www.vivo-book.com
245
də yanından aralanmırdım, o isə qucaqlamaq üçün üstümə
atılırdı.
– Çıxıb gedəcəyik? Axı, sabah çıxıb gedəcəyik? –
qəfildən ağlına narahat fikir gəlirdi, – hə… (sonra fikrə
gedirdi), yaxşı
sən necə fikirləşirsən, nənəyə çatarıqmı?
Məncə, Berlində çatarıq. Sən necə düşünürsən, biz ona
çatanda, o bizi görəndə nə deyər? Bəs mister Astley?..
Yaxşı, bu Şlangenberqdən sıçrayıb çıxmaz? (Qəhqəhə çəkib
güldü.) Hə, qulaq as;
bilirsən, gələn yay hara gedəcək? O,
elmi axtarışlar aparmaq üçün Şimal qütbünə getmək istəyir,
məni də özüylə aparmaq istəyirdi, ha, ha, ha! O deyir ki, biz
ruslar avropalılar olmadan heç nə bilmirik, heç nəyə də qabil
deyilik… amma o da xeyirxahdı! Bilirsən, o, “generalı”
bağışlayır; o
deyir ki, Blanche… deyir ki, ehtiras, – eh,
bilmirəm, bilmirəm, – qəfildən elə bil çaşdı və özünü itirib
təkrar elədi. – Yazıqdılar onlar?Elə yazığım gəlir ki, nənəmə
də… Yaxşı,
qulaq as, qulaq as, De-Qriyeni harda
öldürəcəksən! Ay gicbəsər! Doğrudanmı, fikirləşirsən ki,
mən səni De-Qriyeylə dalaşmağa qoyaram? Sən heç baronu
da öldürə bilməzsən, – qəfildən gülə-gülə əlavə elədi. – Of,