Qaraqoyunlular



Yüklə 140,77 Kb.
səhifə3/10
tarix01.01.2022
ölçüsü140,77 Kb.
#50783
1   2   3   4   5   6   7   8   9   10
Qaraqoyunlular

Bəylik dövrü

Bayram xoca (1351-1380)

Əsas məqalə: Bayram xoca

Elxani Əbu Səid Bahadur xanın 1335-ci ildə ölümündən sonra Elxani xanədanlığını ara müharibələri bürüdü. Vəziyyətdən istifadə edən Sutayoğulları Barımbay və Hacı Toqay, Cəlairi Böyük Şeyx Həsənlə birləşərək hakimiyyəti ələ keçirdilər. Beləliklə Sutayoğulları Vandan Ərzuruma və Mosula qədər əraziləri ələ keçirdilər.

Çox keçmədən Sutayoğulları arasında da ara müharibələri başladı. Beləki, Barımbayın oğlu İbrahimşah atasının ölümündən sonra qiyam qaldıraraq Diyarbəkir və ətrafını ələ keçirdi. 1343-cü ildə əmisi Hacı Toqayı da öldürdükdən sonra İbrahimşah hakimiyyəti tamamilə ələ keçirdi. Bu mübarizılərdə Qaraqoyunlular Hacı Toqayın, Ağqoyunlular isə İbrahimşahın tərəfində idilər.

Sutayoğlu İbrahimşahın 1350-ci ildə ölümündən sonra Sutaylı hakimiyyəti zəiflədi. 1351-ci ildə hakimiyyətdə onun xələfi Hüseyn bəy gəldi Hüseyn bəy isə Mosul civarında-İmadiyə adlı yerdə Bayram xoca tərəfindən öldürüldü Hakimiyyət boşluğundan istifadə edən Bayram xoca Vanı və Mosulu ələ keçirir.Bayram xoca Elxanilərin tamamilə zəifləməsindən istifadə edərək Azərbaycan və Şərqi Anadoluda Qaraqoyunlu hakimiyyətini genişləndirməyə başladı.XIV əsrin 70-ci illərinin sonunda Qaraqoyunlular Bayram xocanın rəhbərliyi altında Azərbaycanın cənub-qərb torpaqlarını-Xoyu, Naxçıvanı, Ağkilsəni və Sürməli bölgəsini ələ keçirmiş və Cəlairi hökmdarına vergi ödəməkdən imtina etmişdilər. Ərətnalıların da məğlub edilməsiylə Ərzuruma qədər böyük ərazilər Qaraqoyunluların əlinə keçir. XIV əsrin 70-ci illərinin sonunda

Qaraqoyunluların qüvvətlənməsi onlarla sərhəddə yerləşən Cəlairiləri narahat etməyə başlamışdı.Bu səbəbdən Sultan Hüseyn Cəlairi böyük orduyla Qaraqoyunluların üzərinə hücüma keçdi. Cəlairi ordusu Qara Məhəmmədin hakimlik etdiyi Ərcişi mühasirəyə aldı və Bayram xoca tərəfindən göndərilmiş ordunu məğlub etdilər. Qara Məhəmməd tabelilik göstərməyə və asılılığı qəbul edərək, bac verməyə məcbur oldu.Beləliklə Cəlairi ordusu geri çəkildi və Bağdada qayıtdı.

1380-ci ildə Bayram xocanın ölümündən sonra Qara Məhəmməd Qaraqoyunlu hökmdarı oldu.




Yüklə 140,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin