Qədim Yunanıstan tarixi üzrə mənbələr Qədim Yunanistan tarixi üzrə tarixşünaslıq 3 Qədim Yunanıstan təbii şəraiti


Poleponnes müharibəsinin başlaması



Yüklə 55,86 Kb.
səhifə8/28
tarix26.12.2023
ölçüsü55,86 Kb.
#197276
1   ...   4   5   6   7   8   9   10   11   ...   28
Antik tarix imtahan sualları

20.Poleponnes müharibəsinin başlaması:
Peleponnes müharibələri Afinaının Biotefika ittifaqına yürüşü ilə başladı
Peloponnes müharibəsinin başlanmasına e.ə 430-cu illərdə baş vermiş hadisələr səbəb oldu.Perikl hesab edirdi ki, Afina Yunanıstanda hegemoniya uğrunda mübarizəyə tam hazırdır.Həmçinin onun mövqeyinə şəxsi və siyasi amillər də təsir edirdi.V əsrin 30-cu illərin sonunda Periklin vəziyyəti bir qədər pisləşmişdi. Demos içərisində onun hakimiyyətinə qarşı etirazlar baş qaldırırdı. .Periklin müharibənin başlanmasını sürətləndirmək qərarı aldı ki, hərbi əməliyyatlar zamanı xalqı sınanmış liderin ətrafında birləşməyə məcbur etsin. Peloponnes İttifaqı diplomatik missiyalarının uğursuzluğa düçar olmasından sonra, yeni konqressdə Delfi kahininin köməyini təmin edərək, Afinaya müharibə elan etdi. E.ə. 431-ci ilin yazında fivalılar Afinanın müttəfiqi Plateyaya hücum etdi. Bu hadisə ilə Peloponnes müharibəsi başladı.Tarixçilər ənənəvi olaraq müharibəni üç mərhələyə bölürlər. Birinci mərhələ (e.ə. 431-421) Onillik Müharibə və ya Arxidam Müharibəsi adlandırıldı, Spartalı kralı II Arxidamusun hökmran olduğu ittifaq şəbəkəsi olan Peloponnes Liqasının tam hoplit ordusu ilə Attikaya bir neçə istilası başladı. Nicias’ın təhlükəli Sülhü 421-ci ildə imzalanmış və eramızdan əvvəl 413-cü ilə qədər davam etmişdir.Siciliya fəlakəti müharibənin üçüncü mərhələsinə (e.ə. 413-404) təkan verdi.

Sual 21 Pelopennes müharibəsinin nəticəsi
Müharibənin iqtisadi nəticələri bütün Yunanıstanda hiss edilirdi. Yoxsulluq adi həyat şəraitinə çevrildi Afina isə bir daha müharibədən əvvəlki kimi ola bilmədi. Müharibə yunan cəmiyyətində əsaslı dəyişikliklərə səbəb oldu, oliqarx Sparta ilə demokrat Afina arasındakı münaqişə yunan polislərində vətəndaş müharibələrinin sayını artırdı. Sosial gərginliyin artması çox halda silahlı münaqişəyə rəvac veriridi. Əvvəlcə məhdud xarakter daşıyan münaqişə tezliklə miqyasına və sərtliyinə görə o vaxtadək görülməmiş həddə çatdı. Dini və mədəni qadağaların pozulması, bütöv vilayətlərin viran qalması və şəhərlərin dağıdılması geniş vüsət aldı Müharibədən əvvəl Yunanıstanın ən qüdrətli polisi olan Afina, onun nəticəsində asılı hala çevrildi. Yunanıstanın əsas dövləti Sparta oldu. Lakin spartalıların qaba qüvvətə çox önəm verməsi nəticəsində müttəfiqləri ilə münasibətləri korlandı və antisparta əhval-ruhiyyəsi yayıldı. Bunun nəticəsində e.ə. 371-ci ildə baş vermiş Levktr döyüşü Fivanı Yunanıstanın yeni hegemon dövlətinə çevrildi. İran dövlətinin yunan polislərinə təsir imkanları genişləndi. Bir çox hərbi əməliyyatkar zamanı qələbə qazanmaq üçün onların maddi yardımına ehtiyac duyulurdu. Onların əsas məqsədi vuruşan tərflər arasındakı tarazlığı qoruyaraq, son nəticədə onların hamısının zəifləməsi idi.



Yüklə 55,86 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin