Rabil Mehtiyev Fəlsəfə


Müasir dövrün qlobal problemləri



Yüklə 0,74 Mb.
səhifə54/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   56
mehtiyev (1) (2)

2.Müasir dövrün qlobal problemləri.
Müasir dövrün qlobal problemləri dedikdə elmi-tex­ni­ki inkişafın nəticəsində yaranan problemlər : ekoloji, mü­haribə, narkomaniya və sair kimi yalnız ayrı-ayrı xalqları deyil, bütün bəşəriyyəti narahat edən problemlər başa düşülür. Müasir qlobal problemlər anlayışı XX əsrin 50-ci illərindən başlayaraq elmi dairələrdə istifadə olun­ma­ğa başladı. Qlobal problemlərin müasir səciyyəsi siya­si, iqtisadi, mənəvi faktorlarla müəyyən olunur.
Qlobal problemlər lokal, yəni yerli xarakter daşımış, sonralar müxtəlif bölgələri əhatə edərək regional, daha son­ra isə dünya ölkələrini əhatə edərək, qlobal məzmun al­mışdır. Narkomaniya, müharibələr, beynəlxalq ter­ro­rizm, insanlara böyük maddi zərər vuran kortəbii fəla­kət­lə­rin qarşısının alınması, yoxsulluğun aradan qal­dırıl­ma­sı, mənzil, təhsil, maarif, səhiyyə, nəqliyyat, rabitə, küt­ləvi kommunikasiya və informasiya vasitələri, xammal və enerjiyə olan tələbatın ödənilməsi, dünya ölkələrinin in­kişafının bərabərləşdirilməsi, əhali artımının tənzim­lən­məsi, insan hüquqlarının qorunması, torpaqdan, bü­tün təbii sərvətlərdən səmərəli istifadə edilməsi, müxtəlif bitki və heyvan növlərinin yoxa çıxmasına qarşı tədbirlər görülməsi, dünya okeanının, kosmosun mənimsənilməsi və bu kateqoriyadan olan məsələlər qlobal problemlərə daxildir. Sadalanan bu qlobal problemləri sistemləşdirsək onları belə qruplaşdırmaq olar:

  1. Təbiətin aşınması, ekoloji fəlakətlərin qarşısının alınması;

  2. Nüvə müharibəsi və digər müharibə təhlükəsinin aradan qaldırılması;

3. Demoqrafik problemlərin optimallaşdırılması;
4. Enerji problemlərinin həlli.
Beləliklə, bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən və ictimai tərəqqini şərtləndirən problemlərin məcmusu qlobal problemlər adlanır. Qlobal problemlər əsasən aşa­ğı­dakı meyarlarla müəyyən olunur: 1) miqyası və əhə­miyyətinə görə ən geniş, çox mühüm əhəmiyyətli, bütün dünya ölkələrini əhatə edən; 2) birləşdirici mahiyyət da­şı­yan, bütün sahələri əhatə edən; 3) ümumbəşəri, bey­nəl­xalq əhəmiyyət daşıyan.
Müasir elmi dövriyyədə qlobal problemlər belə qrup­laş­dırılır: planetar təbii təhlükə yaradan qlobal prob­lem­lər: təbiətin mühafizəsi və ondan səmərəli istifadə edil­məsi;
planetar bəşəri təhlükə doğuran ictimai-iqtisadi, sosial-siyasi problemlər: müharibə, hərbiləşmə, iqtisadi böhranlar və s.;
əhalinin sürətli artımı ilə bağlı meydana çıxan de­mo­qrafik-mənəvi qlobal problemlər: əhalinin surətlə artması və yaşayış vasitələrinin isə yetərli olmaması.
S.Çeyz ayrılıqda bir dövlətin həll edə bilmədiyi prob­lem­ləri qlobal problem kimi qeyd edir. Bu problemlərə O de­moqrafik partlayış; enerqetika; ətraf mühitin çirk­lən­məsi; dünya okeanından səmərəli istifadə olunması; mi­ne­ral ehtiyatlar; kosmosun mənimsənilməsi; nəqliyyat və rabitə; təsirli qlobal valyuta-maliyyə sistemlərinin yara­dıl­ması; əhalinin sağlamlığı və sair aid edir.



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin