Qazintilari



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə13/22
tarix28.04.2017
ölçüsü2,85 Kb.
#15841
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

2.3. Yanar faydalı qazıntılar 
 
2.3.1. Torf 
 
Torf üzvi süxurlara aid olub, tərkibində 52,0-60,0% miqdarında 
karbon saxlayan yanar faydalı qazıntılar (kaustobiolitlər) qrupuna aiddir. 
Xarici görünüşünə görə, torf lifli və ya plastik kütlə şəklindədir. 
Torf yüksək miqdarda nəmiyi olan və lazımi miqdarda havanın 
daxil olmaması nəticəsində bataqlıq bitkilərinin parçalanmasından   əmə-
lə  gəlir. Torfəmələgəlmə prosesi hər il anaerob mühit şəraitində üzvi 
kütlənin quruması  və tam parçalanmaması  nəticəsində torf qatının üzə-
rində toplanması nəticəsində əmələ gəlir.  
Hər il 1 ha sahədə 2,5 t canlı üzvi kütlənin hesabına artım alınır ki, 
bu da yatağa  ildə 1,5 t quru kütlənin  əlavə olunması deməkdir. 
Torf xammalının keyfiyyəti çürümə dərəcəsindən, nəmlikdən, həcm 
kütləsindən və küllülükdən asılıdır. Küllülüyün miqdarı torfun mineral 
tərkibindən asılı olub, 50%-ə qədər çatır. Çox yüksək miqdarda mineral 
maddələr iştirak edən torflar  mineral torpaqlara aid edilir.  
Torfun istifadə sahələri müxtəlifdir. O, energetika sənayesində  
yanacaq kimi (yaşayış binalarının, stasionar qurğuların və  həmçinin 

 
136
parovozların qızdırılmasında), torf koksunun,  yanar qazların və  kimya 
sənayesində maye yanacağın alınmasında, fenol, mum, sirkə turşusu, 
ammiak, kənd təsərrüfatında torpaqların gübrələnməsində, soyuducu 
sənayesində torfizolyasiya materiallarının hazırlanmasında istifadə oluur. 
Tibbidə torf palçıq müalicəsi kimi istifadə olunur. 
Yanacaq kimi istifadə olunan torfun küllülüyü 35%-dən, nəmliliyi 
əl ilə çıxarılan
 
 torfda 40%-dən və  torf çıxaran maşınla çıxarılan torfda 
46%-dən yuxarı olmamalıdır.   
Az çürümüş yumşaq
 
torf heyvandarlıq fermalarında döşəmə mate-
ialı kimi yararlıdır.  
Torf yataqları az qalınlıqlı torpaq qatının altında yatdığına görə, 
istismar işləri açıq üsulla aparılır. 
Sənaye əhəmiyyətli torf laylarının qalınlığı quru olmayan sahələrdə 
0,7 m-dən, quru sahələrdə isə 0,5 m-dən az olmamalıdır.  
Naxçıvan MR-də yeganə torf yatağı  Şahbuz rayonunun ərazisində 
məlumdur. 
 
2.3.1.1. Biçənək (Batabat) torf  yatağı 
 
Yataq Naxçıvan  şəhərindən 50 km şimalda, Batabat ərazisində,  
Biçənək kəndindən şose yolu ilə 6-7 km şimal-şərqdə yerləşir.  
 Yataq 1945-ci ildə Y.M.Musayelov tərəfindən aşkar edilmiş  və 
kəşfiyyat işləri aparılmışdır. 
Torfun  əmələ  gəldiyi  ərazidə Üst Ücüncü dövr yaşlı vulkonogen 
süxurlar müşahidə olunur.   
Torfun yayıldığı  ərazi yastı
 
dağətəyi vadidən ibarət olub, təbiətin 
özü burada torfun əmələgəlməsi üçün əlverişli şərait yaratmışdır. Burada  
ot (qumotu, cil) basmış bir sıra kiçik bataqlıqlar mövcud olmuşdur  ki,
  
hazırda
 
əhali həmin yerlərdən biçənək kimi istifadə edir.  
 Torf əsasən bir sıra yarıqurumuş uçqun mənşəli göllərdə əmələ gəlmiş 

 
qalınlığı 10-30 sm təşkil edir. Burada torf əsasən torpağa qarışmış 
çürümüş bitki köklərindən ibarətdir. Torf eynicinsli olmayıb, yumşaqdır.   
Kəşfiyyat işləri aparılmış 15 ha bataqlıq sahəsində torf qatının orta 
qalınlığı 6 m-ə çatır. 
Torf sarı, boz, tünd-qəhvəyi rənglərdə olub, çəkisi çox yüngül və 
nəmlidir. Qeyd olunan torf müasir dövrə aid  olduğundan zəif dərəcədə 
çürümüş şəkildə səciyyələnir. Torfun daxili quruluşuna nəzər yetirdikdə, 
hətta, çoxlu miqdarda bitki köklərinə, bəzən isə tamamilə çürüməmiş 
yaşıl bitki qalıqlarına rast gəlinir. 

 
137
 Fiziki-kimyəvi tədqiqatların nəticələrinə görə    Biçənək yatağının 
torfu yanacaq kimi yararlıdır. Onun nəmliyi 31,3-45,0% arasında dəyişir.  
Əgər hiqroskopik nəmliyi də (20%) nəzərə alsaq, ümumi nəmlik 60-
65%-ə  bərabər olacaqdır. Qurudulmuş torfun istilikvermə qabiliyyəti 
3800-4380 kkal/kq olub, orta hesabla 4170 kkal/kq təşkil edir. Havada 
qurudulmuş halda torfun işçi istilikvermə qabiliyyəti 3400-3930 kkal/kq, 
orta hesabla 3650 kkal/kq-dır. Torfun küllülüyü 8,5-22,6% olub, orta 
hesabla 15% təşkil edir. Biçənək yatağının torfu keyfiyyət baxımından 
küllülüyü 17,8%-ə çatan Ukrayna Respublikasının torflarına uyğun gəlir. 
Torfun möhkəmliyi onun çürümə  dərəcəsindən asılıdır. Çürümə 
nəticəsində torf kütləsində humus maddəsi əmələ gəlir ki,  bu da sement 
materialı rolunu oynayır və bütün kütləni möhkəmləndirir. 
Yanar kütlə  əsasən karbondan (C
2
-50-54%), oksigendən (О
2
-37-
42%), hidrogendən (H
2
- 5-6%) və azotdan (N
2
-2-3%) ibarətdir. 
Külün tərkibində  yüksək miqdarda CaO (50,2-54,2%),  Fe
2
O
3
 
(18,8-19,9%) və SiO
2
 (13,9-14,02%), həmçinin MgO (5,19-5,9%), Al
2
O
3
 
(1,01-2,3%) və P
2
O
5
 (2,9-3,04%) iştirak edir. 
Torfun  əmələgəlmə prosesi aşağıda qeyd olunan ardıcıllıqla baş 
vermişdir: ilk növbədə buzlağın fəaliyyəti nəticəsində  göllər əmələ gəliş, 
sonra cil və qumotu kimi  bataqlıq bitkilərinin güclü inkişafı nəticəsində 
göllərdə bataqlaşma prosesi başlamışdır. Bataqlaşmış göllərdə bitki kök-
lərinin çürüməsi  nəticəsində torfabənzər kütlənin toplanması prosesi hər 
il davam etmiş  və göldə suyun quruması  nəticəsində payız fəslində   
torfabənzər kütlənin formalaşma prosesi baş vermişdir.                                               
Buruq quyularının məlumatlarına görə, torf qatının qalınlığı yataq 
ərazisində 5-6 m-ə çatır. 
Ehtiyatının az olmasına baxmayaraq, istismar işləri yaxşı  təşkil 
olunarsa Biçənək yatağının torfundan yerli əhali müvəffəqiyyətlə yanacaq 
kimi istifadə edə bilər. Bundan əlavə, torfdan palçıq müalicəsi kimi isti-
fadə etmək tövsiyə olunur. Quru distillə nəticəsində torfdan
 
koksdan əlavə 
qaz, sulu və qatranlı məhsullar almaq mümkündür. Qazdan isitmə sistem-
lərində, sulu
 
məhsullardan
 
gübrə kimi maraq doğuran ammiak duzlarının 
alınmasında istifadə etmək olar. Qatranlı
 
hissədən qiymətli yanacaqla 
yanaşı, məlum işlənmədən sonra təkər mazı, kreozot yağı, parafin  və bir 
sıra yüngül sürtkü
 
yağı kimi istifadə etmək olar. Bundan əlavə torf qazın-
dan daxili yanma mühərriklərində istifadə etmək mümkündür.  
1 m
3
 torfun çəkisi 300 kq olmaqla, yatağın C
1
 kateqoriyası üzrə 
ehtiyatı 157632 ton təşkil edir.  

 
138
2.4. Mineral piqmentlər (təbii mineral boya xammalı) 
 
Təbii mineral piqmentlərə ilkin kimyəvi emal olunmadan təbii şəkildə 
boyayıcı maddə kimi istifadə olunan bir sıra minerallar və süxurlar aiddir.  
Təbii mineral boya xammalı kimi  müxtəlif genezisə  və mineral 
tərkibə malik süxur və minerallardan (ağ  və  rəngli)- təbaşir, kaolin, 
anhidrit, qlaukonit, təbii duda (his), qrafit, şunqit, vivianit, pirolüzit,  
lazurit, malaxit, kinovar, qarnierit  və s. istifadə olunur. Təbii mineral 
piqmentlər suda, yağda və spirtdə həll olmur, işığa, atmosfer amillərinin 
təsirinə və qələvilərə qarşı davamlıdır.  
B.V.Zalesski və Y.A.Rozanov (1946) tərəfindən mineral piqmentlər 
maddi tərkiblərinə görə 7 tipə ayrılır: dəmir oksidli, manqanlı-dəmir 
oksidli, gilli, karbonatlı, kömürlü, silisli və  sulfatlı. Geniş yayılmasına 
və parlaq rəng qammalarına görə əsasən dəmir oksidli piqmentlər  səna-
ye əhəmiyyəti kəsb edir. Dəmir oksidli piqmentlər insanlar tərəfindən lap 
qədim zamanlardan istifadə olunan təbii boya xammalı olub, əsasən 
təbiətdə sulu və susuz dəmir oksidi yığımları  şəklində rast gəlinir.  
Bunlar bəzən manqan oksidi, gil və s. qarışıqlar saxlayaraq əsasən sarı və 
yaşıl çalarlı  qırmızımtıl-qəhvəyi rənglərdə müşahidə olunurlar. Rəngin-
dən asılı olaraq oxra-sarı, sarımtıl-qırmızı, dəmir sülügəni-qırmızı, 
umbra-qırmızımtıl-boz, tünd-boz, mars-açıq və tünd qəhvəyi, siena-boz, 
tünd-boz və  qəhvəyi-sarı, mumiya-qırmızı, qırmızımtıl-boz rənglərdə 
rast gəlinir. Dəmir oksidli təbii boyalar süni boyalardan ucuz olmaqla 
bərabər  atmosfer, dəniz və çay sularına, qələvilərə və işığa qarşı davamlı 
olub, antikoppoziya xüsusiyyətlərinə malikdirlər. Bundan əlavə  təbii 
boyalar şəffaf olmayan möhkəm örtüklər əmələ gətirir.  
Dəmir oksidli və gilli piqment (oxra) yataqları əsasən laterit aşınma 
qabığında əmələ gəlir. Dəmir oksidli tip öz növbəsində mumiya (Fe
2
O
3
-
ün miqdarı 35-70%), siena (Fe
2
O
3
-ün miqdarı 40-60%) və  dəmir sülü-
gəni (Fe
2
O
3
-ün miqdarı 75-90%) növlərinə ayrılır. Beləliklə, bu tip 
xammallarda dəmir oksidinin miqdarı 35-90% arasında dəyişir. Gilli  
oxra isə oxra, umbra (Fe
2
O
3
-48%-dən yuxarı, tərkibində 6-16% MnO
2
 
saxlayır) və ağ gil növlərinə bölünür. Gilli oxrada dəmir oksidinin miq-
darı 11-18% arasında dəyişir və  tərkibində  iştirak edən Fe
2
O
3
-ün 
miqdarından asılı olaraq sarı,  sarımtıl-qırmızı, kərpici qırmızı rənglərdə 
rast gəlinir. Dəmir oksidinin miqdarı artdıqca oxranın rəngi tündləşir. 
Oxralar yüksək intensivliyə    və örtmə qabiliyyətinə malikdirlər. Qeyd 
etmək lazımdır ki, indiyədək təbii mineral piqmentlərin keyfiyyət göstəri-

 
139
cilərini tənzimləyən Dövlət standartları hazırlanmamışdır. Yalnız hazır 
məhsullara Dövlət standartları mövcuddur. 8019-56 saylı “Quru oxra” 
Dövlət standartının tələblərinə görə gilli oxralarda Fe
2
O
3
-ün miqdarı 11%-
dən, 8135-56  saylı “Dəmir sülügəni” Dövlət standartının tələblərinə görə 
isə dəmir sülügənində Fe
2
O
3
-ün miqdarı 75%-dən az olmamalıdır.  
Təbii  şəraitdə  dəmir filizi, manqan, kolçedan, qurğuşun-sink və 
polimetal yataqlarının oksidləşmə zonalarında “dəmir papaqları” tipli 
piqment yataqları  əmələ  gəlir. Dəmirli filizlərin aşınması  nəticəsində 
tərkibində Fe
2
O
3
-ün miqdarı 50%-dən 75%-dək olan yumşaq gilli 
süxurlar və  tərkibində Fe
2
O
3
-ün miqdarı 10%-dən 45%-ə  qədər olan 
yumşaq gilli və silisli süxurlar əmələ gəlir.   
Gilli və  dəmir oksidli oxralardan sənayenin bütün sahələrində-lak-
boya, sement, rezin, kağız, plastmas və s. sahələrdə geniş istifadə olunur. 
Təbii mineral piqmentlər rəssamlıqda böyük rol oynayır və onlardan 
rəssamlıqda istifadə olunan bütün növ boyaları almaq mümkündür.  
Azərbaycan Respublikası ərazisində təbii mineral boya xammalların-
dan oxra, mumiya, umbra, dəmir sülügəni, kobalt filizi (göy boya), xromit, 
malaxit (yaşıl boya), sink filizi (sinkli belila), titansaxlayan dəmir filizi, 
barit (baritli belila) gips, kaolin və müxtəlif gillər (ultramarin) rast gəlinir.   
1970-1990-cı illərdə T.M.Seyidov, İ.Ə.Məmmədov və digərləri 
tərəfindən Naxçıvan MR-də qeyri-filiz və tikinti materiallarına aparılan 
axtarış  işlərində yanaşı olaraq intensiv limonitləşmiş, hematitləşmiş sa-
hələrdən sınaqlar götürülmüş və onların təbii boyaq xammalı kimi yarar-
lılığını müəyyən etmək üçün dəmir oksidinin miqdarı  təyin edilmişdir. 
Aparılan tədqiqatlar nəticəsində təbii mineral boyaq xammalı kimi maraq 
doğuran 16 sahə  aşkar edilmişdir. Götürülmüş  sınaqlar üzrə Fe
2
O
3
-ün 
miqdarı 7-31% arasında olmuşdur. Dəmir oksidinin miqdarına görə Çeş-
məbasar-Çənnəb sahəsi daha perspektivli olduğundan bu sahədə 1999-
2003-cü illərdə təbii mineral boyaq xammalına axtarış işləri aparılmışdır. 
Axtarış  işləri nəticəsində Gülüstan  təbii mineral boya xammalı (oxra) 
yatağı aşkar edilmiş və qiymətləndirilmişdir.  
 
2.4.1. Gülüstan  oxra yatağı 
 
Yataq eyni adlı  kənddən 0,5 km şimal-qərbdə yerləşir və  şərqdən 
Əlincəçay, cənubdan Araz çayı, şimal-qərbdən Xəzərdərə dağı ilə hüdudlanır. 
Yataq 1999-2003-cü illərdə R.H.Zeynalov tərəfindən aşkar olun-
muş və qiymətləndirilmişdir.  

 
140
Yatağın geoloji quruluşunda Alt-Orta Eosen yaşlı vulkanogen-çökmə 
və çökmə mənşəli tufqumdaşı, tufqravelit, tufkonqlomerat, qumdaşı, əhəng-
daşı və s. iştirak edir. Yataq sahəsində tərkibində Fe
2
O
3
-ün miqdarı 11%-dən 
yuxarı olan 5 oxralaşmış zona aşkar olunmuş və hüdudlandırılmışdır.  
I zona Əlincəçayın sağ sahilində, mütləq hündürlüyü 973,1 m olan 
yüksəkliyin  şərq-şimal-şərq yamacında yerləşir və 2,1 km məsafədə 
izlənilir. Zona əsasən, ilkin tərkibini itirmiş, aşınmış, ovulmuş, intensiv 
limonitləşmiş, hematitləşmiş süxurlardan ibarətdir. Zonanın qalınlığı 50-
200 m arasında dəyişir. Zona aralarındakı məsafə 200 m olmaqla yerüstü 
dağ qazmaları vasitəsilə öyrənilmişdir.  
Zona üzrə Fe
2
O
3
-ün miqdarı 11,08-23,80% arasında dəyişir və orta 
göstərici 13,51% təşkil edir. I zonada hüdudlandırılmış sahənin uzunluğu 
1200 m, eni 45 m-dir.  
II zona I zonanın  şimal-qərb qurtaracağından 250 m qərbdən 
başlayaraq  şimal,  şimal-qərb istiqamətdə 1600 m məsafədə izlənilir. 
Zona üzrə Fe
2
O
3
-ün miqdarı 11,65-20,74%  arasında dəyişir və orta 
miqdarı 13,65% təşkil edir. II zonada hüdudlandırılmış sahənin uzunluğu 
600 m, eni isə 50 m-dir.   
III zona Araz çayının sol sahilində, mütləq hündürlüyü 1283,4 m 
olan yüksəkliyin şərq yamacında yerləşərək şimal-şimal-qərb istiqamətdə 
Alt Eosen yaşlı tufqumdaşları  və Orta Eosen yaşlı tufkonqlomeratların 
təmas xətti boyunca 2,5 km məsafədə izlənilir. Faydalı qat intensiv 
aşınmış, ovulmuş, limonitləşmiş, hematitləşmiş, bəzi yerlərdə kaolinləş-
miş süxurlardan ibarətdir. Zona üzrə Fe
2
O
3
-ün miqdarı 11,08-23,80% 
arasında dəyişir və orta miqdarı 13,08% təşkil edir. Kimyəvi analizin 
nəticələrinə  əsasən III zonanın daxilində 3 №-li filiz cismi hüdudlan-
dırılmışdır. 3 №-li filiz cisminin uzunluğu 1200 m, eni 35 m-dir.  
IV zona Gülüstan kəndindən 200 m şimal-qərbdən başlayaraq 
şimal-şərq istiqamətdə 2,6 km məsafədə izlənilir. Zona Alt və Orta 
Eosen yaşlı çöküntülərin təması boyunca yerləşərək, intensiv aşınmış, 
ovulmuş, hematitləşmiş, dəmirləşmiş tufqumdaşları  və tufkonqlome-
ratlardan ibarətdir.  Zona üzrə Fe
2
O
3
-ün miqdarı 12,01-19,31% arasında 
dəyişir və orta miqdarı 16,17% təşkil edir. IV zonada hüdudlandırılmış 
sahənin uzunluğu 1200 m, eni 30 m-dir.  
V zona yatağın şimal hissəsində, IV zonadan şimal-qərb istiqamət-
də yerləşərək, Orta Eosen və Alt Miosen yaşlı süxurların təması boyunca 
şimal-qərb istiqamətdə 1,4 km məsafədə izlənilmişdir. Götürülmüş 
sınaqların hamısında Fe
2
O
3
-ün miqdarı 11%-dən aşağı olmuşdur.  

 
141
Təbii boyaq xammalının keyfiyyətinə təsir edən amillər sırasına onun 
kimyəvi tərkibindən  əlavə  rəngi, atmosfer təsirlərinə davamlılığı, suburax-
mamaq qabiliyyəti, rəngin intensivliyi, səthi örtmə qabiliyyəti, disperstliliyi, 
yağ tutumu və s. kimi xüsusiyyətlər də daxildir. Yataq üzrə bu xüsusiyyətlər 
5 sınağın birləşməsindən alınan  bir qrup sınağı üzrə təyin edilmişdir.  
Piqmentin rəngini vizual olaraq təyin etmək üçün 10 qram piqment 5%-
li yapışqanda həll olunmuş və kağıza çəkilərək qurudulmuşdur. Quruduqdan 
sonra piqment sarımtıl-qırmızı və kərpici-qırmızı rəngdə olmuşdur.  
Piqmentin işığa davamlılığını öyrənmək üçün hazırlanmış boya 
dəmir lövhəyə sürtülmüş və dəmir lövhənin yarı hissəsi 2 ay günəş şüa-
ları altında saxlanılmışdır.  İki aydan sonra rənglər müqayisə olunarkən 
aralarında  heç bir dəyişiklik müşahidə olunmamışdır.   
Piqmentin intensivliyi onun disperstliliyindən asılıdır. Piqmentin dis-
perstlilik dərəcəsi nə qədər yüksək  olarsa,  intensivliyi də bir o qədər yüksək 
olur. Ümumiyyətlə,  intensivlik  ağardıcı materiala  piqment əlavə olunduq-
dan sonra həmin ağardıcıya öz rəngini vermə xüsusiyyəti nəzərdə tutulur.  
Boyaq xammalının dispersliliyindən asılı olaraq onun örtmə qabi-
liyyəti dəyişir. Piqmentin narınlığı, disperslik dərəcəsi artdıqca, piqmen-
tin örtmə qabiliyyəti, yağ tutumu  və intensivliyi nəzərə çarpacaq dərə-
cədə yaxşılığa doğru dəyişir.    
Gülüstan yatağı üçün piqmentin örtmə qabiliyyəti 85 q/m
2
 olmuş-
dur ki, bu da standartın tələblərinə (65-90 q/m
2
) tam uyğundur.  
Gülüstan yatağının xammalından alınan piqmentin yağ tutumu 30-
35% olmaqla, normaya (29-37%) uyğundur.  
Bütün bu qeyd olunanlardan belə bir nəticəyə  gəlmək olar ki, 
Gülüstan yatağını təşkil edən süxurlardan rəng sənayesində təbii mineral 
boya xammalı kimi istifadə etmək olar.   
Yatağın C

kateqoriyası üzrə ehtiyatları 706,4 min ton, P
1
 kateqo-
riyası üzrə isə 193,5 min ton təşkil edir.  
Yataqda daha dəqiq geoloji-kəşfiyyat işlərinin aparılması tövsiyə 
olunur.  
Bundan  əlavə axtarış  işləri nəticəsində Xalxal kəndindən 1,5 km 
şimal-qərbdə daha bir təbii mineral piqment təzahürü aşkar olunmuşdur. 
Faydalı qatın qalınlığı 25-35 m olmaqla 2 km məsafədə izlənilmişdir.  
Təzahür üzrə Fe
2
O
3
-ün miqdarı 13,78%-19,28%  təşkil edir. Təzahürdə 
axtarış işlərinin davam etdirilməsi məqsədəuyğun hesab olunur. 

 
142
BÖLMƏ 3.  BƏZƏK  DAŞLARI 
 
Bəzək daşları lap qədim zamanlardan insanları özünə  cəlb etmiş  və 
onlardan bəzək əşyalarının hazırlanmasında istifadə olunmuşdur. Məişətdə 
və sənayedə əsasən xalsedonun daha zəngin növlərindən geniş istifadə edil-
mişdir. Hər il bəzəkli və rəngli daşların texnikada və tətbiqi sahələrdə, əsa-
sən dekorativ incəsənətdə əhəmiyyəti artır. Əqiq və yaşma zərgərlik işlərin-
də, dəqiq aparatlarda, laboratoriyalarda (“əqiq” həvəngdəstə), sənayedə diyir-
cəkli yastıq, dayaq və cilalayıcı daşların və s. hazırlanmasında istifadə olunur. 
Daha qədim (daş  və bürünc) dövrlərdən başlayaraq Azərbaycan 
ərazisində  bəzək daşlarından bəzək  əşyalarının hazırlanmasında geniş 
istifadə edilmişdir. Qədim və ilkin orta əsr qəbirlərindən daş boyun-
bağılar, muncuqlar, üzüklər, möhürlər və s. tapılmışdır. Qeyd olunan 
əşyalar müxtəlif daşlardan – yəşəm,  əqiq, xalsedon, serdolik, kaolinit, 
heliotrop və s. hazırlanmışdır. 
Naxçıvan MR bəzək daşları ilə  zəngindir; onun yəşəmi, araqoniti 
(mərmər “oniksi”), dağ bülluru, alevroəqiqi, rəngli mərmərləri, xalsedonu, 
buynuzdaşları, qranatları və s. öz tətbiq sahələrini gözləyir.  
Son dərəcə
  
gözəl və qiymətli dekorativ bəzək materialı araqonit və 
ya mərmər “oniksi” hesab olunur. Naxçıvan MR ərazisində onun bir neçə 
yatağı bəllidur və onlar genetik olaraq mineral bulaqlarla əlaqədardır.  
 
3.1. Sirab araqonit (mərmər oniksi) yatağı 
 
Yataq Naxçıvan  şəhərindən 15 km, Sirab kəndindən isə 3 km 
şimal-şərqdə yerləşir.  
Yataq 1969-cu ildə F.M.Mahmudov tərəfindən aşkar edilmişdir. 
1971-ci ildə S.A.Rüstəmov tərəfindən yataqda axtarış işləri, 1972-
ci ildə M.D.Bayramov tərəfindən ilkin kəşfiyyat işləri, 1978-ci ildə isə 
S.A.Rüstəmov tərəfindən axtarış-qiymətləndirmə işləri aparılmışdır. 
Yatağın geoloji quruluşunda Eosen yaşlı mergellər və  əhəngli 
qumdaşları, Dördüncü dövrün travertinləri və allüvial-delüvial çökün-
tülər iştirak edir. 
Araqonit əsasən süxurların çatlarını və həmçinin layarası boşluqları 
dolduran laycıqlar və laylar şəklində  əhəngli qumdaşlarının içərisində  
öyrənilmişdir. Onların qalınlığı 2-5 sm-dən 30 sm-dək dəyişir.  
Struktur cəhətdən yataq Vənənd-Sirab antiklinalının tərkibinə daxil 
olan ikinci dərəcəli Nəhəcir antiklinalının cənub-qərb qanadında yerləşir. 
Antiklinalın cənub-qərb qanadı 60-70
0
 bucaq altında dik yatır.  

 
143
Yataq  0,5 kv. km sahəni əhatə edir. Bir çox yerlərdə onlar qədim 
travertinlərin qalıqları ilə örtülmüşdür. Hazırda travertinlər Sirab mineral 
su mənbəyinin yaxınlığında da əmələ gəlir və onun qalınlığı   çox azdır. 
Sirab yatağında travertinlərin arasında araqonit minerallaşması lay-
cıqlar şəklində rast gəlinir. Onun qalınlığı 1,5 sm-dən 5,0 sm-dək dəyişir. 
Araqonit laycıqları 1-2 m-dən 5 m-dək məsafədə izlənilir və  əsasən 
araqonitin şüavari növü  ilə təmsil olunur. 
Təcrübi olaraq 10-30 sm qalınlığında olan araqonit laycıqları maraq 
kəsb edir.  
Əsas araqonit minerallaşması Orta Eosenin əhəngli və gilli qum-
daşları arasında rast gəlinir. Burada 10 araqonit laycığı qeydə alınmışdır.   
Sirab mineral su mənbəyinin çıxışında araqonit laycıqlarının əmələ 
gəlməsi çox  intensiv getmiş və nisbətən böyük ərazini əhatə etmişdir. 
Araqonit şüavari olub, mavi, çəhrayımtıl-ağ, ağ, əsasən bozumtul-
sarı, tutqun-yaşıl (dəniz suyu rəngində) və qonuru-boz rənglərdə rast 
gəlinir. Bəzən böyük miqdarda dəmirli birləşmələr saxlayan ayrı-ayrı  
nazik oxralı laycıqlar müşahidə olunur. Dəmir hidrooksidinin araqonitdə 
iştirak etməsi onun dekorativ keyfiyyətini aşağı salmır,  əksinə daha 
təzadlı  şəkillər əmələ gətirərək keyfiyyətini yaxşılaşdırır.  
Mikroskop altında araqonit səciyyəvi dispers effektinə malik olub, 
paralel yerləşən uzanmış kristallar şəklindədir. Bəzi yerlərdə qeyri-
düzgün  paylanmış dəmir hidrooksidi müşahidə olunur. 
 Sərtliyi 3-5, parıltısı – tutqun,  sınıqları qeyri-bərabərdir. Cilalan-
ması yüksək dərəcəli  şüşə parıltısına malikdir. Asanlıqla 0,5 sm qalın-
lığında lövhələr  kəsmək mümkündür. 
Araqonitin texniki göstəriciləri aşağıdakı kimidir: araqonitin çıxımı 
0,10 m
3
-dən 2,27 m
3
-dək, ilkin zənginləşdirmədən sonra araqonit çıxımı 
55,0 kq-dan 190 kq-dək dəyişir. Çeşidləndikdən sonra araqonit çıxımı: I 
sort 7,4 kq-dan 21,0 kq-dək; II sort 3,0 kq-dan 96,0 kq-dək; xırda 32,0 
kq-dan 141,0 kq-dək; tullantılar 6,0 kq-dan 33,0 kq-dək dəyişir. 
Müsbət keyfiyyətlərini - xoşgəlimli,  incə tonda və gözəl şəkillərdə 
olmasını, həmçinin  əla texnoloji xüsusiyyətlərini nəzərə alaraq Sirab 
yatağının araqonitləri böyük ölçüdə olmayan məmulatların (külqabı, 
vaza, mücrü) və  zərgərlik-bəzək məmulatlarının ( sərgi üçün sırğalar, 
kulonlar, broşkalar),  həmçinin işıqlandırma armaturlarının, o cümlədən 
vitraj və mozaikaların hazırlanmasında istifadə edilir. 
Araqonitin C
2
 kateqoriyası üzrə ehtiyatları 236,4 ton təşkil edir. 
 

 
144
3.2.  Biləv mərmər oniksi təzahürü 
Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin