III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
995
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
C.CABBARLININ DRAMLARINDA TİPLƏRİN DİLİ
(“ALMAZ”, “YAŞAR”, “SEVIL”, “1905-CI ILDƏ”)
Mətanət MEHDİZADƏ
Qafqaz Universiteti
mehdizade.metanet@mail.ru
AZƏRBAYCAN
İctimai həyatın əsas qanunauyğunluqlarını ən kamil ifadə edən, insan xarakter və
taleyini ümumiləşdirən surət – tipdir. İnsan surətləri yaradılanda ancaq onları ümumiləşdirən
cəhətləri deyil, fərdiləşdirən cəhətləri də göstərmək lazımdır. Yalnız ümumiləşdirmə ilə kamil
bədii surət yaratmaq olmaz. Heç vaxt bir adamın ancaq rəsmi vəzifə, qulluq tərəfini təsvir
etməklə onu bədii tip səviyyəsinə qaldırmaq olmaz.
Ədəbi tip, surət yalnız bir faktın, bir hadisənin, bir insanın yox, yüzlərlə fakt, hadisə və
insanın xarakter xüsusiyyətlərinin alınıb ümumiləşdirilməsinin nəticəsidir.
Bədii əsərdə qəhrəmanın nə dərəcədə tipik olub-olmamasını onun cəmiyyətdə mənsub
olduğu sinfin, zümrənin, ictimai hadisənin xüsusiyyətlərinin mahiyyətini nə dərəcədə kamil
əks etdirməsi ilə ölçmək lazımdır.
Tip və xarakter yaradanda, surətləri danışıq vasitəsilə tipikləşdirəndə C.Cabbarlı mü-
şahidə etdiyi, yaxşı tanıdığı adamlardan, qohum və qonşulardan istifadə edirdi. Sona xanım
Cabbarlı yazır ki: “Almaz”da olan Fatmansa tipində bir qadın bizimlə qonşu idi. “Almaz”dakı
Fatmansanın komissiya qarşısında söylədiyi sözlərin kökünü Cəfər həmin qadının –
Şərəbanının danışığından götürmüşdür... –“Hər şeydən əvvəl salam olsun cəmi yığılan əhl-
məclisə və habelə salam olsun gələn qonaqlara, hansı ki, bizim böyük-böyük
qəmisyələrimizdir və salam olsun bütün böyük-böyük yoldaşlara hansı ki...”
Fatmansanın dilindən –“Siz öləsüz, içəridə bir qiyamət var ki, vur çatlasın, tabaq
oynasın. Ora bax, ora bax, sındır a-a!... Vallahı zalımın qızı elə sındırır ki, elə sındırır ki,
bütün sümükləri beşatılan kimi şaraq-şaraq şaqqıldayır”. Bu böhtançı, hərzə və fitnəkar qarını
müəllif onun özünə məxsus mübaliğəli və iyrənc sözlərlə danışdırır.
C.Cabbarlının novatorluğu orasında idi ki, o öz dövründə hələ yayılmamış, lakin artıq
doğulmuş, getdikcə artan və qalib gələn qüvvənin mahiyyətini əks etdirən tipik cəhətləri tuta
bilmişdi. Almaz kimi azərbaycanlı qızlar hələ sayca çox deyildilər. Tipiklik yalnız çox yayıl-
mış və çox təsadüf edilən cəhət deyil, müəyyən ictimai qüvvənin mahiyyətini ən mükəmməl
və qabarıq ifadə edən cəhətdir.
C.Cabbarlı bəzən öz personajlarına gülünc replikalar verir. Bu replikalar da yenə bu və
ya başqa tipin xasiyyəti ilə (qorxaqlıq, mövhumatçılıq, kütbeyinlik, ikiüzlülük və s.)
əlaqədardır. “Od gəlini” faciəsində Oddamdının “toyuq-cücədən” danışması və “ölüm
ayağıdır, razı ol!” deməsi, “Sevil”də Əbdüləli bəyin: “bəli, mən də onu düşünürdüm”,
“Almaz”da Ocaqqulunun: “qurban olum Məhəmmədin şəriətinə!” və s. deməsi gəlişi gözəl
sözlər deyil, bu və ya başqa xarakter üçün səciyyəvi və mənalı ifadələrdir. Buradakı komizm
sözlərin zahirində deyil, onların ifadə etdiyi daxili mənadadır. Çünki bu replikaların hər biri
bu və ya digər personajın xasiyyətini aydınlaşdırmağa kömək edir.
Cabbarlının, xüsusən dramaturq Cabbarlının yaradıcılığında dil əsas tipikləşdirmə vasi-
tələrindən biridir. Qəhrəmanların xarakterinin açılmasında dildən mühüm vasitə kimi istifadə
etmək bacarığını Cabbarlı istər məfkurəvi, istərsə də bədii cəhətdən daha mükəmməl olan
“Sevil”, “1905-ci ildə”, “Almaz” və “Yaşar” pyeslərində, xüsusən Əbdüləli bəy, Salamov,
Mirzə Səməndər, Hacı Əhməd və İmamyar surətlərində göstərmişdir.
Salamovun işlətdiyi söz və ifadələr elə diqqətlə seçilmişdir ki, bunlar Salamovun yalnız
fərdi xarakterini deyil, eyni zamanda onun təmsil etdiyi ictimai zümrənin bir çox tipik cəhət-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
996
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
lərini ümumiləşdirir. Salamovun ən tipik cümlə və ifadələri bunlardır: “Yenə zolladı milliyyə-
ni”, “Keç guruldad bir-iki kəlmə”, “Ada bu türk nədir, üst-üstdən goplayırsan”, “Sən papaq elə,
dalısı ilə işin yoxdur”, “A kişi eybi yoxdur, öz itimizdir”, “Söyərəm, gözünü də çıxardaram”.
Bu xarakterik replikalarda Salamovun bir neçə xüsusiyyəti ifadə olunmuşdur: onun bu
danışığı xalis bakılı danışığıdır, avam, cahil, qolu zorlu, kobud, yırtıcı, padşahpərəst və
kapitalist, müsəlman kapitalistinin danışığıdır.
Hacı Əhməd və İmamyar hər ikisi qolçomaq olduğu halda, xasiyyət etibarilə bir-
birindən fərqlidirlər. Onların xarakterlərindəki fərq danışıq tərzlərində də verilmişdir. Hacı
Əhməd öz sinfi mənafeyini açıqdan-açığa müdafiə edir, öz hissiyyatını gizlədə bilmir; odur
ki, onun danışığı da açıq və sadədir, ürəyindəki dilindədir. Gah: -“bərəkalla, kişi qızı... əsil
pirğram elə sən diyəndir” – deyə Almazı alqışlayır, gah da: “mən ölmüşəm ki, diri-diri mənim
bağımı hərraca qoyasan?” – deyə ona qəti etiraz edir.
Hacı Əhməd İmamyara nisbətən “naşıdır”, uzaqgörən deyil, “sadəlövhdür”. İmamyar
isə çox vaxt özünü qəsdən avamlığa qoyur, tez-tez: “elə deyil yəni, bəlkə mən yaxşı
qanmıram?” deməklə öz sözlərini sanki qüvvətdən salmağa çalışır. Əslində isə öz ürək sözünü
pərdələyir və müsahibində öz eyham və kinayələri ilə daha çox təsir bağışlamağa nail olur.
İmamyar ikiüzlülüyün, riyakarlığın, üzdə dost, arxada düşmən tipinin əzəmi dərəcədə
ümumiləşdirilmiş obrazı - Cabbarlı tapıntısıdır.
Ümumiyyətlə, Cabbarlının həmin “mənfi tipləri” ağıllı, uzaqgörən, arif adamlardır. Belə
tipləri yaratmaq üçün də yazıçıdan geniş, dərin, həssas həyati müşahidə, zəngin sənətkar
xəyalı, insanların səciyyəvi cəhətlərini görüb göstərmək bacarığı, bədii ustalıq tələb olunur.
B.VAHABZADƏ LİRİKASINDA BƏDİİ SUAL CÜMLƏSİ
Mehriban CƏFƏRLI
Qafqaz Universiteti
mehribanceferli@gmail.com
AZƏRBAYCAN
Sual cümlələri dilçiliyin sintakis bölməsində “Cümlənin məqsəd və intonasiyaya görə
növləri” başlığı altında tədqiq olunur. Cümlənin məqsəd və intonosiyaya görə dörd növü
fərqləndirilir:nəqli,sual,əmr,nida.Bu cümlə növlərinin hər birinin özünəməxsus intonasiyası
vardır. İntonosiya müxtəlifliyini doğuran amil həmin cümlələrin əsasında duran məqsəddir.
Sual cümlələrində məqsəd insanın naməlum bir şey haqqında bilmək, fikrin doğruluğunu
yəqinləşdirmək istəməsindən ibarətdir.
Suallar önündə dayanıb insan
Sirlər dünyasına yol açır kamal.
Hər daşın, hər dağın yaranmasından
Ilki də sualdır, sonu da sual.
Azərbaycanın görkəmli şairlərindən biri olan B.Vahabzadənin yaradıcılığında sual
cümlələrinin müxtəlif növlərindən ustalıqla istifadə olunmuşdur. Dahi şairin yaradıcılığından
verilmiş bu numunə ilə sual cümləsinin insan həyatındakı yerini və rolunu daha aydın şəkildə
göstərmək olar. Bu səbəbdən də sual cümlələrinin cümlənin məqsəd və intonasiyaya görə
növləri içərisində qədim və çox istifadə olunan növlərindən olması fikrini rahatlıqla söylə-
mək mümkündür. Sual cümlələri ədəbi dilin üslubları içərisində istər məişət üslubunda adi
danışıqda,istər publisistik üslubuda,istərsə də bədii üslubda geniş şəkildə istifadə olunan
cümlə növüdür.Cümlənin bu növünün belə geniş şəkildə bir çox üslublarda fikrin əsas ifadə
formalarından biri olmasının səbəblərindən biri bu cümlə növünün yalnız məlumat almaq,nə
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
997
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
isə öyrənmək funksiyası daşımaqla məhdudlaşmayıb ifadə olunan fikrin daha da qüvvətli, ca-
zibədar çatdırılmasına xidmət etməsidir.
Onun səsindəki yanğı nədir,nə?
Bu həzin nəğmədə nəsə deyir o.
Gülü vəsf eləmir gülün eşqinə,
Həsrət nəğmələri bəstələyir o.
Geniş şəkildə işlətdiyimiz sual cümlələrinin xaraktercə iki növü vardır.
1. Xüsusi sual cümlələrində əsas məqsəd cavab ala bilməkdir
Kimdir yıxılmayan? Məgər təkəm mən?
Bu dərdə düşənlər dünyada min-min.
2. Sual cümlələrinin xaraktercə ikinci növünə ən çox bədii əsərlərdə, nitqdə rast gəl-
mək mümkündür.Bu tip suallarda cavab məlumdur, yəni cavab elə sualın özündədir. Formaca
sual məzmununca təsdiq və ya inkar hökmlər ifadə edir. Ritorik sual cümlələrinin də xususi
sual cümlələri kimi yaranmasında bir neçə vasitə iştirak edə bilər. Ritorik sual cümlələrinin
yaranmasında daha çox əvəzliklərin iştirakı nəzərə çarpır.
Yolu gedə-gedə addım sayanlar
Yolunuz yarıda niyə səhv olur?
Ritorik sualların yaranma vasitəsi kimi əvəzliklərlə yanaşı,ədatlar da fəal iştirak edir.
Gah arana düşür,gah dağa meylim,
Nədir könlündəki bu duyğular bəs?
Ritorik sual cümlələrinin ifadə vasitələrindən biri də köməkçi nitq hissələrindən bi-
ri olan modal sözlərdir. Modal sözlər ifadə itdiyi mənadan asılı olaraq muxtəlif məna çalar-
larına malik ritorik sual cümlələrinin yaranmasında iştirak edə bilir.
Məgər bunu sən unutdun, Şəhriyar?
Özgənimi əziz tutdun, Şəhriyar?
Y.Seyidovun Ə.Abdullayev və A.Həsənovla birlikdə yazdığı “Müasir Azərbaycan
dili” dördüncü hissə sintaksis dərsliyinin “Cümlə” bəhsində ritorik sual cümlələrindən bəhs
edərkən yazmışdır ki, ritorik sual cümlələri nəqli cümlələrə bərabər hökm ifadə edir . Bu tip
sual cümlələrinin hökm ifadə etməsi halı iki şəkildə özünü göstərə bilər 1.Ritorik sual cüm-
lələrinin bir qisminin xəbəri təsdiqdə olur,məzmunca isə inkarlı hökm bildirir.
Bizdən olub,ey bizliyindən dönən
Səni mən bağışlaram,bağışlarmı bəs Vətən?
1. Ritorik sual cümlələrinin bir qisminin xəbəri isə inkarda olub,məzmunca təsdiq
hökmü bildirir .
Əvvəllər deyərdim onlar bu qədər
Bekarca oturub darıxmır məgər?
Bəzən isə eyni bir fikri ifadə etmək üçün bir neçə sual bir-birinin arxasınca verilə
bilər. Bu zaman sualların hamısı bütövlükdə bir məqsədə xidmət edir və bu sualların ha-
mısı məzmun və intonasiyaca bağlı olur. B.Vahabzadənin təbirincə desək, sual sualla dil-
ləndirilir. Bu zaman bir neçə sualdan birinci sual izahedici səciyyə daşıyir. Sonrakı suallarda
sə bu fikir dəqiqləşdirilir.
Duyub yaşamamaq zülüm deyilmi?
Yatmaq?
Nə görmüsən bu yatmaqda sən ?
Yatmaq da bir cürə ölüm deyilmi?
B.Vahabzadə yaradıcılığında ustalıqla istifadə olunan ritorik sual cümlələrinin növlə-
rindən biri kimi kitab, qəzet, əsər başlıqlarındakı ritorik sual cümlələri diqqəti cəlb edir.
Sənətkar ritorik sual cümlələrinin bu növündən də məharətlə istifadə etmişdir.
“Bəs bu necə gülüşdü?”, “Sən hardan biləsən ?”, “Səadət deyil?” və s.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
998
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
СОПОСТАВИТЕЛЬНЫЙ АНАЛИЗ ДЛИТЕЛЬНОСТИ
ГЛАСНЫХ В ЗАВИСИМОСТИ ОТ ТИПА СЛОГА В
АЗЕРБАЙДЖАНСКОМ И РУССКОМ ЯЗЫКАХ
Лала МАМЕДОВА
Филиал Московского государственного университета
lala_msu@mail.ru
АЗЕРБАЙДЖАН
В основе разделения языков на консонантные и вокалические лежит соотношение
гласных и согласных фонем. Если в языке гласных фонем больше, чем согласных, его
относят к вокалическим. Принято считать, что в азербайджанском языке 9 гласных
фонем и он является вокалическим.
Обучение русскому литературному произношению в азербайджанской аудитории
требует тщательного сопоставительного анализа фонетических систем обоих языков, в
частности, длительности, которая является одной из главных характеристик. В азербай-
джанской лингвистике накоплены значительные данные экспериментально-фонетичес-
ких исследований выдающихся ученых фонетистов Ф.Я.Кязимова, М.Ш.Ширалиева и
Э.В.Севортяна [Ширалиев, Севортян 1971] относительно распределения длительностей
гласных. Их результаты свидетельствуют о том, что в азербайджанском языке различие
между некоторыми гласными в зависимости от типа слога может достигать 300 - 400%.
Эти исследования были проведены достаточно давно, причем на оборудовании,
которое не всегда точно позволяло анализировать тонкие, порой незначительные
различия в длительности того или иного гласного. Авторы сравнивали как долгие, так и
краткие фонемы в открытом слоге с краткими в закрытом. Данные, полученные ими, в
этом смыcле не всегда последовательны. Помимо этого, авторы учитывали не все
факторы, которые важны при рассмотрении длительности гласного.
Целью настоящей работы было:
1) Исследовать различие в длительности гласных в закрытых и открытых слогах в
русском и азербайджанском языках;
2) при помощи современных методов, точной аппаратуры с учетом всех тонкостей
варьирования длительности гласных, на основе тщательно отобранного материала по-
пытаться верифицировать существующие в литературе по азербайджанскому языку ре-
зультаты и сравнить их с ситуацией в языке, где нет противопоставления по длитель-
ности.
Для проведения исследования анализируемые слова в составе предложений были
записаны в произношении двенадцати дикторов шести информантов-бакинцев, речь
которых использовалась для части эксперимента на азербайджанском языке, и шести
информантов-москвичей, использованных для части эксперимента на русском языке.
Затем соответствующие записи были оцифрованы и проанализированы при помощи
программы фонетического анализа речи Praat. В них на основании осциллограмм и с
использованием данных спектрограмм была определена длительность всех рассматри-
ваемых гласных в открытом и закрытом слогах в ударном и безударном положении в
русском и азербайджанском языках. Затем для каждого языка отдельно были вычисле-
ны усредненные значения длительностей.
Полученные данные позволяют сделать следующие выводы:
1. Диапазон варьирования длительности гласных в русском языке колеблется
между 43 и 96 мс. В ударном положении средняя длительность варьирует в пределах от
81 до 70 мс, в безударном от 64 до 57 мс в открытом и закрытом слогах соответственно.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
999
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
2. Подтверждено предположение о том, что ударные гласные в открытых слогах в
русском языке длительнее гласных в закрытых слогах. Разница составляет от 9 до 19%,
в среднем достигая 14 %.
3. В безударных слогах в русском языке разница между значением длительности
в открытом и закрытом слоге равна 11 %, что незначительно меньше той же разницы
между ударными гласными.
4. В азербайджанском языке самыми краткими являются <ü>, и , самыми
долгими – и <ə>. Данные М.Ш.Ширалиева и Э.В.Севортяна о том, что дли-
тельность в открытом слоге почти в 3 раза превышает длительность того же звука в
закрытом слоге не подтверждается. Средняя длительность ударных гласных азербай-
джанского языка составляет 99 мс в открытом слоге и 90 мс в закрытом слоге..
5. Среднее абсолютное значение длительности гласного в азербайджанском языке
в открытом слоге в положении без ударения составляет 78 мс, в закрытом слогe 73
мс. Разница между длительностями гласных в открытом и закрытом слогах в положе-
нии без ударения составляет в среднем 7 %, в максимальной степени она выражена у
гласных [a] и [i] – 12%.
6. Длительность гласных азербайджанского языка незначительно больше дли-
тельности гласных русского языка, а разница в длительности гласного в зависимости от
типа слога в большей степени проявляется в русском языке.
M.Ə. SABİRİN BƏDİİ TİPLƏRİ İCTİMAİLİYİN FƏRDİ TƏZAHÜRÜNDƏ
İnci NAĞIYEVA
Qafqaz Universiteti
nagiyeva_80@mail.ru
AZƏRBAYCAN
Mirzə Ələkbər Sabirin yaradıcılığı Azərbaycan ədəbiyyatında öz məzmunu, poetik qu-
ruluşu, estetik strukturu baxımından yeni bir səhifə hesab olunur. Onun yaradıcılığında
diqqəti cəlb edən əsas məsələlərdən biri satira – tiplər aləmidir.
Sabirəqədərki Azərbaycan poeziyasında satira özünə müəyyən qədər yer alsa da, etiraf
etməliyik ki, Sabir biçimində, üslubunda davamlı şəkildə olmamış, satirik poeziya sahəsində
Sabir şeiri ucalığına yüksəlməmişdir. Sabirin yeni tipli satirasında gülüş ilk baxışda görün-
mür, sənətkar ciddi şəkildə, az qala inandırıcı halda sözünü deyir, yaxud ifşa etdiyi tipi
danışdırır, nəticə çıxarmağı isə oxucunun ixtiyarına buraxır. Sabir gülüşü əslində göz yaşları
içində olan gülüşdür. Təsadüfi deyildir ki, Sabir gizli imzalarından birini “Ağlar güləyən”
şəklində işlətmişdir.
Böyük satirik şairimiz tipin xarakterini yaradarkən müxtəlif üsul və vasitələrdən
istifadə etmişdi. Tipik şəraitin və hadisələrin təsviri, xarakterin fərdi səciyyələrinin realist
təqdimatı satirik şairin tip yaratmaq sənətkarlığının atribusiyasını təşkil edir. Şair xarakter
yaradarkən real obrazların ümumiliyinin fərdi təzahürünə, onların satirik fonda portretlərinin
təsvirinə, fərdi – poetik nitqinə xüsusi əhəmiyyət verirdi. Satirik tipin dilindən verilən hər
hansı bir söz bədii stukturda müəyyən funksionallıq qazanır, onun obrazının tamamlanma-
sında əsas rol oynayırdı.
Bəzən ədəbiyyatşünaslıqda sosioloji tiplə ədəbi tip qarışdırılır. Biz yaxşı diqqət etsək,
bu iki tipin hər birinin öz prinsip və qanunauyğunluqları vardır və onları bir – birinə qarış-
dırmaq yanlışdır. Biz əgər təhlil etdiyimiz tipin yalnız ictimai məzmunundan danışırıqsa, de-
məli biz tip mövzusundan deyil, sosioloji mövzudan söhbət açırıq. Sosiologoyada tipin
fərdiliyi məsələsi bir tendensiya olaraq ortaya qoyulmur və bu, bir məsələ olaraq izlənilmir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1000
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Y. Qarayev “Tənqid: problemlər, portretlər” kitabında satira və M. Ə. Sabir tipləri ilə
bağlı müəyyən fikirlər irəli sürür: “Sabir qəhrəmanları əksərən “adsız qəhrəmanlardır”. Nov-
ruzəli, Usta Zeynal, Məmmədhəsən əmi, Baqqal Məşədi Rəhim – fərdi realist tiplərin adların-
dan ibarət belə mükəmməl siyahını “Hophopnamə”dən tərtib etmək qeyri – mümkündür...
Sabir satiralarında təkliyin, fərdiliyin yox, məhz çoxluğun, kütləviliyin stixiyası əks olunmur-
mu?... “Hophopnamə”dəki satirik monoloqlardan heç biri ayrılıqda bir burjuyun oxuduğu “so-
lo” deyildir, bəlkə, əksinə, bütün burjuyların birlikdə ifa etdikləri qəribə bir xor misalındandır.
Bu, artıq “eyni bir ictimai ölüm və matəm mahnısı oxuyanların” vahid xoru idi”.
Təkcə Y. Qarayev deyil, əksər tənqidçi və ədəbiyyatşünas alimlərimiz bu fikirlərlə
razılaşırlar və düşünürlər ki, Sabir tipləri yalnız ümumi - ictimai səciyyə daşıyır.
Bəli, Sabir satiralarında “adsız qəhrəmanlar” çoxdur, amma bu bizə heç bir əsas vermir
ki, həmin qəhrəmanlara ümumiliyin bir parçası kimi baxaq. Əlbəttə, şairin xüsisi adlardan
istifadə etdiyi satiraları da var. Bir düşünün, əgər Sabir hər şeirindəki pesonaja bir ad qoysa
idi, nə dərəcə gülünc bir vəziyyət alınardı. Biz dünya ədəbiyyatına və milli ədəbiyyatımıza
diqqət yetirsək, xeyli miqdarda adı olmayan, amma süjetin əsas və qaynar xəttini təşkil edən
qəhrəmanlara rast gələ bilərik.
Ümumiyyətlə, ədəbiyyatda və ya ədəbi təhlil zamanı biz tiplərin mənəvi, psixoloji
aləminə nüfuz etmir, onların fərdi özünəməxsusluqlarını aşkara çıxarmayıb, yalnız ictimai
məzmundan danışırıqsa, deməli, biz heç nə əldə etmirik. Ola bilsin ki, ədəbiyyatda çox az ya-
yılmış xüsusiyyətləri daşıyan bir tiplə qarşılaşaq, amma o, öz səciyyəviliyi ilə ən məşhur
personajlardan belə daha çox diqqəti çəksin və yaddaqalan olsun. Məncə, ədəbiyyatda fərdilik
bir vacib məsələ kimi birinci yerdə durmalıdır, çünki yeni obraz yaranır və o, əvvəlki sələflə-
rindən çox fərqlənir, yəni o, tamamilə başqadır, özünəməxsusdur. O obrazın fərdi təzahürü
olmasa, özünün ədəbi vahidliyini təstiq etdirməsə, ədəbiyyat üçün maraqsızdır. Məsələn, M.
Ə. Sabirin personajları arasında bir sıra orijinal tiplər var ki, onlar ədəbiyyatda öz yenilikləri
və fərdilikləri ilə seçilir, alqışla qarşılanır. Onlardan bəhs edərkən bu obrazların zahiri görkə-
mi, səs tonu ağlımızda tam mahiyyəti ilə əks olunur. Məsələn, biz “Millət necə tarac olur
olsun, nə işim var” satirasının qəhrəmanını “Bir məclisdə on iki kişinin söhbəti” satirasındakı
tipləri və ələxsus da birinci əsərdəki etinasız sahibkarla ikinci əsərdəki taciri bir – birilə qarış-
dıra bilmərik, çünki bu personajların hər birinin ayrı görünüşü, hər birinin ayrı dünyagörüşü
və hər birinin bir tip kimi ayrı dəsti – xətti var və ya “Çatladı, Xanbacı, qəmdən ürəyim”
deyib haray qoparan tiplə “Qoyma gəldi” deyib qorxusundan Xandostunun arxasında gizlənən
vətən qızlarının da naratçılığı və ələmi də eyni deyil, oların hər birinin oxucu gözündə ayrıca
bir surəti var.
Bəli, bu tiplər eyni vaxtın, eyni sosial zəminin, eyni ictimai mühitin “qəhrəmanlar”ıdır-
lar, Sosial mühit onları bu qədər”inkişaf” etdirib amma onlara fərdi yanaşmaq və hər birini
ayrılıqda təhlil etmək lazımdır. Çünki onlar bir – birindən çox fərqli xüsusiyyətlər daşıyırlar.
Sabirin hər gün rastlaşdığı və satira atəşinə tutduğu nə məmur digərinin eynisidir, nə tacir di-
gərinin eynisidir, nə avam, nə də riyakar molla... Onların hər birinin bu dünyada özgə “dərdi”
var.
Mənim böyük şairin tiplərinə bir yerə toplanılmış, əyinlərinə eyni rəngdə və eyni
biçimdə əlbisə geyindirilmiş xor dəstəsi kimi baxmaq fikrim yoxdur. Mənim nəzərimdə Sabir
tiplərinin əksəriyyəti “şaqraq səsli”, “möhtəşəm ifaya sahib olan”, səhnəyə çıxanda tamaşaçını
mat qoyan, ifasını məharətlə sona çatdıran, müthiş “solo” ifaçısıdırlar.
Dostları ilə paylaş: |