Qaraqoyunlular


Qara Məhəmməd (1380-1389)



Yüklə 140,77 Kb.
səhifə4/10
tarix01.01.2022
ölçüsü140,77 Kb.
#50783
1   2   3   4   5   6   7   8   9   10
Qaraqoyunlular

Qara Məhəmməd (1380-1389)

Əsas məqalə: Qara Məhəmməd

Qara Məhəmmədin hakimiyyətinin ilk illərində Cəlairilər sülaləsi içərisində ara müharibələri başladı. 1382-ci ildə Şeyx Əli qardaşı Sultan Əhməd Cəlairə qarşı üsyan etdi. Şeyx Əli ilə mübarizədə zəif olduğunu görən Sultan Əhməd Qara Məhəmməddən kömək istədi. Onun bu istəyini qəbul edən Məhəmməd bəy, ordusunun sayca azlığına baxmayaraq Şeyx Əlinin ordusunu darmadağın etdi. Sultan Əhməd kömək əvəzində Qara Məhəmmədin hakimiyyətini tanıdı və sülh bağlandı. Qara Məhəmməd Sultan Əhmədin qızıyla evlənərək Cəlairilərə qohum oldu və öz mövqeyini daha da gücləndirdi.

Qara Məhəmməd 1383-cü ildə Suriyaya yürüş etmək məcburiyyətində qaldı. Beləki Cabə hakimi Salim bəy Mosul hacılarının yollarını kəsərək onları qarət etmişdi. 12 minlik orduyla Salim bəyin üzərinə hücuma keçən Qara Məhəmməd onu darmadağın etdi. Salim bəy döyüşdən qaçdı və Məmlüklərə sığındı. Qara Məhəmməd bu döyüşdən böyük qənimət əldə etdi.

Daxildəki çəkişmələri tamamilə aradan qaldırmaq üçün Qara Məhəmməd ilk öncə qonşuları ilə münasibətləri yaxşılaşdırmağa başlamışdı. O, 1384-cü ildə Mardin hökmdarı Məlik İsaya elçilər göndərərək qızını özünə istədi. Ancaq Məlik İsa bu təklifi qəbul etmədi. Bu səbəbdən Qara Məhəmməd Məlik İsanın üzərinə hücuma keçərək onu məğlubiyyətə uğratdı. Müqavimət göstərə bilməyəcəyini anlayan Məlik İsa bacısını Qara Məhəmmədlə evləndirdi. Beləliklə sülh sazişi bağlandı və Qara Məhəmməd Ərcişə geri döndü.

1387-ci ildə Ağqoyunluların qarşısında davam gətirə bilməyən Ərzincan əmiri Müdahhardən Qara Məhəmməddən kömək istədi. Bu təklifi qəbul edən Qara Məhəmməd Ağqoyunlu Əhməd bəyi ağır məğlubiyyətə uğratdı. Ağqoyunlular Qazi Bürhanəddinin himayəsinə girməyə məcbur oldular.

1387-ci ildə Naxçıvan yolu ilə Anadoluya daxil olan Əmir Teymur, Qara Məhəmmədin oğullarından Misir xocanın əlində olan Avnik qalasını mühasirəyə aldı. Lakin qalanın möhkəm qorunduğunu görərək orada çox qalmadı və irəliləyərək Ərzurumu doğru yola düşdü. Ərzurum yaxınlığında Çapaqçur döyüşündə Qara Məhəmməd Əmir Teymurun qüvvələrini sıxışdıraraq geri çəkilməyə məcbur etdi Əmir Teymur dağlara çəkilmiş Qara Məhəmmədi ələ keçirə bilməyəcəyini başa düşərək Van yoluyla İrana doğru getdi.

1388-ci ildə Teymurun İrana doğru getməsindən və Cəlairi əmirləri arasındakı qarışıqlıqdan istifadə edən Qara Məhəmməd Təbrizə yürüşə başladı. Şəhərdəki Cəlairi qarnizonunu məğlub edən Qara Məhəmməd Təbrizi ələ keçirdi\ və öz adına pul zərb etdirməyə başladı.

Qara Məhəmməd 1389-cu ildə əmisi oğlu Pir Həsən bəy tərəfindən öldürüldü.




Yüklə 140,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin