Qaraqoyunlular


Qara İsgəndər (1421-1436)



Yüklə 140,77 Kb.
səhifə6/10
tarix01.01.2022
ölçüsü140,77 Kb.
#50783
1   2   3   4   5   6   7   8   9   10
Qaraqoyunlular

Qara İsgəndər (1421-1436)

Əsas məqalələr: Qara İsgəndər və Əbu Səid (Qaraqoyunlu)

Qara İsgəndərin adına zərb olunmuş pul.

Qara Yusifdən sonra hakimiyyətə gələn Qara İsgəndər bəy, Qara Yusifin ölümündən istifadə edərək fəallaşan Qara Yuluq Osmanı Suriyanın şimalında 1421-ci ilin mart ayında Sincar döyüşündə məğlubiyyətə uğratdı. Bu səbəbdən Osman bəy Əmir Şəmsəddin adlı elçisini Qarabağda qışlayan Sultan Şahruxun hüzuruna göndərərək Qaraqoyunluların güclənməsindən şikayət etdi. Həsən bəy Rumlu onun haqqında yazır:



"Qara İsgəndər ibn Qara Yusif son dərəcə şücaətli və cəsur idi. Atasının ölümündən sonra taxta çıxdı. 824-cü il rəcəb ayının 27-də (28.07.1421) bazar ertəsi Ələşkerddə Mirzə Şahruxla iki gün döyüşüb böyük şücaət və qəhrəmanlıq göstərdi. Axırda əldən düşdüyü üçün qaçıb Ruma getdi və Mirzə qayıtdıqdan sonra Azərbaycana gəlib taxta oturdu’’



Bu xəbərdən narahatlıq keçirən Şahrux qərbə doğru hərəkətə başladı. Yolunun üstündəki Bəyazid qalasını tutduqdan sonra Aladağa getdi. Ordan da Vana İsfəndiyarın üzərinə hücuma keçdi. İsfəndiyar isə geri çəkilərək Cizrədə olan qardaşı İsgəndərin yanına getdi. Şahrux Van gölü ətrafındakı Əxlat, Adilcəvaz, Ərciş və Vanı tutdu. Qara Yuluq Osman bəyin oğulları Əli və Bəyazid gələrək Ağqoyunluların tabe olduğunu bildirdilər.

Şərqi Anadolunu tabe etdikdən sonra Şahrux buradan Təbrizə getmək niyyətində idi.Lakin həmin əsnada Qara İsgəndər və İsfəndiyarın Əxlat və Adilcəvaz ətrafına gəldikləri xəbəri çatdı. Sultan Şahruxun yanında olan Qara Yuluq Osman bəy: "Qara Yusifin oğulları tamamilə yox edilməsə, bu məmləkətlərdə qayda-qanun qurulmayacaq və bölgədəki xalq sülhə qovuşmayacağını" deyərək Şahruxu Qaraqoyunlularla təhrik etdi. Şahrux Qaraqoyunluların üzərinə İlyas xocanın başçılığ ilə qüvvə göndərdi.1421-ci ilin avqustunda baş vermiş Alaşkerd döyüşündə Qaraqoyunlular məğlub oldular. Döyüşdən sonra Şimali İraqa çəkilən Qara İsgəndər, Şahruxun Xorasana dönməsindən istifadə edərək Azərbaycanı yenidən ələ keçirdi.

Qara İsgəndər ona tabesizlik göstərərk Şahruxa tabe olan əmirləri cəzalandırmaq üçün 1422-ci ildə Van gölü tərəfə hərəkətə başladı. Bitlisi mühasirəyə alaraq şəhərin hakimi Şəmsəddinin bir neçə yaxın adamını qətlə yetirdi. 1423-cü ildə isə yenidən hücum edərək Əxlata çəkilən Şəmsəddinin özünü öldürdü və Bitlisi mühasirəyə aldı. Van hakimi Məlik Əhmədi də xəyanətinə görə əsir aldı və həps etdirdi. Van gölünün ətafı yenidən Qaraqoyunlu hakimiyyətinə tabe edildi.

Van gölü və ətrafındakı əraziləri yenidən tabe etdikdən sonra Qara İsgəndər qisas almaq üçün Şirvana yürüş etdi. 1427-28-ci illərdə Şirvana daxil olan İsgəndər Şamaxını capıb talayaraq Təbrizə qayıtdı.1429-cu ildə Əbhər, Qəzvin və Zəncana yürüşlər etdi.

Bu Sultan Şahruxun Azərbaycana 2-ci yürüşünə səbəb oldu. 1429-cu Təbriz və Urmiya yaxınlığında Səlmas döyüşündə Qaraqoyunlular məğlub edildilər və İsgəndər Ərzuruma çəkildi. Şahrux qayıtdıqdan sonra İsgəndər yenə bütün torpaqları özünə tabe etdi.Van gölü və ətrafının idarəsini qardaşı Cahan şaha tapşırdı.[125]Şahrux geri qayıdarkən Əbu Səidi özündən asılı şəkildə Qaraqoyunlu hökmdarı elan edərək taxta oturdu. 1431-ci ildə Qara İsgəndər geri döndü, Əbu Səidi məğlub etdi və Təbrizi yenidən ələ keçirdi.

1435-ci ildə Şahrux Azərbaycana 3-cü yürüşə başladı. Reydə düşərgə saldığı vaxt Vandakı Cahan şahı hüzuruna dəvət etdi. Cahan şah bu dəvəti qəbul etdi və Reydə Şahruxla görüşdü. 1436-cı ildə Cahan şahı Azərbaycan taxtına otuzduran Sultan Şahrux geriyə Herata döndü.

Geri qayıdan İsgəndər Təbrizə hücuma keçərək, hakimiyyəti yenidən öz əlinə almağa çalışsa da buna müyəssər olmadı. Muğan valisi və Şirvan əmirləri ilə ittifaqa girən Cahan şahın hücumu nəticəsində Əlincə qalasına çəkilən İsgəndər elə orada oğlu Şahqubadın xəyanəti nəticəsində öldürüldü. Beləliklə də, Cahan şahın hakimiyyəti üçün bütün təhlükələr aradan qalxdı.


Yüklə 140,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin