini gözləyir.
PSİXOLİNQVİSTİKA DİLÇİLİYİN BİR SAHƏSİ KİMİ
Nərminə ƏLƏKBƏROVA
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu
ladynarmina@yahoo.com
AZƏRBAYCAN
Dilin cəmiyyətdə çoxfunksiyalılığı və insan düşüncəsi və psixoloji fəaliyyəti ilə sıx
əlaqəsi dilçiliyin sosial və psixoloji elmlərlə əlaqəsini daha elastik edir. Dilçiliyin psixologiya
ilə sıx əlaqəsi XIX əsrdə psixoloji metodların və ideyaların dilçiliyə daxil olmasına gətirib
çıxarmışdı. Buna səbəb, əsasən də yalnız mətnin analizinin yetərli olmadığı bəzi praktik mə-
sələlərə treotik anlam verilməsinin vacibliyinin ortaya çıxması oldu. Bundan əlavə, psixolinq-
vistika insanların dilinə görə müəyyənləşdirilməsində, maşın tərcümənin problemlərinin həl-
lində və s. sahələrdə vacibdir. Məhz bu tətbiqi vəziyyətlər psixolinqvistikanın yaranmasına və
onun ayrılıqda bir elm sahəsi kimi özünü göstərməsinə zəmin oldu.
Psixolinqvistikaya qismən bir hissə dil, bir hissə psixologiya kimi baxmaq düzgün deyil.
O kompleks elmdir, belə ki, o dili öyrəndiyinə görə linqvistik fənlərə və onu psixoloji feno-
men kimi öyrəndiyindən psixoloji fənlərə aiddir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1004
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Psixolinqvistikanın obyekti müxtəlif məktəb və cərəyanlarda müxtəlif cür təyin edilir.
Amma demək olar ki, təyin edilmiş obyektlərdə subyekt, dilin adresatı, məqsəd, motiv və ya
tələbat dil ünsiyyətinin məzmunu, dil vasitəsi kimi xarakteristikalar göstərilmişdir.
"Psixolinqvistikanın obyekti həmişə dil hadisələrinin və ya dil situasiyaların müəyyən-
ləşdirilməsidir". Psixolinqvistikanın bu obyektilinqvistikanın və digər dilçiliyə yaxın elmlərin
obyektləri ilə üst- üstə düşür.
Psixolinqvistikanın bir elm sahəsi kimi öz inkişafı dövründə predmetinin təyin edilmə-
sində çox çətinliklər yaranmışdır. Bir sıra nəzəriyyələr irəli sürülsə də, məhz A. A. Leontevin
müəyyənləşdirdiyi predmet daha düzgündür: "Psixolinqvistikanın predmeti şəxsiyyətin bir
tərəfdən dil fəaliyyətinin struktur və funksiyası ilə olan nisbəti, digər tərəfdən insan
dünyasının obrazının əsas yaradıcısı kimi dillə olan nisbətidir".
Psixolinqvistika nitq ifadələrinin qəbulu və formalaşmasını tədqiq edir. Psixolinqvistika
tədqiqat predmetinə görə linqvistikaya yaxın olsa da, ancaq tədqiqat metodlarına görə isə daha
çox psixolinqvistikaya yaxındır. Psixolinqvistika linqvistikanın sahəsi kimi dili ilk öncə
psixikanın fonemeni kimi tədqiq edir. Psixolinqvistika nöqteyi-nəzərindən dil danışıb və
eşidənin, yazıb və oxuyanın daxili dünyasının mövcudluğu qədər mövcuddur. Bu səbəbdən
psixolinqvistika "ölü dillər"in tədqiqatı ilə məşğul olmur.
Psixolinqvistikanın tarixinə nəzər salsaq, görərik ki, "Psixolinqvistika" termini 1954-cü
ildə ABŞ-da Ç.E.Osqud və T.A.Sebeokanın redaktorluğu altında eyni adlı kollektiv və iş çap
olunduqdan sonra gəldi. Hesab etmək olar ki, dilin və nitqin psixolinqvistik yanaşmadan təd-
qiqi amerikan alimlər qrupunun dilçiliyə "Psixolinqvistika" terminini daxil etməmişdən qabaq
mövcud idi.
Psixolinqvistikanın yaradıcısı kimi alman filosofu və linqivisti Vilhelm fon Humbolt
hesab edilir, belə ki, "nitq fəaliyyəti ideyası və dilin cəmiyyətlə insan arasındakı bağlılıq
bəndi kimi anlayış" məhz ona məxsusdur. Dilçilikdə məhz Psixolinqvistika sahəsi üzrə ən çox
tanınıb və nəzəriyyələri hələ də tətbiq olunan dilçilər N.Xomski, hansı ki, öz generativ
qrammatikası ilə tanınmışdır, Fransız psixolinqvisti Jan Piaje və digərləridir.
Son onillikdə dilçilik mətnin tədqiqinə daha çox diqqət ayırır və psixolinqvistika daha
çox mətnlərlə, onların spesifik strukturu, variantlılığı, funksional xüsusuiyyətləri ilə maraqla-
nır. Buradan görünür ki, psixolinqvistika ümumi dilçiliklə sıx əlaqədədir. Bundan əlavə o,
mütəmadi olaraq sosiolinqvistika, etnolinqvistika və tətbiqi linqvistika ilə, əsasən də son
illərdə komputer linqvistika ilə qarşılıqlı əlaqədədir.
Psixolinqvistika ilə dilçiliyin çox yaxın olması onların vahidlərinin sərhədlənməsinə
maneçilik törədir. Dilçiliyin vahidləri-"elmi teoretik düzülüşün və ya linqvistik modelizasiya-
nın elementi"dir. Dil vahidləri - hər şeydən öncə dili təsvir edən müxtəlif modellərin invari-
antıdır, onlar dilə, dil standartlarına, normalarına aiddirlər.
Psixolinqvistik vahidlər-"bir-biri ilə iearxik əlaqədə olan nitq fəaliyyəti və operasiyalarıdır".
Üç onillikdə, əsasən də son 10-15 ildə "ənənəvi" dilçilik sahəsində psixolinqvistika
problematikasına maraq nəzərə çarpacaq qədər artır. Tədqiqatlar içərisində Psixolinqvistika
daha məşhur elm sahəsinə çevrilir. Təsadüfi deyil ki, 1985-ci ildə linqvistik ixtisasların rəsmi
nomenklaturasında "Ümumidilçilik, sosiolinqvistika, psixolonqvistika" kimi müəyyənləşdiril-
miş ixtisas vardır.
Bir çox dilçi dilə ənənəvi yanaşmanın bütün imkanlarından istifadə etdikdən sonra
onları maraqlandıran suallara cavab tapmaq üçün məhz psixolinqvistika üstünlük tuturlar. İn-
di çoxlu tədqiqatçılar insanın dil mexanizminin fəaliyyətinin qanunauyğunluğunu tədqiq et-
mək üçün kompleks yanaşmanın vacibliyini göstərir. Onun tədqiqi zamanı alimlər dilçilikdən
kənar çıxaraq psixolinqvistika kimi bir sıra yeni elm sahələrinə müraciət edirlər.
Dünya mədəniyyətinin qloballaşması, külli -miqrasiya və mütəmadi müxtəlif dil və mə-
dəniyyətlətin qarşlıqlı münasibətlərinin areallarının genişlənməsi, dünya komputer şəbəkələri-
nin yaranması, yad dilin öyrənilməsi mexanizmi və prosesinin tədqiqatına yeni çəki verdi.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1005
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ƏLİAĞA VAHİD LİRİKASINDA QƏMİN ZİRVƏSİ
Nazilə ABDULLAZADƏ
Bakı, Azərbaycan Müəllimlər İnstitutu
nazile.s.m.d@mail.ru
AZƏRBAYCAN
XX əsr Azərbaycan ədəbiyyatında təxəllüsü kimi yaradıcılığı etibarilə də yeganə olan
Əliağa Vahid klassik şeiri uzun əsrlər hakimi-mütləq olan müqəyyəd qəliblərdən azad edib
onu yeni ruh, yeni məzmunla zənginləşdirən bir sənətkar olmuşdur. “Böyük Füzulinin yadi-
garı” qəzəlin dəbdən düşdüyü, keçmişin qalığı, köhnəlik əlaməti sayıldığı bir dövrdə onu
yenidən dirçəldərək Azərbaycan şeirində xüsusi çəkisi olduğunu, gəldi-gedər münasibətlərə,
zəmanənin gərdişinə, siyasi qovğalara məhəl qoymadan əsrlərdən nəsillərə ötürülən bir janr
olduğunu yaradıcılığı ilə sübuta yetirmişdir.
Vahid lirikasıın əsasını eşq və eşqin doğurduğu nəşə ilə yanaşı, qəm, kədər, qüssə təşkil
edir. Eşqin, məhəbbətin səfası qəm onun şeiriyyətinin xislətində, mayasındadır. Çünki dün-
ya özü qəmdən, kədərdən yoğrulub, bu qəmin, peşmançılığın mayasını hələ Adəmlə Həvva
cənnətdən qovulanda vurublar. Təsadüfi deyil ki, Vahidin şeir aləminə, ədəbi çevrəyə gəlişi,
qəbul olunması və tanınması da “qəm”lə bağlı olub. Ustadı Mirzə Əbdülxaliq Yusifin “Min
qəmim vardır, birin mindən bir adəm bilməyir” misrasına o, bədahətən elə bu misranın
içindən gələn
Min qəmim vardır, birin mindən bir adəm bilməyir,
Həm bu bir qəm ki, min adəmdən biri qəm bilməyir
beyti ilə cavab verir və o gündən ustadın ona verdiyi “Vahid” təxəllüsü ilə məşhurlaşır.
Romantik ədəbiyyata, xüsusən Yaxın və Orta Şərq poeziyasına xas olan kədər anlayışı
Vahidə də yad olmamışdır. Sələfləri Nizami, Nəsimi, Füzuli kimi Vahid də qəmi qəmə
calamağı, qəmə qəm qatmağı xoşlamış, kədərə meyilliyini, dözümlülüyünü isbat etmişdir.
Orta əsrlər fəlsəfi şeirin banisi Nəsimi qəmə tutulduğuna görə fəxr edir, özünü xoşbəxt sanır:
Qəm odu mən bağrı yabmış bir kəsə oldu nəsib,
Fəzli-həqqə şükür ki, nadanə, xamə çatmadı.
Mövlanə Füzuli “qəm yükün çəkməkdəyiz mən bir zaman, sən bir zaman” deyəndə elə
bir inama gəlir ki, eşq sərgəştəsi Məcnunla dərdinin əfsanəsi birdir, söz ayrısa da, aşiqi-
divanəsi birdir. Bu vəhdət, bu qoşalıq Vahiddə də var, Vahidin də ruhuna, qəlbinə peyğəmbər
xələfi Füzulinin qəm meyindən damızdırıb. Bu anlamda Vahid 600 illik böyük bir zaman
kəsimindən sonra Füzuli qəmini çiyinlərinə götürə bilən bir qəmxardır.
Dünyanın yaşadığı bəşəri kədərin təzahürü Füzulidən sonra XIX əsrdə Seyid Əzim
Şirvani, XX əsrdə Vahidin yaradıcılığında ictimai-fəlsəfi çalarda ifadə olunmuşdur. Füzuli
kədəri kimi, Vahidin kədəri də “intim tarixçələrlə, şəxsi güzəran və qayğılarla” bağlı deyil.
Lakin Füzulidən fərqli olaraq, Vahid qəmin yükünü bəşərilikdən, ictimailikdən daha çox fər-
diliyə endirmiş, adi insanın ürək çırpıntılarına, təbəddülatlarına, kədərinə üstünlük vermişdir.
Təbii, səxsi həyatındakı olaylar, uğursuz taleyi, nakam sevgisi, sənətdə özünə qarşı biganəlik,
kölgədə qalmaq, üstəgəl meyə aludəçiliyi yaradıcılığına təsirsiz ötüşmürdü. Xalqın şairi olan
Vahid yeri düşdükcə giley-güzarını dilə gətirməkdən çəkinmir, kədərinin ilahiliyi və bəşəriliyi
ilə deyil, sadəliyi və həyatiliyi ilə özü kimilərin qəminə şərik çıxırdı. Uşaq ikən kimsəsizlik-
dən təhsil ala bilməyən, sənət öyrənmək istədikdə əli bir yerə çatmayan Vahidin “Mollaxana”
poemasında dilə gətirdiyi qəm o dövrdə xalqın böyük bir təbəqəsinin qəmi, kədəri idi:
Qaldım avara, səfil, özbaşına,
Elə ki çatdım on-on bir yaşına.
Məktəbə, sənətə artdı həvəsim,
Kimsəsizdim, yox idi dadrəsim.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1006
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Möhnətim çox, qəmim ondan artıq,
Baxıram dövrəmə yazıq-yazıq.
Vahid üslubundakı kədər onun şair mənliyinin, əyilməzliyinin, üsyankarlığının əks-
sədasıdır. Sevgilisinin vəfasızlığından duyduğu kədər aşiqin iç dünyasının sevinci, nəşəsidir.
Bu sevgi göylərdən gələn platonik sevgi deyil, saf hislərin coşub-daşdığı bir sevgidir. Bu
sevgidə qısqanclıq da var, çılğınlıq da, xəyanət də var, sədaqət də, peşmanlıq da var, ümid də,
mərhəmət də var, cəfa da. Çəkdiyi qəmlər, başına gələn min bir oyunlar, əğyarın tənəsinə döz-
məyi də aşiqn sevgisində qətiyyəti, dözülməzliyi ilə bağlıdır.
Sevməsəydim əgər ol zülfi-xəməndərxəmi mən,
Bir dəm ömrümdə çəkərdimmi bu dərdü qəmi mən?
Başqa bir şeirdə sevdiyi gözəlin cazibəsi ona dünyanı unutdurur, eşqin verdiyi zövq,
sevgilisinin nazı, ədası, işvəsi onu qəmdən uzaq tutur:
Kimdə vardır, gözəlim, səndə olan cazibələr?
Sənə dünyadə məgər aşiq olan da qəm elər?
Vahid lirikasında qəmin sonu nəşə və sevincdir, Vahid qəmin zirvəsinə ucalır; bərabər-
sizlik, cəhalət, tənhalıq, soisal köləlik, şeirin, sənətin, sənətkarın lazımınca qiymətləndirilmə-
məsi, sevdiyinin xəyanəti və s. bu kimi qəm, kədər doğuran motivlər əslində Vahidin duyub
yaşadıqlarının bədii inikasıdır.
AMERİKA DƏYƏRLƏRİNİN FRAZEOLOJİ BİRLƏŞMƏLƏRDƏ ƏKSİ
Mehdi RƏHİMOV
Gəncə Dövlət Universiteti
mehdi_rahimov@yahoo.com
AZƏRBAYCAN
Dəyərlər inanclara emosional güc gətirir. Dəyərlər öyrənilir və təbiətdə normativ ola
bilər. Onlar zaman keçdikcə dəyişilir və nadir hallarda, müxtəlif nəsillərin üzvləri tərəfindən
xüsusiyyətləri paylaşılır. Məsələn, ABŞ-ın Şimali Amerika mədəniyyətinin üzvlərinin inam
və dəyəri istiqamətləndirən rəqabət, fərdiyyətçilik, fəaliyyət, və digər ümumi prinsipləri olan
müsbət özəllikləri qalır. Onlar fərdiyyətçi, fəaliyyət yönümlü və rəqabət yolları ilə həyat,
azadlıq, xoşbəxtliyə konstitusiya ilə tənzimlənən və sosial cəhətdən qiymətləndirilən
hüquqları özündə birləşdirir. Bu dəyərlər öz ifadəsini nəsildən nəslə keçərək dəyişir. Mədəni
dəyər sistemi gözlənilən, ümid və ya tələb olunan, və ya qadağan edilənləri bildirir. Bu faktiki
davranış hesabat deyil, tətbiqin hökmü və sanksiyaların həyata keçirilməsini təmin edən
məntiqi qiymətləndirmənin meyarlarını müəyyən edir.
Amerikalıların dəyərlərinin mərkəzində fərdiyyətçilik durur. Amerikalılar öz fikir və
hərəkətlərində özlərini yüksək fərdiyyətçi kimi hiss edirlər. Onlar hər hansı bir homogen
qrupun nümayəndələri kimi fikirləşilməyə müqavimət göstərirlər. Onlar qruplara qoşulan
zaman, özlərinin xüsusi olduqlarına inanırlar. Məsələn, be what you appear to be – olduğun
kimi görün; (as) independent as a hog –özündən razı, müştəbeh; to put on the dog – özünü
dikbaş aparmaq; to cut a swatch – lovğalanmaq; Holy Joe – riyakar; a wise guy – iron. təşəx-
xüslü, lovğa; to be (get, grow) too big for one`s britches, shoes, trousers, pants dan. dikbaş
olmaq; bighead – təkəbbür; to toot one`s own horn – lovğalanmaq; a publicity bound – jarq.
lovğa, özünü göstərən və s.
Özünə güvənən fərdin ideallaşması özünü sənaye səhasində kiçik işdə belə olsa
müvəffəqiyyət qazanaraq daha da böyük uğur əldə edəcəyini ifadə edir: to stand the gaff
çətinlikdən qorxmamaq; to be on the kill-heç bir əngəl tanımamaq; to shoot Niagara riskli işə
girişmək; to keep in line-özünə hakim olmaq; to cut one’s eyeteeth on smth-öz karyerayasına
|