19.Afina dövləti Periklin dövründə: Afina demokratiyasının inkişafında və dövlətinin qüdrətinin möhkəmləsində Periklin rolu böyükdür.Tanınmış nəsildən olan Perikil e.ə 460 cı ildən siyasi faliyətinə başladıqdan sora ömrünün sonuna kimi demokratiya prinsiplərinə sədaqətlə xidmət edib.Belə etibarın ən parlaq nümunəsi Periklin e.ə 444-429 cu illər arasındakı müddətdə dalbadal olaraq birinci strateq kimi yüksək vəzifəyə secilməsi idi.
Fukididin qovulmasından sonra Perikl Afinada ən nüfuzlu siyasətçi olaraq şəhəri faktiki idarə etməyə başladı. Demokratiyanın ən çox zirvəyə qalxdığı dövr həm də, bir dövlət xadimin hökmranlıq etdiyi dövr oldu. Perikl Afinanın dəniz qüdrətini möhkəmlətdi, şəhəri, xüsusilə də Akropolu məşhur tikililələrlə (Parfenon, Propilei və s.) bəzədi. Periklin zamanında Afina iqtisadi və mədəni inkişafının zirvəsinə qalxdı (Perikl əsri). Onun dövründə Afina ellin dünyasının iqtisadi, siyasi və mədəni mərkəzi oldu.Periklin ilk xarici siyasət aksiyası Cənubi İtaliyada Furiya koloniyasının salınması ilə olmuşdur. Bu məsələ Perikllə Fukididin mübarizəsi zamanından gündəmdə idi. Periklin qərb siyasəti e.ə 446-cı ildə bağlanmış Otuzillik sülhə zidd idi. Afina Sparta-Korinf nüfuz dairəsinə təsir etməyə çalışırdı. Bu ilk növbədə afinalıların ticarət rəqabti nəticəsində mövqelərinə zərər dəyən korinfliləri qıcıqlandırırdı.
Böyük Yunanıstanda Afinanın hegamonluğunun qurulması,bu dövləti bütün yunan dünyasının siyasi birliyinə çevirdi və hadisələrin belə inkişafı Spartanın tamamilə izolyasiyasına səbəb oldu.Afina ilə Sparta arasında ziddiyətlər getdikcə daha da böyük xarakter alırdı.Beləliklə bəhanələrdə tapıldı və Poleponnes müharibəsidə başladı.Hər iki tərəfin güclü hərbi potensialı var idi.Müharibə bir müddət davam edənnən sonra e.ə 430 cu ildə dəhşətli sapma yatalaq epidemiyası baş verdi,bu vəziyyət afinalıların planlarını pozdu.Perikıl çoxlu qacqınında toplaşdığı Afinada belə epidemiyanın yayılmasını gözləmirdi.Əhalinin ¼ hissəsi qırıldı.Cixilmaz vəziyətdə olan əhali günahı Periklin üstünə atdı.Artıq əhali düşmənlərndə təhriki ilə Periklə pis münasibət göstərməyə başladı.Əslində baxsaq görərik ki Afinanın hər bir böyük demokratik lideri elə xalq tərəfindən kənara atılmışdı.Perikılda narazılığı hiss edirdi amma elə ömrünün sonuna kimi yəni e.ə 429 cu ilə kimi vəzifəsinin başında oldu. Ölümü ilə yunan polislərinin ən çox inkişaf etdiyi dövr olan Perikl əsri qapandı.