QƏRƏNFİl dünyamin qizi mətbuat-miLLİ HƏMRƏYLİYƏ gedən yolumuz



Yüklə 1.11 Mb.
səhifə14/14
tarix02.12.2016
ölçüsü1.11 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14
etibarı ilə ermənilər cinayətkarların əlində həlak olmuşlar, onlarca erməni yaralanmış və onların mənzilləri talan edilmişdi”.

Hörmətli oxucu! “Kommunist” qəzeti bunu yazanda artıq 1988-cı ilin son aylarından 1990-cı ilin ilk günlərinə kimi onlarla, yüzlərlə yox, minlərlə azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, doğma elindən-obasından, evindən-eşiyindən didərgin salınmış, evləri talan edilmişdir. Görəsən “Kommunist” bunu niyə yazmırdı? Niyə hələ də həqiqəti öz xalqından gizlədərək onu cinayətkar adlandırırdı?

Axı bu bir faktdır ki, o zaman Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun rəhbərliy və şəxsi nəzarəti ilə Bakıda yaşıyan ermənilər ölkənin güc rəhbərliklərinin bir başa göməyi və qayğısı ilə buradan başqa şəhərlərə yola salınmışlar.

“Azərinform”un 17 yanvar 1990-cı il tarixli məlumatından oxuyuram: “Ermənilərin böyük bir qrupu “Sovet Tacikistanı” bərəsi ilə Krasnovodska yola salınmışlar. Bu reyslə təxminən 700 adam gedir. Bu gün daha bir böyük qurupu yola salmaq planlaşdırılır”.

Qəzetin 18 yanvar 1990-cı il tarixli sayında “Azərinform”un müxbiri N. Demidov yazırdı: “Təəssüf ki, Bakıda tam sakitlik yaranmamış və bu sakitliyə hələ çox var”.

Demidov haqlı idi. Çünki, sabah yanvarın 19-u Bakı dəhşətli bir burulğanın icində boğularaq, uzun müddət sakitliyinə möhtac qalacaq. “Kommunist” isə ölkədəki bu gərginlikdən bircə kəlmə də olsun söz açmır, əksinə həmişəki kimi, Kommunist partiyasına istək və arzularını təbliğ edərək böyük qardaşına sədaqətini bir daha sübut etməyə calışır. O, böyük “qardaşa” ki, cəmi bir gün sonra 19-dan 20-ə kecən gecə əsrin ən böyük faciəsini Azərbaycan xalqına yaşatdı.

19 yanvar 1990-cı il. Ölkəmizdə hər kəs Bakıya rus qoşunlarının yeridilməsi söz-söhbətindən danışırdı. Kimi buna inanır, kimi də əliyalın xalqın üstünə “böyük qardaş”ımızın silah yeriməyini hec təsəvvür belə etmirdi. Axı biz 70 il onların ən sədaqətli qulu olmuşuq. Qara qızılımızı, ağ qızılımızı minlərlə nemətimizi özümüz yeməyib onlara yedizdirmişik, dahi Mirzə Cəlil demiş: “harda urus görsək qacıb demişik canım səna fəda olsun ay urus”. Bəs onda illərlə canımızı, malımızı fəda etdiyimiz “qardaşlarımız” bizi niyə qırdı?

Əslində bu qırğında günah yenə də özümüzdədir. Çünki ölkədəki vəziyyət haqqında xalqa səhv informasiya verilirdi. Bu isə xalqda çaşqınlıq yaradırdı.

Qırğından əvvəl Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri Elmira Mikayıl qızı Qafarova dövlət televiziyası və radiosu ilə “Bakıya Mərkəzdən heç bir silahlı qüvvə dəvət edilməyib və hər kəs buna arxayın olsun” məzmunlu on-onbeş dəqiqəlik çıxışı ilə bir daha Kommunist partiyasına sədaqətini bəyan etdi. Hansı ki, xanımın çıxışından beş dəqiqə kecməmiş AzTV-nin enerji bloku partladıldı və qırğın başladı. Təbii ki, Elmira xanım hec də məlumatsız deyildi ki, SSRİ Silahlı Qüvvələrinin, SSRİ Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, SSRİ Dövlət Təhlükəsizliyinin qoşunları artıq Bakının kücə və meydanlarına doğru hərəkət edirlər. Bəs onda görəsən xanım nə üçün belə bir çıxışla xalıqna müraciət etdi?

Çünki, uzun illər, hətta orta məktəbdən Leninci ideologiyası ilə böyüyən, bu xanım (Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı MK-nin katibi, Bakı Şəhər Partiya Komitəsinin katibi, Xalq Maarif Naziri, Azərbaycan Xarici İşlər Naziri, Azərbaycan SSR Nazirlər Sovetinin Sədrinin müavini. Azərbaycan SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Respublikası Ali Sovet Rəyasət Heyətinin sədri) belə bir böyük və məsul vəzifələri, xoş gün-güzaranı ona bəxş edən partiyasına xəyanət etməyəcəydi və etmədi də. Amma milli qürur, milli hiss deyilən bir anlam da var ki, bunu hər kəs dərk edə bilmir...

Qırğının səhəri günü yanvarın 21-də Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası kecirilir. Sessiyada Elmira xanım bu hadisəyə qarşı öz etrazını bildirərək bəyanətlə çıxış edir. Nənəm demiş bu “daldan atılan daşa” bənzəmirmi?

18 dekabr 1991-ci ildən, 1992-ci ilin 28 fevralına kimi Elmira Qafarova müstəqil Azərbaycan Respublikası Ali Sovetinin sədri olub. Bu üç ay ərzində bir jurnalist kimi Elmira xanımla müxtəlif iclaslarda görüşdüm, çıxışlarını dinlədim, müsahibə götürdüm. Bəlkə də kimsə mənimlə razılaşmaz, öz işidir. Amma mən qətiyyətlə deyə bilərəm ki, Elmira xanım elə onda da qəlbən əsl kommunist olaraq qalırdı. Əslində bununla Elmira xanım illərlə sədaqətlə qulluq etdiyi partiyaya, məsləkinə sədaqətini bəyan edirdi. Yoxsa bir gecənin icində dönüb başqa partiyacı olanlar kimi...

Burada yadıma görkəmli publisist, satirik şair Səməd Mənsurun “Məsləksiz” şerindən bir parca düşdü. Gündə bir partiyanın üzvü olan məsləksizlərə, simasızlara üz tutan şair deyirdi:

Yel hayandan əsir o yana tut üzünü,

Gündə bir rəngə düşüb gah qara, gah sarı görün.

Ay canım, pul gərək insana, nə lazım məslək,

Harda xeyrin olur isə, ora gəl, barı görün.

Amma onu da deyim ki, xalqına səhv informasiya verən təkcə Elmira xanım olmadı. Dəhşətli, amansız, ağır bir faciəni respublika rəhbərliyinin göstərişi ilə “Azərinforum” belə yayımladı: “Bakının küçələrində 93 nəfər həlak olmuşdur-75 nəfər mülki şəxs, o cümlədən 3 qadın və 3 uşaq; 18 nəfər ictimai asayişi mühafizə nümayəndəsi , o cümlədən milisdən 4 nəfər, SSRİ Daxili İşlər Nazirliyi qoşunlarından 6 nəfər, Sovet Ordusundan 8 nəfər həlak olmuşdur. Tibbi yardım üçün 715 nəfər müraciət etmişdir -639 nəfər mülki şəxs (onlardan 377 nəfəri xəstəxanadadır), 76 nəfər hərbi qulluqçu, o cümlədən milisdən 4 nəfər, SSRİ Daxili İşlər Nazirliyi qoşunlarından 42 nəfər, Sovet ordusundan 30 nəfər.

Məlumat respublika Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunub”.

Fikir verin bu səhv informasiya respublikanın iki böyük Nazirliyi tərəfindən təsdiq edilib.

...Bu məqaləni hazırlayarkən bir çox kitabxanalarımıza baş çəkdim. Çox təəssüflər ki, əksəriyyətində, hətta M.F.Axundov adına Milli Kitabxanada da 20 yanvar faciəsini əks etdirən o dövürki mətbuatın əksəriyyətini əldə edə bilmədim. Kitabxanalardan birində kitabxanaçı xanım çox sakit və laqeyidcəsinə dedi ki; “...o, illərdən olan beş-altı qəzet var idi bizdə, uzun müddət elə dəhlizdəcə qaldı. Sonra da yox oldu”.

Heyif bu yox olan sadəcə o qəzetlər deyil, tariximizdir. O, tariximiz ki, bu günki, gənclik onu hava-su kimi bilməlidir. Təəssüflər olsun! Laqeyidliyimiz üzündən yaşadığımız faciələr bizi yenə də dəyişmir.

Əvvəldə olduğu kimi sonda yenə dahi Mirzə Cəlilin sözlərini xatırladım. Allah sənə qəni-qəni rəhmət eləsin ay, Mirzə, nə gözəl demisən: “Bir millət ki, özünün, məscidinin, millətinin qədrini bildi, ona qəyyum lazım deyil, məsələn, polyak, alman, firəng, yəhudi, və b.kimi”.

“Kaspi” qəzeti, 27 yanvar 2015



SÜLEYMAN SANİ AXUNDOV ÜÇÜN

ÖZÜNƏ QƏSD ETMİŞDİ?

1885-ci ililin qarlı-boranlı bir qış günündə Tiflisdə Qori Müəllimlər seminariyasında açılan atəş səsi müsəlman şöbəsinin şagird və müəllimlərini daha çox narahat etdi. Çünki özünə qəsd etmək istəyən seminariyanın çalışqan, nizam-intizamlı şagirdlərindən biri olan Süleyman Sani Axundov idi. Bəs nə üçün Süleyman özünə qəsd etmişdi?

Tədqiqatçıların yazdığına görə yuxarı sinif şagirdlərindən hər gün biri seminariyada növbətçi olurmuş. Bir gün də Süleymanın növbəsində pansionata keyfiyyətsiz çörək gətirilir. Süleyman buna etraz edərək seminariyanın inspektoru Aleksey Osipoviç Çernyayevskiyə məlumat verir. A.O.Çernyayevskinin əmri ilə nağd pulla çörək alınıb seminariyanın şagirdlərinə paylanır. Bu iş növbətçi kimi Süleymana tapşırılır. Süleyman da məktəbin xəzinəsindən götürdüyü pula seminariyanın yaxınlığında yerləşən sexdən çörək alaraq pansionata gətirir. Kicik bir anlaşılmazlıq üzündən inspektor Süleymanı yalançlıqda, tamahkarlıqda təqsirləndirir. (Guya Süleyman çörəyin pudunu 1 manata alıb, amma seminariyanın xəzinəsindən 1 manat 20 qəpik pul götürüb).

Bu hadisədən sonra seminariyanın müəllim və şagirdləri arasında Süleymana münasibət dəyişir. Məsələyə Süleymanın dayısı, seminariyanın müəllimi Səfərəlibəy Vəlibəyov qarışaraq çörəyin qiymətinin hər yerdə 1 manat 20 qəpik olduğunu aşkarlayır və bu işdə Süleymanın günahsız olduğunu sübut edir.

Lakin həqiqətin aşkarlanması seminariya rəhbərliyinin hec də xoşuna gəlmir. Belə olduqdq Süleymanı çəzalandırmaq üçün pedaqoji sovetdə onun təlim-tərbiyə qiymətini əladan bir başa kafiyə endirirlər. Həqiqəti araşdırmağa özündə təpər tapmayan seminariya rəhbərliyinin bu haqsız hərəkəti Süleymanda əsəb gərginliyi və ruh düşgünlüyü yaradır. Və bir gün bütün şagird yoldaşları yatandan sonra o özünə qəsd edərək tapançadan atəş açır. Xoşbəxtlikdən güllə onun ürəyinə dəymir...

Bu haqda S.S.Axundovun qohumu Nadir Vəlixanov yazırdı ki: “1885-cü ildə Süleymanın seminariyada başına gələn bir əhvalat ömrü boyu xatirindən silinməmişdi. Şöbədə növbətçi olduğu vaxt təsadüfi olaraq, dövlət pulunu mənimsəməkdə günahlandırıldığı üçün kədərə dalıb, öz canına qəsd etmişdi”.

Tədqiqatçı alim Aslan Kənan isə “XX əsrdə repressiyaya məruz qalanlar” adlı əsərində bu hadisə haqqında məlumat verərək seminariya rəhbərliyinin, xüsusən də N.S.Streletskinin direktorluq etdiyi illərdə apardığı intiriqabazlıqdan, azərbaycanlı seminaristlərə qarşı etdiyi gobudluqdan və haqsızlıqlardan geniş bəhs edərək bu məsələyə aydınlıq gətirir.

Bu faktı A.O.Cernyayevskinin 1893-cü ildə Qafqaz Təhsil Dairəsinə yazdığı izahat bir daha təsdiq edir. S.S.Axundovun intihar cəhdini “özlüyündə fevqəladə dərəcədə qəmkin bir fakt” hesab etmiş və şagirdlərin bu vəziyyətə gəlib çıxmasının günahkarı N.S.Streletskini və onun seminariyada direktor olduğu dövrdə təlim-tərbiyə sahəsində apardığı yarıtmaz iş üsulu ilə əlaqələndirmişdir.

Amma onu da qeyd edək ki, Süleyman seminariyada oxuduğu zaman müsəlman şöbəsinə A.O.Çernyayevski başclıq edirdi. Azərbaycanlıarın seminariyaya qəbul edilməsində çox böyük köməkliyi olan A.O.Çernyayevski sanki Süleymana qarşı münasibətdə səhvə yol verdiyini bu məktubunda etraf edir...

Tədqiqatlardan və xatirələrdən belə bəlli olur ki, S.S.Axundov seminariyada oxuduğu illərində daha çox kədərli hadisələr yaşamışdı. O, bu hadisələri ilk dəfə qələmə alaraq, bir necə il sonra Abdulla Şaiqə göstərmiş və ondan məsləhət almışdır. Beləliklə, hələ seminariyanın ikinci sinifində oxuyan Süleyman yaradıcılıq aləminə qədəm qoymuş və illər sonra Azərbaycanın görkəmli yazıçısı kimi tanınmışdır.

20-ci yüzilliyin əvvəllərində ədəbiyatımızın, maarifimizin ən görkəmli nümayəndəsi olan yazıçı, pedaqoq Süleyman Sani Axundov ömrünün sonuna kimi bu haqqsızlığı “böyük qardaş”larımıza bağışlamır.

***


...Qarabağda sayılan-secilən bir nəslin övladı olan Süleyman 1875-ci ildə Şuşa da Rzaqulu bəyin ailəsində dünyaya gəlib. Babası Dərgahqulu bəyin Şuşanın o vaxtkı Seyidlı məhəlləsində və Ağdamın Seyidli kəndində bağlı-bağatlı mülkü var imiş. Böyük torpaq sahibi və “cins ilxıları” olan Rzaqulu bəyin ailəsi yayı Şuşadakı, payızı isə kənddəki mülkündə kecirərmiş. Xeyirxahlığı, rəiyyətlə xoş rəftarı və əməksevərliyi ilə secilən ailə nəyinki Şuşada, hətta bütöv Qarabağda böyük hörmət, rəğbət sahibi olub.

Süleyman anadan olanın ikinci günü atası qəfl dünyasını dəyişir. Süleyman və bacı qardaşı qalır anası Dürnisə xanımın və dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində. (Bəzi tədqiqat əsərlərində Süleymanın təhsil almasında əmisi oğlu Tağının da böyük rol oynadığı söylənilir). Dayısı Səfərəli bəy 1884-cü ildə Qori Müəllimlər Seminariyasının direktorunun adına ərizə yazaraq Süleymanı seminariyanın tatar şöbəsinə qəbul etməyini xahiş edir və 1884-85-ci dərs ilində Süleyman seminariyanın ibtidai məktəbinə daxil olur.

Süleyman Saninin tədrincə desək “qapalı pansion”dakı cəzalandırma tədbirləri, ruslaşma siyasətinin təbliği, tatar şöbəsinə qarşı olan haqsızlıqlara dözmək çox cətin olsa da, arxiv sənədləri sübut edir ki, əksər Azərbaycanlı semnaristlər bu məktəbi əla xasiyyətnamə ilə başa vurublar. S.S.Axundova verilən xasiyyətnamədə yazılıb:“Bacarıqlıdır, çalışqandır, səliqəlidir, nəzakətli və sakitdir. Təmkinli, intizamlı, icraçı, utancaq, vüqarlı və tez inciyəndir. Ən yaxşı tələbələrdən biridir”.

1894-cü ildə seminariyada təhsilini başa vuran 19 yaşlı Süleymana xalq müəllimi adı verilir. O, ilk olaraq Bakıda üçüncü rus-tatar məktəbində pedaqoji fəaliyyətə başlayır. 1905-1911-ci illərdə gənc Süleyman Bakıda 7-ci rus-tatar məktəbin də, 1912-15-ci illərdə isə 4-cü rus-tatar məktəblərində direktor işləyir.

Ölkədə maarifi, elmi təbliğ etmək üçün pedaqoji işlə yanaşı teatrın da böyük rol oynadığını dərk edən S.S.Axundov yazırdı: “Mən mövhumat, avamlıq və ətalətə mübarizə etmək üçün ən yaxşı vasitələrdən biri də teatr olduğunu anlayaraq pyes yazmağa başladım”.

1899-cu ildə “Tamahkar”ı yazan S.S.Axundov 1905-ci ildə “Yuxu”, 1906-cı ildə “Bəhs”, “Kövkəbi-hürriyyət” adlı hekayələrini, “Dibdat bəy”, “Türk birliyi” adlı satirik komediyalarını yazır. “İrşad” qəzeti, “Dəbistan”, “Məktəb” və Rəhbər” jurnalları ilə yaxından əməkdaşlıq edən Süleyman sovet dövründə “Şərq qadını”, “Maarif və mədəniyyət” jurnallarında da ara-sıra çap edilib. Elə Sani təxəllüsünü də “Məktəb”lə əməkdaşlıq edərkən götürüb. O, burada “Qorxulu nağıllar” başlığı altında “Qaraca qız”, “Əhməd və Məleykə”, “Abbas və Zeynəb” və s. hekayələrini çap etdirir.

Yaradıcılıq və pedaqoji fəaliyyəti ilə yanaşı bir çox ictimai işlərdə də yaxından köməklik edən S.S.Axundov “Nicat”, “Cəmiyyəti-xeyriyyə”, “Nəşri-maarif”, “Səfa” və “Səadət” cəmiyyətlərinin ən fəal üzvülərindən olub. Xeyirxah, nəcib, alicənab olan Süleyman təkcə öz qohum-əqrabalarına deyil yoxsul, kimsəsiz tələbələrinə də yardım edib, qayğı göstərib. Bu haqda “İrşad” qəzetinin 2 yanvar 1907-ci il tarixli sayında ətraflı məlumat verilib. “Füqəra və möhtaclara ianə” yığılmasında Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli, Fərhad Ağazadə və Süleyman Sani daha çox yardım etmişlər”.

Müəllifin “Tamahkar” pyesi 1905-ci il dekabrın 5-də Bakıda tamaşaya qoyulur. Tamaşadan əldə olunan vəsait Bakı məktəblərində oxuyan müsəlman tələbələrə çatdırmaq üçün müsəlman xeyriyyə cəmiyyətinə göndərilir.

Bu illər Bakıda Süleymanın işləri yaxşı olsa da anası Dürnisə xanım onun təkliyi üçün çox narahat idi. Odur ki, oğlunu qardaşı qızı Nigarla evləndirmək istəyir. Nigar Süleymandan 19 yaş kiçik olduğu üçün Süleyman bu izdivaca razılıq vermir. Bakıda savadlı, müsəlman bir qızla evlənir. Sadə, lakin xoşbəxt yaşayan bu cütlüyün bir oğlu olur. Ana xeyir-duası almayan Süleyman xoşbəxt ola bilmir. Körpə oğlunun və sevimli ömür-gün yoldaşının qəfil ölümü Süleymana həyatda ən ağır zərbə olur.

Ona ikinci böyük zərbəni isə “böyük qardaşları” “bəxş edir. Beləki, 1937-ci ildə bəy ailəsindən olduğuna görə ilk təqibə məruz qalan böyük qardaşı Rüstəm olur. Maddi çətinlik və hədə-qorxu ilə üz-üzə qalan Rüstəm haqsızlıqlara dözməyib vəfat edir. Sonra isə təqiblər başlayır Rüstəmin həyat yoldaşı Soltan xanıma. Dəfələrlə evində axtarışlar aparılır, əmlakı müsadirə edilir. Qorxudan qadının dili tutulur və ürəyi partlayır. Növbə Süleymanın əmisi oğlanlarına çatır. Nəriman, Yəhya, Əsəd, İldırım, Bahadur “xalq düşməni” adı ilə gedərgəlməzin qurbanı olur. Bu haqsızlıqlar Süleyman Sani Axundova çox əzab verirdi.

Bu haqda ədəbiyyatşünas alim, xeyirxah ziyalı Abbas Zamanov yazırdı: “...bir gün Süleyman Saniyə baş çəkməyə getmişdim. Çox zəyifləmişdi. Çarpayıda uzanmışdı. Sanki heç kəslə danışmaq istəmirdi. Sakit və məyus halda üzümə baxaraq dedi: “ Vaxt çatıb...”.

Uşaqlığından ahıllığına kimi “böyük qardaşlarının” haqsızlığına, təqirinə, təqibinə məruz qalan Süleyman Sani Axundov 1939-cu il martın 29 vəfat edir. Sürgündən, həbsdən, ağır işgəncələrdən və ən əsası təhqirlərdən uzaq olan bu “sakit” ölümünə yəqin ki, özü də “sevinib”.

Sonda yadıma dahi Üzeyir bəyin sözlər düşdü. Üzaqgörən və xeyirxah Üzeyir bəy yazırdı: “Biz hamımız Qafqaz balalarıyıq, mədəniyyət və mərifətimiz cəhalətədə qalanlarımıza, qüvvətlimiz zəifimizə, sərvətlimiz tavansızlarımıza arxa olmalıdır. Bu əsas üzrə dolanmalıyıq ki, əğyardan yetişən zərbələr də üzərimizdə əsərnəzir olmasın”.

Allah sənə rəhmət eləsin, Üzeyir bəy! Bir əsrə yaxın bunu bacarmadıq. Bacarsaydıq Süleymanlar kimi yüzlərlə oğulları qurban verməzdik. Barı bu gündən belə bir-birimizə Üzeyir bəy demiş “ARXA” olaq!

“Kaspi” qəzeti, 17 fevral 2015

KİTABIN İÇİNDƏKİLƏR

Ön söz...............................................................................................................

Odlu bir yol keçən “Odlar yurdu”.......................................................................

Tarix və Tanrı bizi bağışlamaz..........................................................................

Dahiyanə bir istək....................................................................................................

“Əlifba oyunu” və yaxud unutqanlığa doğru atılan addımlar ............................

“Kaspi”çilər tarixi missiyanı daşıyır .................................................................

Klassik publisistika: bu gün mətbuatımızda ona nə qədər ehtiyac duyulur?.......

Köylü qızının faciəsi.............................................................................................

Məryəm xanım Bayraməlibəyova ......................................................................

Amalda da, əməldə də gözəl bir türk xanımı .........................................................

Xoş gəldin, “Gənclik” ............................................................................................

Azərbaycanlı gəlin ................................................................................................

Gəlin xələflərimizin ruhuna layiq olaq ..................................................................

Nakam romantik- Abdulla Sur .................................................................................

“Füyuzat”çı Nigar xanım .........................................................................................

Bu gün sənin bayramındır- Milli mətbuatım! .........................................................

Ən qiymətli sözünü ................................................................................................

Tarix bizə çox şey deyir ...........................................................................................

Taleyimizdə və tariximizdə ən önəmli məsələ ..........................................................

İsmayıl bəy Qaspiralının vəsiyyəti ..............................................................................

Mətbuat muzeyinin yaradılması üçün diqqət və qayğınızı əsirgəməyin ....................

28 may əsrlərə bərabər fəxarətli günümüz ..................................................................

Dövrü mətbuat bizə kimlərdən və nələrdən xəbər verir ..............................................

“Füyuzat”çı Əhməd Kamal ........................................................................................

Sözə qiymət verənlər və yaxud layiqli varislər .........................................................

Müasirlərinin “mədəniyyət mələyi” adlandırdığı publisist.........................................

Əfsanəyə bənzər bir eşq ............................................................................................

“Aləmdə bir insanlığa xidmət qalacaq” ...................................................................

Üzeyir bəyin iki əziz Zülfüqarı ...............................................................................

Vəfalı həyat və sənət yoldaşı ...............................................................................

Müslümün gülcamallı Badigülcamalı ...................................................................

Axı biz niyə beləyik? ............................................................................................

İnsanların qorxduğu səs ......................................................................................

Əhməd bəy Ağaoğlu “Sərbəst insanlar ölkəsi”nin sakini idi .....................................

Bakı hadisələri haqqında həqiqət .............................................................................

Elim və irfan sahibi .................................................................................................

Mətbuat dövrün siyasi hadisələrinə münasibətdə .................................................

Stalinizimi canından artıq sevən Hökumə xanım ................................................

Nəriman Nərimanov sevgisi .................................................................................

General qızı, milyonçu xanımı, yoxsa, dilənci ömrü .............................................

Etraf etmək də bir mədəniyyətdir ...........................................................................

Sovet adamlarından qorxan Sara xanım ...................................................................

Qürur duya biləcək tariximiz ....................................................................................

Öyrənmək üçün oxunan kitab ...................................................................................

Yaşadığımız faciələr .................................................................................................

Süleyman Sani Axundov nə üçün özünə qəsd etmişdi? ..........................................



QƏRƏNFİL DÜNYAMİN QIZI (QULİYEVA)



1964-cü ildə Qəbələ rayonunun Bum kəndində anadan olub. Atası 50 ildən çox dövlət qulluğunda çalışıb. Qərənfil xanımın ilk yazısı 1974-cü ildə “Pioner” jurnalında çap edilib. 1988-89-cu illərdə BDU-nun Jurnalistika fakültəsini bitirib. Jurnalistik fəaliyyətinə “Ədalət” qəzetindən başlayıb. 2005-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikası (1918-1920)” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adına layiq görülüb. “Cümhuriyyət dövründə Azərbaycan mətbuatı (1918-1920-ci illər)” I-hissə (2005), “Cümhuriyyət dövründə Azərbaycan mətbuatı (1918-1920-ci illər)” II-hissə (2011), “Milli tərəqqiyə doğru” (2012), “Mətbuat-nicat yoludur” (2013) adlı elim-publisistik əsəri və 4 elmi tədris proqramı çap edilib. “Mənim tənha söyüdüm” və “Düyünlər” adlı bədii kitabların, 450-ə yaxın bədii-publisistik, 50-elmi məqalənin müəllifidir. Müntəzəm olaraq “Kaspi” və “Ədalət” qəzetlərində, “İşıq”, “Füyuzat” jurnallarında çıxış edir. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Mətbuat tarixinin tədqiqi, təbliği ilə məşğul olan Qərənfil xanım hazırda BDU-nun “Mətbuat tarixi və ideoloji iş metodları” kafedrasının dossentidir və “Azərbaycan mətbuatşünaslığının təşəkkülü və formalaşması (1900-2000)” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Ailəlidir, bir qızı var.

1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə