Sülalənin mənşəyi
Əsas məqalə: Baharlı oymağı
Qaraqoyunlular Oğuz türkman əsilli tayfa ittifaqıdır. Qaraqoyunluların tarixindən bəhs edən "Tarixi-Türkmaniyyə" və "Tarixi sultan Qütbşahi" əsərlərində Qaraqoyunluların 1202-1203 cu ildə Qara Yusifin 7-ci ulu babası Oğuz nəslindən olan Törə bəyin rəhbərliyi altında 30 min çadırdan ibarət kütlə halında Türküstandan İrana, Azərbaycana və Şərqi Anadoluya gəlməsi göstərilir.
Sədli, Baharlı, Duharlı, Qaramanlı, Alpaut, Çəkirli, Ayınlı, Hacılı, Ağaçəri, Dögər, Bayramlı tayfaları Qaraqoyunlu tayfa ittifaqına daxil olan tayfalar idilər. Qaraqoyunluların Baranlı və yaxud Baharlı sülaləsinin mənşəyi oğuzların Yıva boyundandır. Baranlı sözü Baranqar sözündən yaranmışdır, bu sözün də mənası qədim türk dilində "Sağ qol" mənasına gəlir ki, bu da Oğuz tayfalarından Üç oxların sağ qolunu təşkil etmək deməkdir. XV əsr Osmanlı tarixçisi Mövlana Şükrullah "Behcətüt-Təvarix" əsərində yazır:
|
"Şükrullah Sultan Cahan şahın yanına elçi olaraq getdiyi vaxt şahid olduqlarını belə danışırː Belə ki, 1499-cu ildə ildə Sultan Murad məni Mirzə Cahanşaha elçi göndərdi... Danışdığımız vaxt Cahanşah buyurdu ki:"Sultan Murad mənim axirət qardaşımdır, bu qardaşlıqdan əlavə qohummdur". Qohumluğunu soruşanda Mövlanə İsmayıl Uyğur əlifbası ilə yazılmış kitab gətirdi. Bu kitabdan aydı oldu ki, Oğuzun oğlu oluşdur. Adları Göyalp, Yeralp, Günalp, Dənizalp, Ulduzalp və Ayalpdır. Cahanşah buyurdu ki:" Qardaşım Sultan Muradın əsli Oğuz oğlu Göyalpa çatır(Qayının atası), Qara Yusifin əsli isə Dənizalpa(Yıvanın atasına) çatır.
|
|
Oğuz xaqan dastanına görə Oğuzların 24 boyundan biri və Mahmud Qaşqarlıya görə "Divanu Lüğəti-t-Türk"dəki iyirmi dörd Oğuz bölüyündən dördüncüsü. Damğaları budur: "Yıva" sözünün mənası Qədim türk dilindən "mərtəbəsi yüksək" mənasına deməkdir.
Dostları ilə paylaş: |