378
serverə qoşulmaq lazımdır. Bunun üçün serverin telefon nömrəsi
yığılmalıdır.” (“Media Press “ qəzeti, 25 iyul, 2004).
Alınma leksika, o cümlədən ingilis dilindən alınma
sözlər
dilin leksik sistemində gedən proseslərdə fəal iştirak edir. Ümu-
mişlək leksik vahid kimi alınmış söz terminləşə bildiyi kimi,
alınma terminin xüsusi leksik vahid səciyyəsini qazanması də
mümkündür. Müasir dövrdə terminoloji mənanın
dəyişməsinin
tez-tez baş verməsi tədqiqatlarda qeyd olunur. İngilis dilindən
alınma sözlərdən publisistik mətnlərdə, mətbuatda tez-tez istifa-
də olunması onların semantikasına əsaslı təsir göstərir. Mətbuat-
da işlənən alınma sözlərin semantik
strukturunda dəyişmə baş
verir. Sözün məna həcminin genişlənməsi yeni semlərlə zəngin-
ləşməsi özünü göstərir. Belə hallarda determinləşmə semantik ge-
nişlənmənin təzahür amilidir. Bir çox
innovasiyalar məcazi məna-
da istifadə olunur, yeni mənalı söz müxtəlif semantik qrupun söz-
ləri və söz birləşməsi tərkibində işlənir.
Semantik derivasiya prosesində mənanın genişlənməsi əsas
yer tutur. Alınma sözlərdə mənanın genişlənməsində ilkin lek-
sik-semantik variantın arxiseminin ümumiləşməsi baza sözlərdə
leksik-semantik paradiqmasının hüdudlarından kənara çıxması
da mühüm rol oynayır. Məsələn:
Dostları ilə paylaş: