QƏRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə7/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   2   3   4   5   6   7   8   9   10   ...   64

Evkserofitlər – kök sistemi yaxşı budaqlanan, lakin çox dərinə getməyən (məs. yovşan), susuzluğa və 

istiyə davamlı, maddələr mübadiləsi yavaş gedən bitkilər;  



Noykilokserofitlər – su çatışmadıqda (tərkibində 2-5% su olduqda) anabioz hala düşən, lakin tənəffüs tam 

mühafizə olduğu üçün hüceyrə təşkili pozulmayan bitkilər; 



Sklerofitlər – morfoloji əlamətlərinə və su balansını saxlamaq prinsipinə görə sukkulentlərə ziddir. Onlar 

orqan və toxumalarında su ehtiyatı toplamaq qabiliyyətinə malik deyil, əksinə azsulu olub xarici görünüşündən 

quru, sərt,  şirəsiz görünür. Sklerofitlər dehidratasiyaya qarşı möhkəm toxumalarının olması ilə seçilir, onlar 

25% su itirdikdə belə heç bir patoloji nəticəyə  məruz qalmır. Bu dərəcədə susuzlaşma  şəraitində onların 

sitoplazması öz xassələrini saxlayır, digər bitkilərdə belə hal məhvedici təsir göstərir. Sklerofitlərin mühüm 

uyğunlaşması onların köklərinin sorma gücü ilə bağlıdır, onun hüceyrə şirəsinin osmotik təzyiqi 60 atmosferə 

çatır. Bu rütubət az olduqda da torpaqdan suyu çəkməyə imkan yaradır. Sklerofitlər yüksək transpirasiya etmək 

qabiliyyətinə malikdir, lakin su ilə yüksək təmin olunduqda bu xassəyə malik olur. Su defisiti artdıqda isə trans-

pirasiya aktiv surətdə tormozlanır. Bu isə quraq şəraitdə sudan istifadəni azaldır. Sklerofitlər sərt yarpaqlara, 

bəzən yüksək xüsusi çəkili oduncağa malik olur. Bura sklerohiqrofitlər (məs. mantar palıdı, daş palıd), bir çox 



sklerokserofitlər (məs. saqqızağac), xüsusilə yarımkollar (məs. boyalıcı ebelek) aiddir.  

Halofitlər – duzlu bitmə şəraitinə, xlorlu, kükürdlü duzlarla doymuş torpaq məhlulundan istifadə etməyə 

uyğunlaşan bitkilərdir. Bunlardan bir hissəsi ətli-şirəli zoğları olan sukkulentlər (duzlaq soğanı, qaraşoran, bir 

sıra  şorangələr) olub səhra və yarımsəhralarda qrunt suyu səthə yaxın yerləşən  şoran torpaqlarda bitir. Digər 

hissəsi sukkulent olmayan bir qədər kseromorfluq əlaməti olan, qrunt suyu bir qədər dərində yerləşən sahələrdə 

bitən bitkilərdir (məs. sirkan bitkisinin bəzi növləri), bunlar hüceyrə  şirəsində karbohidratlar toplayır. Bəzi 


 

39

halofitlər xüsusi uducu vəziciklərin köməyi ilə artıq duzları ayıraraq hüceyrə  şirəsinin osmotik qatılığını 



tənzimləyir (yulğun, dəvəayağı). Bunun nəticəsində onlar torpaqdan suyu effektiv sorur, izafi duz onlara ziyan 

yetirmir.  

Bütün halofitlər torpağın duzluluq dərəcəsini göstərən indikatorlar hesab olunur. Bir çox halofitlər (sirkan 

növləri, şorangələr, yulğun) yarımsəhra otlaqlarının quraqlığa və duzadavamlı yem bitkiləridir.  

Suya olan münasibətinə görə heyvanlar da ekoloji qruplara ayrılır: hiqrofillər (rütubətsevənlər); kserofillər 

quraq mühitə, xüsusilə torpağın quraqlığına (səhralarda) uyğunlaşan heyvanlar. Kserofillərin bədən səthindən, 

tənəffüs orqanları qişasından və mübadilə  məhsulları ilə su itkisi olduqca azdır. Kserofillər metobolik sudan 

(dəvə, ərəb dovşanı, həşəratlar), sidik kisəsində topladığı ehtiyat sudan (Avstraliya qurbağası), yaxud qida ilə 

aldığı sudan istifadə etməklə (kərtənkələ, ilan, tısbağa, dovdaq və s.) uzun müddət yaşaya bilir. Metabolik südan 

istifadə edən heyvanlar (məs. dəvə, qoyun, it) uyğun olaraq 27, 23 və 17% su itirdikdə dözür. Lakin insan 10% 

su itirdikdə ölür. Peykiloterm heyvanlar istisevər heyvanlar kimi sudan bədənini sərinləşdirmək üçün istifadə 

etmədiyindən daha dözümlüdürlər. Kserofillərin çoxunda yay yuxusu, mövsümi diapauza, axşam-gecə fəallığı 

suyun qənaətlə  sərf edilməsinə  səbəb olur. Kserofillər susuzluğa dözümlü olsalar da, su içmək üçün uzaq 

məsafələr qət edirlər (qulan, büldürük).  



 

2.3.1. Su orqanizmlərinin su-duz mübadiləsi  

Təbii su hövzələri duzluluq dərəcəsinə görə şərti olaraq şirin sulara (duzluluq 0,5%), zəif duzlu (0,5-16%) 

və duzlu (16%-dən artıq) sulara bölünür. Okean sularının duzluluq dərəcəsi 32-38% (orta hesabla 35%) təşkil 

edir.  Ən yüksək duzluluğu ilə duzlu göllər deyilən daxili su hövzələri seçilir, bunlarda elektrolitlərin qatılığı 

370%-ə çatır. Təbiidir ki, belə müxtəlif  şəraitlərdə su orqanizmləri müxtəlif adaptasiya tipləri seçir. Su-duz 

mübadiləsinin xarakterinə görə hidrobiontlar aydın şəkildə şirin su və dəniz hidrobiontlarına bölünür, lakin evri-

qalin formalar hər iki şəraitdə yaşaya bilər.  

Şirin su orqanizmlərinin izotonik formaları ola bilməz; onların hüceyrə və toxumalarında mayelərin qatılığı 

ətraf mühitdən artıqdır. Başqa sözlə, şirinsulu orqanizmlər hipertonikdir (yüksək təzyiqli), buna görə orqanizmin 

daxilinə daima suyun osmotik axını istiqamətlənir. Odur ki, şirinsulu hidrobiontlar orqanizmin daxili mühitində 

osmotik təzyiqi aktiv saxlamalıdır. Onlar homoyosmotik formalara aiddir.  

Bir çox şirinsulu heyvanlarda olan müxtəlif örtüklər onların dərisindən suyun daxil olmasını  çətinləşdirir 

(zireh, pulcuq, selik və s.). Lakin orqanizmə suyun osmotik daxil olması tam təcrid oluna bilməz, belə ki, ən azı 

tənəffüs orqanları epiteli, selikli bağırsaq su ilə təmasda olur.  

Dəniz suyunda osmotənzimlənmənin vəzifəsi safsulu (şirinsulu) tipin əksinədir: dənizdə orqanizmin daxili 

mühitinin osmotik təzyiqi dəniz suyuna nisbətən aşağıdır, buna görə orqanizm daima susuzlaşır. Dəniz 

balıqlarında suyu güclü xaric etməyə yönəldilən böyrəklərin süzmə funksiyası  zəifdir, yumaqcıqların çox 

hissəsi, ümumiyyətlə, süzmə işində iştirak etmir.  

 

2.3.2. Dünya okeanının ekoloji zonaları  

Okean və ona daxil olan dənizlərdə hər şeydən əvvəl iki ekoloji sahə ayırırlar: su qatı – pelagial və suyun 



dibi (bental). Dərinlikdən asılı olaraq bental litoral zonaya, batial zonaya – dik yamac sahəsi və abissal zonaya 

bölünür.  Litoral zona okean dibinin çəkilməsi zamanı  ən aşağı  və qabarma zamanı  ən yuxarı su səviyyələri 

arasındakı sahilboyu ekoloji zonadır. Dərinliyi 40-50 sm-dən 200 m-ə qədərdir. Litoral sahə qabarma və çəkilmə 

nəticəsində gündə iki dəfə su ilə örtülür və sudan azad olur. Süxurların xüsusiyyətindən asılı olaraq gilli, qumlu, 

daşlı və qayalı litorallara ayırırlar. Təbiidir ki, litoralın sakinləri nisbətən yüksək olmayan təzyiq, gündüz günəş 

işığı, çox vaxt temperatur rejiminin dəyişməsi şəraitində yaşayır.  



Abissal sahə okean dibinin 2500 m-dən dərin olan sahəsidir (6000-7000 m-ə qədər). Bu sahə daim qaranlıq 

olub, temperatur aşağı  və sabit, yüksək təzyiq (yüzlərlə, bəzən min atmosferə yaxın) altında olur. Abissalın 

bitkisi bəzi bakteriyalardan və bir neçə növ saprofit yosunlardan ibarətdir, heyvanları ya gözsüzdür və ya böyük 

gözləri vardır, bir çox orqanizm isə özü işıq verir.  

Okean dibinin bütün canlıları bentos adlanır.  

 

2.3.3. Su mühitinin əsas xassələri  



Suyun sıxlığı – bu faktor su orqanizmlərinin yerdəyişmə  şəraitini və müxtəlif dərinliklərdə  dərinlik 

müəyyən edir. Distilə edilmiş suyun +4

0

C-də sıxlığı 1q/sm



3

-a bərabərdir. Tərkibində suda həll olan duzlar olan 

təbii suların sıxlığı çox olub 1,35 q/sm

3

-a çatır. Dərinliyə getdikcə  hər 10 m-də  təzyiq təxminən orta hesabla 



 

40

1·10



5

 Pa (1 atm) artır. Bəzi növlər müxtəlif dərinliklərdə yayılaraq bir neçə atmosferdən 100 atmosferə qədər 

dözür.  

Lakin dənizlərin bir çox sakinləri nisbətən stenobat olub müəyyən dərinliklərdə yaşamağa uyğunlaşmışlar. 

Stenobatlıq dayaz və dərinliklərdə yaşayan növlərə xasdır. Litoralda həlqəli qurd (Arenicola), bəzi molyusklar 

(məs. Patella) məskunlaşır. Balıqların əksəriyyəti, xərçəkgkimilər, başıayaqlı molyusklar, dəniz ulduzları və b. 

yalnız dərinliklərdə, təzyiqi 4·10

7

 Pa (400-500 atm) olan sahələrdə məskunlaşırlar.  



Suyun sıxlığı ona söykənməyə imkan yaradır, bu hal skeletsiz formalar üçün vacib sayılır. Mühitin 

dayaqlığı hidrobiontları üzməyə (süzməyə) uyğunlaşmağı  təmin edir. Asılı  vəziyyətdə olan, suda üzən 

orqanizmləri hidrobiontun xüsusi ekoloji qrupunda birləşdirilərək  «plankton» adlandırırlar. Su qatının günəş 

enerjisi olan hissəsində (dünya okeanında orta hesabla 200 m dərinliyə qədər) yayılan planktonun bitki hissəsi 



(evtofik zona)  fitoplankton adlanır. Fitoplankton su hövzələrində üzvi maddələrin  əsas ilk produsenti olub, 

onun hesabına su heterotrof orqanizmləri mövcuddur. Fitoplanktonun biokütləsinin cəmi zooplanktonun 

biokütləsinə nisbətən kiçikdir (uyğun olaraq 1,5 və 21,5 mlrd ton), lakin tez parçalandığından onun məhsulu 550 

mlrd ton təşkil edir (okeanın bütün heyvanat məhsullarından 10 dəfə artıq).  



Zooplankton plaktonun heyvanat aləmi komponenti olub bura ibtidailər, meduzalar, evufauzidlər, bəzi mo-

lyusklar, müxtəlif kiçik xərçəngciklər, dib heyvanlarının sürfələri, balıqların kürüsü, sifonoforlar və s. daxildir.  

Birhüceyrəli yosunlar (fitoplankton) suda passiv süzür, plankton heyvanların əksəriyyəti kiçik məsafələrdə 

aktiv üzmə qabiliyyətinə malikdir və onlar suyun dibinə çökmür. Plankton orqanizmləri axını dəf edə bilmir və 

onunla uzaq məsafələrə aparılır. Lakin zooplanktonların bir çox növləri su qatında 10 və 100 metrlərlə şaquli 

miqrasiya qabiliyyətinə malikdir. Suyun səth pərdəsinin hava mühiti sərhədindəki planktonun xüsusi 

növmüxtəlifliyinin ekoloji qrupu - neyston adlanır.  

Oksigen rejimi. Oksigenlə doymuş suda onun miqdarı 1 litrdə 10 ml təşkil edir. Bu atmosferdə olan 

oksigendən 21 dəfə azdır. Odur ki, hidrobiontların tənəffüsü çətinləşir. İlk suda yaşayanlar və suyun altında olan 

bitkilər tənəffüs üçün suda həll olmuş oksigeni ya bütün bədənlərinin səthi ilə, yaxud da xüsusi tənəffüs 

orqanları vasitəsilə alır. Oksigenin suda həll olmasına temperatur da təsir göstərir (cədvəl 2.1.).  

 

Cədvəl 2.1.  

Müxtəlif temperaturlarda suda həll olan 

oksigenin miqdarı, ml/l 

(A.Krogh, 1941) 

 

Temperatur, dərəcə 

Şirin su 

Dəniz suyu 

0 10,29 

7,97 

10 8,02 

6,35 

15 7,22 

5,79 

20 6,57 

5,31 

30 5,57 

4,46 

 

Suda oksigenin miqdarına ekoloji faktorlar da təsir göstərir. Belə ki, suyun qarışması (fırtına, dalğa, tez 



axın, şəlalə və s.) səthinin hava ilə təmasda olmasını artıraraq suda oksigenin artmasına səbəb olur. Tam sakit 

havada qapalı axmaz su hövzələrində suda oksigenin həll olması yavaşıyır. Yaşıl bitkilər suda oksigenin 

çoxalmasına səbəb olur, ölü bitki qalıqlarının, lilin toplanması isə üzvi maddələrin parçalanması ilə  əlaqədar 

suyu oksigenlə kasatlaşdırır. Bu, xüsusilə yüksək temperaturda daha çox təzahür olunur. Belə  şəraitdə 

parçalanma (çürümə) prosesləri tezləşir, oksigenin həll olması isə zəifləyir. Qışda su hövzəsi buz ilə örtüldükdə, 

xüsusilə ona çoxlu miqdarda detrit qarışarsa, suda oksigenin miqdarı  kəskin azalır və oksigenin 

çatışmazlığından balıqların kütləvi məhv olması baş verir.  

Oksigenin çatışmazlığı ilə yanaşı, suda orqanizmlərin (xüsusən balıqların) məhv olmasına suda toksik 

qazların (metan, kükürd oksidi, CO

2

  və b.) konsentrasiyasının yüksəlməsi ilə  əlaqədar olaraq su hövzələrinin 



dibində maddələrin parçalanması səbəb olur. 

Qeyd edildiyi kimi, suya oksigen, yosunların fotosintetik fəaliyyəti hesabına və havadan diffuziya olmaqla 

daxil olur. Odur ki, suyun yuxarı qatları bir qayda olaraq, aşağı qatlara nisbətən oksigenlə zəngindir. Heyvan və 


 

41

bakteriyalar çox yayılan su qatlarında oksigendən çox istifadə olunduğundan onun kəskin defisitliyi yarana 



bilər. Məsələn, Dünya okeanında həyatla zəngin olan 50 m-dən 1000 m-ə  qədər dərinlikdə aerasiya kəskin 

pisləşərək fitoplankton yayılan suyun üst qatlarına nisbətən 7-10 dəfə  aşağıdır. Su hövzəsinin dibində  şərait 

anaerob vəziyyətinə yaxın ola bilər.  

Su sakinləri arasında suda oksigenin geniş  dəyişməsinə, hətta onun olmamasına tab gətirə bilən bir çox 

növlər mövcuddur (evrioksibiontlar), buna şirinsulu  oliqoxetlər (Tubifex tubifex), bəzi molyusklar (məs. 

Viviparus viviparus) aiddir. Balıqlar arasında suda oksigenin çox azlığına dözən növlərdən dabanbalığı, 

tinqabalığı, sazanı (çəkibalığını) göstərmək olar. Bununla belə, bəzi növlər stenoksibiontdur, onlar oksigenlə 

kifayət qədər yüksək doymuş sularda yaşaya bilər (məs. alabalıq). Bir çox növlər oksigenin çatışmazlığı 

şəraitində qeyri-aktiv vəziyyət (anosibioz) alır və beləliklə, əlverişsiz dövrü keçirə bilər.  

Hidrobiontların tənəffüsü ya bədənin səthi ilə, yaxud da xüsusi orqanlarla (ağciyər, traxey, qəlsəmə) həyata 

keçirilir.   

Duz rejimi.  Su sakinlərinin əksəriyyəti poykilosmotik olub onların bədənində osmos təzyiqi ətraf sudakı 

duzluluq dərəcəsindən asılıdır. Odur ki, hidrobiontların duzluluq balansını saxlamaq üçün onlara duzluluq 

dərəcəsi münasib olmayan yerdən uzaqlaşmaq əsas üsul sayılır. Şirinsulu formalar dənizlərdə, dəniz formaları 

isə şirin sularda yaşaya bilmir. Suyun duzluluq dərəcəsi dəyişməyə məruz qaldıqda heyvanlar özlərinə əlverişli 

mühit axtarırlar. Məsələn, suyun səthi güclü yağışlardan sonra duzluluğu azaldığından dəniz kiçik xərçəngləri 

(Calanus və b.) 100 m-ə qədər dərinliyə enirlər. Suda yaşayan onurğalı heyvanlar, iri xərçənglər, həşəratlar və 

onların sürfələri  homoyosmotik  növlərə aid edilir, onlar suda duzların qatılığından asılı olmayaraq daima 

bədənlərində osmos təzyiqini saxlayırlar.  

Qeyd edildiyi kimi, şirinsulu növlərin bədənlərindəki  şirələr  ətraf mühitə görə  hiportonikdirlər.  İzafi 

suyun qarşısının alınması üçün müqavimət göstərilməsə və ya bədəndən artıq su xaric edilməsə onları təhlükə 

gözləyir. İbtidailərdə izafi suyun kənarlaşdırılması ayırma vakuellərin fəaliyyəti ilə, çoxhüceyrəlilərdə isə artıq 

suyun çıxarılması ayırma sistemləri vasitəsilə yerinə yetirilir. Bəzi infuzorlar hər 2-2,5 dəqiqədən bir öz 

bədəndəri çəkisində suyu xaric edir.  

Ümumiyyətlə, su sakinləri arasında həm  şirin, həm də duzlu suda aktiv vəziyyətdə yaşayan  evriqalın 

növlər azdır. Onlar əsasən çayların estuarilərində, limanlarda və digər azduzlu su hövzələrində məskunlaşır. 

Su hövzələrinin temperatur rejimi quruya nisbətən xeyli sabitdir. Bu, suyun fiziki xassələri ilə, xüsusilə 

yüksək istilik tutumu ilə bağlıdır. Bunun nəticəsində istiliyin alınıb-verilməsi temperaturun kəskin dəyişməsinə 

səbəb olmur. Su hövzələrinin səthindən suyun buxarlanması (buna 2263,8 c/q sərf olunur) alt qatların 

qızmasının qarşısını alır, buzun əmələ  gəlməsi isə (buna 333,48 C/q ərimə istiliyi sərf olunur) suyun 

soyumasının qarşısını alır. Okean sularının üst qatlarında temperaturun illik dəyişmə amplitudası 10-15

0

C-dən 



artıq olmur, kontinental su hövzələrində isə bu rəqəm 30-35

0

C-yə çatır. Suyun dərin qatlarının temperaturu 



dəyişmir. Ekvator sularında üst qatlarda suyun temperaturu +26…+27

0

C, qütblərdə isə 0



0

C və aşağı təşkil edir. 

Qurunun isti qaynaqlarında suyun temperaturu 100

0

C, sualtı qeyzerlərdə isə okean dibinin yüksək təzyiqi 



şəraitində suyun temperaturu +306

0

C-yə çatır.  



Beləliklə, suyun temperaturunun sabit olması hidrobiontlar arasında stenotermlik qurudakı canlılara 

nisbətən daha geniş yayılmışdır. Evriterm növlərə əsasən kiçik kontinental su hövzələrində, həmçinin sutkalıq 

və mövsümi temperaturun daha çox dəyişdiyi yüksək və orta enliklərin litorallarında rast gəlinir.  

Su hövzələrinin işıq rejimi. Suda işıq havaya nisbətən azdır. Su hövzələrinin səthinə düşən  şüaların bir 

hissəsi hava mühitinə əks olunur. Günəşin vəziyyəti aşağı olduqca şüanın əks olunması güclənir, odur ki, sualtı 

günün uzunluğu quruya nisbətən qısa olur.  

Müxtəlif uzunluqlu dalğalar eyni udulmur: qırmızı dalğalar suyun səthinə yaxın artıq yox olur, halbuki göy-

yaşıl dalğalar daha dərinliyə keçir. Dərinliyə endikcə toranlıq okeanda əvvəlcə yaşıl, sonra mavi, göy və göy-

bənövşəyi rəng alır, sonra isə daim zülmət-qaranlıq olur. Buna uyğun olaraq okeanda əvvəlcə yaşıl, sonra isə 

qonur və qırmızı yosunlar bir-birini əvəz edir.  

Dünya okeanında yosunlar işıqlanma zonasında məskunlaşır. Qırmızı yosunlar daha dərinliklərə keçir, çox 

vaxt onlar 20-40 m, əgər su çox safdırsa, 100-200 m dərinliklərdə rast gəlinir.  

Dərinliyə getdikcə heyvanların da rəngləri qanunauyğun olaraq dəyişir. Litoral və sublitoral zonalarda 

heyvanların rəngləri daha parlaq və müxtəlif olur. Dərinlik və mağara orqanizmlərinin piqmentləri olmur. To-

ran-qaranlıq zonada qırmızı  rəng daha geniş yayılıb bu dərinlikdə göy-bənövşəyi işığa  əlavə hesab olunur. 

Rəngə görə əlavə şüalar bədən tərəfindən tam udulur. Bu isə heyvanlara düşmənindən gizlənməyə imkan verir, 

belə ki, onların qırmızı  rəngi göy-bənövşəyi  şüalarda qara kimi görünür. Qırmızı  rəng toran-qaranlıq zonası 

heyvanlarından olan dəniz xanı balığı, mərcan, xərçəngkimilər və b. üçün səciyyəvidir.  


 

42

Su hövzələrinin üst qatlarında işığın miqdarı yerin en dairəsindən və fəsillərdən asılı olaraq kəskin dəyişir. 



Arktikada və Antarktikaya yaxın su hövzələrində uzun qütb gecələri fotosintez üçün faydalı olan vaxtı 

məhdudlaşdırır, qışda donan su hövzələrində buz örtüyü işığın keçməsini çətinləşdirir.  

Okeanın qaranlıq dərinliklərində orqanizmin görmə  mənbəyi informasiyası kimi canlı orqanizmlər 

buraxdığı  işıqdan istifadə edirlər. Canlı orqanizmin işıqlanması  biolyuminessensiya adlanır.  İşıqverən 

(işıqsaçan) növlərə demək olar ki, su heyvanlarının bütün siniflərində – bəsit birhüceyrələrdən tutmuş balıqlara 

kimi hətta bakteriyalar, ibtidai bitkilər və göbələklərdə rast gəlinir. Biolyuminessensiya yəqin ki, evolyusiyanın 

müxtəlif mərhələlərində baş vermişdir.  

Biolyuminessensiya heyvanların həyatında  əsasən siqnal əhəmiyyəti daşıyır.  İşıq siqnalları sürüdə 

istiqamətlənmək (səmtlənmək), digər cinsi cəlb etmək, şikarı (ovu) tovlamaq (aldadıb çağırmaq), maskalanmaq 

və ya yayındırmaq (azdırmaq) məqsədi daşıyır.  İşıqsaçma yırtıcının gözünü qamaşdırmaq və istiqamətini 

çaşdırmaq, ondan qorunmaqda da istifadə olunur. Məsələn, dərinlikdə yaşayan mürəkkəbböcəyi (dəniz mo-

lyusku) düşmənindən xilas olunaraq işıqlanan sekret (şirə) buludu buraxır, halbuki işıqlı sularda yaşayan növlər 

bu məqsədlə qara mayedən istifadə edir.  

Daima toranda və zülmət qaranlıqda yaşayan hidrobiontların görmə səmtləşməsi imkanını məhdudlaşdırır. 

İşıq şüalarının suda tez sönməsi ilə əlaqədar hətta yaxşı inkişaf edən görmə orqanlarının köməyi ilə yalnız yaxın 

məsafədə istiqamətlənmək mümkündür.  

Səs suda havada olduğundan daha tez yayılır. Hidrobiontlarda səslə istiqamətlənmə görməyə nisbətən daha 

yaxşı inkişaf etmişdir. Bəzi növlər hətta çox aşağı tezlikli (infrasəs) səsləri eşidir və fırtınadan əvvəl vaxtında 

üst qatlardan daha dərin qatlara enir (məs. meduzalar). Su hövzələrinin bir çox sakinləri – məməlilər, balıqlar, 

molyusklar, xərçəngkimilər özləri səs verir. Xərçəngkimilər bədənlərinin müxtəlif hissələrini bir-birinə 

sürtməklə;balıqlar üzücü kisələri, udlaq dişləri, çənələri və digər üsullarla səs çıxarırlar. Səs siqnalları  hər 

şeydən  əvvəl növdaxili qarşılıqlı  əlaqə, məsələn, sürüdə istiqamətlənmək, digər cinsin fərdlərini cəlb etmək 

vəzifəsi daşıyır və bu xüsusən bulanlıq sularda və  dərində qaranlıq  şəraitində yaşayan orqanizmlərdə yaxşı 

inkişaf etmişdir.  

Bütün su heyvanlarına xas olan ən qədim üsul mühitin kimyəvi xassəsini qavramaqdır. Bir çox balıqlar 

üçün xarakterik olan min kilometrlərlə miqrasiya zamanı  əsasən iyə görə istiqamət götürür və çox dəqiqliklə 

kürü qoymaq və ya kökəlmə yerlərini tapırlar.  

Bəzi hidrobiontlarda süzmə (süzülmə) qidalanmaq tipi hesab olunur. Onlar suda həll olunan üzvi mənşəli 

asılı hissəcikləri və bir sıra kiçik orqanizmləri süzdürür və ya çökdürür. Belə qidalanma tipində yem axtarmaq 

üçün böyük enerji sərfi tələb olunmur və bəzi molyusklar, oturaq dərisitikanlılar, polixet, plankton xərçəngciklər 

və b. üçün səciyyəvidir. 1 m

2

 sahədə yaşayan midilər (dəniz molyusku) manti boşluğundan sutka ərzində 150-



280 m

3

 su ötürərək asılı hissəcikləri çökdürür. Şirin suda yaşayan dafnilər, taygözlər və okeanda ən kütləvi 



yayılan xərçəngciyin (Calanus finmarchicus) hər bir fərdi gün ərzində 1,5 litr suyu süzgəcindən keçirir. Okeanın 

litoral zonası xüsusilə süzücü orqanizmlərlə zəngin olub effektli təmizləyici sistem kimi fəaliyyət göstərir.  

Yer üzərində daşqınlar, güclü yağışlar, qarın əriməsi və b. səbəblərdən əmələ gələn çoxlu müvəqqəti, dərin 

olmayan su hövzələri mövcuddur. Bu su hövzələri qısa müddət mövcud olsalar da, orada çox müxtəlif hidro-

biontlar məskunlaşır. Bu quruyan hövzələrin sakinlərinin ümumi xüsusiyyəti qısa müddət  ərzində çoxlu nəsil 

vermək və uzun dövr susuzluğa dözməkdir. Onlar əlverişsiz  şəraitdən (susuz) çıxmaq üçün olduqca müxtəlif 

üsullardan istifadə edərək sonrakı ildə yenidən nəsil verməyə başlayır.  

 

2.4. Temperatur və rütubətliyin birgə təsiri.  

Temperatur və rütubətlik ümumi, qarşılıqlı, birgə qarşılıqlı təsir göstərərək ən mühüm iqlim faktorları hesab 

edilir və iqlimin «keyfiyyətini» təyin edir: il ərzində yüksək rütubətlik temperaturun mövsüm ərzindəki 

tərəddüdünü yumşaldır (zəiflədir), bu dəniz iqlimi sayılır. Havanın yüksək quraqlığı temperaturun kəskin 

dəyişməsinə gətirib çıxarır, bu isə kontinental iqlim hesab olunur.  

Temperatur və rütubətlik kəmiyyətcə kifayət qədər etibarlı qiymətləndirilir, çünki onlar bütün xarici 

limitləşdirici faktorların təyinedicisidir, onların təsirilə heyvanat və bitki aləmində əksəriyyət ekoloji hadisələr 

asan korrelyasiya olunur.  

Temperatur və rütubətliyin, həmçinin əksər digər faktorların qarşılıqlı təsiri bu faktorların həm nisbi, həm 

də mütləq ölçülərindən asılıdır. Belə ki, rütubətlik kritik vəziyyətə yaxın olduqda, yəni çox yüksək və ya çox 

aşağı olduqda temperatur orqanizmə daha aydın limitləşdirici təsir göstərir. Əgər temperatur hüdud qiymətinə 

yaxın olarsa, elə rütubətlik də yüksək kritik rol oynayır. Məsələn, rütubətlik aşağı və mülayim vəziyyətdə ol-

duqda pambıq taxılbiti yüksək temperatura dözür. Pambıqçılıq rayonlarında quru isti hava şəraiti pambıqçılara 


 

43

taxılbitinin sayının artmasına siqnal olub, onlara çiləyiciləri hazırlamağa xəbərdarlıq edir. İsti rütubətli hava 



taxılbitinin artması üçün az əlverişli olsa da, pambıq bitkisi üçün əlverişsizdir.  

Qeyd edək ki, yarpağını tökən meşələr zonasında, xüsusən onun cənub hissəsində su yayın sonunda 

limitləşdirici faktor kimi özünü göstərir. Yabanı bitki örtüyü dövri baş verən yay quraqlığına adaptasiya 

olunmuşdur, lakin bu zonada yetişdirilən kənd təsərrüfatı bitkiləri quraqlığa adaptasiya olunmayıb. Odur ki, bu 

zonada bəzi quraqlıq illərində süni suvarmanın aparılmasına tələbat vardır.  

 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin