Kəngərli rayonunun Qarabağlar kəndindən 1,0-1,5 km şimal-
şərqdə, Naxçıvan şəhərindən isə 40,0 km şimal-qərbdə yerləşir.
Yataq 1973-1974-cü illərdə K.İ.Sızranov tərəfindən mişar daşı kimi
öyrənilmiş, 1982-83-cü illərdə isə O.İ.İsmayılov tərəfindən yataqda
üzlük daşı kimi kəşfiyyat işləri aparılmışdır.
Qarabağlar yatağının geoloji quruluşu çox sadədir. Stratiqrafik
cəhətdən burada ancaq Sarmat və Dördüncü dövr çöküntüləri iştirak edir.
Tektonik planda yataq monoklinal formada olub, 5-10
0
bucaq
altında cənub-qərbə yatır. Dördüncü dövr çöküntüləri aydın müşahidə
olunan bucaq və azimutal qeyri-uyğunluqla Üst Sarmat çöküntülərini
örtür.
Travertinlər Dördüncü dövr çöküntülərinə aid edilir. Onlar maili,
layşəkilli yatıma malik olub, 5-6
0
bucaq altında yatırlar.
Qarabağlar yatağının travertinləri ağ, açıq-sarı və ağımtıl-boz
rənglərdə, qeyri-bərabər paylanmış deşiklər (xırda boşluqlar) müşahidə
olunan xoşagəlimli dalğavari tekstura və strukturalarda rast gəlinir.
Makroskopik müşahidələrə və petroqrafik təsvirlərə, blokluluğuna,
156
parçalarının ölçüsünə, çatlılığına və fiziki-mexaniki xüsusiyyətlərinə
görə travertinlər iki növlə təmsil olunur.
Birinci növ travertinlər yatağın üst hissəsində müşahidə olunur və
altda yatan laylardan öz fiziki-mexaniki xüsysiyyətlərinə görə kəskin
fərqlənirlər. Bu hissədə ekzogen proseslərin təsirindən travertinlər aşına-
raq çox çatlı, adətən möhkəm olmayan, aşağı həcm kütləsinə, (adətən
1,7-2,0 t/m
3
), aşağı möhkəmliyə (110,7-314,0 kqgüc/sm
2
, əsasən 100,0-
200,0 kqgüc/sm
2
), yüksək məsaməliliyə (19,2%-ə qədər) və suudma
qabiliyyətinə (40-50%-ə qədər) malik olurlar.
İkinci növ travertinlər birincidən fərqli olaraq aşınmaya məruz
qalmayaraq bilavasitə aşınmış travertinlərin altında yatır və faydalı qata
aiddirlər.
Makroskopik görünüşünə görə travertinlər möhkəm və məsaməli
süxurlar olub, ağ, sarımtıl-ağ və çəhrayımtıl-boz rənglərdə rast gəlinir.
Petroqrafik analizin nəticələri göstərir ki, dərinlikdən asılı olmaya-
raq travertinlərin mineraloji tərkibi eynicinsli olub, ancaq deşiklərin
miqdarına və ölçülərinə görə fərqlənirlər.
Layın qalınlığı 4,2 m-dən (Q-№ 11a) 40,0 m-dək (Q-№ 28) dəyişir.
Travertinlər iki laydan ibarət olub, Üst Sarmatın tünd-boz rəngli qumlu
gillərinin üzərində yatırlar.
Travertinlərin orta kimyəvi tərkibi aşağıdakı kimidir: SiO
2
-0,62%,
Al
2
O
3
- 0,18%, Fe
2
O
3
-0,72%, ТiО
2
-0,04%, CaO-53,61%, MgO-0,37%,
SO
3
-0,12%, Na
2
O- 0,02%, K
2
O- 0,04%, H
2
O- 0,31%, y.z.i.- 43,42%.
Kimyəvi tərkibinə görə travertin əhəngdaşına yaxın olduğuna görə
üzlük blokların çıxarılmasından alınan tullantılardan sement, susuzlaşdı-
rılmış soda, karbid, xlor əhəngi, qənd və s. istehsalında istifadə etmək
olar.
Fiziki-mexaniki tədqiqatların nəticələri aşağıdakı göstəricilərlə sə-
ciyyələnir: həcm kütləsi 2,05-2,46 t/m
3
, xüsusi çəkisi 2,12-2,55 q/sm
3
,
suudma qabiliyyəti 1,3-4,4%, məsaməliliyi 3,2-12,7%, möhkəmlik həd-
di: havada quru halda 208,3-493,5 kqgüc/sm
2
, su ilə doydurulduqdan sonra
188,2-429,6 kqgüc/sm
2
, dondurulduqdan sonra 164,9-369,1 kqgüc/sm
2
, suya
davamlılıq əmsalı 0,74-0,99, şaxtayadavamlılıq əmsalı 0,78-0,97 olub,
9479-84 saylı Dövlət standartının tələblərini tamamilə ödəyir.
Təbii üzlük daşların keyfiyyətinin qiymətləndirilməsi üçün ən vacib
şərt dağ kütləsindən çıxarılan kondisiyalı blok çıxımı və ondan alınan
üzlük plitənin çıxımıdır. Yataqda keçilən təcrübi karxananın nəticələrinə
görə blok çıxımı 48,42% təşkil edir. 1 m
3
blokdan orta üzlük plitə çıxımı
157
17,2 m
2
təşkil edir. Blokların çıxarılmasından alınan tullantılar və traver-
tinli konqlomerat-brekçiya tikinti çınqılı kimi istifadə oluna bilər.
Travertinli konqlomerat-brekçiyaların xırdalanması zamanı alınan
qumların tədqiqi göstərir ki, onların miqdarı xırdalanmış kütlədə 30%-ə
qədər çatır və iridənəli qumlara aid edilir (irilik modulu 2,9), lil, gil və
tozşəkilli hissəciklərin miqdarı 4,2-4,8% olub, 8736-77 saylı (Tikinti
işləri üçün qum) Dövlət Standartının tələblərindən yüksəkdir. O, təbii
vəziyyətdə tikinti qumu kimi istifadəyə yararlı deyildir.
Yatağın hidrogeoloji və dağ-texniki şəraiti əlverişlidir. Yataq səna-
ye istismarına tam hazırdır.
Yatağın ehtiyatları А+В+С
1
kateqoriyaları üzrə 4081,4 min m
3
təşkil edir.
4.1.2. Paleozoy yaşlı mərmərləşmiş əhəngdaşları
Mərmər və mərmərləşmiş əhəngdaşları tikintidə üzlük daşı kimi
geniş istifadə olunur. Mərmər tam kristallaşmış metamorfik süxur olub,
əsasən kalsit və ya dolomit dənələrindən ibarətdir. Bundan başqa meto-
morfizm şəraitindən və kənar süxurların tərkibindən asılı olaraq mər-
mərdə digər minerallar da iştirak edir.
Mərmərlərin arasında xırda, orta və iridənəli, eynicinsli, zolaqlı
və
flüidal teksturaya malik növləri məlumdur. Qarışıqların tərkibindən asılı
olaraq rəngləri çox müxtəlif - qırmızı, çəhrayı, qəhvəyi, boz, qara və ağ
rənglərdə olur.
Regional-metamorfizm nəticəsində əmələ gələn mərmərlər layşə-
killi ayrılmaya malik, dərinliyə və uzanma istiqaməti üzrə dəyişməz
maddi tərkiblə və morfostruktur əlamətlərlə səciyyələnirlər. Mərmərl-
ərin yüksək dekorativliyi nəzərə alınaraq onlardan üzlük materialı kimi
geniş istifadə edilir.
Mərmərləşmiş əhəngdaşları Araz zonasında Paleozoy çöküntülə-
rində (Karbon və Devonda) məlumdur. Burada Vəlidağ, Oğlanqala və
Xalaç qara mərmər yataqları kəşf olunmuşdur. Qeyd etmək lazımdır ki,
tünd-boz rəngli əhəngdaşlarına Naxçıvan MR-in şimal-şərq hissəsində
Paleozoy kompleksi çöküntülərinin inkişaf tapdığı Orta və Üst Devon ,
Alt Karbon və Alt Permin kəsilişlərində də rast gəlinir.
Mərmərləşmiş əhəngdaşlarının 01.01.2009-cu il tarixə А+В+С
1
kateqoriyaları üzrə ümumi balans ehtiyatları 5726 min m
3
təşkil edir.
158
4.1.2.1. Vəlidağ yatağı
Sədərək qəsəbəsindən 12 km cənub-qərbdə, dəmiryolu ilə Naxçı-
van şəhərindən 75-80 km şimal-qərbdə yerləşir.
Yataq 1962-ci ildə A.A.Cəfərov tərəfindən soda istehsalı üçün,
1988-ci ildə Ə.M.Həmidov tərəfindən dekorativ çınqıl və qum istehsalı
üçün öyrənilmişdir. 1989-1990-cı illərdə isə O.İ.İsmayılov tərəfindən
üzlük daşı istehsalına yararlı xammal kimi yataqda dəqiq kəşfiyyat işləri
aparılmışdır.
Yataq iki sahədən ibarətdir.
Birinci sahə Dağna dağının qərb yamacında şimal-qərbdən cənub-
şərqə doğru 200 m enində uzanan əhəngdaşı sahəsində, Vəlidağ dəmiryol
keçidindən 2,5 km şimal-qərbdə yerləşir.
İkinci sahə isə Vəlidağ dəmiryol keçidindən 1,5 km şimalda,
eyniadlı dağın cənub yamacında, 6-7 km məsafədə dəmiryol boyu 300 m
enində uzanan əhəngdaşı sahəsində yerləşir.
Vəlidağ yatağının geoloji quruluşunda Orta Devonun Eyfel mərtə-
bəsinin çöküntüləri iştirak edir. Onlar rəngi tünd-bozdan qarayadək dəyi-
şən və qalınlığı 200 m-ə qədər olan möhkəm mərmərləşmiş əhəngdaş-
larından və qalınlığı 10 m-dək olan tünd-boz rəngli gil şistlərindən təşkil
olunmuşdur. Qeyd olunan çöküntülərin üzəri çox az qalınlığa malik
delüvial gilcələrlə örtülüdür.
Faydalı qat makroskopik görünüşcə eynicinsli, möhkəm, bəzən çat-
lı əhəngdaşlarından ibarət olub, içərisində incə kalsit damarcıqları müşa-
hidə olunur. Rəngi tünd-boz, bəzən qaradır.
Kimyəvi tərkibinə görə əhəngdaşları çox asanlıqla iki horizonta
ayrılır:
-alt horizont - 88-92%-ə qədər CаCО
3
saxlayan gilli əhəngdaşları,
qalınlığı 120-140 m;
- üst horizont - 96-98%-ə qədər CаCО
3
saxlayan təmiz əhəngdaş-
ları, orta qalınlığı 45 m-ə qədər.
Əhəngdaşları monoklinal yatıma malik olub, laylar 25
0
bucaq
altında şimal-şərqə yatırlar.
1 №-li sahədə əhəngdaşlarının kimyəvi tərkibi: CаCО
3
orta hesabla
97%, МgCО
3
-1,54%, SiО
2
-0,81%, Аl
2
О
3
+Fе
2
О
3
-1,72%.
2 №-li sahədə əhəngdaşlarının kimyəvi tərkibi: CаCО
3
orta hesabla
98%, МgCО
3
-1,04%, SiО
2
-0,36%, Аl
2
О
3
+Fе
2
О
3
-0,41%.
159
II sahənin əhəngdaşları kimyəvi analizin nəticələrinə görə soda
istehsalına yararlıdır.
Vəlidağ yatağının mərmərləşmiş əhəngdaşları aşağıdakı fiziki-me-
xaniki xüsusiyyətlərə malikdir: həm kütləsi 2,52-2,64 t/m
3
, xüsusi çəkisi
2,67-2,69 q/sm
3
, suudma qabiliyyəti 0,4-1,1%, məsaməliliyi 2,0-2,5%,
möhkəmlik həddi: havada quru halda 402-445 kqgüc/sm
2
, su hop-
durulmuş halda 321-364 kqgüc/sm
2
, 25 tsikl dondurulduqdan sonra 356-
291 kqgüc/sm
2
, suya davamlılıq əmsalı 0,80-0,81, şaxtayadavamlılıq
əmsalı 0,80-dir. Fiziki-mexaniki tədqiqatların nəticələrinə görə Vəlidağ
yatağının mərmərləşmiş əhəngdaşları 9479-84 saylı Dövlət Standartının
tələblərini tamamilə ödəyir və üzlük məmulatların istehsalı üçün istifadə
edilə bilər.
Mərmərləşmiş əhəngdaşlarının xırdalanmasından alınan çınqıl və
qum yuyulduqdan sonra 22856-77 saylı “Təbii daşlardan dekorativ çınqıl
və qum” Dövlət Standartının tələblərinə görə dekorativ çınqıl və quma
uyğun gəlir və divar və döşəmələrdə (hərəkətin intensivliyi 100 nə-
fər/saatdan şox olmayan yerlərdə) dekorativ mozaik plitələrin istehsalı
üçün yararlıdır.
Texnoloji tədqiqatların nəticələri göstərir ki, xırdalanma zamanı
qum fraksiyasının (0-5 mm) miqdarı 35%, çınqıl (5-40 mm) isə 65 %
təşkil edir. Yuyulma zamanı alınan tullantılar (<0,16 mm) 3% təşkil edir.
Alınan betonun möhkəmliyi 125 kqgüc/sm
2
-dir.
Yatağın hidrogeoloji, mühəndis-geoloji və dağ-texniki şəraiti əlve-
rişlidir.
Yatağın geoloji ehtiyatları А+B+C
1
kateqoriyaları üzrə 4110,8
min m
3
, karxana daxili ehtiyatlar isə 3288,8 min m
3
təşkil edir.
4.1.2.2. Oğlanqala yatağı
Yataq Şərur dəmiryol stansiyasından 8 km şimal-şərqdə Şərqi
Arpaçay çayının sağ sahilində, Oğlanqala kəndinin yaxınlığında yerləşir.
Yataq 1953-cü ildə T.M.Səfərəliyev, A.A.Nəcəfov və F.V.Musta-
fabəyli tərəfindən öyrənilmiş, 1968-69-cu illərdə isə yataqda O.C.Həm-
zəyev, M.S.İsmayılov və Q.K.Qədimova tərəfindən isə üzlük daşı kimi
kəşfiyyat işləri aparılmışdır.
Yataq rayonunun geoloji quruluşunda Orta və Üst Devonun, Alt və
Üst Karbonun, həmçinin Oliqosen-Miosenin duzlu qatının karbonat-
terrigen süxurları iştirak edir.
160
Yatağın ərazisi yastı təpəliklərdən təşkil olunaraq Üst Karbonun
ktistallaşmış, mərmərləşmiş əhəngdaşları ilə təmsil olunur, qalınlığı 50
m-dir. Əhəngdaşları qalın laylı olub, içərisində əsasən 1-4 sm, bəzən isə
40 sm-ə qədər qalınlığı olan gil şistləri saxlayır.
Oğlanqala mərmərləşmiş əhəngdaşı yatağı tektonik cəhətdən Dizə-
Sədərək sinklinalının cənub-qərb qanadında yerləşir. Yataq ərazisində
laylar maili yatır və düşmə bucağı 8-12
0
arasında dəyişir. Maili düşən
layın üst hissəsində qabbro-diabaz tərkibli layarası ineksiya öyrənil-
mişdir.
Oğlanqala yatağının mərmərləşmiş əhəngdaşları aşağıdakı fiziki-
mexaniki xüsusiyyətlərə malikdir: həcm kütləsi 2,20- 2,78 t/m
3
, xüsusi
çəkisi 2,82-2,88 q/sm
3
, suudma qabiliyyəti 0,1-1,0%, məsaməliliyi 0,29-
3,6%, möhkəmlik həddi: havada quru halda 410-1402 kqgüc/sm
2
, əsasən
600-1000 kqgüc/sm
2
. Mərmərləşmiş əhəngdaşları 25 tsikl donmaya və
əriməyə davamlıdır. Suya davamlılıq əmsalı 0,70-0,98, şaxtayadavam-
lılıq əmsalı 0,71-1,0-dir.
Fiziki-mexaniki tədqiqatların nəticələrinə görə Oğlanqala yatağının
mərmərləşmiş əhəngdaşları 9479-84 saylı Dövlət Standartının tələblərini
tamamilə ödəyir və daxili və xarici divarlarda üzlük materialı kimi
istifadə edilə bilər.
Yataqda keçilən təcrübi karxananın nəticələrinə görə standart blok
çıxımı 40,25% təşkil edir. Mərmər zavodunda blokların kəsilməsi nəticə-
sində müəyyən edilmişdir ki, 1 m
3
blokdan 20-25 mm qalınlığında orta
üzlük plitə çıxımı 11-12 m
2
təşkil edir. Plitələr çox asanlıqla kəsilir,
cilalanır və plitələr şüşə görünüşlü səthə malik olurlar. İstismar zamanı
alınan tullantılar (but, çınqıl) “mərmər qırıntısı” şəklində mozaik beto-
nun istehsalında istifadə oluna bilər.
Karxananın dağ-texniki şəraiti istismar işlərinin kanat mişar vasitə-
silə aparılmasına şərait yaradır.
Yatagın А+B+C
1
kateqoriyaları üzrə ehtiyatları 2315,5 min m
3
təşkil edir.
Qeyd etmək lazımdır ki, yatağın üst hissəsində tarixi abidə - yaşı
4000 ildən yuxarı olan qədim şəhərin qalıqları aşkar edilmişdir. Hazırda
bu abidə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının ar-
xeoloqları və etnoqrafları tərəfindən öyrənilir. Buna görə də bu yatağın
istismar olunması məqsədəuyğun sayılmır.
161
4.1.2.3. Xələc yatağı
Yataq Şərur dəmiryol stansiyasından 8-10 km, Xələc kəndindən isə
2,0-2,5 km şimal-şərqdə yerləşir.
Yataq rayonunun geoloji quruluşunda Orta və Üst Devonun, Alt və
Üst Karbonun çöküntüləri iştirak edir. Faydalı qat monoton təbəqəli,
incə, xırda və iridənəli, boz, tünd-boz və qara rəngli mərmərləşmiş
əhəngdaşlarından ibarətdir.
Petroqrafik tərkibinə görə yataq üzrə əhəngdaşlarının aşağıdakı
növləri ayrılır: zəif dəmirləşmiş, yenidən kristallaşmış, üzvi, qeyri-
bərabər dənəli əhəngdaşları, yenidən kristallaşmış üzvi əhəngdaşları və
mərmərləşmiş əhəngdaşları.
Yataq tektonik cəhətcə şərq və şimal-şərqə 20-40
0
bucaq altında
düşən submeridional istiqamətli monoklinalda öyrənilmişdir.
Xələc monoklinalı əsasən en istiqamətinə yaxın bir sıra mikroqırıl-
malarla doğranmışdır. Bu qırılmaların arasında iki müxtəlif qırılma
müşahidə olunur: dəmir hidroksidinin əmələ gəlməsi, gil kütləsinin
sürtünməsi və brekçiya ilə müşayiət olunan xüsusi qırılmalar və daha
cavan çat qopuqları ilə müşayiət olunan qırılmalar.
Yatağın cənub hissəsində əhəngdaşlarının tam kəsilişi aşağıdakı
kimi səciyyələnir (aşağıdan yuxarıya):
1. Çox çatlı, çatlar üzrə dəmirləşmiş incədənəli əhəngdaşlarının ağ
rəngli qumlu əhəngdaşları ilə növbələşməsi, qalınlığı 1,4 m (4 lay).
2. Boz, tünd-boz rəngli, bərabər təbəqəli, incə və iri dənəli,
möhkəm, çatlı, çatlar üzrə tam dəmirləşmiş əhəngdaşları, qalınlığı 11,2
m (13 lay).
3. Tünd-boz, bəzən qara rəngli, incə və iri dənəli, möhkəm, çatlı
əhəngdaşları. Nadir hallarda süd rəngli kalsit (1,5-2,0 sm qalınlığında)
damarcıqları müşahidə olunur, qalınlığı 33,5 m (40 lay).
Xələc yatağının əhəngdaşlarının ümumi qalınlığı 46,1 m-dir (57
lay).
Xələc yatağının mərmərləşmiş əhəngdaşlarının orta kimyəvi tərkibi
aşağıdakı kimidir: SiО
2
-0,13%, Fе
2
О
3
-0,08%, Аl
2
О
3
-3,4%, CаО-53,6%,
МgО-0,65%. CаCО
3
-ün miqdarı 93,95-98,75% arasında dəyişərək orta
hesabla 96,35% təşkil edir.
Fiziki-mexaniki tədqiqatların nəticələrinə görə sıxılma zamanı ha-
vada quru halda möhkəmlik həddi 270-630 kqgüc/sm
2
, şaxtayada-
162
vamlılığına görə Şax.-25 markadan yuxarı, suya davamlılıq əmsalı isə
0,7-dən yuxarıdır.
Mərmərləşmiş əhəngdaşlarının möhkəmlik həddi əyilmə və zərbə
nəticəsində də təyin edilmişdir. Laboratoriya tədqiqatlarına görə əyilmə
zamanı süxurun möhkəmlik həddi 100-123 kqgüc/sm
2
, zərbə zamanı isə
0,44-0,89 kqgüc/sm
2
, sürtülmə normadan (0,4 q/sm
2
) yüksək olub, 1,02-
1,39 q/sm
2
təşkil edir. Əhəngdaşlarının həcm kütləsi 2335-2750 kq/sm
2
,
xüsusi çəkisi 2,67-2,73 q/sm
3
, məsaməliliyi 0,41-3,15%, suudma qabi-
liyyəti 0,19-1,60% -dir.
Bakı Mərmər Məmulatları Zavodunda mərmərləşmiş əhəngdaşı
blokunun doğranması nəticəsində müəyyən edilmişdir ki, 1 m
3
blokdan
məhsuldar plitə çıxımı 1,21 m
2
təşkil edir.
Mərmərləşmiş əhəngdaşı bloklarında və nümunələr üzrə aparılan
texnoloji və laboratoriya tədqiqatları nəticəsində məlum olmuşdur ki,
mərmərləşmiş əhəngdaşları üzlük daşı kimi 9479-84 saylı Dövlət Stan-
dartının tələblərini ödəmir və ondan yalnız az sayda insanların hərəkət
etdiyi bina və qurğularda döşəmələrin düzəldilməsində mərmər qırıntısı
kimi istifadə edilə bilər.
Yatağın hidrogeoloji və dağ-texniki şəraiti çox əlverişlidir.
Yatağın А+B+C
1
kateqoriyaları üzrə ehtiyatları 376 min m
3
, C
2
kateqoriyası üzrə isə 1693 min m
3
təşkil edir. Yataqda istismar işləri
aparılmış və hazırda yatağın А+B+C
1
kateqoriyaları üzrə qalıq ehtiyat-
ları 140 min m
3
təşkil edir.
4.1.3. Maqmatik mənşəli üzlük daşları
İstənilən iqlim şəraitinə davamlı olan intruziv süxurlar əsasən xarici
divarların üzlənməsində istifadə edilir. Bu məqsədlə əsasən qranitdən və
tikinti təcrübəsinə görə həmçinin qranodiorit, sienit, qranosienit və digər
süxurlardan daha geniş istifadə edilir.
Effuziv süxurlardan üzlük daşı kimi bazalt, andezit və vulkan
tuflarından istifadə edilir.
Məlumdur ki, bərk, yüksəkmöhkəmlikli və şaxtayadavamlı süxur-
lardan binaların xarıcdən üzlənməsində, pilləkən və meydanların düzəl-
dilməsində, məhəccərlərin hazırlanmasında və insanların intensiv hərəkət
etdiyi yerlərdə döşəmə üçün plitələrin hazırlanmasında istifadə edilir.
Hazırda respublikada bu növ xammallar çatışmadığına görə daxili tələbat
xarici ölkələrdən gətirilməklə ödənilir.
163
Yuxarıda qeyd olunanları nəzərə alaraq Qaradaş teşenit yatağında
kəşfiyyat işləri aparılmış və sənaye istismarına hazırlanmışdır.
Teşenit – özündə analsimsaxlayan, tam kristallik, hipabissal,
melanokrat qələvi süxurdur. Əsasən piroksen və amfiboldan, həmçinin
müəyyən miqdarda plagioklaz və analsimdən ibarətdir.
Teşenit yüksək fiziki-mexaniki göstəricilərə malik olub, dioritə yaxındır.
Pilləkən və digər fasonlu məmulatların hazırlanmasında istifadə edilir.
4.1.3.1. Qaradaş teşenit yatağı
Babək rayonu ərazisində, Babək qəsəbəsindən 10 km şimal-şərqdə,
Naxçıvan Üzlük Plitələr Zavodundan isə 16 km şimal-şərqdə yerləşir.
Qaradaş teşenit yatağı 1982-ci ildə T.M.Seyidov və İ.Ə.Məmmədov
tərəfindən aşkar edilmiş və 1983-86-сı illərdə T.M.Seyidov, İ.Ə.Məm-
mədov və Ş.M.Səlimov tərəfindən yataqda kəşfiyyat işləri aparılmışdır.
Yatağın geoloji quruluşunda Alt Miosen yaşlı çöküntülər iştirak
edir. Onlar incə laylı, silisli, incədənəli əhəngdaşlarından, çəhrayımtıl-
boz argillitlərdən və gec Miosen yaşlı teşenitdən (faydalı qat) və Üst
Dördüncü dövr yaşlı çöküntülərdən ibarətdir.
Əhəngdaşları yatağın şimal-şərq və şimal-qərb hissələrində yer
səthinə çıxır. Mikroskop altında alevro-incədənəli struktura təyin edil-
mişdir.
Argillitlər yatağın qərb və şimal-qərb hissəsində yer səthinə çıxır.
Mikroskop altında alevro-pelit struktura müşahidə olunur. Süxur incə-
dispers silis kütləli gil hissəciklərindən ibarətdir.
Yatağın qərb cinahında Üst Dördüncü dövrün alüvial-prolüvial
çöküntüləri izlənilir. Onlar gilcədən, qumcadan və pis çeşidlənmiş çınqıl
materiallarından ibarətdir.
Teşenitlər möhkəm və bərk süxur olub, analsimli diabazların qələvi
növünə aid edilir.
Yataq Qızılca antiklinalının cənub-qərb qanadında və Küznüt sinklinal
qırışıqlığının şimal-şərq qanadında yerləşir. Yataq layşəkilli olub, mono-
klinal yatımla 5-8
0
bucaq altında əsasən cənub-şərqə düşür. İntruziya şimal-
şərq istiqamətdə uzanır. Faydalı qat xırda, orta və iri dənəli teşenitdən ibarət
olub, qalınlığı 13,5 m-dən 29,3 m-dək dəyişir.
Mikroskop altında diabaz struktura təyin edilir. Süxur plagioklaz-
dan, çöl şpatından, piroksendən, barkevikitdən, maqnetit, apatit, sfen və
analsimdən ibarətdir.
164
Fiziki-mexaniki tədqiqatların nəticələrinə görə teşenitlər aşağıdakı
göstəricilərlə səciyyələnir: həcm kütləsi 2,67-2,73 t/m
3
, xüsusi çəkisi
2,72-2,74 q/sm
3
, suudma qabiliyyəti 0,09-0,14%, məsaməliliyi 0,3-
10,44%, möhkəmlik həddi: havada quru halda 844,0-1291,0 kqgüc/sm
2
,
su ilə doydurulduqdan sonra 833,8-1159,6 kqgüc/sm
2
, dondurulduqdan
sonra 762,1-1081,5 kqgüc/sm
2
, suyadavamlılıq əmsalı 0,90-0,98 və şax-
tayadavamlılıq əmsalı 0,92-0,96, sürtünməyə qarşı davamlılığı 0,38-0,42
q/sm
2
təşkil edir.
Fiziki-mexaniki tədqiqatların nəticələrinə görə teşenitlər 9479-84
saylı “Üzlük məmulatlar istehsalı üçün təbii daşlardan bloklar” Dövlət
Standartının tələblərinə tam cavab verir və tikinti və qurğuların xarici və
daxili divarlarının üzlənməsi üçün istifadə edilə bilər.
Qaradaş yatağının teşenitləri duza qarşı davamlı olub, 10 tsikl təd-
qiqatdan sonra itki 5%-dən çox olmamışdır. Bu onu göstərir ki, teşenitlər
duza qarşı davamlı olub, vulkanogen süxur qrupları içərisində üzün-
ömürlü daşlar kateqoriyasına aid edilir.
Blokların çıxarılması zamanı alınan tullantıların yüksəkmöhkəm-
likli çınqıl və qum kimi istifadə mümkünlüyünü müəyyən etmək üçün
xüsusi tədqiqat işləri aparılmışdır.
Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, teşenitdən xırdalan-
mış çınqıl qranulometrik tərkibinə görə 8267-82 saylı “Tikinti işləri üçün
təbii daşlardan çınqıl” Dövlət Standartının tələblərinə uyğun olub,
silindirdə sıxılma zamanı xırdalanma markası “1400”, fırlanan barabanda
sürtülməsi “S-I” markasına, kopyorda zərbəyə qarşı müqaviməti “Z-75”
markasına, şaxtayadavamlılığına görə “Şax.-50” markasına uyğundur.
Çökdürmə yolu ilə təyin edilmiş tozvari və gilli hissəciklərin miqdarı
1%-ə qədərdir. Çınqıllardan yüksəkmöhkəmlikli çınqıl kimi betonda və
mozaik döşəmələrin hazırlanmasında istifadə edilə bilər. Teşenitin
xırdalanması zamanı alınan qum 22656-77 saylı “Təbii daşlardan deko-
rativ çınqıl və qum” Dövlət Standartının tələblərinə görə iri dənəli quma
aid olub dekorativ qum kimi istifadə oluna bilər.
Yataqda rast gəlinən çatların ölçülməsi (İ.Ə.Məmmədov, 1985) nəti-
cəsində aşağıdakı çat sistemləri müəyyən edilmişdir: eninə (I sistem),
uzununa (II sistem), üfqi və ya maili düşən (III sistem) və diaqonal (IV
sistem).
Qaradaş teşenit yatağında çatların öyrənilməsi göstərir ki, yataqda
həm uzanma, həm də düşmə istiqamətində aydın seçilən I və II sistem
çatlar üstünlük təşkil edir. I və II sistem çatların maksimumları arasında
165
bucaq məsafəsi 84
0
təşkil edir. Bucaqların yatımı müxtəlif tərəflərə
istiqamətlənmişdir. I sistem çatlar cənub-şərqə, II sistem çatlar isə şimala
yatırlar.
Qaradaş yatağının teşenitləri yüksək blokluluğu ilə seçilir.
Yataq üzrə orta blok çıxımı 39,37% təşkil edir. Karxanadan çıxa-
rılan ayrı-ayrı blokların həcmi 0,15-8,28 m
3
, əsasən 1,0-4,14 m
3
təşkil
edir. 1 m
3
teşenit blokundan orta hesabla 17,08 m
2
kondisiyalı plitə alınır.
Süxurların blokluluğu genetik cəhətdən onların çatlılığından asılı olub,
çatlar dağ süxurlarının əmələgəlmə və inkişafı prosesində əmələ gələn
təbii blokların forma və ölçüsünü təyin edir.
Radiasiya təhlükəsizliyi normaları üzrə teşenitlər I sinif tikinti ma-
terialları sırasına aid olub, bina və qurğuların daxildən və xaricdən üzlə-
nilməsində heç bir məhdudiyyət qoyulmadan istifadə edilə bilər.
Yatağın hidrogeoloji və mühəndis-geoloji şəraiti əlverişlidir. Yata-
ğın istismarının dağ-texniki şəraiti əlverişli olub, faydalı qazıntının kəşf
olunmuş bütün qalınlığı üzrə açıq karxana üsulu ilə istismarına şərait
yaradır.
Yatağın B+C
1
kateqoriyaları üzrə ehtiyatları 2159038 m
3
təşkil edir.
4.1.3.2. Kilit monsonit yatağı
Ordubad rayonu ərazisində Kilitçayın sağ yamacında, Kilit kəndin-
dən 1,5-2,0 km şimal-şərqdə, Salamməlik dəmiryol stansiyasından isə 10
km şimal-şərqdə yerləşir. Yataq Xarxat dağının şərq yamacında, mütləq
hündürlüyü 1300-1350 m arasında dəyişən ərazidədir.
Ordubad rayonu ərazisində intruziv süxurların geniş sahədə yayıl-
masına baxmayaraq, 1952–ci ilə qədər bu süxurların üzlük materialı kimi
öyrənilməsi ilə heç kim məşğul olmamışdır.
1952-ci ildə Q.İ.Kərimov tərəfindən Ordubad rayonu ərazisində
üzlük daşı materiallarına axtarış işləri aparılmışdır. Bu işlərin nəticəsində
məlum olmuşdur ki, Ordubad rayonu ərazisində yayılmış intruziv və
metamorfik süxurlardan üzlük materialı kimi istifadə oluna bilər.
1970-1971-ci illərdə T.M.Seyidov və M.S.İsmayılov tərəfindən
Mehri-Ordubad çoxfazalı qranitoid batolitinin ərazisində, Kilitçay və
Ordubadçay çaylarıarası sahədə axtarış işləri aparılmışdır. Axtarış işləri
nəticəsində monsonitlərin üzlük daşı istehsalına yararlılığı müəyyənləş-
dirilmişdir.
166
Monsonitlərin yüksək dekorativliyə malik olduğunu nəzərə alaraq
1973-1976-cı illərdə T.M.Seyidov, O.İ.İsmayılov və Ş.S.Bəktaşi tərəfin-
dən Kilit monsonit yatağında geoloji-kəşfiyyat işləri aparılmışdır.
Yatağın geoloji quruluşunda Mehri-Ordubad mürəkkəb plutonunun
adamellit intruziv süxurları iştirak edir (S.Ə.Bəktaşi, T.H.Hacıyev). Ada-
mellit intruzivinin süxurları kvarslı monsodioritdən, kvarslı və kvarssız
monsonitdən, kvarslı diorit-sienitdən, kvarslı sienit-dioritdən, kvarslı və
kvarssız diorit-porfiritdən, qranodiorit-porfirdən və adamellitdən ibarətdir.
Faydalı qat Mehri-Ordubad plutonunun adamellit intruzivinin ikin-
ci fazasının kvarslı monsonitlərindən təşkil olunmuşdur. Monsonitlər iri
kütləli massiv cisim əmələ gətirərək, 300-340 m enində zolaq şəklində
20-22 km məsafədə şimal-qərb istiqamətində uzanır.
Yataq eni 300-350 m olmaqla şimaldan cənuba 700 m məsafədə
öyrənilmişdir.
Ş.Ə.Əzizbəyova və R.İ.Abdullayevə görə rayonun tektonikası alp
qırışıqlığının orogen fazası ilə əlaqədar olub, nəhəng Kunqur –Alagöz
intruziyasının nisbətən qalxmış hissəsi yarılaraq nəticədə Kunqur –
Alagöz dağ sistemi əmələ gəlmişdir.
Fiziki-mexaniki tədqiqatların nəticələrinə görə, monsonitlər aşağı-
dakı göstəricilərlə səciyyələnir: həcm kütləsi 2,72-2,83 t/m
3
, xüsusi çəki-
si 2,72-2,83 q/sm
3
, suudma qabiliyyəti 0%, məsaməliliyi 0%, möhkəmlik
həddi: havada quru halda 1075,3-1783,9 kqgüc/sm
2
, su ilə doydurul-
duqdan sonra 1021,6-1316,4 kqgüc/sm
2
, dondurulduqdan sonra 988,4-
1260,4 kqgüc/sm
2
təşkil edir.
Yataq üzrə orta blok çıxımı 22,0%, o cümlədən I tip -8,2%, II tip -
4,9%, standarta uyğun olmayan bloklar -8,9% təşkil edir. But, çınqıl və
kroşka 78% təşkil edir. 1 kub metr monsonit blokundan orta hesabla 3,0
m
2
kondisiyalı plitə alınmışdır.
Fiziki-mexaniki tədqiqatlarının nəticələrinə görə monsonitlər 9479-
84 saylı “Üzlük məmulatlar istehsalı üçün təbii daşlardan bloklar”
Dövlət Standartının tələblərinə tam cavab verir və tikinti və qurğuların
xarici və daxili divarlarının üzlənilməsində istifadə edilə bilər.
Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, xırdalanmış mon-
sonitlər qranulometrik tərkibinə görə 8267-82 saylı “Tikinti işləri üçün
təbii daşlardan çınqıl” Dövlət Standartının tələblərinə uyğun olub, silin-
dirdə sıxılma zamanı xırdalanma markası “1400”, fırlanan barabanda
sürtülməsi “S-I” markasına uyğun olub, yüksəkmöhkəmlikli çınqıl kimi
betonda və mozaik döşəmədə çınqıl kimi istifadə edilə bilər.
167
Yatağın dağ-texniki və hidrogeoloji şəraiti əlverişlidir.
Yatağın А+C
1
kateqoriyaları üzrə ehtiyatları 1260 min m
3
təşkil edir.
Dostları ilə paylaş: |