114
dəqiqə ərzində həyata keçirməlidir. Qidanın mümkün qədər yavaş qəbulu təmin
olunmalıdır. Bu zaman həzm şirələrinin ifrazı, qidanın miqdarı, fiziki-kimyəvi
xassələri, iştahın səviyyəsi kimi amillərdən asılılıq nəzər alınmalıdır. Qidanın təkrar
qəbulu arasında keçən müddət 3 saatdan çox olmamalıdır. Bu da qəbul olunan
qidanın mədə və bağırsaqda tam həzm və sorulması üçün zəruri olan vaxt intervalıdır.
Fizioloqlar təcrübi olaraq öyrənmişlər ki, günün hansı saatlarında qidanın
qəbul edilməsinin əhəmiyyəti vardır. Nəzəri və eksperimental dəlillərlə sübut
edilib ki, insanın hər gün dörd dəfə qidalanması qəbul edilən zaman xörəklərə görə
kaloriliyin düzgün paylanmasının əhəmiyyəti daha böyükdür. Qidalanmanın elmi
əsaslarının öyrənilməsi ilə məşğul olan mütəxəssislərin fikrincə, insanın
qidalanması vaxtı, rejimi, qidanın kaloriliyi aşağıdakı ümumi göstəricilərə görə
müəyyənləşdirilmişdir: birinci səhər yeməyi səhər saat 8-9-da; günorta saat 13-14-
də, kalorisi 45%; axşam yeməyi saat 19-20-də, kalorisi 25%. Günün müəyyən
vaxtlarında qəbul edilən yeməklərin kaloriliyi bir yeməyin kaloriliyini azaldıb
digərini artırmaq şərtilə dəyişdirilə bilər. Gündə üç dəfə yemək qəbulunu nəzərdə
tutan qidalanma rejimində səhər yeməyinin kalorisi ümumi sutkalıq kaloriliyin ən
azı 30%, nahar yeməyinin kalorisi 45%, axşam yeməyininki isə 25%-ni təşkil edir.
lakin bütün gündəlik qida rejimində son qida qəbulu yatmazdan qabaq, 1,5-2,0 saat
əvvəl olmalıdır.
Səhər yeməkləri arasında isti, sulu, asan həll olunan, zülal və şəkərlə zəngin
xörəklər üstünlük təşkil etməlidir. Nahar və ya günorta yeməyinin xörəkləri
müxtəlif çeşidli və enerji ilə daha zəngin olmalıdır. Bu halda rasionda müxtəlif
meyvə-tərəvəz məhsulları, şirələr, salatlar, ət xörəkləri daha geniş yer tutmalıdır.
Axşam yeməkləri arasında süd, xurma və tərəvəz xörəklərinin daha çox olması
tövsiyə edilir. Bu halda, kofe və şokolad kimi məhsullardan istifadə edilməsi
məsləhət görülmür. Onlar, yatan zaman mədə və bağırsağın fəaliyyətini
gərginləşdirir və orqanizmin oyanacaqlığını artıra bilirlər.
Dostları ilə paylaş: