Qaraqoyunlular



Yüklə 140,77 Kb.
səhifə7/10
tarix01.01.2022
ölçüsü140,77 Kb.
#50783
1   2   3   4   5   6   7   8   9   10
Qaraqoyunlular

Cahan şah (1436-1467)

Əsas məqalə: Cahan şah

Göy məsciddə Cahan şahın məzarı

Hakimiyyətini möhkəmləndirdikdən sonra Cahan şah dövlətin ərazisini genişləndirməyə başladı. O, 1440-44-cü ildə Gürcüstana yürüş təşkil edərək Tiflisi tutdu. Cahan şah Azərbaycanda bütün torpaqları özünə tabe etsə də, qardaşı Əmir İsfahan Bağdadda özü müstəqil hakimlik etməyə başlamış və öz adına sikkələr vurdururaraq mərkəzihakimiyyətlə hesablaşmırdı. Cahan şahın Tiflisə hücumu ərəfəsində Əmir İsfahanın ölüm xəbəri ona çatdırıldı. Gürcüstandan qayıtdıqdan sonra Bağdada yürüşə başlayan Cahan şah 1446-cı ilin iyununda Bağdadı tutdu. Şəhərin idarəsini Məhəmməd mirzəyə tapşıraraq Təbrizə qayıtdı.

Mənim məktubum sənə çatanda xalqı özündən və öz söhbətlərindən uzaq etməyin gərək idi, yanında olan müridləri toplayıb sakit olmalısan, mən sənin sufilərindən xatircəm deyiləm. Cahillərə uyub qiyamdan dəm vurursan, ürəyində səltənət arzusu yer tutsun, asan gedən işlər çətinə düşsün və hər iki tərəfdən minlərlə qan tökülsün? Əgər mənim sözümü dinləməsən, bu həddini aşan hərəkətlərindən imtina etməsən yaxın vaxtda sənin və müridlərinin qovulması mənim üçün vacib olacaqdır.

Cahan şahın Şeyx Cüneydə məktubundan.

1447-ci ildə Səfəvi təriqətinin başına Şeyx Cüneyd keçdi. Cahan şah təriqət üzvlərinin çoxalmasından çəkinərək Şeyx Cüneydin əmisi Şeyx Cəfərə müraciət edərək Cüneydin 1449-cu Azərbaycandan çıxmasını təmin etdi. Azərbaycandan çıxan Cüneyd Uzun Həsənə sığındı. 1460-cı ildə Şeyx Cüneyd 10000 tərəfdarı ilə Dağıstana yürüş etdi. Buradakı Çərkəzlərin I Xəlilüllahı Şeyx Cüneydlə döyüşə təhrik etdilər. Şeyx Cüneydlə tək mübarizə aparmaqdan çəkinən I Xəlilulah Qaraqoyunlu Cahan şahdan kömək istədi. 1460-cı ildə Samur çayının sol sahilindəki Qıpçaq kəndinin yaxınlığında Şeyx Cüneydlə birləşmiş qoşunlar arasında döyüş oldu. Baş verən vuruşmada Şeyx Cüneyd öldürüldü, onun müridləri isə məğlub edildi.

1447-ci ildə Sultan Şahruxun ölümündən sonra Cahan şah Teymurilərin hakimiyyətini qəbul etmədi və müstəqil hakimiyyətə başladı. 1447-ci ildə hücuma keçərək Sultaniyyəni, Qəzvini və İsfahanı ələ keçirdi. 1452-ci ildə Teymurilərin müttəfiqi Ağqoyunluların üzərinə yürüş etdi. Cahangir mirzə Qaraqoyunlu hakimiyyətini tanıdı və sülh müqaviləsi imzalandı.

Qərb sərhədlərinin təhlükəsizliyini təmin etdikdən sonra 1453-cü ildə şərqi İrana yürüşlər edərək Fars və Kirman vilayətlərini tutdu. Lakin Qaraqoyunluların qərb sərhədlərində yeni bir təhlükə yarandı. Belə ki, Uzun Həsən qardaşı Cahangir mirzəni devirərək 1452-ci ildəki sülh müqaviləsini tanımadı. 1457-ci ildə Cahan şah Uzun Həsənin üzərinə Rüstəm bəyin başçılığı ilə qoşun göndərdi. Mardin yaxınlığında döyüşdə Rüstəm bəy məğlub edildi və öldürüldü.

Bu məğlubiyyətə çox da önəm verməyən Cahan şah əsas rəqibləri Teymurilər arasındakı qarışıqlıqdan istifadə etməyə çalışırdı. Reydə hazırlıqları başa çatdıran Cahan şah 1458-ci ildə Cürcan, Xarəzm, Manqışlaq, Məşhəd, Nişapur və Qərbi Xorasanı tamamilə tutdu. Həmin ildə çox asanlıqla Teymurilərin paytaxtı Herata daxil oldu. Qarşısında sadəcə Məvarənəhr hakimi Teymuri Əbu Səid qalmışdı. Ancaq bu vaxt oğlu Həsənəlinin üsyan qaldıraraq Təbrizi tutması və Pirbudağın Bağdadda üsyan xəbəri ona çatanda, Əbu Səidlə sülh müqaviləsi bağladı və Xorasanı Teymurilərə güzəştə gedərək Təbrizə qayıtmağa məcbur oldu. Cahan şah Həsənəlinin və Pirbudağın üsyanlarını yatırdı. Həsənəli Maku qalasına həps olundu, Pirbudaq isə edam edildi.

Cahan şah 1466-cı ildə Ağqoyunluları tabe etmek üçün böyük ordu ilə Təbrizdən hərəkət edərək Vanda düşərgə qurdu. Uzun Həsən Cahan şahı 12 min süvari ilə qarşılayırdı. Ordusunun az olmasına baxmayaraq Uzun Həsən strateji əhəmiyyətli qayalıq və keçidləri tutmuşdu. Cahan şah döyüşün çətin və böyük itkilər hesabına başa gələcəyini bilirdi. Həmdə qış olduğu üçün ordunu yaylağa göndərdi, özü isə Muşda - Səncəq adlı yerdə qaldı. Bundan istifadə edən Uzun Həsən 1467-ci ilin noyabr ayında Cahan şahın düşərgəsinə hücuma keçdi və onu öldürdü.


Yüklə 140,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin