Gipsin tam kimyəvi tərkibi
Laylar
ın
№№
-si
Tam kimyəvi tərkibi, %
Kristal su
Hi
qr
os
kopi
k
su
SiО
2
Аl
2
О
3
Fе
2
О
3
CаО
МgО
СО
3
1. 1,05 16,10 14,72 10,38 2,21 18,46 3,15 31,97
2. 0,35 16,92 7,10 6,89 2,11 26,40 2,40 37,15
3. 0,21 18,90 4,32 2,06 1,01 30,07 0,64 42,27
4. 0,22 18,82 3,82 1,32 1,20 30,02 1,10 42,23
6. 0,15 19,61 3,40 1,00 0,50 30,02 1,07 42,23
Gips layları üzrə CaSO
4
.2H
2
O-nun miqdarı 79,5-93,9 % təşkil edir.
Beləliklə, 4, 5 və 6 saylı gips layları sahə standartının tələblərinə
görə sadə və mürəkkəb portlandsement istehsalında əlavə kimi yararlıdır.
Qeyd olunan laylar və həmçinin 2 saylı layların gipsi müvafiq yandır-
madan sonra suvaq gipsi üçün yararlıdır.
1 saylı layda gipsin miqdarı az olduğuna görə sənaye əhəmiyyəti
daşımır.
2, 4, 5 və 6 saylı laylarda gipsin ümumi ehtiyatı 616056 ton təşkil edir.
4.6.1.3. Qarğalıq yatağı
Qarğalıq dəmiryol stansiyasından 500 m şimalda, Şahtaxtı dəmir-
yol stansiyasından isə 14 km cənub və cənub-şərqdə yerləşir.
Yataq duzlu horizontda yerləşir. Gips layları 1 km məsafədə mergel
və gillərin arasında izlənilir. Gipsə bu süxurların içərisində laycıqlar,
yuva, linza, qarmaqarışıq kristallar və damarcıqlar şəklində rast gəlinir.
210
Layşəkilli yatımlar perspektivli hesab olunur.
V.V.Tixomirov tərəfindən aparılan geoloji-kəşfiyyat işləri nəticə-
sində kəsilişdə aşağıdan yuxarıya 4 lay aşkar edilmişdir.
I lay - gillərin arasında lay şəklində rast gəlinir. Gips ağ, boz, bəzən
isə çəhrayı rəngdə olub, əsas kütləsi xırdadənəli, qəndgörünüşlü, bəzən
yağlı parıltılıdır. Qalınlığı 95 sm-dən 120 sm-dək dəyişir. Orta qalınlığı
116 sm.
II lay - gillərin arasında lay şəklində rast gəlinir. Layın aşağı və
yuxarı hissələrində qalınlığı 15-35 sm olan təmiz gips müşahidə olunur.
Layın qalınlığı 100-130 sm-dir (orta qalınlıq 120 sm).
I və II layların arasında 5 metr qalınlığında gil qatı ayrılır. Burada
15 sm qalınlığında gips laycıqları müşahidə olunur və istinad layı kimi
maraq kəsb edir və istismar zamanı istifadə oluna bilər. II laydan 2,5 m
yuxarıda III lay yerləşir.
III lay ən qalın lay olub, müəyyən qədər gillidir. Layın qalınlığı
130-175 sm arasında dəyişərək orta qalınlıq 140 sm-ə çatır.
III və IV layların arasındakı məsafə 1,6-1,8 m təşkil edir.
IV lay ən az izlənilən lay olub, qalınlığı 90-110 sm (orta qalınlıq
100 sm) təşkil edir.
Gips dənizin laqun hissəsində, dənizdən ayrılmış körfəzlərdə suyun
fasiləsiz buxarlanması nəticəsində əmələ gəlmişdir.
4 lay üzrə gipsin kimyəvi tərkibi aşağıdakı cədvəldə verilir.
Cədvəl 27
Gipsin kimyəvi tərkibi, %-lə
Layın №-si CаО
SО
3
МgО Hidravlik
su
1.
29,46
37,40
2,50
17,1
2.
29,15
37,50
2,50
17,2
3.
27,33
33,92
3,13
19,12
4.
28,92
37,19
2,23
19,32
Qırılmaya qarşı müvəqqəti müqavimətin nəticələri aşağıdakı cəd-
vəldə verilir.
211
Cədvəl 28
Qırılmaya qarşı müvəqqəti müqavimətin nəticələri (кq/sm
2
)
Əlavə 3
gündən sonra
7 gündən sonra
28 gündən sonra
3% 20,1-21,2 18,9-20,0
23,4-25,8
4% 20,4-22,9 18,6-21,4 21,4-23,97
5% 17,3-22,2 19,1-20,8
21,5-26,7
Sıxılmaya qarşı müvəqqəti müqavimətin nəticələri aşağıdakı cəd-
vəldə verilir.
Cədvəl 29
Sıxılmaya qarşı müvəqqəti müqavimətin nəticələri (кq/sm
2
)
Əlavə
3 gündən sonra 7gündən sonra 28 gündən sonra
3% 291-355
385-411 484-530
4% 320-353
355-504 400-504
5% 302-359
369-410 440-479
Sement zavodunda aparılan tədqiqatlar nəticəsində müəyyən edilmiş-
dir ki, Qarğalıq yatağının gipsi standartın tələblərinə tam uygun gəlməsə
də portland və pussolan sementinin istehsalına əlavə kimi yararlıdır.
Qarğalıq yatağına yaxın perspektivli sahələrə: 1) 3 m qalınlığında
yüksək keyfiyyətli gips olan İsmayıllı; 2) Tazıuçan dağından şərqdə
qalınlığı 1 m-dən çox olan gəc (CаСО
4
.H
2
О-89,9%); 3) Xok kəndindən 2
km cənub-qərbdə, Naxçıvan-Sədərək dəmiryol xəttindən 6,0-6,5 km
məsafədə 1,3-1,5 m qalınlığında təmiz, tamamilə kristal, şəffaf gips; 4)
Qarğalıq stansiyasından 5 km məsafədə, Gendərə sahəsində 1,0 m
qalınlığında lay.
Axırıncı 2 sahə demək olar ki, istismar edilmişdir.
Yatağın ümumi ehtiyatları 282722,6 ton təşkil edir.
4.6.1.4. Gülüstan (Cuqa) gəc yatağı
Yataq Naxçıvan şəhərindən 50 km şərqdə, Ordubad-Sədərək dəmir-
yolundan şimalda, Culfa rayonunun Gülüstan kəndinin yaxınlığında yerləşir.
212
Yatağın geoloji quruluşunda Üçüncü dövrün çöküntüləri iştirak
edir. Həmin çöküntülər Dördüncü dövr yaşlı çöküntülərlə örtülüdür. Gəc
layşəkilli yatım əmələ gətirir.
1932-ci ildə N.Pirimov və M.E.Əfəndi tərəfindən 280x82 m sahədə
tədqiqat işləri aparılmışdır. Həmin ərazidə gəcin qalınlığı 3 m təşkil edir.
Gəc qalınlığı 3,5 m-ə çatan gilcə, qum və gil ilə örtülmüşdür. Onlar
xırdadənəli, boz rəngli qumların altında yatır. Bütün bu süxurlar cənuba
doğru, Araz çayı istiqamətində 14-15
0
bucaq altında yatırlar.
Gəcin kimyəvi tərkibində SiO
2
-0,52%, К
2
О -0,24%, CаО -
32,84%, SО
3
-47,05%, H
2
О+200
0
-18,98% təşkil edir.
Gəc açıq-sarı, sarımtıl-boz və tutqun-boz rəngdədir. Gəcin miqdarı
98,37%-ə qədər, xüsusi çəkisi 1,2 t/m
3
-dir.
Gülüstan (Cuqa) yatağındakı gəcin yüksək keyfiyyətli olması və
dəmiryoluna yaxınlığı yatağın istismar üçün əlverişli olduğunu göstərir.
Gülüstan (Cuqa) yatağındakı gəc tikinti işlərində suvaq materialı
kimi, həmçinin kimya sənayesi və kənd təsərrüfatı üçün yararlıdır.
15% istismar itkilərini nəzərə almaqla Gülüstan (Cuqa) gəc yatağı-
nın proqnoz resursları 35000 ton təşkil edir.
4.7. Əhəng
Azərbaycan Respublikası tikinti əhəngi istehsalı üçün yararlı kar-
bonatlı süxurlarla zəngindir.
Təcrübi olaraq bütün mişar daşı çıxarılan karbonatlı süxur yataq-
larının, mərmər və mərmərləşmiş əhəngdaşı yataqlarının tullantılarından
yandırmaqla tikinti əhəngi istehsal etmək mümkündür. Mişar daşı isteh-
sal olunan daş karxanalarında tullantı 50% və daha yüksək olduğundan,
bütün məlum yataqların tullantıları tikinti əhəngi istehsalı üçün əsas
xammal bazası ola bilər.
Buna baxmayaraq respublikada bir neçə karbonatlı süxur yataqları
müstəqil əhəng istehsalı üçün öyrənilmişdir. Bu yataqların hamısı əl-
verişli geoloji-iqtisadi şəraitdə yerləşməklə Təbaşir və Abşeron yaşlı
süxurlarla əlaqədardır.
Əhəng istehsalına yararlı tikinti daşları üzrə Т.М.Sеyidovun,
N.М.Nəsirovun, З.А.Аbbаsоvun, А.İ.Salamоvun, А.С.Qаsımovun,
Q.М.Кrеntsеlin və digərlərinin böyük əməyi olmuşdur.
Əhəng istehsalına yararlı karbonatlı süxurların tərkibində CаCО
3
-
ün miqdarı 47%-dən az, MgCO
3
5%-dən çox, hidravlik əhəng istehsalına
213
yararlı əhəng istehsalına yararlı karbonatlı süxurların tərkibində CаCО
3
-
ün miqdarı 72%-dən, MgCO
3
8%-dən az olmamalıdır.
Naxçıvan MR-də əhəng istehsalına yararlı bir yataq öyrənilmişdir.
4.7.1. Salamməlik travertin yatağı
Yataq Ordubad şəhərindən 15 km cənub-şərqdə, Salamməlik də-
miryol stansiyasından 0,8 km məsafədə yerləşir.
1965-ci ildə T.M.Seyidov tərəfindən yataqda kəşfiyyat işləri aparıl-
mışdır.
Yatağın geoloji quruluşunda Dördüncü dövrün sarımtıl-boz rəngli
travertinlərə iştirak edir. Kəsilişin yuxarı hissəsində 2 m-ə qədər qalınlığı
olan məsaməli, zəif bərkimiş və incəlaylı, aşağı hissədə isə çox möhkəm
travertinlərə rast gəlinir.
Faydalı qatın içərisində linza şəkilli, zəif sementləşmiş, qalınlığı 0,3-
0,5 m olan qum-çınqıl və qum laycıqları müşahidə olunur. Travertin örtü-
yünün qalınlığı 5,0 m, örtük süxurların qalınlığı isə 0,2-0,6 m təşkil edir.
Travertinin orta kimyəvi tərkibi aşağıdakı kimidir : SiО
2
-2,52%,
Аl
2
О
3
-0,46%, Fе
2
О
3
-0,44%, CаО-53,35%, МgО-0,65%, СО
3
-0,20%,
y.z.i.-42,50%. CaCO
3
-ün miqdarı 94,96% təşkil edir.
Fiziki-mexaniki tədqiqatların nəticəsi göstərir ki, travertinin həcm
kütləsi 1690-2150 кq/m
3
, quru halda möhkəmlik həddi 59,3-168,0
кqgüc/см
2
-dir. Yandırılmış travertinlərin texnoloji tədqiqatları göstərir
ki, aktiv əhəngin miqdarı 90,4%, sönmə sürəti 7 dəqiqə, maksimal
sönmə 98
0
C, əhəng xəmirinin çıxımı 2,38 kq, sönməmiş əhəng
hissəciklərinin miqdarı 4,8% təşkil edir. 21-27-76 saylı “Tikinti əhəngi
istehsalı üçün karbonatlı süxurlar” sahə standartının tələblərinə görə
travertinlər az maqneziumlu, tez sönən və yüksək ekzotermikliyə malik I
növ əhəng istehsalına yararlıdır.
Tikinti əhəngi istehsalına yararlı travertinin A+B+C
1
kateqoriyaları
üzrə ehtiyatları 168 min ton təşkil edir. Şimal-şərq istiqamətdə ehtiyatın
artırılmasına imkan vardır.
Yatağın dağ-texniki şəraiti əlverişlidir. Yataq istismar olunur və
onun 01.01.2009-cu il tarixə olan qalıq ehtiyatları A+B+C
1
kateqoriyaları
üzrə 145 min m
3
təşkil edir.
214
4.8. Qum-çınqıl qarışığı və tikinti qumu
Qum-çınqıl qarışıqları yol tikintisi işlərində və beton istehsalında
aparıcı xammal növlərindən biri hesab olunur. Çınqıl və qumun əsas
istehlakçısı sənaye, mülki və yol tikintisi müəssisələridir. Qum-çınqıl
qarışığının içərisində rast gəlinən iri qaymalar xırdalayıcı-çeşidləyici
zavodlarda xırdalanır və alınmış çınqıl dəmir yollarının tikintisində
ballast kimi, müxtəlif markalı adi və xüsusi betonların istehsalında,
dəmirbeton və yol tikintisi işlərində istifadə olunur.
Azərbaycanın qum və çınqıl yataqları əmələ gəlməsinə görə dəniz
və kontinental mənşəlidir.
Dəniz mənşəli qumlar və çaqıl-çınqıl çöküntüləri Xəzər dənizinin
bütün sahili boyu - şimalda Samur çayından başlayaraq, cənubda Astara
çayınadək geniş ərazidə inkişaf tapmışdır. Lakin aşağı keyfiyyətli oldu-
ğuna görə Dördüncü dövr yaşlı dəniz mənşəli qum-çınqıl xammalı
məhdud şəkildə istifadə olunur.
Kontinental mənşəli terrigen qeyri-filiz faydalı qazıntılar Azərbay-
canda geniş inkişaf taparaq allüvial, delüvial-prolüvial, eol və flüvioqla-
sial növlərə bölünür.
Allüvial çaqıl, çınqıl və qumlar dağ çaylarının aşağı axınlarında
daha geniş yayılmışdır. Qeyd olunan çöküntülər tikinti işlərində, dəmir
yollarında ballast material kimi və avtomobil yollarının tikintisi məqsədi
ilə istismar olunur.
Naxçıvan MR-də onların sənaye əhəmiyyətli yığımları Arpaçay,
Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay, Gənzəçay və s.
çaylarda aşkar edilmişdir. Bunların böyük əksəriyyəti müasir çöküntülərə
aiddir.
Əksər çayların qum-çınqıl çöküntüləri 70% qayma, çaqıl və çınqıl-
dan təşkil olunmuşdur. Çınqılla birlikdə ümumi kütlənin tərkibində 15%-
dən 35%-dək qum müşahidə olunur. Qum-çınqıl qarışığı adətən birlikdə
istismar edilir. Çınqılın tərkibi onların daşındığı dağ sistemlərinin təşkil
olunduğu süxurların tərkibindən asılıdır. Çınqıllar adətən möhkəm dağ
süxurlarının - andezit, qranit, diabaz, kvarsit, sərt mineralların - kvars və
s., bəzən isə daha zəif süxurların - əhəngdaşı, qumdaşı və s. iri hissəcik-
lərindən ibarət olur. Qum-çınqıl çöküntülərinin çatışmayan cəhəti onlar-
da çoxlu miqdarda qayma və yüksək miqdarda gil və lil hissəciklərinin
iştirak etməsidir. Bu isə müvafiq zənginləşmə tələb edir.
215
Qırıntı süxurlarını təşkil edən hissəciklərin ölçüləri üzrə qəbul
edilmiş vahid təsnifat yoxdur. Bu bölmədə verilən təbii qum və çınqıl
yataqları adətən tikinti xammalı kimi baxıldığından 8736-85, 8268-82,
10260-82 və 10268-80 saylı Dövlət Standartlarının tələblərinə uyğun
qiymətləndirilir. Bu standartların tələblərinə görə ölçüləri 0,05-5,0 mm
olan dağ süxurları və mineralların qırıntıları quma, 5-70 mm ölçülü
yuvarlaqlaşmış dağ süxurlarından təşkil olunmuş, sementlənməmiş
qırıntı materiallar - çaqıl və çınqıla, 70 mm-dən böyük qırıntılar isə
qaymaya aid edilir.
Yatım şəraitinə görə qum-çınqıl qarışığı üfiqi yatımla layşəkilli
yataqlar əmələ gətirir.
Hazırda Naxçıvan MR-də ümumi ehtiyatları 77387 min m
3
təşkil
edən 7 qum-çınqıl qarışığı yatağı kəşf olunmuşdur. Onlar respublika
ərazisində aparılan mülki və sənaye tikintilərini tam təmin etməyə qadir-
dirlər. Bundan əlavə bənd tikintisi işləri üçün ümumi ehtiyatları 14375
min m
3
olan 2 yatağın və ehtiyatı 12366 min m
3
olan 1 qum yatağının
kəşfiyyatı aparılmışdır.
Qumlar tikinti işlərində betonun hazırlanmasında doldurucu kimi,
şose yollarının tikintisində və təmirində, bəndlərin bərkidilməsində, sili-
kat kərpiclərin və əhəngli-qumlu divar bloklarının istehsalında əsas
xammal kimi geniş istifadə olunur.
Ən iri qum-çınqıl qarışığı yatağı Naxçıvançay hesab olunur və
muxtar respublikada tikintiyə lazım olan qum-çınqıl materialının əsas
kütləsi həmin yataqdan daxil olur.
8736-85 saylı Dövlət Standartının tələblərinə görə qumlar irilik
modulu üzrə iridənəli (>2,5 mm), ortadənəli (2,5-2,0 mm), xırdadənəli
(2,0-1,5 mm) və çox kiçik dənəli (1,5-1,0 mm) növlərə bölünür.
Eynicinsli və ya yaxın tərkibli müxtəlif hissəcikli qumlar müxtəlifdənəli
adlanır. Tikinti qumu yatağı delüvial-prolüvial mənşəlidir.
4.8.1. Ordubad yatağı
Yataq Ordubad dəmiryol stansiyasından 0,4 km şimal-qərbdə,
Ordubad şəhərindən 0,3-0,4 km cənubda, Ordubad və Kotam çaylarının
mənsəbində yerləşir.
Yataqda 1963-1964-cü illərdə B.Q.Belemenko tərəfindən kəşfiyyat
işləri aparılmışdır.
216
Yatağın geoloji quruluşunda qayma, çaqıl, çınqıl və qum-gil qarışı-
ğı ilə təmsil olunmuş allüvial-prolüvial çöküntülər iştirak edir.
Faydalı qazıntının kəşf olunmuş qalınlığı 5,25-5,95 m, örtük süxur-
ların qalınlığı isə 0,1-0,2 m təşkil edir.
Yatağın qayma-çınqıl qarışığının qırıntı süxurları zəif çeşidlənərək
həm şaquli, həm də üfqi vəziyyətdə növbələşmə müşahidə olunmur və
süxurlar zəif yuvarlaqlaşmışdır.
Süxurların petroqrafik tərkibinə görə qranodiorit, porfirit, andezit,
qabbro və andezit-porfiritlə təmsil olunmuş maqmatik süxurlar (87-94%)
üstünlük təşkil edir. Çökmə süxurların miqdarı 1-4%-dir.
5 mm-dən böyük hissəciklərin orta miqdarı yataq üzrə 65%, o cüm-
lədən 40 mm-dən böyük hissəciklər 43%, 200 mm-dən böyük qaymalar
15% təşkil edir. Qumlar çox xırda və incədənəli olub, yüksək miqdarda -
4,6%-dən 26%-dək, orta hesabla 15% lilli-gilli hissəciklər saxlayır.
Çaqıl-çınqıl qarışığı aşağıdakı fiziki-mexaniki xüsusiyyətlərlə sə-
ciyyələnir: kopyorda zərbəyə qarşı müqavimət “PM”- 64-160 vahid, orta
hesabla 96 vahid, fırlanan barabanda
sürtülmə -18-25%, orta hesabla
23%, silindrdə xırdalanma –8,8-15,8%, orta hesabla 10,9%. Natrium
sulfatda 5 tsikl tədqiqatdan sonra ümumi çəkidə itki 3%-dən azdır.
Texnoloji tədqiqatların nəticəsinə görə çınqıl “200” markalı beton
istehsalına yararlıdır.
Çaqıl-çınqıl qarışığı çeşidlənmiş xammal kimi dəmir yollarında
ballast örtüyünə yararlıdır. Qaymalar isə xırdalandıqdan sonra dəmir
yolları üçün ballast kimi istifadə olunan çınqıl istehsalında istifadə oluna
bilər. Yastı hissəciklərin yüksək miqdarda olmasına baxmayaraq, qayma-
çaqıl materialından “200” markalı adi hidrotexniki və asfaltbeton isteh-
salında əlavə kimi istifadə etmək olar.
Yatağın dağ-texniki şəraiti əlverişlidir.
Yataq istismar olunur. Çaqıl-çınqıl qarışığının B+C
1
kateqoriyaları
üzrə qalıq ehtiyatları 2921 min m
3
təşkil edir.
4.8.2. Gənzəçay yatağı
Ordubad şəhərindən 0,5 km şərq-cənub-şərqdə, Gənzəçayın quru
çaybasar hissəsində yerləşir.
Yataqda 1977-ci ildə T.M.Seyidov və O.İ.İsmayılov tərəfindən
kəşfiyyat işləri aparılmışdır.
217
Yataq 1,2 km
2
sahəni əhatə edir və Gənzəçayın Araz çayına qovuş-
duğu yerdən başlayaraq şimala doğru 50-80 m-dən 400-600 m-dək
enində 4 km məsafədə uzanır.
Oroqrafik cəhətdən yataq Zəngəzur silsiləsinin cənub-qərb hissəsi-
nin alçaq dağlıq və dağətəyi hissələrini əhatə edir.
Yatağın geoloji quruluşunda allüvial-prolüvial çöküntülərlə təmsil
olunmuş Müasir dövr çöküntüləri iştirak edir.
Faydalı qat qalınlığı 1,1-5,0 m-ə çatan qayma, ayrı-ayrı iri qırıntı-
lar və çınqıl-qum qarışığından ibarətdir.
Petroqrafik tərkibinə görə süxurlar intruziv, vulkanogen-çökmə və
metomorfik süxurlardan ibarətdir.
Süxurun 80%-dən çoxunu 70-20 mm-lik fraksiya təşkil edir. Gilli,
lilli və tozvari hissəciklərin miqdarı 0,5-0,9%, suudma qabiliyyəti isə
0,15%-dir.
Yastı və iynəvari formaların miqdarı 14-15% təşkil edir. Xırdalan-
ma üzrə çınqıllar “X-12”, şaxtayadavamlılığına görə “Şax.-25” marka-
sına uyğun gəlir.
Betonda aparılan tədqiqatlar göstərir ki, hazırlanmış çınqıllar “300”
markadan aşağı olmayan tikinti betonu istehsalı üçün yararlıdır.
Qumlar ağır təbii qumlar qrupuna aid olub, irilik moduluna görə
orta irilikli, yəni 2,0-2,5-ə uyğundur. Gilli, lilli və tozvari hissəciklərin
miqdarı 14-16% təşkil edir. 0,14 mm-dən kiçik hissəcikləri yumaqla
irilik modulu 2,5 mm-dən böyük və bütün növ tikinti işləri üçün yararlı
zənginləşdirilmiş iri qum almaq olar.
Yatağın dağ-texniki şəraiti əlverişlidir.
Yatağın B+C
1
kateqoriyası üzrə ehtiyatları 5400 min m
3
təşkil edir.
4.8.3. Əylis yatağı
Ordubad rayonu ərazisində Ordubad şəhərindən 1,0-2,0 km cənub-
qərbdə yerləşir. Yataqdan 1,0 km cənub-şərqdə Ordubad dəmiryol stan-
siyası yerləşir. Yataq Araz çayının sol sahilində, Ordubad və Əylis çayla-
rının mənsəbləri arasında yerləşərək, 46,3 ha sahəni əhatə edir.
1985-1986-cı illərdə Azərbaycan Dəmir Yolları İdarəsinin Mühən-
dis Qurğularının və Sənaye Müəssisələrinin Yol Təsərrüfatlarının layihə-
ləşdirilməsi üzrə Dövlət İnstitutunun və Yollar Nazirliyinin texniki tap-
şırığı nəzərə alınaraq dəmir yollarında ballast örtüyünə yararlı çınqılların
218
alınması üçün quraşdırılmış xırdalayıcı-çeşidləyici qurğunu xammalla
təmin etmək məqsədilə yataqda kəşfiyyat işləri aparılmışdır.
Yataq bölünməyən Müasir və Üst Dördüncü dövr yaşlı kompleks
süxurlardan təşkil olunaraq, az və ya çox dərəcədə bərabər paylanmış
qayma və çınqıllardan və qum hissəcikləri ilə birlikdə qeyri-bərabər
paylanmış lil və gil hissəciklərindən təşkil olunmuş qayma-çaqıl-çınqıl-
qum qarışığından ibarətdir. Qayma-çaqıl-çınqıl-qum qarışığı Araz çayı
hövzəsinin sol sahilində geniş ərazini əhatə edərək 10 km uzunluğunda
şleyf əmələ gətirir. Bu şleyfdə Gənzəçay, Ordubad və Əylis yataqları
yerləşir.
Yatağın üst hissəsi 3-4 m qalınlığında əsasən böyük miqdarda iri
(0,5 m-dən böyük) qaymalardan təşkil olunmuşdur. Bu çöküntüləri təc-
rübi olaraq bir-birindən ayırmaq mümkün olmadığına görə qrunt sula-
rının səviyyəsinə qədər (10-20 m) kəşf olunmuş bütün qalınlıq Dördün-
cü dövr sisteminin bölünməyən Üst və Müasir şöbələrinə aid edilmişdir.
Faydalı qatın qalınlığı kəsilişlər üzrə 6 m-dən 20 m-dək dəyişərək
orta hesabla 14,69 m təşkil edir.
Gilcə ilə təmsil olunan örtük süxurlar yatağın ancaq cənub hissə-
sində müşahidə olunur və qalınlığı 0,2 m-dən 1,1 m-dək dəyişir.
Faydalı qat bütövlükdə 24100-80 saylı Dövlət Standartının tələblə-
rinə cavab verir və tikinti işləri üçün çay daşlarından çınqıl və qum
istehsalı üçün yararlıdır. Qaymalar və çaqıl dəmir yollarında ballast
örtüyü kimi 7392-85 saylı Dövlət standartının tələblərinə cavab verən
yüksək keyfiyyətli çınqıl (S-20, S-20M, Z-75) istehsalı üçün yararlıdır.
Bu çınqıllar həmçinin keyfiyyəti üzrə 10260-82 və 10268-80 saylı Döv-
lət Standartlarının tələblərinə cavab verir və tikinti işlərinə yararlıdır.
Qayma-çaqıl materialının (5 mm-dən yuxarı) miqdarı 67%, o
cümlədən 60 mm-dən iri qaymalar 34% təşkil edir.
Qumda lilli və gilli hissəciklərin miqdarı 4,6-20,0%, orta hesabla
14,7%, 0,14 mm-dən kiçik hissəciklərin miqdarı isə 12-40% təşkil edir.
Tikinti işlərində istifadə olunan xırda çınqılların (5-10 mm) və yol
tikintisində istifadə olunan 5-25 mm ölçülü çınqılların istifadədən əvvəl
yuyulması tələb olunur.
5-70 mm ölçülü çınqıllar lil və gil hissəcikləri ilə yüksək dərəcədə
çirkləndiyinə görə 8268-82 saylı Dövlət Standartının tələblərinə cavab
vermir. 5 mm-dən kiçik qum hissəçikləri də lilli və gilli hissəciklərlə
yüksək dərəcədə çirkləndiyindən təbii vəziyyətdə 8736-85 və 10268-80
219
saylı Dövlət standartlarının tələblərinə cavab vermir. Buna görə də
qumlar istifadədən əvvəl yuyulmalıdır.
İstismar zamanı çıxarılmış qumun bir hissəsi (46%) yol tikintisi
işlərində, bir hissəsi isə zənginləşdirilmədən digər tikinti işlərində isti-
fadə oluna bilər.
Qayma-çaqıl-qum qarışığı böyük miqdarda qayma (60 mm-dən
böyük) və lil və gil hissəcikləri ilə yüksək dərəcədə çirkləndiyindən
dəmir yolları üçün ballast çınqılı (DÜİST 7394-85) kimi yararlı deyildir.
Bütün qayma-çaqıl və qumlu çöküntülər və ələnmiş qum dəmir və
avtomobil yollarının tikintisində drenləşmə qruntu kimi istifadə oluna bilər.
Yatağın hidrogeoloji şəraiti əlverişlidir, ehtiyata daxil olan qayma-
çaqıl-qum qatında su müşahidə olunmamışdır. Qrunt suları yatağın
cənubunda 8,80-13,5 m dərinlikdə, şimal sərhədində isə 11,40-16,90 m
dərinlikdə yatır. Yatağın şimal sərhədində qrunt suları 20 m dərinliyə
qədər müşahidə olunmur.
Gələcək karxanaya su axımı ancaq atmosfer çöküntülərinin hesa-
bına ola bilər, yatağın sərhədləri daxilində bu həcm 25,7 m
3
/saat təşkil
edir.
Faydalı qazıntının karxana daxilində А+B+C
1
kateqoriyaları üzrə
ehtiyatları 6586 min m
3
təşkil edir. Qayma-çaqıl materialının həcmi 5005
min m
3
-dir.
4.8.4. Azaçay yatağı
Dostları ilə paylaş: |