108
baz
mürəkkəb
sözünün birinci tərəfi ip, kəndir; ikinci tərəfi isə
oynayan anlamındadır. H.Naxçıvani
də bu mürəkkəb fars sözü-
nü elə bu cür də tərcümə etmişdir: ipdəoynayıcı. Maraqlıdır ki,
XVI əsr mütərcimi Bəvazici də “Kəvamilüt-təbir” adlı tərcümə
əsərində
rəsənbaz
sözünü ipdəoynayıcı
kimi çevirmişdir
1
. De-
məli, bu mürəkkəb söz XVI yüzillikdə də ümumişlək səciyyəsi
daşımış,
sonralar onun əvəzində
kəndirbaz
işlənmişdir.
Lüğətdəki
yolurucı
sözünə isə Bəvazinin adı çəkilən tərcü-
mə əsərində
yolkəsici
şəklində rast gəlirik
2
. Maraqlıdır ki,
yolu-
rucu
və
yolkəsici
sözlərinin farsca qarşılığı farsmənşəli
rahzən
sözüdür. Bu sözün lüğəvi mənası isə
yolvuran
deməkdir. Qeyd
edək ki, orta əsrlərə aid yazılı
abidələrdə, o sıradan Nəsiminin
dilində
bu leksem
yolurucı, yoluran
şəklində qeydə alınmışdır.
Bununla belə, müasir ədəbi dilimizdə bu anlayış yolkəsən (qul-
dur) şəklində işlənir. Yeri gəlmişkən qeyd edək ki,
orta əsrlərə
aid türk mətnlərində ikinci tərəfi -ıcı şəkilçili bu qəbildən olan
mürəkkəb sözlərin ikinci tərəfində müasir ədəbi
dilimizdə feli si-
fətin morfoloji əlaməti olan -an şəkilçisi işlənir. Məsələn:
kər-
pickəsici – kərpickəsən, oqatan – oxatan, qılıncoynadıcı, – qılın-
coynadan, yükçəkici – yükçəkən, yükdaşıyan
və s.
Yuxarıdakı siyahıda verilən mürəkkəb sözlərin bir neçəsin-
də birinci tərəflər arxaik səciyyə daşıyır:
Biləolucı, kəndingörici,
külahdikici, sınqazıcı, sığırgüdüci
bu qəbildəndir. Bu sözlərdən
birincisi lüğətdə farsca
həmdəm
sözünün qarşılığı kimi verilmiş-
dir. Məlum olduğu kimi,
həmdəm
sözü müasir Azərbaycan dilin-
də də dost, həmsöhbət anlamında işlənir. Bununla belə, H.Nax-
çıvani fars mənşəli bu sözün kalka edərək
biləoluci
şəklində ver-
mişdir. Lüğətdəki külahdikici sözü isə papaqtikən deməkdir.
Maraqlıdır ki, bu söz klassik Azərbaycan ədəbiyyatında
elə lü-
ğətdəki kimi
külahduz
şəklində işlənmişdir.
Kəndingörici
sözünə
1
Möhsün Nağısoylu. XVI əsr Azərbaycan tərcümə əsəri “Kəvamilüt-təbir”.
Bakı, Elm və təhsil, 2011.
2
Yenə orada.
109
gəldikdə isə bu leksem lüğətdə farsca
xodbin
(xudbin, eqoist,
xudpəsənd) sözünün türkcə kalka şəklində olan qarşılığıdır. Fars
mənşəli
Dostları ilə paylaş: