Qaraqoyunlular



Yüklə 140,77 Kb.
səhifə8/10
tarix01.01.2022
ölçüsü140,77 Kb.
#50783
1   2   3   4   5   6   7   8   9   10
Qaraqoyunlular

Dağılması

Əsas məqalələr: Həsənəli mirzə, Səncəq döyüşü, və Xoy döyüşü (1468)

Həsənəlinin adına zərb olunmuş pul.

Cahan şahın ölümündən sonra Qaraqounlu əmirləri Maku qalasındakı Həsənəlini azad etdilər. Ancaq onun hakimiyyətinə qarşı çıxan Qara İsgəndərin oğlu Hüseynəli özünü Təbrizdə sultan elan etdi. Hüseynəlinin hakimiyyəti çox sürmədi, o, Həsənəlinin tərəfarları tərəfindən məğlub dilərək öldürüldü. Beləliklə Həsənəli mirzə 1468-ci ildə Qaraqoyunlu taxtına oturdu.

Həsənəli tezliklə Uzun Həsənə qarşı ordu yığmağa başladı və böyük ordu toplandı. Lakin taxta keçməsində böyük rola malik olan əmirləri və qardaşlarını öldürməsi getdikcə Həsənəlini ordudakı və dövlətdəki mövqeyini zəiflədirdi. Şahmənsur, Şahsuvar bəy və Əmir İbrahimşah kimi tanınmış Qaraqoyunlu əmirləri Uzun Həsən bəyin tərəfinə keçdilər. 1468-ci ildə Xoy yaxınlığında Uzun Həsənlə Həsənəlinin ordusu qarşılaşdı. Ordusunun daha böyük olmasına baxmayaraq Həsənəli məğlub oldu və Bərdəyə qaçaraq Qaramanlı tayfasına sığındı.

1469-cu ildə Teymuri hökmdarı Əbu Səid böyük qoşunla Qaraqoyunlu səltənətinin bərpası adıyla Azərbaycana hücum etdi. Uzun Həsən sülh təklif etsə də, Əbu Səid bunu qəbul etmədi. Lakin Teymurilərin müttəfiqi Şirvanşah I Fərrux Yəsarın da Uzun Həsəni tərəfinə keçməsi Əbu Səidin vəziyyətini ağırlaşdırdı.Uzun Həsən Əbu Səidin Mahmudabaddakı düşərgəsinə hücum edərək onu darmadağın etdi, Əbu Səid döyüşdə öldürüldü. Həsənəli isə Həmədanda tutularaq öldürüldü. Həsənəlidən sonra Cahanşahın digər oğlu Əbu Yusif Fars vilayətində hakimiyyəti ələ almaq istəsə də bu baş tutmadı. O, Uğurlu Məhəmməd tərəfindən öldürüldü.

Beləliklə Azərbaycanda Qaraqoyunlu sülaləsinin hakimiyyəti sona çatdı və yerinə yeni Azərbaycan sülaləsi olan Ağqoyunlular gəldilər.

Qaraqoyunlu hakimiyyəti Azərbaycanda ləğv edilməsinə baxmayaraq Qaraqoyunlular Azərbaycanın müəyyən ərazilərində və Hindistanda hakimiyyətlərini davam etdirdilər. Qaraqoyunluların Azərbaycandakı son nümayəndəsi Sultan Hüseyn Baranlı idi. O, 20 minlik Qaraqoyunlu elatına başçılıq edir və Göyçə gölü ilə Araz çayı arasındakı torpaqlara hökm edirdi. Ağqoyunlu hökmdarı Əlvəndə tabe olan Sultan Hüseyn ona hər il sovqat göndərirdi[ Lakin Sultan Hüseyn qarışıqlıqlardan istifadə edərək Qaraqoyunlu hakimiyyətini yenidən bərpa etmək istəyirdi. 1500-cü ildə Şeyx İsmayılla döyüşdə məğlub oldu, həmin il Gəncə yaxınlığında isə Əlvəndlə döyüşdə öldürülürdü.

Hindistandakı Qaraqoyunlulara gəldikdə isə onlar, 1518-ci ildə Qalkonda sultanlığının əsasını qoydular. Sultanlığa başçılıq edən Qütbşahlar sülaləsi Qara İsgəndərin nəslindən idilər. Qaraqoyunlular Hindistanda 100 ildən çox hakimiyyətdə oldular və 1687-ci ildə Qütbşahlılar sülaləsinin hakimiyyətinə Böyük Moğol İmperiyası tərəfindən son qoyuldu.



Ordu

Qaraqoyunlu və Ağqoyunlu döyüşçülərinə aid zireh və sialhlar. Azərbaycan Milli Tarix Muzeyi

Qaraqoyunlularda ordu sarayın ixtiyarındakı qoşundan və ayrı-ayrı vilayətlərdə yaşayıb, yalnız müharibə vaxtı cəmlənərək öz başçıları ilə birlikdə hökmdarın köməyinə yollanan döyüşçü dəstələrindən- "çəriklərdən" ibarət olmuşdur. Qoşunlarda həm süvari, həm də piyada hissələr vardı.Hökmdarın asılılığında olan əmirlərin hamısı əmr alan kimi ətraf yerlərdən qoşun toplamağa başlardılar ki, bu, yasaq adlanardı. Yasaqdan ötrü əyalətlərə əmir və yüzlərlə mülazim göndərilirdi.

Mənqəlay - qoşunun ön hissəsi. Mənqəlayın da bərənğar və cəvanğarı olurdu. Mənqəlayda minlərlə döyüşçü vuruşurdu, çünki mənqəlay hücumunun döyüşün sonrakı gedişi üçün böyük əhəmiyyəti vardı. Döyüş başlanmazdan əvvəl ordunun müəyyən bir dəstəsi kəşfiyyata göndərilir və həmin dəstə qarovul adlanırdı. Qarovula məşhur əmirlər rəhbərlik edirdi. Qarovulun vəzifəsi düşmənin vəziyyətini öyrənmək və mümkün olduqda əsir ələ keçirib geri qayıtmaq idi.

"Ordu" sözu "ləşkər, qoşun," ordunu təşkil edən əsgərlər isə "mülazim, əsgər, qulluqçu, nökər, dilavər" adlandırılmışlar. Döyüşçülərə illik məvacib verilirdi ki, bu da "ordu divanı" - "divan-i ləşkər" tərəfindən icra edilirdi.[169]

Silahlar arasında qılınc, xəncər, ox, kaman, tüfəng, balta, gürz və qaladağıdan silahlar — rəadə, mancanaq da vardı. Silahlar "silah anbarında" - "qurxanədə" saxlanılır və qurxanəyə xüsusi başçılar cəbbədarlar rəhbərlik edirdilər. Döyüşçülərin əksəriyyəti zirehli idilər. Kəcim adlı örtük də döyüş libasları sırasına daxil idi.

Döyüşə şeypur, nağara, gəbrəgə, təbil və bayraqla yollanardılar. Hücum vaxtı kərənay, qələbə çalınanda isə nağara səsləndirilərdi. Döyüş zamanı əsgəri qüvvələrin bir hissəsi ehtiyatda durur, vuruşmanı müşahidə edir və lazım olduqda döyüş meydanına çıxırdılar.[171]

Müharibə gözlənilən vaxt yerlərə istimalətnamə (cəlbedici məktub) göndərilib, ənam vəd edilər və beləliklə, qoşun toplanışı sürətləndirilərdi. Vilayətlərdə yaşayan əmir və feodallar fərman alan kimi öz dəstələri ilə köməyə gəlir, yalnız müharibə qurtarandan sonra geri qayıdırdılar.




Yüklə 140,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin