Biləv kəndindən 1,5 km yuxarıda Əyriçayın hər iki dik yamacında
yerləşir.
Təzahür Dördüncü dövrün travertin örtüklərindən təşkil olunaraq,
Əyriçayın dik uçurumlu yamaclarını şleyflə
örtür və Orta Eosenin
qumdaşları və tufbreçiyaları ilə mürəkkəbləşir. Mərmər oniksi yer
səthində bir-birinə paralel damar və damarcıqlar şəklində 200 m məsa-
fədə izlənilir. Onlar 0,2-1,2 m qalınlıqda meridiana yaxın (uzanma
azimutu ŞmQ 350
0
- ŞŞ 5-15
0
) istiqamətdə uzanır və maili yatımla 10-
20
0
bucaq altında cənub-qərbə yatır. Uzanma istiqamətində damarlarda
çoxsaylı daralmalara, bəzi laylar arasında isə tez-tez maksimal qalınlığı
0,4 m-ə çatan gilli travertin laycıqlarına rast gəlinir.
Biləv təzahürünün mərmər onikslərinin rəngi əsasən süd ağ, sarımtıl,
qəhvəyimtil-sarı, ipək çalarlı boz rəngdədir. Zolaqlıdır, zolaqların qalınlığı
müxtəlifdir. Adətən, ağ açıq zolaqların qalınlığı 5-6 sm, təzadlı zolaqların
qalınlığı 2 sm-ə qədər olub, radial aqreqatlarla mürəkkəbləşmişdir. Oniks,
adətən, xırdadənəli, massiv teksturalı olub, laylı struktura malikdir. Xam-
mal dekorativliyinə və blokluluğuna görə 41.117-76 saylı cahə standartları-
nın tələblərinə tam cavab verir. Araqonitdən 0,5 sm qalınlığında plastinka-
lar kəsmək mümkündür və cilalanma zamanı səthdə güzgü şəffaflığı alınır.
Kondinsiyalı xammal əsasən Əyriçayın sol sahilində 15-20
0
bucaq
altında çayın hövzəsinə doğru yatan və müvafiq olaraq 150, 140 və 90 m
uzunluğunda izlənilən 3 damarda yerləşir. Xammal çıxımı orta hesabla
80%, kondisiyalı xammal çıxımı isə 70% təşkil edir.
Biləv təzahürünün proqnoz resursları 5 m dərinliyə qədər 2500 ton
təşkil edir.
3.3. “Seyidin mağarası” mərmər oniksi təzahürü
Kilit kəndindən cənubda, dövlət sərhədindən 1,2 km aralı Araz
çayının sol sahilində yerləşir.
Mağara Kotam antiklinal qırışıqlığının cənub-şərq qanadında yerlə-
şən Santon yaşlı mərmərləşmiş əhəngdaşlarının içərisində əmələ gəlmiş-
dir. Mağarada şimal-qərb istiqamətli iri karst boşluğunda damcı (sızıntı)
mənşəli karbonatlı çöküntülərə rast gəlinir. Mağaranın uzunluğu 300 m,
eni 35 m, hündürlüyü isə 15-20 m olub, iki - xarici və daxili zaldan
ibarətdir. Zallar bir-biri ilə ensiz yarıqdan ibarət koridorla birləşir. Mağara-
145
nın divarlarının, döşəmə və tavanının böyük bir hissəsini karbonatlı
damcılardan əmələ gəlmiş qeyri-adi formalı stalaktit və stalakmitlər tutur.
Mağaranın dibində (döşəmədə) stalaqmitlər hündürlüyü 2 m, diametri 1 m
olan tumba formalı sütunlar əmələ gətirir. Əsas sütunların hündürlüyü 3 m,
diametri 30-40 sm-dir. Stalaktitlər nisbətən kiçik ölçülü – uzunliğu 1,5 m
olmaqla tavandan buz lüləsi kimi asılı vəziyyətdə durur.
Mağarada rast gəlinən onikslər mozaik teksturalı, yarımşəffaf, süd
ağ və çəhrayımtıl rənglidir. Zolaqlarının qalınlığı 1 sm-dən 3-4 sm-ə
çatır. Bəzi hissələrdə zolaqlı olmayan oniksə rast gəlinir.
Mağaranın ağzına yaxın ərazidə 1,5x2,5 m ölçülü mərmər oniksi
çıxışı aşkar edilmişdir. O, tünd-qəhvəyi, açıq-qəhvəyi, ballı-sarı rəngdə
olub, zolaqlarının eni 0,1 sm-dən 1,5 sm-ə çatır və yarımşəffafdır.
Oniks asanlıqla 0,5 sm qalınlığında lövhələr şəklində kəsilir,
cilalandıqdan sonra güzgü səthi əmələ gətirir. Azərbaycan Respublika-
sındakı mərmər onikslərinin arasında ən yaxşısıdır. Proqnoz ehtiyatları
on tonlarla ölçülür.
3.4. Kilit buynuzdaşı yatağı
Yataq Mehri-Ordubad plutonundan cənubda, Kilitçayın sol sahilin-
də yerləşir.
Mərmərləşmiş və yenidən kristallaşmış əhəngdaşlarının sərhədində
buynuzdaşları geniş zolaq şəklində yayılmışdır. Onların blokluluğu orta
hesabla 100x150x100sm olub, 41.117-76 saylı cahə standartının tələblə-
rinə tam cavab verir. Süxurun strukturu incədənəli, gizli kristallik,
sınıqları qeyri-bərabər, şəffaflığı tutqun, yağlı olub, sərtliyi 7-yə yaxındır.
Eni 1 mm-dən 10 mm-dək dəyişən tünd və bozumtul-yaşıl rəngli,
cizgiləri kəskin seçilən incəzolaqlı buynuzdaşları rast gəlinir. Bəzən iri
ləkəli və zolaqlı buynuzdaşlarına rast gəlinir. Zolaqlar tez-tez kəsilir,
onlar çox aydın olmayıb, tünd, qəhvəyimtil-yaşıl zolaqlar üstünlük təşkil
edir və eni 3-20 mm olan açıq, bozumtul-yaşıl zolaqlarla növbələşir.
Süxurun tərkibinə çöl şpatı, epidot, xlorit, karbonat, kvars, ley-
koksen daxildir və buna görə də süxur xlorit-epidot-çöl şpatlı buynuzdaşı
adlanır. Dekorativ keyfiyyəti üzrə bəzi buynuzdaşları ofiokalsitə, bəziləri
isə zolaqlı azmuynaklı yaşmaya aid edilir.
Buynuzdaşları güzgü səthinə yaxın cilalanır və 4-5 mm qalınlığında
lövhələr şəklində kəsilir. Texnoloji xüsusiyyətlərinə görə Kilit təzahürünün
buynuzdaşları daşkəsmə sənayesində bəzək daşı kimi istifadəyə yararlıdır.
146
3.5. Parağaçay andaluzit-rutil təzahürü
Kunqur-Alagöz silsiləsinin suayırıcı hissəsində Qapıcıq (3907 m)
dağından cənubda, 3100-3500 m yüksəklikdə yerləşir. Ondan bir qədər
aşağıda Parağaçay mis-molibden yatağının bazası əsasında fəaliyyət
göstərən mədən yerləşir. Yataq Q.V.Abix, Çulukidze, İ.N.Sitkovski,
Ş.A.Əzizbəyov, N.E.Quxman tərəfindən öyrənilmişdir. Bilavasitə anda-
luzit-rutil təzahürünün öyrənilməsi ilə Q.İ.Bakıxanov və İ.N.Sitkovski
məşğul olmuşdur.
Faydalı minerallaşma hidrotermal dəyişmiş kvarsitlərə aid olub,
orada yuva, damarcıq və 1,5-2,0 m ölçülü linzalarda rutil-andaluzit-
muskovit-kvars minerallaşması əmələ gəlmişdir.
Andaluzit prizmatik və rombik formalı kristallik dənələr və ya buğda
dənələri şəklində müşahidə olunur. Andaluzit kristalları tez-tez ləkələr və ya
haşiyə
şəklində serisitlə əvəz olunur. Bir sıra kristal dənələrində yaşılımtıl-
yasəməni tona çalan qeyri-bərabər rənglər müşahidə edilir.
Təzahürün şimal-şərq cinahında daha intensiv rutil minerallaşması
sahəsi ayrılır. Rutil muskovitlə, dağ bülluru ilə assosiasiyada 20 sm
ölçüyə qədər olan unikal druzalar əmələ gətirir ki, onlar da kolleksiya
materialı kimi maraq kəsb edir. Rutil kristalları prizmatik formalı olub,
0,5 sm-dən 5 sm-dək ölçülərdə rast gəlinir. İkiləşmələrə, dağ bülluru ilə
xaç şəkilli birləşmələrə, möhkəm kütlədə qızılı muskovitə, lövhəşəkilli
serisitə rast gəlinir. Muskovitin artması ilə kiçik rutil kristallarının miq-
darı artır. Rutil üçün metallik şəffaflıq, ştrixlənmə, bəzən kristalların sət-
hində bənövşəyi rəng dəyişmə müşahidə olunur, mineralın rəngi qara və
çəhrayımtıl-qara rəngdədir. Aparılan tədqiqatlar göstərir ki, 1 m
3
süxur
kütləsindən (törəmə kvarsit) üzərində 2 sm-ə qədər uzunluğunda 3-4 rutil
kristalı olan 1,5-2,0 kq-lıq kolleksiya nümunəsi əldə etmək olar.
3.6. Salvartı opal təzahürü
Naxçıvançayın yuxarı axım hissəsində, Gömür kəndindən 7-8 km
şərqdə, Salvartı dağının (3168 m) ətəyində Şahbuz rayonu ərazisində
yerləşir. Təzahür 1933-cü ildə L.A.Florenski və E.K.Ustiyev tərəfindən
ərazidə kükürdə iş aparılarkən aşkar edilmişdir. 1975 və 1979-1980-ci
illərdə T.M.Seyidov tərəfindən burada axtarış işləri aparılmışdır.
Gömür çayı boyunca en istiqamətinə yaxın iri pozulma xətti keçir ki,
bu da çoxsaylı kükürdlü mineral bulaqlarla müşayiət olunur. Tədqiqatlar
147
göstərir ki, bu tektonik pozulmalar opalsaxlayan hidrotermal məhlullar
üçün kanal rolunu oynamış və ətraf süxurları dəyişmişdir. 0,1-0,3 m
qalınlıqlı kəskin kaolinləşmiş süxur laycıqları saxlayan opalsaxlayan süxur
qatı sarımtıl-ağ, yaşılımtıl-boz, göyümtül-boz rənglərdə olub, Gömürçay
və Pustaçay çayları arasında müşahidə olunur. Faydalı qatın qalınlığı
dəyişkən olub, qalınlığı 9 m-dən 30 m-dək dəyişir. Kəsilişdə opalsaxlayan
süxurlar 3 məhsuldar qata bölünür: alt qatın qalınlığı 12-24 m, orta qatın
qalınlığı 8-10 m, üst qatın qalınlığı 4-6 m-ə çatır. Opal əsasən andezit
tərkibli intensiv dəyişmiş süxurlarda incə damarcıqlar, jelvak və 1-10 sm
ölçülü yuvalar şəklində rast gəlinir. Yer səthinə yaxın sahələrdə opal
çatlamış, çirklənmiş və dəmirləşmişdir. Opalın rəngi əsasən sarımtıl-ağdır.
O, yarımşəffaf, sərt olub, sınıqları balıqqulağına bənzəyir. Çox nadir
hallarda çat müstəvilərinin yaxınlığında opallaşma müşahidə olunur.
Köklü süxurların geniş yayıldığı sahələrdəki yuvalarda, jelvaklarda
rast gəlinən boz xalsedonlar xırda, çatlı və zolaqlı olmadığına görə
maraq kəsb etmir. Boşluqlarda yüksək miqdarda karbonat möhtəvilərinə
rast gəlinir.
Təmiz rəngli növlərinin çıxımı və blokluluğu çox aşağıdır. 5x5x3
sm-dən böyük ölçülü opalın miqdarı bütün opal kütləcinin 1%-dən azını
təşkil edir. Dərinliyə doğru xammalın keyfiyyəti yaxşılaşır.
3.7. Ağbulaq xalsedon təzahürü
Təzahür eyniadlı kənddən yuxarıda, Ağbulaq dərəsində yerləşir.
Təzahürün geoloji quruluşunda Eosenin vulkanogen süxurları iştirak
edir. Əqiq süxurların kəskin dəyişilmiş hissələrində çoxsaylı damarlarda
müşahidə olunur. Xalsedon silisiumla, analsimlə, qeylanditlə, kvarsla,
ametistlə və kalsitlə assosiasiyada rast gəlinir. Çatlarda və əsasən boşluq-
larda nisbətən gec əmələ gəlmiş – kvars və ametist mineralları yerləşir.
Bu minerallardan əlavə xalsedonun içərisində pirit və boşluqlara da rast
gəlinir ki, bu da mineralın keyfiyyətini aşağı salır.
“Ametist dərəsi” sütunşəkilli ayrılmalarla səciyyələnən Eosenin
vulkanogen süxurları ilə mürəkkəbləşmişdir. Əqiq-xalsedon toplantıları
çox da böyük olmayan və qalınlığı 0,1 m-ə qədər olan damarcıqlar şəbə-
kəsi əmələ gətirir. Ayrı-ayrı jeodaların çəkisi 3 kiloqrama çatır. Jeoda-
ların mərkəzi hissəsində ölçüsü 1 sm-ə qədər olan hematit və ametist
kristalları yerləşir.
148
3.8. Nehrəm alevroəqiq yatağı
Nehrəm alevroəqiq yatağı Əlincəçay körpüsündən 7-8 km cənub-
qərbdə, Nehrəm dolomit yatağının yaxınlığında yerləşir.
Yataq 1978-1979-cu illərdə T.M.Seyidov, İ.Ə.Məmmədov və
O.İ.İsmayılov tərəfindən üzlük daşlarına aparılan axtarış işləri nəticəsin-
də aşkar edilmişdir. Süxurların yüksək dekorativliyə malik olduğunu
nəzərə alaraq 1980-1983-cü illərdə M.M.Məmmədov və B.M.Kərimov
tərəfindən yataqda kəşfiyyat işləri aparılmışdır. Üzlük daşı məqsədilə
öyrənilən yatağın (Culfa konqlomerat yatağı) A+B+C
1
kateqoriyaları
üzrə ehtiyatları 2,1 mln.m
3
təşkil edir.
Yatağı təşkil edən süxurlar Orta Eosen yaşlı tufkonqlomeratlardan
ibarətdir. Həmin tuflar alevroəqiqin tufogen-əhəngdaşı materialı ilə se-
mentləşmiş müxtəlif ölçülü konkresiyalarını saxlayır. Yataq daxilində
tufkonqlomeratlar iki qatdan ibarətdir:
1. Müxtəlif ölçülü və rəngli alevroəqiqlərin (qara, ağ, sarı) və yu-
varlaq əhəngdaşı parçalarının tuflarla sementləşməsi. Alevroəqiq konkre-
siyaları qırmızımtıl-gilası rəngli, incətəbəqəli olub, konsentrik dairəvi
quruluş əmələ gətirir. Qırıntıların ölçüsü 0,5-2,0 sm-dən 5-6 sm-dək
çatır, qalınlığı 30 m;
2. Qara, ağ, sarı və boz rəngli əhəngdaşları ilə xırda və orta ölçülü
konqlomeratların əhəngli-tuf materialı ilə sementləşməsi, qalınlığı 20 m
olub üçərisində alevroəqiq rast gəlinmir.
Süxurun əsas kütləsini təşkil edən alevroəqiq özünün qeyri-adiliyi
ilə seçilir. Onun tərkibi gilli süxurlar qrupundan olan alevrolitə uyğun
gəlir. Üzərindəki nəqşlər isə əqiqlərin ən gözəllərinin nəqşlərindən
seçilmir. Buna görə də həmin daşı Naxçıvan MR-nın əməkdar mühəndisi
Tofiq Seyidov alevroəqiq adlandırmışdır. Bu ad hazırda geoloqlar ara-
sında vətəndaşlıq hüququ qazanmışdır.
Alevroəqiq cilalandıqdan sonra çox nəcib görkəm alır və qırmızı
rəngə boyanmış əqiqlərdən heç nə ilə fərqlənmir. Alevroəqiqdən hazır-
lanmış məmulatlar nəqşlərinin müxtəlifliyi, yüksək dekorativliyi və gö-
zəlliyi ilə nəzəri cəlb edir. Alevrolit konkresiyaları yüksək dekorativliyə
malik olduğundan onlardan bəzək və məmulat əşyalarının (vazalar,
stolüstü əşyalar, bilərziklər, muncuqlar və s.) hazırlanmasında istifadə
etmək olar. Digər tərəfdən alevroəqiq saxlayan süxur qatı əvəzsiz üzlük
materialıdır.
149
BÖLMƏ 4. TİKİNTİ MATERİALLARI
4.1. Üzlük daşları
Təbii daşlardan bina və qurğuların xarici səthlərinin örtülməsində,
interyerlərin tərtibatında, arxitektor-tikinti detallarının (sütun, kapitel,
pilistr, pillə və s.) hazırlanmasında və heykəllərin yonulmasında geniş
istifadə olunur.
1930-cu illərdən başlayaraq respublika ərazisində, əsasən Naxçıvan
MR-də və Kiçik Qafqazın şimal-şərq hissəsində əlverişli geoloji şəraitdə
yerləşən çökmə, metomorfik, maqmatik və piroklastik süxurların yayıldı-
ğı ərazilərdə sənaye əhəmiyyəti kəsb edən çoxsaylı üzlük daşı yataqları
aşkar edilmişdir.
Bu gün respublikada çoxsaylı üzlük daşı yataqlarınin aşkar edilmə-
sinə baxmayaraq, bu yataqlar istismar edilmədiyinə görə hazırda respub-
likanın daxili tələbatı xarici ölkələrdən gətirilməklə ödənilir.
Təbii üzlük materiallara kifayət qədər yüksək möhkəmliyə və
dekorativliyə malik, uzunmüddətli aşınma proseslərinə qarşı davamlı
müxtəlif dağ süxurları aid edilir. Aşınmaya məruz qalmamış üzlük daşı
kimi istifadə olunan əksər təmiz dağ süxurları yüz, hətta min illərlə
ölçülən uzunömürlülüyə malik olurlar.
Üzlük daşların dekorativliyinə onun rəngi, üzərindəki rəsmlər, sü-
xurun struktur və tekstur xüsusiyyətləri təsir göstərir. Daşın rəngi müəy-
yən mənada onun dekorativ keyfiyyətini təyin edir. Üzlük daşı kimi
əsasən açıq tonda (çəhrayı, qırmızı və boz) olan qranit, sienit, qrano-
diorit, travertin və mərmərdən istifadə olunur.
Üzlük daşları və onlardan alınan bloklar 9479-84 saylı “Üzlük
məmulatlar istehsalı üçün təbii daşlardan bloklar. Texniki şərt”, zavod
şəraitində bloklardan mişarlama yolu ilə alınan üzlük plitələr isə 9480-
84 saylı “Təbii daşlardan mişarlanan üzlük plitələr. Texniki şərt.” Dövlət
Standartının tələblərinə cavab verməlidir.
Azərbaycanın üzlük daşları genetik əlamətlərinə görə 3 əsas tipə
ayrılır: 1) çökmə; 2) metamorfik; 3) maqmatik. Birinci tipə əsasən əhəng-
daşları və travertin; ikinci tipə - mərmər və mərmərləşmiş əhəngdaşları;
üçüncü tipə isə intruziv, effuziv və vulkanogen-qırıntı süxurlar aid edilir.
150
Naxçıvan MR-in üzlük daşı yataqları T.M.Seyidov, İ.Ə.Məmmədov,
K.İ.Hacıyev, A.A.Cəfərov, K.İ.Sızranov, A.A.Nəcəfov, M.T.Səfərəliyev,
O.İ.İsmayılov və başqaları tərəfindən öyrənilmişdir.
01.01.2009-cu il tarixə olan vəziyyətə görə üzlük daşların ümumi
balans ehtiyatları А+В+С
1
kateqoriyaları üzrə 30324 min m
3
təşkil edir.
4.1.1. Travertin
Travertin (əhəngli tuf) cavan vulkanizm rayonlarında karbon qazlı
mineral su mənbələrindən çökən və böyük qalınlığa malik laylar əmələ
gətirən müasir çöküntülərdir. Travertin incəməsaməli, bəzən isə deşik-
deşik olan kalsit və araqonit minerallarından ibarətdir. Əsasən alçaq
temperaturlu hidrotermal məhlullardan ayrılır. Nadir hallarda iri yataqlar
əmələ gətirir. Möhkəm növlərindən həm mişar, həm də üzlük daşı kimi
istifadə olunur. Yumşaq növlərindən karbonatlı komponent kimi həm
sement istehsalında, həm də əhəngin bişirilməsində istifadə edilir. Bu
süxurlar Naxçıvan MR-də geniş inkişaf tapmışdır.
Ən qalın travertin laylarına Naxçıvan MR-in Babək və Kəngərli
rayonlarında rast gəlinir və bu ərazilərdə Buzqov, Şahtaxtı və Qarabağlar
kimi sənaye əhəmiyyətli yataqlar aşkar edilmişdir.
01.01.2009-cu il tarixə olan vəziyyətə görə travertinlərin А+В+С
1
kateqoriyaları üzrə balans ehtiyatları 20481 min m
3
təşkil edir.
4.1.1.1. Buzqov travertin yatağı
Naxçıvan şəhərindən 39-40 km şimal-qərbdə, Aşağı Buzqov kən-
dindən isə 1,5-2,0 km şimalda yerləşir.
Yataq 1964-1965-ci illərdə T.M.Seyidov və F.M.Dadaşov tərəfin-
dən mişar daşı kimi, 1979-1981-ci illərdə isə T.M.Seyidov, İ.Ə.Məmmə-
dov və O.İ.İsmayılov tərəfindən üzlük daşı kimi öyrənilmişdir.
Faydalı qat orta Dördüncü dövrün üst şöbəsinə aid travertinlərdən
təşkil olunmuşdur.
Travertin və travertinli konqlomerat-brekçiyalar Buzqov yatağının
bütün ərazisini əhatə edir. Şimal-şərq və cənub-qərb tərəfdən travertinlər
iri yarğanlarla əhatə olunur və cənub və cənub-şərq istiqamətdə Cəhriçay
hövzəsinə doğru izlənilir. Travertin layları şimal-qərbdən cənub-şərqə
doğru maksimal eni 400-550 m olmaqla 1050 m uzunluğunda öyrənil-
mişdir.
151
Buzqov travertin yatağı iri layşəkilli cisim əmələ gətirərək əsasən
3-5
0
, bəzən isə 7-10
0
bucaq altında monoklinal yatımla cənub-şərqə
yatır.
Relyefdə travertin layları biri-birindən 20-25 m nisbi yüksəklikdə
yerləşən 4 çox da böyük olmayan maili psevdoterraslar əmələ gətirir və
bir terrasdan digərinə keçid dik yamacla səciyyələnir.
Kəşfiyyat işləri aparılan layın kəsilişi çox sadədir. Üst Təbaşir
(Senoman, Turon və Konyak-Santon) çöküntülərinin yuyulmuş terras
şəkilli səthində bütün yatağın sahəsi üzrə tutqun-boz, sarımtıl-boz rəngli,
möhkəm travertinli konqlomerat-brekçiya yatır. Onlar köklü süxurların
bucaqlı, yarıyuvarlaqlaşmış xırda (bir neçə mm-dən 15-20 mm-ə qədər)
qırıntılarından ibarət olub, əsasən travertinlə sıx sementləşmiş Konyak-
Santon yaşlı açıq-çəhrayı rəngli, pelitomorf əhəngdaşlarından təşkil
olunmuşdur. Travertinli konqlomerat-brekçiya layının qalınlığı dəyişkən
olub, 43 №-li buruq quyusunda 46,0 m təşkil edir. Qalan buruq quyuları
üzrə qalınlıq 6,2 m-dən 40,0 m-dək dəyişir.
Konqlomerat-brekçiyaların üzərində isə təmiz
travertinlər - faydalı
qat yatır. Travertinlər çox iri layşəkilli yatım təşkil edərək 1 kv.km sahə-
ni əhatə edir. Travertinlər makroskopik görünüşünə görə ağ, sarımtıl-ağ,
sarımtıl-boz, çox nadir hallarda boz rəngdə olub, məsaməli, möhkəm
süxur təsiri bağışlayır. Müxtəlif sahələrdə gözlə müşahidə olunan məsa-
mələrin miqdarı 5-6%-dən 15-20%-ə qədər, bəzən isə daha çox təşkil
edir. Məsamələrin forması dairəvi, şaraoxşar, bəzən isə qeyri-düzgün
olub, ölçüləri 1 mm-dən 2-3 mm-dək çatır.
Süxurda arabir sarı araqonit kristalları ilə dolmuş kiçik yuvacıqlar
müşahidə olunur. Qeyd olunan məsamələrin böyük əksəriyyəti xırda-orta
dənəli törəmə kalsitlə dolmuşdur. Xarici görünüşünə görə süxur özündə
müasir bitki qalıqları saxlayan tipik əhəngdaşını xatırladır. Süxurun
teksturu massiv olub, heç bir laylanma müşahidə olunmur.
Mikroskop altında süxur incə-xırdadənəlidir. O, demək olar ki, ta-
mamilə incədənəli gizli kristallik kalsitdən ibarət olub, ümumi fonda
kalsitin daha iri qlomeroblastik möhtəviləri müşahidə olunur. Ayrı-ayrı
nümunələrdə kalsitlə yanaşı az miqdarda gil qarışığı iştirak edir. Mak-
roskopik müşahidə olunan məsamələrdən əlavə mikroskop altında süxu-
run 10%-ni əhatə edən və demək olar ki, tamamilə şəffaf kalsit kristalları
ilə dolmuş daha kiçik məsamələr də müşahidə olunur.
Faydalı qazıntının qalınlığı 9,7 m-dən (Q-№ 21) 86,3 m-dək (Q-№
50) dəyişir.
152
Travertinlər əsasən iki struktur tiplə səciyyələnir: 1) məsaməli –
həm xırda, həm də orta dənəli struktura malik olub, bir-biri ilə sıx
birləşmiş izometrik kalsit dənələrindən ibarətdir; 2) möhkəm travertin-
lər - əsas kütləsi tipik sıx kristallik strukturaya malik olub, süxur
gizlikristallik karbonat dənələrinin aqreqatından ibarətdir. Bundan əlavə
Buzqov yatağının travertinləri üçün səciyyəvi olan və süxura qədimi
ağaclara məxsus struktur verən müxtəlif ölçülü (kəsilişdə bəzən 30-40
mm-ə qədər) boşluqlar daşa özünəməxsus gözəllik verərək onları bəzəyir
və yüksək dərəcədə dekorativ edir.
Buzqov yatağının travertinləri əhəngli tufların möhkəm növünə aid
olub, isti və soyuq su mənbələrindən kalsium karbonatın çökməsi yolu
ilə əmələ gəlmişdir. Kalsium karbonatın çökməsinə axım sürətinin dəyiş-
məsi, suyun temperaturu və s. təsir göstərir. Sözsüz ki, kalsium karbo-
natın təmiz halda çökməsi mümkün deyildir. Bu proseslə paralel konti-
nental şəraitdə köklü süxurların aşınması və böyük miqdarda qırıntı
süxurların toplanması prosesi gedir. Təbii ki, qeyd olunan şərtlər Buzqov
travertin yatağına da aid edilir. Onlar en dairəsinə yaxın istiqamətdə yer
səthinə çıxan yüksək temperaturlu isti bulaqlardan kalsium karbonatın
çökməsi yolu ilə əmələ gəlmişdir. Suyun temperaturunun yüksək olma-
sını travertinlərdə ayrı-ayrı araqonit yuvalarının olması təsdiq edir.
Kəşfiyyat işləri aparılan yataq ərazisində aşağıdakı çat sistemləri
müşahidə olunur: eninə (ölçülən çatların ümumi miqdarının 48%-i),
uzununa (40%), üfqi və ya maili (7%) və dioqanal (5%).
Çatların öyrənilməsi (İ.Ə.Məmmədov, 1980) göstərir ki, yataqda
həm uzanma, həm də düşmə istiqamətində aydın seçilən I və II sistem
çatlar üstünlük təşkil edir. I və II sistem çatların maksimumları arasında
bucaq məsafəsi 60-70
0
təşkil edir. Bucaqların yatımı müxtəlif tərəflərə
istiqamətlənmişdir. I sistem çatlar ŞŞ 80
0
, II sistem çatlar isə ŞmQ 290
0
bucaq altında yatırlar. Əksər kəsişən iki sistem çatlar – şaquli və maili-
əsasən əl üsulu ilə istismar zamanı blokların çıxarılmasına müsbət təsir
göstərir.
Fiziki-mexaniki tədqiqatların nəticələrinə görə Buzqov yatağının tra-
vertinləri aşağıdakı göstəricilərlə səciyyələnir: həcm kütləsi 2210-2450
kq/m
3
, xüsusi çəkisi 2,58-2,66 q/sm
3
, suudma qabiliyyəti 0,55-4,0%,
məsaməliliyi 3,61-10%, möhkəmlik həddi: havada quru halda 225,0-547,0
kqgüc/sm
2
, tək-tək hallarda 609,0 kqgüc/sm
2
, su ilə doydurulduqdan sonra
200,0-375,0 kqgüc/sm
2
, tək-tək hallarda 561,0 kqgüc/sm
2
, dondurulduqdan
153
sonra 149,0-432,0 kqgüc/sm
2
, əsasən 203,5-340,0 kqgüc/sm
2
, suyadavam-
lılıq əmsalı 0,73-0,97 və şaxtayadavamlılıq əmsalı 0,73-0,97 təşkil edir.
Yuxarıda qeyd olunan nəticələrin analizi göstərir ki, Buzqov yata-
ğının travertinləri bütün göstəricilər üzrə 9479-84 saylı Dövlət Standar-
tının tələblərinə tam cavab verir, tikinti və qurğuların xarici və daxili
divarlarının üzlənməsi üçün istifadə edilə bilər.
Buzqov travertin yatağının orta kimyəvi tərkibi aşağıdakı kimi sə-
ciyyələnir: SiО
2
-2,59%, Аl
2
О
3
-0,66%, Fе
2
О
3
-0,39%, CаО -53,14%,
МgО -0,51%, SО
3
-0,18%, Nа
2
О -0,12%, К
2
О -0,13%, , y.z.i. - 41,59%.
Bütün sınaqlar üzrə CаCО
3
-ün miqdarı 83,3%-dən 97,8%-ə qədər
dəyişir, lakin əksər sınaqlar üzrə bu göstərici yüksək olub 90-96% təşkil
edir. Yataq üzrə МgCО
3
-ün miqdarı çox aşağı hədd daxilində 0,49-
1,25% arasında dəyişir. Həll olmayan qalığın miqdarı 0,41-8,82%, tək
bir halda 15,47% olmuşdur.
Yuxarıda qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, tra-
vertinlərdən I növ əhəng, adi və dekorativ sement, soda istehsalında və
digər sahələrdə istifadə etmək olar.
Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, 8267-75 saylı “Ti-
kinti işləri üçün təbii daşlardan çılnqıl” Dövlət Standartının tələblərinə
uyğun olaraq Buzqov yatağının travertinlərindən möhkəmliyi “400”
markaya uyğun gələn çınqıl kimi istifadə etmək olar. Travertinlərin
barabanda sürtülməsi “S-IV” markasına, kopyorda zərbəyə qarşı müqa-
viməti “Z-40” markasına, şaxtayadavamlılığına görə “Şax.-25” markası-
na uyğundur.
Buzqov yatağının travertinləri təmizliyinə, eynicinsliliyinə və mo-
nolitliyinə görə fərqlənir. Onlar möhkəm, bərk, orta və xırda məsaməli,
bəzən deşik-deşik və boşluqlardan ibarət sarımtıl-ağ, açıq-boz və ya
açıq-sarı rəngdə olur.
Yataqda keçilən təcrübi karxana üzrə travertinin blokluluğu təyin
edilmişdir. Yataq üzrə orta blok çıxımı 42,48% təşkil edir. Beləliklə,
Buzqov yatağının travertinləri yüksək blokluluğu ilə səciyyələnir və bu
daşlardan istənilən ölçülü blokların alınması iqtisadi cəhətdən məqsədə-
uyğundur. 1 kub metr travertin blokundan orta hesabla 14,67 m
2
kon-
disiyalı plitə alınır.
Yatağın hidrogeoloji və mühəndis-geoloji şəraiti əlverişlidir. Yata-
ğın istismarının dağ-texniki şəraiti əlverişli olub, faydalı qazıntının kəşf
olunmuş bütün qalınlığı boyu açıq karxana üsulu ilə istismarına şərait
yaradır.
154
Yatağın B+C
1
kateqoriyaları üzrə ehtiyatları 8343000 m
3
, C
2
kateqoriyası üzrə isə 2209040 m
3
təşkil edir. Kəşf edilmiş ehtiyatlar
daşçıxarma və daş emalı sənayesində üzlük materialların istehsalı sahə-
sində iri xammal bazası ola bilər.
4.1.1.2. Şahtaxtı yatağı
Yataq Kəngərli rayonunun Şahtaxtı kəndindən şimal-şərqdə yer-
ləşir.
Yataq 1968-1969-cu illərdə K.İ.Hacıyev tərəfindən üzlük daşı kimi
öyrənilmişdir.
Yataq 3 sahədən ibarətdir: I sahə Şahtaxtı kəndinin şimal-şərq his-
səsində, II sahə I sahədən 0,7 km şimal-şərqdə, III sahə II sahədən 1,0
km şimal-şərqdə yerləşir. Həmin sahələr müvafiq olaraq 7,3 ha, 2,3 ha və
50,9 ha-dır.
Yatağın geoloji quruluşunda Dördüncü dövrün sarımtıl-ağ, boz və
tutqun-boz rəngli, möhkəm, zəif çatlı travertinləri iştirak edir. Faydalı
qatın qalınlığı 5,1 m-dən 22,7 m-dək dəyişir və orta hesabla 11,4 m təşkil
edir.
Kəsilişin üst hissəsində onlar örtük süxurlara aid edilən və qalınlığı
0,0 m-dən 4,0 m-dək (orta hesabla 0,2 m) dəyişən boş, məsaməli
travertinlərlə əvəz olunur. Travertinlərin üzəri içərisində travertin qırıntı-
ları rast gəlinən və qalınlığı 0,0 m-dən 8,6 m-dək (orta hesabla 1,8 m)
dəyişən Dördüncü dövr yaşlı qumcalarla örtülmüşdür. Faydalı qat tra-
vertinli konqlomeratların, bəzi yerlərdə isə Sarmat yaşlı gillərin üzərində
yatır.
Travertinlər əsasən kalsit mineralından (90-93%) ibarətdir. Əsas
kütlədə kvars, çöl şpatı, xalsedon, bəzən isə bitki və fauna qalıqlarına
rast gəlinir.
CаО-nin miqdarı 34,5%-dən 54,7%-dək, orta hesabla 50,0 %, SiО
2
0,18%-dən 22,3%-dək, orta hesabla 5% təşkil edir.
Kimyəvi tərkibinə görə travertinlər II növ əhəng istehsalı üçün
yararlıdır.
Fiziki-mexaniki tədqiqatların nəticələrinə görə, travertinlər aşağıda-
kı göstəricilərlə səciyyələnir: həcm kütləsi 2,17-2,49 t/m
3
, xüsusi çəkisi
2,68-2,73 q/sm
3
, suudma qabiliyyəti 1,0-10,0%, məsaməliliyi 5,6-19,0%,
möhkəmlik həddi: havada quru halda 200,0-600,0 kqgüc/sm
2
, su ilə
doydurulduqdan sonra 180,0-500,0 kqgüc/sm
2
, dondurulduqdan sonra
155
108,0-447,0 kqgüc/sm
2
, suyadavamlılıq əmsalı 0,7-1,0 və şaxtayadavam-
lılıq əmsalı 0,75-0,99 təşkil edir və 9479-84 saylı Dövlət Standartının
tələblərini tam ödəyir.
0,2 m
3
-dən 1,0 m
3
-dək ölçülü blokların çıxımı 35%-dir. 1 m
3
blokdan 25 mm qalınlıqlı plitə çıxımı 13 m
2
təşkil edir.
Yüksək dekorativliyə malik olan Şahtaxtı yatağının travertinlərin-
dən üzlük materialı kimi bina və qurğularda xarici və daxili divarların
üzlənməsində üzlük materialı kimi istifadə etmək olar. Kiçik bloklardan
divar daşı kimi, tullantılardan isə tikinti əhəngi istehsalında istifadə et-
.mək olar.
Yatağın dağ-texniki şəraiti əlverişlidir.
Yatağın А+В+С
1
kateqoriyaları üzrə ehtiyatları 8235 min m
3
, o
cümlədən: I sahə üzrə 642 min m
3
, II sahə üzrə 165 min m
3
, III sahə üzrə
7428 min m
3
təşkil edir. Yatağın ehtiyat artımı şimal-şərq istiqamətdə
mümkündür. Örtük süxurların faydalı qata olan nisbəti 1:8 kimidir.
I sahədə istismar işləri aparılmışdır. 01.01.2009-cu il tarixə qalıq
ehtiyatlar 7844 min m
3
təşkil edir.
4.1.1.3. Qarabağlar yatağı
Dostları ilə paylaş: |