Qədim Yunanıstan tarixi üzrə mənbələr Qədim Yunanistan tarixi üzrə tarixşünaslıq 3 Qədim Yunanıstan təbii şəraiti


Sual 22 Dekley müharibəsi və boğazlar uğrunda mübarizə



Yüklə 55,86 Kb.
səhifə9/28
tarix26.12.2023
ölçüsü55,86 Kb.
#197276
1   ...   5   6   7   8   9   10   11   12   ...   28
Antik tarix imtahan sualları

Sual 22 Dekley müharibəsi və boğazlar uğrunda mübarizə
Sparta siciliyalılara yardım göndərməklə kifayətlənmədi. Alkiviadın təklifi ilə Attikaya yeni hücum planı hazırlandı. E.ə. 413-cü ilin yazında Afinadan 18 km məsafədə olan Dekeliya qəsəbəsi ələ keçirildi və Afinaya gümüş mədənlərinə gedən yol kəsildi, bu da Afinaya mənfi təsirini göstərdi. Afinalıların 20 minə yaxın qulu spartalıların yanına qaçdı. Afina çox çətin vəziyyətlə üz-üzə qaldı. Onlar məğlubiyyətə uğramamaq üçün yeni donanma yaratmağa başladılar və dövlətin bütün vəsaitini topladılar.Lakin spartalılar da vaxtı boşa vermədilər. Siciliyada qazanılmış qələbədən sonra onlar Afina üçün əhəmiyyətli region olan Egey dənizi hövzəsinə zərbə endirməyi qərara aldılar. E.ə. 412-ci ildə Afinanın ən güclü müttəfiqi olan Xios üsyan etdi və onu İoniya şəhərləri dəstəklədi. Sparta onlara kömək etmək üçün güclü donanma yolladı, bu donanmada siciliyalı müttəfiqlərin gəmiləri də vardı. Sparta həmçinin İrandan da kömək istədi və onlardan İoniya şəhərlərini İranın tabeliyinə keçməsinə razılığın əvəzində böyük maliyə yardımı aldı. Sard valisi Tissafernlə olan bu razılıaşmanın mühüm simalarından biri Alkiviad idi.Afina məğlubiyyətlə qarşı-qarşıya idi. Lakin onlar məğlubiyyətlə barışmaq fikrində deyildi və fövqəladə tədbirlər görmək niyyətində idilər Boğazlardan keçən mallar üçün 10% həcmində gömrük rüsumu alınması qərar alındı müttəfiq şəhərlərdəki demokrat qruplarına kömək göstərildi. Toplanmış vəsait dərhal İoniyaya göndərildi ki, bu da Afinanın bölgədəki vəziyyətini yaxşılaşdırdı. Bundan başqa İranın maliyyə yardımına möhtac olan Sparta təchizatla bağlı problemlər yaşamağa başladı, çünki, Afinanın darmadağın edilməsi İrana sərf etmirdi. Həmçinin Sard valisi Tissafernin yanında nüfuzu olan Alkiviadın yenidən afinalıların yanına qayıtmaq fikrində olması da öz sözünü dedi.Afinanın özündə mühüm dəyişikliklər oldu. Hərbi uğursuzluqlar səbəbindən oliqarxiya tərəfdarlarının nüfuzu artdı və onlar e.ə. 411-ci ildə dövlət çevrilişini həyata keçirdilər. Tamhüquqlu vətəndaşların sayı 5 minlə məhdudlaşdırıldı, real hakimiyyət isə Dördyüzlər Şurasının əlində cəmləşdi. Afina demokratiyasının mühüm uğuru olan vəzifəyə görə məvacib ödənməsi ləğv edildi. Yeni hakimiyyət Spartaya sülh təklif etdi.Lakin spartalılar bu təklifi rədd etdi. Oliqarxiyanın hakimiyyətini Samosda yerləşmiş donanma tanımadı. Afinada faktiki olaraq ikihakimiyyətlilik ortaya çıxdı. Afinanın müttəfiqləri dərhal bundan istifadə etdi; zəngin Evbeya adası və boğazlarda yerləşən şəhərlər üsyan etdi (bu çox mühüm idi, çünki Afinaya idxal edilən buğdanın əksəriyyəti boğazlar vasitəsilə Qara Dəniz hövzəsindən gətirilirdi). Bu üsyanları yatırmaq vəzifəsi yenidən afinalıların tərəfinə keçərək mühüm səlahiyyətlər almış və donanmanın başına gətirilmiş Alkiviada verildi. Afinalılar e.ə. 411-ci ildə Abidos yaxınlığında, e.ə. 410-cu ildə Kizik yaxınlığında qələbə qazandılar, e.ə. 408-ci ildə isə mühüm mövqe daşıyan Vizanti şəhəri ələ keçirildi. Qazanılmış zəfərlər tezliklə oliqarxiyanın yıxılmasına və demokratiyanın bərpa edilməsinə səbəb oldu. E.ə. 410 və 406-cı illər arası afinalılar bir-birinin ardınca qələbələr çalaraq əvvəlki qüdrətlərini bərpa etdilər. Bunda Alkiviadın rolu az deyildi.

Yüklə 55,86 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin