Rabil Mehtiyev Fəlsəfə


Materiyanın elmi-fəlsəfi anlayışı



Yüklə 0,74 Mb.
səhifə39/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   56
mehtiyev (1) (2)

2. Materiyanın elmi-fəlsəfi anlayışı.
Materiya haqqında fikirlər antik fəlsəfəyə qədər tarixi köklərə malikdir. Hələ qədim Yunanıstanda və Romada materiyanın təbiətinə dair mülahizələr irəli sürülürdü.
Fəlsəfi kateqoriya olan materiya fəlsəfi və təbii-elmi bi­liklər sistemində mühüm vacib səciyyə daşımaqla şü­ur­dan kənarda və ondan asılı olmadan mövcud olan obyektiv reallığı ifadə edir. Bir qədər də konkret­ləş­dir­sək, təbiətin bütün formaları materiyanın təzahürləridir. Fəlsəfi ədəbiyyatlarda materiyanın üç formasını qeyd edir­lər. Bunlardan birincisi, qeyri-üzvi, yaxud cansız ma­te­riya, ikincisi üzvi, yaxud canlı materiya, üçüncüsü isə ic­timai-mütəşəkkil materiyadır.
Qeyri-üzvi, yaxud cansız materiyanın birinci forma­sı­na bütün cansız təbiət və onun müxtəlif sistemləri, ikinci formasına bütün canlı, yaxud bioloji sistemlər, üçüncü formasına bütün sosial sistemlər aiddir.
Əbədi olan materiya hərəkətdə mövcuddur və buna görə də, hərəkət materiyanın mövcudluq üsulu, onun at­ri­butu hesab olunur. Materiyanın hərəkət formalarına dair çoxsaylı konsepsiyalar arasında alman filosofu Frid­rix Engelsin sistemləşdirməsi xüsusi diqqətəlayiqdir. O hə­rəkətin aşağıdakı 5 formasını mexaniki, fiziki, kimyəvi, bio­loji və ictimai formalarını göstərmişdir.
1) Mexaniki hərəkət. Bura cisimlərin sadə yer də­yişməsi daxildir.
2) Fiziki hərəkət. Bura işıq, istilik, elektro maqnit kimi hərəkət formaları daxildir.
3) Kimyəvi proseslər. Bura maddələrin birləşməsi və parçalanması reaksiyaları daxildir.
4) Bioloji hərəkət. Bura bioloji hərəkət formaları daxil­dir.
5) İctimai hərəkət. Bura sosial hərəkət formaları daxil­dir.
R.Dekarta görə materiyanın bu əsas xassəsi uzun­luq­dur. Son dərəcə universal həcmə malik olan materiya ka­te­qoriyasının mahiyyətini yalnız ona əks olan kateqoriya ilə subyektlə münasibətini aşkar çıxarmaqla aydın­laşdır­maq olardı. Bu münasibətin isə iki başlıca momenti var­dır:1) materiya subyektdən kənarda, ondan asılı olma­ya­raq mövcuddur. 2) materiya subyektə təsir edərək onda duyğu oyadır.
Məkan, zaman və hərəkət materiyanın mövcudluq for­malarıdır. Hərəkət materiyanın ona daxilən xas olan fun­damental, əbədi xassəsidir. Materiyanın mövcudluq üsu­lu olan hərəkət sadə, mexaniki yerdəyişmədən tə­fək­kürə qədər, ən müxtəlif formaları ehtiva edir. Hərəkətin bir sıra xüsusiyyətləri vardır ki, bura əbədiliyi, obyek­tiv­liyi, mütləq və nisbiliyi, materiyanın digər atributları, spe­sifik xassələri ilə bağlılığı aid etmək olar.
Bütün hallarda hərəkətin əsas formaları arasında qar­şı­lıqlı əlaqə var və yüksək hərəkət forması aşağı hərəkət formaları əsasında yaranmaqla onları özünə daxil edir.
Qeyri-üzvi hərəkətə fiziki-kimyəvi proseslərin əsasını təşkil edən atom və molekulların, makroskopik cisimlə­rin (istilik, səs, kristallaşma prosesləri və s.) hərəkətləri aid­dir. Üzvi təbiətdəki hərəkətə mikro orqanizmlərdə, tək­hüceyrəli və çoxhüceyrəli orqanizmlərdə, fərdlərdə, növ­lərdə və s. baş verən bütün bioloji proseslər aiddir.
Fəlsəfədə hərəkət dedikdə, hər cür dəyişkənlik başa dü­­şülür. Xüsusilə, XIX əsrin 40-cı illərində enerjinin sax­lan­­ması və çevrilməsi qanununun kəsfi enerji bir for­ma­dan digər formaya çevrilərkən itmir və yenidən ya­radıl­mır kimi təsəvvürün qətiləşməsində mühüm rol oy­nadı.
Məkan və zaman obyektiv, insan şüurundan asılı ol­ma­dan mövcuddur və hər ikisi sonsuz, tükənməzdirlər.
Materiya zaman və məkanda mövcud olur, hərəkət edir, yəni məkan və zaman hüdudsuzdur və sonsuzdur. Mə­kan maddi cisimlərin və hadisələrin yer tutumunu, ci­sim­lər arasında müəyyən yerləşməsini ifadə edir. Qeyd edək ki, məkan üç ölçülüdür: eni, uzunu və hündürlüyü olur.
Zaman hadisələrin müəyyən ardıcıllıqla da­vam etməsini, dövrlər, mərhələlər üzrə inkişaf etməsini ifa­də edir. Zaman bir ölçülüdür və yalnız irəliyə doğru ge­dir. Qeyd edək ki, məkan və zaman obyektivdir və in­san şüurundan asılı deyildir. Nəzərə almaq lazımdır ki, müəy­yən konkret cisim və hadisələr məkan və zaman eti­ba­rilə məhdudlaşırlar. Lakin kainat məkan etibarilə qey­ri-məhdud, zaman baxımından sozsuzdur.
Şüur reallığın insan beynindəki inikasıdır. Şüurun for­­malaşması ictimai inkişafın nəticəsi plaraq meydana çı­­xır. Beynin funksiyası olan şüurun başlıca funksi­ya­la­rın­­dan biri insanın davranış və hərəkətlərini idarə et­mək, ona istiqamət verməkdir.
Fəlsəfi ədəbiyyatda şüura materiya birinci, şüur ikin­ci­dir, materiyadan törəmədir kimi izah verilir. Digər mə­na­da şüur materiyanın, insan beyninin xassəsidir, ger­çək­li­yin in­sana məxsus məqsədli dərkidir.
Şüurun başlıca xüsusiyyətlərindən biri onun yüksək tə­şəkküllü materiyanın funksiyası olmasıdır. Yəni, şüur ma­teriyanın bütün formalarına aid edilə bilməz, o insan bey­ninin məhsuludur. Fəlsəfi ədəbiyyatlarda şüura müx­tə­lif yanaşmalar olmuşdur.
Şüur ictimai-tarixi mahiyyət daşıyır, onun təkamülü ic­timai münasibətlərin dinamikasından asılı olur. Şüurun formalaşması ictimai istehsal ilə birbaşa bağlıdır. Belə ki, əmək prosesində insan sosial münasibətlərə daha çox inteqrasiya olunur ki, bu da onun şüurunun təşək­kü­lün­də mühüm rol oynayır. Şüurun əsas xüsusiyyətlərindən birini onun dillə, nitqlə və təfəkkürlə qarşılıqlı əlaqədə olmasıdır.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin