Qədim Yunanıstan tarixi üzrə mənbələr Qədim Yunanistan tarixi üzrə tarixşünaslıq 3 Qədim Yunanıstan təbii şəraiti



Yüklə 55,86 Kb.
səhifə3/28
tarix26.12.2023
ölçüsü55,86 Kb.
#197276
1   2   3   4   5   6   7   8   9   ...   28
Antik tarix imtahan sualları

12. Afina dövlətinin yaranması
Orta Yunanıstanın cənub-şərqindəki Attika adlı böyük yarımadada geniş düzənliyin ortasında yerləşən sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdı. Təpənin zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi. E.ə. VIII əsrdə Akropolda yaşayan adlı-sanlı adamlar Attikanın bütün əhalisini özlərinə tabe etdilər. E.ə.VIII əsrdə Afina şəhər dövlətini ağsaqqallar şurası və onun seçdiyi 9 hökmdar idarə edirdi.Adlı-sanlı yunanlar öz idarə üsullarını «aristokratiya», yəni «yaxşıların hakimiyyəti» adlandırırdılar. Attikanın qalan azad əhalisinə, yəni sənətkarlara, kəndlilərə, günəmuzdçulara, dənizçilərə isə «demos» deyirdilər. Afina əhalisi əkinçilik və maldarlıqla məşğul olur, əsasən, zeytun və üzüm becərir, şərab və zeytun yağı istehsal edirdi. Şərab və zeytun yağını saxlamaq və daşımaq üçün amfora adlanan gil küplər düzəldirdilər. Amfora qablar iki qulplu dar boğazlı idi. E.ə. VI əsrdə qara və qırmızı rəngli amfora istehsal edilirdi. Akropolun yaxınlığında aqora adlanan bazar meydanı yerləşirdi. Burada dulusçuluq, dəmirçilik, toxuculuq, kənd təsərrüfatı məhsulları satılırdı. E.ə. VII əsrdə Afinada gümüş pul kəsilirdi. M.ə. 8-ci – 7-ci əsrlərdə Afina tədricən iri və qüdrətli dövlətə çevrilərək,Polis Yunanıstanının rəmzi, Elladanın mərkəzi oldu. Dori müdaxiləsi Attika vilayətinə az toxundu, burada əsasən əvvəlki əhali yaşayırdı, digər ərazilər- dən də dərilər tərəfindən sıxışdırılmış axeyalılar burada qərar tutmuşdu. Əhali qan qohumluğuna görə dörd filaya (tayfaya) bölünmüşdü, onların da hər biri üç fratriyadan ibarət idi. Dəniz yaxınlığında yerləşən Afina dəniz quldurlarının hücumlarından qayalıq akropoldakı möhkəm istehkamlarla qorunurdu. Afinada varlılar əvvəllər özləri torpaqlarını becərirdilər. Sonra onlar günəmüzdçülardan, (torpağı və daimi işi olmayan, yalnız gördükləri işə görə haqq alan), daha sonra isə qullardan istifadə etməyə başladılar. Afinada köləliyin əsas mənbələri dəniz quldurluğu, müharibədə əsir götürmək, borca görə kişiləri, qul qadınların uşaqlarını qul etmək idi. Qulları bazarda satır, onları, əsasən, mədənlərdə, sənətkar emalatxanalarında, kənd təsərrüfatı və ev işlərində işlədirdilər.Afinada kəndlilər aristokratlardan borca və ya sələminə pul alırdılar. Aristokratlar verdiyi borcu kəndlinin tarlasının kənarında borc daşına yazırdılar. Buraya borcun miqdarı, sələm faizi, verildiyi vaxt, qaytarılacağı müddət qeyd edilirdi. E.ə.VII əsrdə, demək olar, bütün kəndlilər borca düşdülər. E.ə. VII əsrdə demosun bir hissəsi varlanmışdı, amma yenə də aristokratların hakimiyyəti altında idi.

Yüklə 55,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin