Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ



Yüklə 4,68 Mb.
səhifə36/42
tarix30.12.2021
ölçüsü4,68 Mb.
#17494
1   ...   32   33   34   35   36   37   38   39   ...   42
MUĞAM, SÖZ İFAÇISI*
“Muğam, söz, ifaçı” Azərbaycan musiqi tarixini maraqla araşdıran bir tədqiqatçının oxucularına qiymətli ərmağandır.

Muğamlarımız haqqında az deyilməyib. Hətta yazıçılar, şairlər də bu zəngin sənət dünyasına söz qoşmaqdan çəkin­mə­mişlər. Sevimli şairimiz Bəxtiyar Vahabzadə xalqın bu ölməz irsinə “Muğam” adlı bir poema həsr edib.


…Dinlə onu,

hər guşəsi,

Quş qonmayan qayalardan daş tərpədər,

Kirpiklərdə yaş tərpədər.

Mahnılar var, ayaqları,

Muğamlarsa baş tərpədər.


Muğam xalqımızın əsrlər boyu yaşadaraq mənəvi bir estafet kimi bu günə təqdim etdiyi yetkin, bitkin, min bir səfalı təranə çələngidir. Xalqımızın ruhunu, mənəvi aləmini ifadə edən mu­ğam­lar çox uzaq keçmişimizdən xəbər verən sənət nü­munə­ləridir.

Muğamı dilə gətirən, onun məzmununu tamamlayan söz, muğama nəfəs verən isə ifaçıdır. İfaçı bu təranə çələngini xalqa

çatdıran səlahiyyətli elçidir. Bu mənada muğam, söz, ifaçı bir-birini tamamlayan üçlükdür, desək səhv etmərik. Bu baxımdan, müəllifin əsərə seçdiyi ad tamamilə təbii və səmimi səslənir.

V.Məmmədov kitaba “Musiqi və söz”, “Muğam ifaçıları” kimi böyük başlıqla 23 məqalə daxil etmişdir. Kitabda XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış şair, rəsam və mu­siqişünas kimi çoxsahəli fəaliyyəti olan Mir Möhsün Nəvvab haqqında məqalə diqqəti daha çox cəlb edir. Müəllif Nəvvab haqqında müfəssəl məlumat verməklə onun musiqi görüşlərini ifadə edən “Vüzuhil-Ərğam” əsəri üzərində ayrıca dayanır. Tədqiqatdan aydın olur ki, bu əsər nəinki muğam tariximizi öy­rənmək, eyni zamanda, muğam ifaçılığı ilə də yaxından tanış ol­maq baxımından qiymətli mənbədir. Əlbəttə, bu əsərin gə­lə­cəkdə nəşrə hazırlanması klassik musiqi irsimizə böyük hör­mətin nəticəsi kimi dəyərli olar.

Kitabdakı “Səməndərtək” adlı məqalə fanatizmin hökm sürdüyü bir dövrdə doğma elindən-obasından didərgin düşmüş sənət fədaisi müğənni Mirzə Güllər xanım haqqındadır. Sənətə vurğunluq bu qeyrətli qızı elin şənlik məclislərində kişi qiya­fə­sində çıxmağa vadar etmişdir. Müəllif el ağsaqqallarının, qədir­bilən musiqisevərlərin söz-söhbətlərinə əsaslanaraq Mirzə Güllər xanım haqqında ilkin məlumat vermişdir. Həm də biz öyrənirik ki, müəllif müğənninin qrammofon vallarını da əldə edə bilmişdir. Şübhəsiz ki, bu bizim mədəniyyət tari­xi­mizə qayğının və nəcib münasibətin nəticəsidir.

“Müğənni-şair” adlı oçerkdən məlum olur ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində yaşamış görkəmli Azərbaycan müğənnisi Mirzə Məhəmmədhəsən və onun 1916-cı ildə çap olunmuş “Nalə” adlı şeir kitabçası haqqında ilk müfəssəl məlu­matı verən də V.Məmmədovdur. Kitabda “Muğam ustası” adlı məqalədə müğənni Ağa Səid oğlu Ağabala haqqında verilən mə­lumat da təzədir.

Görkəmli xalq müğənnilərinin həyatından danışmaq xal­qımızın mədəniyyət tarixini vərəqləmək deməkdir. Hacı Hüsü, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Ələsgər Abdullayev, İslam Abdullayev, Məşədi Məhəmməd Fərzəliyev, Mirzə Məhəmmədhəsən, Seyid Şuşinski kimi klassik xanəndələr, Məşədi Cəmil Əmirov, Qurban Pirimov, Bəh­ram Mansurov, Əhməd Bakıxanov, eləcə də Sara Qədi­mova, Mü­təllim Mütəllimov, Hacıbala Hüseynov, Yaqub Məm­mədov ki­mi sənətkarlar haqqındakı məqalələr bir daha göstərir ki, kitabın müəllifi az əmək çəkməmişdir. Həmin sə­nət­karlara həsr edilmiş “Könüllər fatehi”, “Ustad”, “Görkəmli tarzən”, “Sədəfli tar”, “Gözəl nəğməkar” kimi oçerklər böyük maraqla oxunur.

Muğam ifaçılığı sahəsində yarım əsrdən çox Fərhad kimi külüng çalan Xan Şuşinski haqqında “Füsunkar xanəndə” adlı oçerk göstərir ki, vaxtilə bu böyük xanəndə haqqında ayrıca kitab yazmasına baxmayaraq, onu çox yaxşı və yaxından tanı­dı­ğından, Xan xanəndəlik məktəbinin yetişdirməsi olan V.Məm­mədovun bu böyük sənətkar haqqında həmişə yeni söz demək imkanı vardır.

İfaçı olan müəllifin ifaçılıq məsələlərinə dair məqalələri (“İfaçılıq məsələlərinə dair”, “Saf çeşmə”, “Segah”) maraqla oxunur.

“Muğam, söz, ifaçı” kitabındakı şəkillər deməyə haqq ve­rir ki, müəllifin axtarışları səmərəli, incəsənət irsimizə müna­si­bəti xeyirxah və nəcib münasibətdir.




Yüklə 4,68 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin