Qədim Yunanıstan tarixi üzrə mənbələr Qədim Yunanistan tarixi üzrə tarixşünaslıq 3 Qədim Yunanıstan təbii şəraiti


yunan fars müharbəsin başlanma səbəbi—



Yüklə 55,86 Kb.
səhifə5/28
tarix26.12.2023
ölçüsü55,86 Kb.
#197276
1   2   3   4   5   6   7   8   9   ...   28
Antik tarix imtahan sualları

15.yunan fars müharbəsin başlanma səbəbi—M.ə. 6-cı əsrin sonundan başlayaraq qonşu qüdrətli Əhəməni dövləti tə- rəfindən yunan polislərinə məhvedici təhlükə yarandı. Persiya çarı I Dara Kiçik Asiyanın yunan şəhərlərini və Egey dənizinin şərq hissəsindəki adala- ri tutub, Balkan Yunanıstanını işğal etmək fikrinə düşdü. Bir-birinə düşmən- çilik edən yunan dövlətlərini məğlub etmək güclü ordusu olan bir dünya dövləti üçün çətin deyildi, həm də bütün Şərqi Aralıq dənizi Persiya çarının əlinə keçirdi.

Persiya ilə yunanların müharibəsi m.ə. 500-449-cu illar arasında getmiş- dir. Bu o vaxta qədərki dünya tarixində ən uzun çəkən hərbi toqquşma idi. Kiçik Asiyanın yunan şəhərləri Persiya çarı Kir tərəfindən hələ 60-70 il əv- vəl tutulmuşdu. Dara isə onlara qarşı daha sərt siyasət apardığından, narazı- liq daha kütləvi şəkil aldı. İlk dəfə perslərə qarşı Kiçik Asiyanın ən böyük şəhəri olan Milet üsyan qaldırdı. Digar foniya şəhərləri də ona qoşuldu. On- lar vahid komandanlıq yaratdılar. Dara vəziyyətin təhlükəli olduğunu görüb qətiyyətli tədbirlərə əl atdı. Üsyanın mərkəzi Milet perslər tərəfindən mü- hasirəyə alındı və bir il çəkən mühasirədən sonra m.a. 494-cu ildə tutuldu. Şəhər qəddarcasına dağıdıldı, adamlar öldürüldü və ya qul olmağa satıldı.

Bundan sonra 1 Dara Balkan Yunanıstanı polislerini tutmaq barədəki köh- no planlarını reallaşdırmaq qərarına gəldi; bu vaxt strateji təşəbbüs də onun əlində idi, üsyançılara kömək edənləri cəzalandırmaq isə yaxşı bəhanə sayı- la bilərdi. Yürüşdə 30 min adam və 600 gəmi iştirak edəcəkdi. M.ə. 492-ci ildə çarın yeznəsi, istedadlı hərbi xadim və diplomat olan Mardoni bu qüv- vələri Hellespont (indiki Dardanel) boğazından keçirdi və Egeyin şimal sa- hillərini tutmağa başladı. Cənubi Frakiya tayfaları və Makedoniya çarı Alek- sandr öz tabeliklərini bəyan etdilər. Lakin Afon burnu yanında pers donan- ması fırtınaya düşdü və sahil qayalıqlarında məhv oldu. Herodotun yazdığına görə 300 gəmi və 20 min adam mohv olmuşdu, bu bütün gəmilərin yarısına, canlı qüvvənin isə -nə bərabər idi. Belə fəlakətdən sonra Mardoni öz ordusu ila Kiçik Asiyaya geri çəkilməyə məcbur oldu.

Dara bu uğursuzluğa baxmayaraq ikinci ekspedisiyanı təşkil etdi. M.ə. 491-ci ildə Balkan Yunanıstanının bütün polislərinə tam itaət göstərmək tələbi ilə pers səfirləri göndərildi. Çoxları buna razılaşsa da, Sparta və Afina düşmən tələblərini qətiyyətlə rədd etdilər. Spartalılar elçiləri quyu- lara atdılar ki, oradan “torpaq va su” götürsünlər, afinalılar isə səfirləri qayadan atdılar.



Yüklə 55,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin