13) Attika kəndlilərinin vəziyyəti 14.klisfenin islahatları---Pisistratın tiran hakimiyyətindən sonra aristokratlar cəhd etdilər ki, Afinada özlərinə məxsus oliqarxiya (azlığın hakimiyyəti) quruluşunu yaratsınlar. İslahatçı aristokrat Klisfen (ingilis dilli ədəbiyyatda Klisten) həmin plana qarşı çıxdı və Afina xalqına arxalanaraq, b.e.ə. 508-ci ildə polisdə (şəhər-dövlətdə) baş vəzifəni tutmaqla, dövlət quruluşunu islahata uğratdı. Klisfenin islahatları bu vaxt Afina demokratiyası üçün bünövrə yaratdı. Afinanın hər bir azad vətəndaşı, onun kəndli, sənətkar, tacir və aristokrat olmasından asılı olmayaraq, bərabər hüquqlar aldı.
Klisfen islahatlarının məqsədi ənənəvi yerlərin və regionların hakimiyyətini zəiflətmək idi, çünki onlar aristokratik qüvvənin əsası kimi çıxış edirdi. O, demosları – Attikanın (Afina şəhər-dövlətinə daxil olan ərazi) kəndlilərini və şəhər sakinlərini siyasi həyat üçün bünövrə olacaq bir birliyə çevirdi. Bu ənənəvi yerlərin və regionların həmin vaxta qədər mövcud olan hakimiyyətinə ağır zərbə vurdu. Bundan iki əsr əvvəl, Romuldan sonra Romanın ikinci, əfsanəvi çarı olan Numa Pompili başqa buna bənzər bir bəlanı aradan götürmək üçün eyni qaydadakı tədbirdən istifadə etmişdi. Romanın sakinləri olan yerlilərlə sabinlilər arasında ayrı-seçkilik, traybalizm əsasında baş verən münaqişələrin qarşısını almaq üçün o, adamları sənət növləri üzrə yaratdığı çox saydakı gildiyalarda birləşdirilmişdi. Bu gildiyalara həm əsl romalılar, həm də sabinlilər daxil idilər və belə vəziyyət onları tayfaçılığın zərərli hisslərindən uzaqlaşdırdı.
Klisfen demosun bütün vətəndaşlarını on tribaya (bunlar “fil” adlanırdı) böldü, onların hər biri Attika kənd mahallarında, sahil zonalarında və Afinanın özündə məskunlaşmış sakinlərdən ibarət idi.
Yerlə zəkalar siyasi quruluşda mühüm rola yiyələndilər
Klisfenin islahatları Afina siyasi sistemində vətəndaşların Məclisinin (Xalq yığıncayının) mərkəzi rolunu gücləndirdi.Klisfenin islahatları Afina demokratiyasının əsasını qoydu. Sonrakı beşinci əsrdə (b.e.ə) çoxlu dəyişikliklər baş verəcəkdi, bu vaxt afinalılar özləri sistemi ifadə etmək üçün “demokratiya” sözündən istifadə etməyə başladılar