6. Adekvat qidalanma nəzəriyyəsi haqqında müasir fizioloji baxışlar Yuxarıda qeyd etdik ki, müasir elmi tədqiqatlar klassik qida nəzəriyyəsinin bir
sıra çatışmazlıqlarını meydana çıxarmışdır. Bunlann haqqında izahat verməzdən
əvvəl, onu deyək ki, adını çəkdiyimiz adekvat qidalanma nəzəriyyəsinin meydana
çıxması elə həmin çatışmazlıqların nəzərə alınması ilə əlaqədar olmuşdur.
Klassik nəzəriyyənin çatışmazlıqlarından biri, qidalanmaya qida maddələrinin
daxil olması və sərf olunması proseslərinin tarazlaşdırılması prosesi kimi
baxılmasıdır. Burada canlı orqanizm maşın kimi təsəvvür edilir və onun fəaliyyəti
117
enerji mənbəyinə əsaslanır və daima təzələnir. Müasir biologiyanın nailiyyətləri isə
onu göstərir ki, canlı orqanizmdə eyniadlı elementlər həm tikinti materialı kimi,
həm də yanacaq (enerji mənbəyi) kimi istifadə edilirlər. Nümunə üçün geniş
yayılmış alanin aminturşusu göstərilir. Yaxud leysin və bir sıra digər aminturşular
zülali qidanın komponentləri olmaqla yanaşı, onlar mediator vo modulyator kimi
orqanizmin sinir fəaliyyətinin tənzimlənməsində iştirak edirlər. Onların nisbətinin
dəyişdirilməsi zülal mübadiləsi proseslərinə təsir göstərməklə, həm də canlı
orqanizmlərin xasiyyət fəaliyyəti və onun istiqamətinə təsir göstərir. Yaxud
qidanın komponentlərinin çoxu hormonlar və s. bu kimi birləşmələrin ilkin
yaradıcısı kimi də çıxış edə bilirlər.
Qeyd olunmuşdur ki, klassik nəzəriyyənin antik nəzəriyyədən fərqi ondan
ibarətdir idi ki, qidalanmanı hazır qida maddələrinin ərzaq məhsullarından
çıxarılması (ayrılması) ilə əlaqələndirirdi. Bu halda, həzmin mahiyyəti onunla izah
edilir ki, proses zamanı nutriyentlər və ballast maddələri mexaniki, fıziki və
kimyəvi, xüsusi olaraq isə fermentativ parçalanmaya məruz qalırlar. Beləliklə,
qidalanmaya qida maddələrinin ayrılması və ballast maddələrin orqanizmə daxil
olmazdan əvvəl tullanması kimi baxılırdı.
Yeni adekvat qidalanma nəzəriyyəsinə görə qida maddələrinin (nutriyent-
lərin) müəyyən hissəsinin orqanizmdə ballast maddələrdən əmələ gəlməsi fıkirlə-
rini əsaslandıran ideyalar artıq çoxdan elmi cəhətdən təsdiq edilmişdir. Bu nəzəriy-
yədə həmin fıkirlər daha da inkişaf etdirilir. Dərin analizlər göstərmişdir ki, ballast
maddələr fızioloji cəhətdən qidanın çox vacib komponentlərindəndir. Belə ki, ra-
siona ballast maddələri əlavə edilməsi orqanizmin çoxlu, həyat üçün vacib xüsusiy-
yətlərini yaxşılaşdırır, bir sıra hallarda isə əksər xəstəliklərin qarşısının alınma-
sında profilaktiki vasitə rolunu oynayır.
Təbii olaraq, qidalanma zamanı mədə-bağırsaq traktında bakteriyaların varlı-
ğına məhəl qoyulmamışdır. Yeni nəzəriyyəyə görə orqanizmin bakterial florası iki-
tərəfli rol oynayır - bir tərəfdən mikroorqanizmlər nutriyentlərin konkurenti və po-
tensial patogeni kimi çıxış edir, digər tərəfdən isə - ikinci (təkrar yaranan) nutri-
yentlər üçün vacib simbiont və daşıyıcı rolunu oynayır. Bunun nəticəsində də
orqanizm metabolik baxımdan başqa bir sistemə çevrilir.
118
Klassik qida nəzəriyyəsi ilə müasir adekvat qida nəzəriyyəsinin biri digərin-
dən fərqli xüsusiyyətlərini, mədə-bağırsaq sistemindən (traktından) maddələrin
orqanizmin daxili mühitinə axması sxemləri fərqindən asanlıqla görmək olar.
Bunlar aşağıdakı sxemlərdəki (şəkil 1, şəkil 2) kimidir: