Əmir əl-üməra - Dövlətin idarə olunmasında şahdan sonra birinci yerdə əmirül-üməra durur və ölkənin hərbi qüvvələrinə başçılıq edirdi.
Vəzir - Mərkəzi dövlət idarəsində mühüm yerlərdən biri də dövlət gəlirləri və maliyyə aparatını idarə edən baş vəzirin olmuşdur. O, həmçinin ölkənin xarici işləri ilə məşğul olur və mülki-inzibati idarələrə başçılıq edirdi.
Sədr - Vəqf torpaqlarının bütün məsələləri, qazı, müdərris, və ruhani idarələrinin ixtiyarı baş Sədrə məxsus idi. Sədrin nəzarəti altında məhkəmə və dini işlərə baxan Sədarət divanı vardı. Mədrəsələrin nəzarət və təftişi də Sədarət divanının ixtiyarında idi.
Vergilər
Vergilər xüsusi dövlət vergiyığanları - mühəssillər vasitəsilə toplanırdı. Qaraqoyunlu dövründə yığılan vergilər bunlardırː