23) 24) 25) e.ə 5-4 cü əsrlərdə Yunanıstan mədəniyyəti M.ə. 5-4-cü əsrlərdə yunan mədəniyyəti qədim dünyanın ən inkişaf etmiş mədəniyyətlərindən birinə çevrildi. Ədəbiyyat, incəsənət və fəlsəfə müstəsna inkişaf səviyyəsinə yüksəldi. Bu mədəniyyətin humanist istiqamətlili- yi, dünya mədəniyyəti xəzinəsinə verdiyi əvəzedilməz töhfələr min illər keçsə də öz əhəmiyyətini və qiymətini itirmədi. Demokratik quruluşu olan polislərdə mədəni yaradıcılıq daha məhsuldar olmağı ilə seçilirdi. Bu cəmiyyətlərdə vətəndaşların siyasi təfəkkürü inkişaf edirdi, həm də natiqlik sənəti çiçəklənirdi. Məhz bu dövrdə Yunanıstanda dünya natiqlik sənəti ta- rixinə daxil olmuş Perikl, Kleon, İsokrat, məşhur Demosfen kimi şöhrətli na- tiqlər meydana çıxdı. Qədim yunan mədəniyyəti dünya sivilizasiyasının inkişafında müqayisə olunmaz rol oynadı. Bu mədəniyyətin nəcib xüsusiyyətlərindən biri bu idi ki, sonrakı əsrlər boyu da bütün bəşəriyyətə bədii həzz verməkdə davam et- di, əl çatmayan nümunəyə çevrildi. Bəşəriyyətin öz uşaqlığı dövründə yaratdığı incilər öz qiymətini itirmədi, əbədi heyranlıq obyektinə çevrildi. Yu- nanlar dünya mədəniyyəti üçün elə bir bünövrə yaratdılar ki, onun üzərində ucaldılan binaların üslubu, forması dəyişsə də, bünövrə öz əbədi möhkəmli-yini, əvəzedilməzliyini qoruyub saxlaya bildi.
Din özü də yunan mədəniyyətinin üzvi hissəsi olmaqla yanaşı, onun vəziyyətinə və quruluşuna böyük təsir göstərdi. Din bədii yaradıcılığın əsas baxışlarını, əxlaqi xüsusiyyətlərini, forma və istiqamətini müəyyən etdi. Yunanlar öz əsətirlərində bu gün də qiymətini itirməyən heyranedici mifik obrazlar qalereyası yaratdılar. Yunan polislərinin əksəriyyətində şəhərin himayəçisi olan baş allahın şərəfinə bayramlar düzəldilirdi. Bu, polisin gücünün və varlılığının nümayişi- nə, onun nailiyyətlərinin və uğurlarının baxışına çevrilirdi. Bu bayramlardan ən məşhuru Olimpiya bayramları və Olimpiya oyunları idi, onlar dörd ildən bir keçirilirdi. İlk olaraq onlar allah Zevsin şərəfinə kultun ənənəvi bir hissə- si idi. Hətta yunan tarixinin mühüm hadisələri də bu Olimpiya oyunlarının keçirilmə dövrü ilə tarixlənirdi. Digər bayramlarda teatr tamaşalarının rolu artdı. Faciə və komediya formasında göstərilən tamaşalardan məşhur yunan teatrı yarandı. Teatr ictimai həyatda, qədim yunanların tərbiyəsində və bütün mədəniyyətində böyük rol oynadı.
Esxil Yunan faciəsinin atası hesab olunur və onun “Pers-lo r^ prime prime”, “Buxovlanmış Prometey”, “Aqamemnon” pyeslərində yunan tarixi canlandırılır. Sofoklun isə 120 faciə yazdığı güman edilir və onun “Çar Edip”, “Antiqona”, “Medeya” faciələri dünya teatrlarında səhnələnir. “Çar Edip” öz xalqı tərəfindən sevilən bir qəddarlığa qarşı mübarizəni və qismətinin üzərinə qoyduğu cinayətlərdən özünü qorumağa çalışan bir adamın tarixidir.
Antiqona, Edipin qızı, ədalətsiz qərar verən çarın qarşısında qardaşı Polinikiyi dəfn edir və insanlıq borcunu üstün tutur. Yevripidin “Medeya” pyesi, qəhrəmanının ehtirası ilə insan hisslərini coşdurur. Hippodam prinsipləri yeni şəhər salındıqda həyata keçirilə bilərdi və Yunan memarlığı order sistemindən istifadə edirdi. Afina-Pallada Parfenon məbədi, öz möhtəşəmliyi və sadə monumentallığı ilə UNESCO-nun simvolu kimi qəbul edilmişdir.