Cəhriçay mergel yatağı üzrə faydalı qazıntının kimyəvi tərkibi
Bu
ru
q quy
u-
lar
ın
ın
№
-si
Komponentlər, %-lə
SiО
2
Аl
2
О
3
Fе
2
О
3
CаО
МgО P
2
О
5
К
2
О
Nа
2
О
13 9,21 1,23
1,24
47,93
1,46
0,05
0,32
0,20
31 12,29 4,66
3,46
48,24
1,48
0,05
0,27
0,07
32 12,17 5,20
3,70
49,40
1,54
0.04
0,22
0,06
6 13,62
5,18
3,03
48,14
1,56
0.04
0,30
0,14
34 13,64 4,71
3,33
42,31
1,23
0.04
0,39
0,21
30 14,48 5,11
3,67
46,99
1,24
0.04
0,4
0,22
35 13,78 5,32
4,17
46,66
1,29
0.04
0,42
0,21
33 15,11 5,83
4,10
47,17
1,33
0.04
0,34
0,17
Yekun
104,3
37,24
26,7 381,84
11,13
0,34
2,68 1,07
Orta
göstərici
13,04 4,65 3,34 47,73 1,39 0,04
0,33 0,13
Zərərli qarışıqların miqdarı güclü mergelləşmiş əhəngdaşlarında
(CaO->45%) və gil süxurlarında (CaO-<15%) aşağıdakı hədlərdən
yükcək olmamalıdır: MgO-3,21(3,0)%, SO
3
-1,03(0,5), K
2
O+Na
2
O-
0,68(3,0), P
2
O
5
-0,30 (0,2), TiO
2
- məhdudiyyət qoyulmur. (Mötərizələrdə
gil süxurlarındakı oksidlərin miqdarı göstərilir).
Cədvəldən göründüyü kimi, mergellər kimyəvi tərkibinə görə mer-
gelli əhəngdaşlarına uyğun gəlir. Zərərli qarışıqların miqdarına görə
Cəhriçay yatağının mergelli əhəngdaşları Hidrosement (1970-ci il) tərə-
findən hazırlanmış texniki şərtin tələblərinə cavab verir.
Doyma əmsalı 0,85- 1,75 arasında dəyişərək, orta göstərici 1,05;
silikat modulu 1,45- 3,73 arasında dəyişərək, orta göstərici 1,63 və
alüminat modulu 0,99-1,71 arasında dəyişərək, orta göstərici 1,39 təşkil
edir. Doyma əmsalı, silikat və alüminat modullarının nəticələri göstərir
198
ki, mergelli əhəngdaşları az miqdarda təhsisedici əlavələr qatıldıqdan
sonra sement istehsalında istifadə edilə bilər.
Yatağın hidrogeoloji və dağ-texniki şəraitləri əlverişlidir.
B+C
1
kateqoriyaları üzrə yatağın ehtiyatları 20 980 min m
3
və ya
45946,2 min ton, C
1
kateqoriyası üzrə 1048934 min ton təşkil edir.
4.5.2. Lizbirt yatağı
Naxşıvan şəhərindən 30 km şimal və şimal-qərbdə, Lizbirtçayın
orta axım hissəsində yerləşir.
Yataq 1980-1981-ci illərdə T.M.Seyidov, İ.Ə.Məmmədov və
Ş.M.Səlimov tərəfindən aşkar olunmuş və qiymətləndirilmişdir.
Yatağın geoloji quruluşunda Üst Təbaşirin Kampan mərtəbəsinin
çöküntüləri iştirak edir. Bəzi sahələrdə bu süxurlar Üst Dördüncü
dövrün Xəzər mərtəbəsinin süxurları ilə örtülmüşdür.
Tektonik cəhətdən burada şimal-qərb istiqamətli iki böyük olmayan
qırışıqlıq qeyd edilir. Sinklinalın şimal-şərq qanadında yatan süxurlar
10-20
0
, bəzən 35-40
0
bucaq altında şimal-şərq istiqamətdə düşür. Santon
yaşlı süxurlarla sərhəddə, sinklinalın cənub-qərb qanadında iri
pozulma
qeyd olunur. Bunun təsirindən süxurlar daha dik 45-65
0
bucaq altında
yatırlar. Yatağın relyefi yaxşı açılışı ilə səciyyələnir və ancaq bəzi
yerlərdə qalınlığı 0,5-2,5 m olan örtük süxurlara rast gəlinir.
Yataq ərazisində 3 tip mergellər ayrılır: mergel, əhəngli mergel və
gilli mergel.
Mergellər boz, çəhrayı-boz rəngdə olub, qalın və incəlaylı tekstura
və pelitomorf struktura malikdir. Onlar incədispers gil və ya əhəngli-gilli
kütlədən ibarətdir. Terrigen materiallar kvars və plagioklazla təmsil
olunur və çox az miqdarda (<5%) rast gəlinir.
Əhəngli mergellər boz və açıq-boz rəngdə olub, laylı tekstur və
pelitomorf struktur ilə səciyyələnir və kalsit, gilli-əhəngli kütlə və
yüksək dispersli kvarsla mürəkkəbləşmişdir.
Gilli mergellər boz və tünd-boz rəngdə, incədənəli quruluşda rast
gəlinir və əsasən əhəngli gildən və gilli-alevrolitli hissəciklərdən ibarət-
dir. Onlara yataqda 3-5 sm, bəzən 7-10 sm qalınlıqlı laycıqlar şəklində
rast gəlinir.
Lizbirt yatağı üzrə mergellərin kimyəvi tərkibi aşağıdakı kimidir.
199
Cədvəl 22
Lizbirt yatağı üzrə mergellərin kimyəvi tərkibi
Miqdarı
Komponentlər, %-lə
SiО
2
Аl
2
О
3
Fе
2
О
3
CаО
МgО
SО
3
К
2
О
Nа
2
О
Dən 6,6
0,69
0,57
43,8
0,48
0,07
0,17
0,01
Dək
3,82 2,97 1,86 50,2 1,93 0,35
0,63
0,32
Yataq
üzrə orta
göstərici:
9,71 1,83 1,21 47,0 1,20 0,21
0,40
0,16
Zərərli qarışıqların miqdarına görə Lizbirt yatağını təşkil edən
mergellər Hidrosement (1970-ci il) tərəfindən hazırlanmış texniki şərtin
tələblərinə cavab verir.
Yataq üzrə silikat modulunun orta göstəricisi 3,19, alüminat modu-
lun orta göstəricisi isə 1,51 təşkil edir. Silikat və alüminat modullarının
nəticələri göstərir ki, mergellərə az miqdarda təhsisedici əlavələr qatıl-
dıqdan sonra sement istehsalında istifadə edilə bilər.
Rusiya Federasiyasındakı sement zavodlarının istifadə etdiyi mer-
gellərin kimyəvi tərkibi ilə Lizbirt yatağının kimyəvi tərkibinin miqayi-
səsi aşağıdakı cədvəldə verilir.
Cədvəl 23
Rusiya Federasiyasındakı sement zavodlarının istifadə etdiyi
mergellərin kimyəvi tərkibi ilə Lizbirt yatağının kimyəvi
tərkibinin miqayisəsi
№№
Zavodlar
Komponentlər, %-lə
SiО
2
Аl
2
О
3
Fе
2
О
3
CаО
МgО
SО
3
1 2 3
4
5
6
7
8
1 Novorossiysk:
1.1
Mergel
“yüksək”
8,02 1,52 0,44 50,44 0,26 iz
1.2
Mergel
“aşağı”
21,32
4,14 1,64 39,32 0,75
-
200
1 2 3
4
5
6
7
8
2 Ambrosiyevsk
15,44
2,73 1,29 44,02 0,64 0,47
3 Podqorensk 12,47
3,59 1,82 44,70 1,21 0,33
4 Alekseyevsk 10,31
2,55 1,84 46,83 0,90 0,36
5
Lizbirt
(Naxçıvan)
9,71 1,83 1,21 47,0 1,20 0,21
Lizbirt yatağının kimyəvi tərkibinin Ambrosiyevsk, Novorossiysk
və digər zavodların istifadə etdiyi mergellərlə müqayisəsi göstərir ki,
onların arasında əsaslı fərq nəzərə çarpmır. Yalnız Lizbirt yatağında
МgО-nin miqdarı bir qədər yüksəkdir (1,20%). Qeyd etmək lazımdır ki,
sementin tərkibində МgО-nin miqdarı 3,20% təşkil edir.
Yatağın dağ-texniki şəraiti əlverişlidir.
Yatağın C
2
kateqoriyası üzrə ehtiyatları 73646200 m
3
və ya
169386000 ton təşkil edir.
4.5.3. Sələsüz gil yatağı
Yataq Şahbuz rayonunun Sələsüz kəndindən 0,5 km şimal-qərbdə yerləşir.
Yataq 1982-83-cü illərdə İ.Ə.Məmmədov və Ə.Ə.Əsgərov tərəfin-
dən kərpic istehsalı üçün öyrənilmiş, 1994-97-ci illərdə Ş.M.Səlimov
tərəfindən yataqda sement xammalı kimi kəşfiyyat işləri aparılmışdır.
Yataqda Üst Dördüncü dövrün boz, açıq-boz rəngli, zəif yağlı,
bəzən qumlu gil və gilcələri iştirak edir. Təmas süxurlarını Üst Eosenin
Priabon mərtəbəsinin müxtəlif gil, argillit, qravellit və nadir qumdaşı
laylarının növbələşməsindən ibarət süxurlar təşkil edir.
Kimyəvi analizin nəticələri göstərir ki, gilin tərkibində SiО
2
-
48,00-49,00%, Аl
2
О
3
-13,00-16,00%, Fе
2
О
3
-5,60-6,00%, ТiО
2
-0,62-
0,68%, CаО-8,05-9,020%, МgО-1,40-2,70%, Nа
2
О-2,20-2,24%, К
2
О-
2,0-2,52%, SО
3
- 0,09 -0,34% -dir.
Kimyəvi analizin nəticələrinə görə Sələsüz yatağının gilləri fəaliy-
yətdə olan standartların tələblərini tamamilə ödəyir və gillərdən kərpic
istehsalında istifadə etmək olar. Alüminium oksidinin miqdarına görə
gillər yarımturş (Аl
2
О
3
>14%), rəngləyici oksidlərin (Fе
2
О
3
+ТiО
2
) miq-
darına görə isə yüksək miqdarda rəngləyici oksidlər saxlayan (Fе
2
О
3
>3%,
ТiО
2
<1%) gillər qrupuna aid edilir.
201
Gilin qranulometrik tərkibi aşağıdakı kimi səciyyələnir: >0,1 mm
hissəciklərin miqdarı 5,4-11,5%; 0,1-0,01 mm hissəciklərin miqdarı 24,3
-57,00%; 0,01-0,001 mm hissəciklərin miqdarı 28,1-48,7%; <0,001 mm
hissəciklərin miqdarı isə 6,5-15,5%, plastiklik ədədi 17,5-18,1-dir.
Struktur tipinə görə gillər qumlu-alevritli tipə aid edilir.
1994-1997-ci illərdə yatağı təşkil edən gillər sement xammalı kimi
öyrənilmişdir.
Sement istehsalında əsasən asanəriyən gillərdən, gil şistlərindən və
argillitdən istifadə edilir. Sement istehsalında istifadə olunan gil süxurla-
rına tələbat nəzərdə tutulmamışdır. Gil süxurlarında faydalı və zərərli
komponentlərin buraxıla bilən həddi şixtaya daxil olan əhəngdaşının
miqdarı ilə tənzimlənir.
Aşağıdakı cədvəldə Sələsüz gil yatağındakı zərərli komponentlərin
miqdarı texniki şərtin tələbləri ilə müqayisəli şəkildə verilir.
Cədvəl 24
Cələsüz gil yatağındakı zərərli komponentlərin miqdarı ilə texniki şərtin
tələblərinin müqatyisəsi
Normativ sənədin və
yatağın adı
Oksidlərin miqdarı, %-lə
МgО
СО
3
Nа
2
О+К
2
О
P
2
О
5
ТiО
2
Texniki şərt üzrə
tələbat (CаО
45%)
6,0
5,0
3,5-4,0
0,6
2,0
Sələsüz gil yatağı üzrə
2,52 0,09-0,34
3,89
0,11 0,62-0,68
Adi portlandsement istehsalında silikat modulu (n) 2,0-4,0, alümi-
nat modulu (p) 1,0-3,0 arasında olan gillərdən istifadə edilir.
Sələsüz gil yatağı üzrə silikat modulun orta göstəricisi 2,66, alümi-
nat modulun orta göstəricisi isə 2,64 olub, sement istehsalı üçün
yararlıdır.
Sələsüz gil yatağı üzrə SiО
2
-nin orta miqdarı 49,39%, Аl
2
О
3
-
13,47%, Fе
2
О
3
-5,09% təşkil edir.
Sələsüz gil yatağının kimyəvi tərkibinin xarici ölkələrin sement
zavodlarının istifadə etdiyi gil yataqlarının kimyəvi tərkibi ilə müqayi-
səsi aşağıdakı cədvəldə verilir.
202
Cədvəl 25
Sələsüz gil yatağının kimyəvi tərkibinin xarici ölkələrin sement
zavodlarının istifadə etdiyi gil yataqlarının kimyəvi
tərkibi ilə müqayisəsi
№№
Zavodların
adı
Komponentlər, %
SiО
2
Аl
2
О
3
Fе
2
О
3
CаО
МgО SО
3
y.z.i
1. Kuybışev 50,38
17,66 6,80 5,97 4,09
1,71
19,19
2. Kaspisk
51,67 12,24 4,37 14,23 1,54 0,26
15,43
3. Rustavi
51,64 14,41 7,74 6,13 3,24 2,41
12,45
4. Volkovsk 52,43 12,41 6,00 11,17 2,83 0,43
12,86
5. Riqa
50,04 14,37 5,50 9,40 3,70 2,58
12,46
6. Qaradağ 53,32
11,43
4,65
8,83
2,76
1,33
13,8
7. Sələsüz
(Naxçıvan)
49,39 13,47 5,09 10,47 2,52 - 13,24
Cədvəldən göründüyü kimi Sələsüz gil yatağının kimyəvi tərkibi ilə
Riqa, Kaspisk və digər zavodların istifadə etdiyi gil yataqlarının kimyəvi
tərkibi arasında əsaslı fərq nəzərə çarpmır. Buna görə də həmin yataqdan
sement istehsalında istifadə etmək olar.
Yatağın dağ-texniki və hidrogeoloji şəraiti əlverişlidir.
Yatağın B+C
1
kateqoriyaları üzrə ehtiyatları 1067030 m
3
təşkil edir.
4.6. Büzücü materiallar istehsalı üçün mineral-xammallar
4.6.1. Gips və gəc
Gips – sulfatlar qrupuna aid olub, sulfat turşusunun kalsiumlu sulu
duzlarından biridir. Gipsin formulu CaSO
4
.2H
2
O (CaO-32,5%, SO
3
-
46,6%, H
2
O-20,9%) şəklində olub, təbiətdə qalıntəbəqəli, prizmatik və
sütunşəkilli formalarına, ikiləşmiş tiplərindən isə “qaranquş quyruğu” və
digər aqreqat formalarına rast gəlinir. Gipsin digər modifikasiyası
anhidrit – susuz kalsium sulfat - CaSO
4
(CaO-41,2%, SO
3
-58,8%)
təbiətdə adətən gipslə birlikdə rast gəlinir. Lakin gips təbiətdə daha
geniş yayılmışdır. Anhidritə gipsin içərisində ayrıca lay və ya sahələr
şəklində, bəzən isə gipslə laylanma şəklində rast gəlinir.
203
Bəzən təbiətdə gipsin iri kristallik, vərəqvari, ipəyəoxşar, incəlifli
növü olan selenitə, bəzən isə iri və ya xırda dənəli, torpaqvari növünə -
gəcə rast gəlmək mümkündür.
Gipsin rəngi ağ, ayrı-ayrı kristalları isə su tək şəffaf və rəngsiz
olub, bəzən kristallaşma zamanı tərkibindəki qarışıqların rəngindən asılı
olaraq müxtəlif rənglərə boyanır. Gəc isə açıq-boz, bəzən sarımtıl və ya
tutqun rənglərdə rast gəlinir.
Gips qızdırılarkən tərkibindəki suyu itirməsi praktiki əhəmiyyət
daşıyır. Bişirmə zamanı 750-1000
0
C temperatur intervalında gipsin yeni
modifikasiyası– tərkibində müəyyən miqdarda sərbəst əhəng saxlayan
ekstrix-gips əmələ gəlir.
Gəc təbii halda gips, gil, karbonatlı və bəzən silisli mineralların
incədənəli qarışığından ibarətdir. Gəcin tərkibində gips-62,0-82,0%, CaO
-19,0-26,0%, H
2
O -12,0-17,0% təşkil edir.
Gips hələ eramızdan 2500-3000 il əvvəl məlum idi. Tədqiqatlar
göstərir ki, eramızdan 2500 il əvvəl Misir piramidalarının tikintisində
gips və əhəngdən istifadə edilmişdir.
İlk nümunələri I əsrə aid olan gəctaraşlıq (gəc üzəruində bədii
oyma və gəcdən tökmə üsulu ilə memarlıq elementlərinin hazırlanması)
işləri əsasən binaların daxili, xüsusi hallarda isə xarici səthlərində geniş
tətbiq olunmuşdur. Orta əsrlərdə memarlıq və dekorativ bəzək işlərində
gəc qiymətli tikinti materialı hesab olunmuşdur.
XII-XIV əsrlərdə Azərbaycan şərqin başlıca gəctaraşlıq mərkəzi sayıl-
mış və XII-XVIII əsrə aid memarlıq abidələrində dekorativ memarlıq ele-
mentlərinin yaradılması məqsədilə gips və gəcdən geniş istifadə olunmuş-
dur. Qəzvindəki Xumartaş Günbəzi (1106-1114-cü illər) və Heydəriyyə
Məscidi (XII əsr), Naxçıvandakı Möminə Xatun Türbəsi və Əlincəçay
Xanagahı, Həmədandakı Ələvilər Məscidi (XII-XIV əsrlər), Sultaniyyədəki
Ölcaytu Xudabəndə Türbəsi (XIV əsr), Urmiya (1277-ci il) və Mərənd
(1324-cü il) Cümə Məscidlərinin bəzək işləri gəctaraşlıq sənətinin ən yaxşı
nümunələrindəndir. Şəki Xan Sarayının (XVIII əsr) rəngli divar bəzəkləri
gəctaraşlıq sənətinin ən gözəl nümunələrindən sayılır.
Zaman kecdikcə gips və gəcdən daha geniş sahələrdə istifadə edil-
məyə başlanılmışdır.
Gips sement sənayesində sementin tutma müddətini tənzimləmək
üçün təbii vəziyyətdə, əzilmiş halda klinkerə əlavə edilir. Kimya sənaye-
sində sulfat turşusunun və ammonium sulfatın alınmasında, həmçinin
204
kağız, plastmas və boya (aşqar kimi) istehsalında, kənd təsərrüfatında isə
torpaqların gübrələnməsində istifadə edilir.
Bişirilmiş gipsdən əsasən tikintidə gips tərkibli büzücü maddələrin
və gipsolit məmulatların hazırlanmasında geniş istifadə edilir.
Gipsdən avtoklavlarda (ağzı kip bağlanmış qazanlarda) yüksək
buxar təzyiqi altında gips betonların hazırlanması üçün istifadə edilən
yüksək növlü tikinti gipsi, tikinti məhlulları və divarların haşiyələnməsi
üçün lövhələr (lepka), arakəsmələr və tavanlar alınır.
Təmiz kristallik gipsdən tibbdə istifadə olunur.
Naxçıvan MR-də gips yataqları Miosen yaşlı duzlu qatda rast gəli-
nir. Gipsli laylar gil, alevrolit və qumdaşlarından təşkil olunmuş Karaqan
çöküntülərinin alt kəsilişində öyrənilmişdir. Gips və anhidrit layları Nax-
çıvan çökəkliyinin şərq hissəsində geniş inkişaf tapmışdır. Bu qrupa
Ərəzin, Şahtaxtı, Qarğalıq və digər yataqlar daxildir.
Azərbaycan Respublikasında gipsin 2 genetik tipi məlumdur: hidro-
termal və çökmə.
Hidrotermal mənşəli gips yataqları yer qabığında az yayılmışdır və
hələlik bu tipli böyük yataqlar aşkar edilməmişdir. Gips bəzən kolçedan
və polimetal yataqlarında sulfidli minerallarla assosiasiyada rast gəlinir.
Çökmə mənşəli yataqlar isə geniş yayılaraq sənaye əhəmiyyətli ya-
taqlar əmələ gətirirlər. Çökmə yataqlar sulfatlı duzlarla zəngin su hövzə-
lərində, dənizin laqun hissələrində və duzlu göllərdə suyun buxarlanması
və quruması nəticəsində əmələ gəlir. Əmələgəlmə şəraitinə görə çökmə
mənşəli gips yataqları 2 tipə ayrılır: singenetik və epigenetik.
Singenetik gips yataqları bilavasitə tərkibində 2 molekul su saxla-
yan kalsium sulfatla zəngin məhlullarından çökmə yolla əmələ gəlir.
Epigenetik yataqlarda əvvəlcə susuz kalsium sulfat (anhidrit) əmələ gə-
lir, sonra isə qrunt sularının təsirindən hidratasiyaya uğrayaraq gips əmə-
lə gəlir. Bu tipə əsasən böyük gips yataqları, o cümlədən Goranboy rayo-
nunun ərazisində yerləşən Yuxarı Ağcakənd gips yatağı da aiddir.
Naxçıvan MR-dəki əksər gips yataqları Şahtaxtı və Qarğalıq stansi-
yaları arasındakı dəmiryolundan şimalda, dəmiryoluna paralel istiqamət-
də uzanan alçaq təpəliklərdə (100 m-ə qədər) yerləşir.
Yüksəkliklərdə yer səthinə çıxan gips layları mergelli-gilli-qumlu-
duzlu laylarla (Miosen) növbələşərək ŞŞ 85
0
azimutla 8-10
0
bucaq altın-
da təpənin dərinliyinə doğru yatırlar.
Yer səthinə çıxan gips layları müxtəlif vaxtlarda istismar edilmiş və
mütəmadi olaraq axtarış işləri davam etdirilmişdir. Buna baxmayaraq bu
205
günə qədər Şahtaxtı və Qarğalıq stansiyaları arası sahədə gipssaxlayan
laylarda kəşfiyyat işləri aparılmamışdır. Yalnız ayrı-ayrı lokal sahələrdə
D.İ.Tavadze və T.O.Çitaya tərəfindən qiymətləndirmə işləri aparılmışdır.
Azərbaycanda gəc çox qədim zamanlardan məlumdur və uzun
əsrlər boyu yaşayış evlərinin və ümumi qurğuların tikintisində istifadə
edilmişdir. Hazırda gəcdən 200-300
0
C bişirməklə tikinti gəci adlanan
büzücü maddələrin alınmasında istifadə olunur. Alınmış büzücü mate-
rialdan aşağı istilikkeçiriciliyi olan arakəsmə plitələr hazırlanır.
Gəc yataqları və təzahürlərinə Azərbaycanın müxtəlif rayonlarında
rast gəlinir və Dördüncü dövrün ən cavan çöküntüləri içərisində yerləşir.
Gəcin əmələ gəlməsi çox müxtəlifdir. Gəc əsasən qapalı su hövzələrində
əmələ gəlir. Naxçıvan MR-də gəcin digər genezisə malik yataq və
təzahürlərinə Gülüstan və Qaraçuq kəndlərinin yaxınlığında Miosen yaşlı
gipssaxlayan qatın inkişaf tapdığı sahələrdə rast gəlinir.
Gəc çıxışlarına digər sahələrdə də rast gəlinməsinə baxmayaraq,
hələlik onlar öyrənilməmişdir.
Naxçıvan MR-in gips və gəc yataqları haqqında məlumatlara
Q.K.Dementyevin, R.İ.Qrozdovskinin, M.D.Zairinin məqalələrində və N.N.Nəsi-
rovun, A.B.Kərimovun, T.M.Seyidovun, R.M.Ağayevin, A.M.İmanovun,
Q.R.Rəhimovun və digərlərinin hesabatlarında rast gəlinir.
Gəc yataqları M.Ə.Qaşqay, Z.A.Nasvalova və V.K.Pokidin tərəfin-
dən ətraflı və kompleks şəkildə öyrənilmişdir.
Naxçıvan MR-də 3 gips və 1 gəc yatağı aşkar edilmişdir.
Aşağıda gips və gəc yataqlarının qısa təsviri verilir.
4.6.1.1. Ərəzin gips yatağı
Yataq Naxçıvan şəhərindən 20 km CŞ-də, Culfa rayonunun Ərəzin
kəndindən isə 3 km ŞmQ-də yerləşir. Yatağın ərazisi en dairəsi istiqamə-
tində çox da dərin olmayan dərələrlə bir-birindən 2,0-2,5 km məsafədə
yerləşən 2 sahəyə ayrılmışdır.
İlk dəfə 1957-ci ildə Ərəzin gips yatağında kəşfiyyat işləri aparılmış və
nəticədə yatağın ehtiyatları 587364 ton miqdarında qiymətləndirilmişdir.
1973-cü ildə Azərbaycan SSR Tikinti Materialları Nazirliyinin ekspe-
disiyası tərəfindən yataqda əlavə kəşfiyyat işləri aparılmış və yatağın ehtiyatları
B+C
1
kateqoriyaları üzrə 2103,2 min ton miqdarında hesablanmışdır.
Ərəzin gips yatağında ehtiyatı hesablanmış sahədən kənarda çoxlu
sayda gips layları qalmışdır.
206
Bunları nəzərə alaraq 1986-1988-ci illərdə Ərəzin gips yatağında
ehtiyatdan kənarda qalan gips laylarının düşmə istiqamətində 10 m də-
rinliyə izlənilməsi məqsədilə əlavə kəşfiyyat işləri aparılmışdır.
Yatağın geoloji quruluşunda Orta Miosenin Tarxan-Çokrak hori-
zontunun içərisində əhəngdaşı, gips linzaları və laycıqları saxlayan qum-
daşları, alevrolit və gilləri iştirak edir. Gipsə horizontun üst hissəsində
rast gəlinir. Hövzədə duzluluq həddindən artıq yüksəldiyindən Karaqan
dövründə də duzun çökməsi davam etmişdir.
Yuxarıda qeyd edildiyi kimi, yatağın litoloji quruluşunda duzlu
qatın süxurları iştirak edir və üzəri elüvial-delüvial çöküntülərlə örtül-
müşdür. Ümumiləşdirilmiş şəkildə yatağın səciyyəvi kəsilişi aşağıdakı
kimidir (yuxarıdan aşağıya):
1.Torpaq-bitki qatı, orta qalınlığı 0,7 m, yatağın mərkəzinə doğru
qalınlığın artması müşahidə olunur.
2. Bəzən içərisində çınqıl qırıntıları iştirak edən açıq-sarımtıl-boz
rəngli gilcə. Qalınlığı 0,10 m-dən başlayaraq yatağın şimal hissəsində
1,45 m-dək dəyişir.
3. İçərisində adətən 10-20 sm qalınlığında sarı rəngli yağlı gil və incə
(3 sm-ə qədər) qumdaşı laycıqları saxlayan bozumtul-sarı, bəzən tutqun-
boz rəngli gips. Gips laylarının qalınlığı 3,5 m-dən 4,5 m-dək dəyişir.
Qalınlıq cənuba doğru artır. Gips layları şimal-qərb istiqamətdə 5-6
0
bucaq
altında yatırlar.Yatağın şərq hissəsində yatım bucağı 10
0
-dək yüksəlir.
4. 12-15 sm qalınlığında ağ rəngli nadir gips laycıqları saxlayan
göyümtül-sarımtıl-boz, bəzən qəhvəyi rəngli, yağlı gil qatı. Gilin açılmış
(görünən) qalınlığı 0,3-3,5 м olub, orada gips layları pazlaşaraq yer
səthinə çıxır və bilavasitə örtük süxurların altında yatır.
5. Sarımtıl-boz rəngli, qumlu, xırda dənəli, möhkəm əhəngdaşları.
Görünən qalınlığı 0,35 m-dir. Şərq hissədə əhəngdaşları gillə pazlaşır və
bilavasitə gips layının altında yatır.
Gipssaxlayan laylar monoklinal yatım təşkil edərək 10-12
0
bucaq altında
ŞŞ istiqamətdə relyefə paralel şəkildə yatırlar. Gips sarımtıl-boz rəngdə olub,
gil laycıqları saxlayır. Faydalı qatın qalınlığı 2,6-5,3 m-dir. Örtük süxurların
qalınlığı 0,0-3,1 m, aralıq boş süxurların qalınlığı isə 0,5 m-dir.
Gipsin kimyəvi tərkibində SiО
2
-7,98-16,30%, Аl
2
О
3
-2,33-5,55%, Fе
2
О
3
-
1,47-2,65%, CаО-29,53-32,79%, МgО-0,25-2,12%, SО
3
-39,1-39,57%, H
2
О -
17,52%, q.z.i.-2,06-9,38%, CаSО
4
.2H
2
О - 62,0-87,0% təşkil edir.
Texnoloji tədqiqatların nəticələri göstərir ki, gipsin quru halda
həcm kütləsi 2,1-2,32 t/m
3
, xüsusi çəkisi isə 2,2-2,45 t/m
3
-dir.
207
Yandırıldıqdan sonra gips narın toz halına düşənə qədər parçalanır
və bu zaman 900 deş./sm
2
ələkdə qalıq 15%-dən çox olmur. Daha yük-
sək möhkəmliyə malik gips almaq üçün gipsə 0,1-0,2% natrium xlor əla-
və etmək lazımdır. Bu zaman gipsin əyilmədə möhkəmlik həddi 63
kqgüc/sm
2
-ə çatır.
Əlavə kəşfiyyat mərhələsində (1986-88-ci illər) yatağın cinahların-
da qazılmış buruq quyularından 146 ədəd sınaq götürülmüş və tədqiq
edilmişdir. Laboratoriya nəticələrinə görə yatağın cinahlarında CаSО
4
.2H
2
О-
nun miqdarı 73-77%, yatağın mərkəzində isə 73,74-87,38% təşkil edir. Bu
göstərici 4013-82 saylı “Büzücü materialların istehsalı üçün gips və gips-
anhidrit daşı” Dövlət Standartının tələblərinə görə III növə uyğun gəlir.
SО
3
miqdarı I növ gips üçün nəzərdə tutulan norma 44,18%, II növ
gips üçün 41,85%, III növ gips üçün isə 37,2% -dir. SО
3
miqdarı 34,32-
36,43% olub, III növ gips üçün nəzərdə tutulan normadan (37,2%) aşağı
olduğundan gips IV növə uyğun gəlir.
Ərəzin yatağının gips daşı keçmiş Azərbaycan SSR-nın 501-8
saylı “Kənd təsərrüfatında şoranlaşmış torpaqların gipslənməsi üşün
nəzərdə tutulmuş döyülmüş gəc xammalı” sahə standartlarının tələb-
lərini ödədiyinə görə ondan kənd təsərrüfatında şoranlaşmış torpaq-
ların gipslənməsində istifadə etmək olar.
Yatağın A+B+C
1
kateqoriyaları üzrə ümumi ehtiyatları 2321 min
ton olmuşdur. Yataq istismar olunur. 01.01.2009-cu ilə yatağın qalıq eh-
tiyatları 1323 min ton təşkil edir.
4.6.1.2. Şahtaxtı yatağı
Yataq Kəngərli rayonunda, Şahtaxtı dəmiryol stansiyasından 12-13
km şərqdə, Xok kəndindən isə 4,5 km cənub-qərbdə yerləşir.
Ərazinin relyefi dərələrlə doğranmış alçaq təpəliklərlə səciyyələnir
və ərazidə ən hündür dağ Tazıuçandır ( 956 m).
Yataq duzlu qatın mərkəzindən uzaqda yerləşən hissəsini təşkil edir.
Burada ikinci dərəcəli antiklinal müşahidə olunur ki, onun oxu en
istiqamətində olub, Q-ŞmQ 270-280
0
azimutla düşür. Antiklinalın qərb qanadı
8-12
0
, şərq qanadı isə daha maili yatır. Antiklinalın nüvəsi yuyulmuşdur.
Qərb qanadda kiçik qalxmaların hesabına bir sıra mürəkkəbləşmə-
lər əmələ gəlmişdir.
Gips layları mikrotektonik plikativ dislokasiyalara məruz qalmışdır
ki, buna da süxurların plastikliyi səbəb olmuşdur.
208
Geoloji-kəşfiyyat işləri nəticəsində 26 ha sahədə 7 gips layı aşkar
edilmişdir. Kəşfiyyat işləri aparılan sahədə gipsin aşağıda qeyd olunan
növlərinə rast gəlinir:
1. Layşəkilli, dənəli gips;
2. Gips şpatı - iri kristallik gips, daha kiçik sahələrdə yayılaraq,
bilavasitə gips laylarının altında yuva, bəzən isə möhtəvi (“qaranquş
quyruğu”, “qızılgül” və s. şəklində iri kristallar) şəklində müşahidə olunur;
3. Selenit - mergel və gilli mergellərin içərisində rast gəlinən çox
incə lay və laycıqlı, lifli, damarşəkilli gips.
1, 2, 4, 5 və 6-cı laylar dəqiq öyrənilmiş, 3 və 7-ci laylar isə az
qalınlığa malik olduğundan və sənaye əhəmiyyəti daşımadığından yalnız
yer səthində öyrənilmişdir.
I lay (üst) - əsasən brekçiyalaşmış, bəzən kiçik gil mötəviləri və iri
gips kristalları caxlayan boz və çirkli-boz rəngli gips, qalınlığı -0,43-0,6 m.
II lay (alt) - I laydan 3,1 m altda yataraq boz, çirkli-boz, bəzən isə
çəhrayı rəngli gips.
Üst hissə incəlaylı, alt hissə isə nisbətən massiv olub, bəzən çəhrayı
rəngdə, dənəvari şəkildə rast gəlinir. Alt hissə bəzən gips şpatına keçir.
Layın qalınlığı 0,50 m-dən 0,75-0,80 m-dək dəyişir (orta 0,69 m).
III lay II laydan 3,98 m altda yatır və qalınlığı 0,20 m-dir.
IV lay - aşkar olunan laylardan ən yaxşısı olub, III laydan 3,35 m
aşağıdadır. Gips çəhrayımtıl-boz, bozumtul-çəhrayı rəngdə olub, əsasən
dənəvari formadadır. Qalınlığı 0,9-1,2 m-dir (orta 1,10 m).
V lay - IV laydan 8 m aşağıda yerləşir, gips bozumtul-çəhrayı,
çəhrayımtıl-boz rəngdə, dənəvari, bəzən yumşaq olub, 1-2 sm qalınlığın-
da gilli-mergel laycıqları saxlayır. Qalınlığı 0,45-0,62 m (orta 0,58 m).
VI lay - V laydan 1,5 m aşağıda yerləşir. Gips açıq-çəhrayı və
çəhrayımtıl-boz rəngdə, dənəvari, kristallik, bəzən çox möhkəm olub, 1
sm-dən 3-5 sm-dək qalınlığında gilli-mergel laycıqları saxlayır. Qalınlığı
0,65-0,75 m (orta 0,67 m).
VII lay-VI laydan 6 m aşağıda yerləşir. Qalınlığı 0,20 m. Lay
sənaye əhəmiyyəti daşımır.
Gips mikroskop altında keçən işıqda rəngsiz olub, içərisində
bozumtul rəngli, xırdadənəli kalsit mötəviləri və laycıqları rast gəlinir. +
nikolda incəlifli quruluş aydın müşahidə olunur. Qısa lifli gips müşahidə
olunan sahələrdə qeyri-uyğun yerləşən kiçik iynəşəkilli gips və araları
xırda dənəli gipslə dolmuş sahələr müşahidə olunur. + nikolda kalsit
gipsin fonunda boz interferensiya rəngi ilə kəskin ayrılır.
Aşağıdakı cədvəldə gipsin tam kimyəvi analizinin nəticələri verilir.
209
Cədvəl 26
Dostları ilə paylaş: |