111
Hinduşah Naxçıvaninin lüğətdə işlətdiyi aşağıdakı mürək-
kəb sözləri də fars dilindən kalka şəklində hərfi-hərfinə tərcümə
etməsi heç bir şübhə doğurmur:
gərdənkeş –boyunçəkici, ğəmxar
– qəmyeyici, kamran – muradsurüci, həmdəm – biləolucı, dindar
– dinsaqlayıcı, çərbdəst – uzunəllü, dadgər – ədledici
və s. Bu
leksik vahidlərdən fars mənşəli
gərdənkeş
məcazi məna daşıyır:
lüğəvi mənası
boyunçəkən
olsa da, sözə qulaq asmayan, inadcıl,
tərs mənalarında işlənir.
Ğəmxar
sözünə gəldikdə isə, bu söz bi-
rincisi,
qəmxar
şəklində müasir ədəbi dilimizdə də işlənir. İkin-
cisi isə, bu sözün lüğəvi mənası
qəmyeyən
olsa da, onun həqiqi
mənası
dost
deməkdir.Yuxarıdakı
həmdəm
və
dindar
sözləri də
müasir ədəbi dilimizdə olduğu kimi işlənir. Bununla belə, Hin-
duşah Naxçıvani onları həfi şəkildə dilimizə çevirmişdir.
Çərb-
dəst
sözü məcazi mənalı mürəkkəb sifətdir:
zirək, cəld
anlamla-
rında işlənir. Lüğətdə qeydə aldığımız
suvbaşı
və
çəribaşı
mü-
rəkkəb sözləri də arxaik səciyyə daşıdığı üçün diqqətçəkicidir.
Bu sözlərin hər ikisi
qoşun başçısı
anlamında işlənən farsmənşə-
li
sepəhsalar
və
sepəhbod
sözlərinin qarşılığı kimi işlənmişdir.
Yuxarıdakı nümunələrdən də göründüyü kimi, H.Naxçıva-
ninin “Sihahül-əcəm” lüğətində işlətdiyi düzəltmə sözlər sırasın-
da da kalka yolu ilə farscadan tərcümə edilmiş leksik vahidlər
vardır. Bununla belə, bütövlükdə götürdükdə H.Naxçıvani bu ol-
duqca dəyərli klassik lüğət nümunəsində söz yaradıcılığı sahə-
sində səmərəli fəaliyyət göstərərək yazılı ədəbi dilimizin bir sıra
türkmənşəli yeni söz və ifadələrlə zənginləşməsi işinə öz töhfə-
sini vermişdir.
Dostları ilə paylaş: