SƏbuhi ƏHMƏdov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/34
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15173
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

     Nadir  şah Əfşar  
         (1688 -1747) 
Nadir  xan  Əfşar  1688-ci  ildə  Xorasanın  Dərəgöz  şəhərində  əfşarlar 
tayfasında zadəgan ailəsində anadan olub. Hələ gənc yaşlarında tayfanın tərkibində 
Xorasanda  hərbi  xidmətdə  olan  Nadir  xan  fitri  hərbçi  istedadı  ilə  həmyaşıdları 
arasında  seçilməyə  başlayıb.  Müxtəlif  quldur  dəstələri  ilə  mübarizədə,  sərhəd 
xəttinin  Orta  Asiya  istiqamətindən  yönələn  zərbələrdən  qorunmasında,  qiyamçı 
feodallara qarşı müharibələrdə Nadir xan yeni-yeni hərb üsulları tətbiq edər, kiçik 
itkilərlə tapşırıqları müvəffəqiyyətlə yerinə yetirərmiş. 
XVIII əsrin əvvəllərində Səfəvilər dövləti dərin tənəzzül dövrünü yaşayır, 
bütün sahələrdə rüşvətxorluq və özbaşınalıq baş alıb gedirdi. Mərkəzi hakimiyyətin 
zəifliyindən istifadə edən iri feodallar separatçılığa meyl edir, hətta bəzi vilayətlər 
artıq  şaha  tabe  olmurdu.  Bu  vəziyyətdən  istifadə  edən  Rusiya  imperiyası 
Azərbaycana  yürüş  edir  və  1722  -  1723-cü  illərdə  Azərbaycanın  Xəzəryanı 
torpaqlarını, o cümlədən Dərbənd, Bakı, Quba, Salyan şəhərlərini tutur. İmperator I 
Pyotrun  əmri  ilə  azərbaycanlılar  doğma  torpaqlarından  qovulur,  onların  əvəzinə 
Bakı və Dərbənddə ermənilər yerləşdirilməyə başlanır. 
Səfəvilərin 
zəifliyini 
görən  və  Rusiyanın  Cənubi  Qafqazda 
möhkəmlənməsindən  ehtiyat  edən  Osmanlı  imperiyası  da  Azərbaycana  hücum 
edir.  Nəticədə  bütün  Şimali  Azərbaycan  və  Cənubi  Azərbaycanın  böyük  əraziləri 

109 
 
osmanlılar  tərəfindən  tutulur.  Yerli  əhali  həm  ruslara,  həm  də  osmanlılara  qarşı 
mübarizə  aparsa  da,  pərakəndəlik  ucbatından  məğlub  olurdu.  Zəif  iradəli  şah  II 
Təhmasib  Rusiya  və  Osmanlı  dövlətlərinin  işğallarını  qanuniləşdirən  müqavilələr 
imzalayıb,  vaxt  qazansa  da,  hərbi  islahatlar  keçirə  bilməmişdi.  Üstəlik,  Səfəvilər 
dövlətinin  şərqində  əfqan  tayfaları  və  türkmənlər  də  qiyamlar  qaldırırdılar.  Belə 
şəraitdə dövlətin parçalanması labüd idi. 
Şah  II  Təhmasib  Xorasanda  peşəkar  hərbçi  kimi  ad  çıxarmış  Nadir  xan 
Əfşarı dövlətin paytaxtı İsfahana çağırır və onu qoşun komandanı təyin edir. 1726-
cı  ildən  Səfəvi  qoşunlarının  komandanı  təyin  olunmuş  Nadir  xan  ciddi,  bəzən 
qəddar tədbirlərlə qoşunlarda nizam-intizamı bərpa edir, qoşunların silah-sursat və 
ərzaqla  təminatını  yaxşılaşdırır. Təhmasib-Qulu  xan (yəni "Təhmasibin qulu olan 
xan")  adını  özünə  təxəllüs  götürən  Nadir  xan  1726  -  1727-ci  illərdə  əfqanların 
qiyamını yatırır, onları Mərkəzi İran vilayətlərində məğlub edərək Məşhəd şəhərini 
azad edir. Əlavə qoşunlar tərtib edərək o, 1729-cu ildə Əfqanıstana hücum edir və 
Herat  şəhərini  götürür.  Nadir  xan  türkmən  tayfalarının  Xorasana  hücumlarının 
qarşısını da alır. 
Əfqanlar  üzərində  qələbələrdən  sonra  ölkənin  qərbinə  göndərilən  Nadir 
xan  osmanlıları  ölkədən  qovmaq  əmri  alır.  Belə  ki,  İstanbula  danışıqlara 
göndərilmiş  Səfəvi  səfiri  həbs  edildiyindən  əlində  bəhanə  olan  şah  Osmanlı 
dövlətinə müharibə elan edir. Nadir xan sürətli hücumları ilə Marağanı, Ərdəbili və 
1730-cu  ilin  sentyabrında  Təbrizi  azad  edir.  Türkiyədə  dövlət  çevrilişinin  baş 
verməsi  tezliklə  tam  qələbə  qazanılacağı  təəssüratı  yaratdığı  üçün  öz  nüfuzunu 
qaldırmaq istəyən II Təhmasib Nadir xanı Xorasana göndərir, özü isə osmanlılara 
qarşı hücuma keçir. Lakin hərb işindən başı çıxmayan şah 1731-ci il döyüşlərində 
məğlub  olur  və  geri  çəkilməyə  başlayır.  Nəticədə  Təbriz  və  Ərdəbil  itirilir.  Şahın 
tələsik  imzaladığı  Kirmanşah  müqaviləsinə  (1732)  əsasən  Şimali  Azərbaycan 
osmanlılara, Cənubi Azərbaycan səfəvilərə verilməli idi. 
Belə təslimçi müqavilənin imzalanması xəbəri Nadir xanı qəzəbləndirir və 
o  tezliklə  Xorasandan  qayıdaraq  hərbi  əyanların  köməyi  ilə  II  Təhmasibi  devirir, 
onun oğlu körpə  III Abbası şah elan edir. Beləliklə, Nadir xan qəyyum qismində 
dövləti idarə etməyə başlayır. İlk öncə o, Kirmanşah müqaviləsindən imtina edərək 
hücuma  keçir  və  1733-cü  ildə  Bağdad  qələbəsini  qazanır.  İran  körfəzinədək 
əraziləri azad etdikdən sonra Nadir xan Şimali Azərbaycana keçir və osmanlıların 
dayaq nöqtəsi olan Gəncəni mühasirəyə alır. Mühasirə ilə eyni zamanda Rusiya ilə 
danışıqlar  aparan  Nadir  xan  Azərbaycanın  Xəzəryanı  torpaqlarından  rus 
qoşunlarının  çıxarılmasını  tələb  edir.  Bu  dövrdə  tənəzzül  keçirən  və  müharibə 
aparmaq  iqtidarında  olmayan  Rusiya  1735-ci  ilin  martında  Gəncə  müqaviləsini 
imzalamaqla  Azərbaycandan  öz  qoşunlarını  çıxarır.  Xəzəryanı  bölgələrdə 
möhkəmləndikdən  sonra  Nadir  xan  Gəncəni  azad  edir,  1735-ci  ilin  iyununda 

110 
 
Üçkilsə  döyüşündə  (İrəvan  yaxınlığında)  osmanlı  qoşunlarını  darmadağın  edir. 
Osmanlı sultanı bütün Cənubi Qafqazdan qoşunlarını çıxarmağa məcbur olur. 
Nadir  xanın  qələbələri  ona  böyük  şöhrət  gətirmiş  və  xalqın  rəğbətini 
qazandırmışdır. Lakin sonrakı hərəkətləri onun nüfuzunu salmağa başladı. Belə ki, 
o,  osmanlılarla  müharibədən  dərhal  sonra  Dağıstana  yürüş  etdi,  böyük  itkilər 
hesabına buranı viran qoydu və qənimətlə geri qayıtdı. 
1736-cı ilin martında Nadir xan şah III Abbasın vəfat etməsini bəyan etdi 
və  Suqovuşanda  (indiki  Sabirabad  ərazisində  Kür  ilə  Arazın  qovuşduğu  yer) 
Muğan qurultayında özünü şah elan etdi. III Abbasın müəmmalı ölümü, Səfəvilər 
dövlətinin ləğvi və "Nadir şahın dövləti" kimi tanınan dövlətin yaranması hamının, 
hətta  onun  silahdaşlarının  da  narazılığına  səbəb  oldu.  Narazı  şəxsləri 
cəzalandırmağa  başlayan  Nadir  şah  tayfa  və  sülalələrə  də  cəza  verirdi.  Belə  ki, 
Qarabağdan  kəbirli,  otuziki  və  cavanşir  Azərbaycan  tayfaları  Xorasana  sürgün 
edildi, onların əvəzinə ermənilər yerləşdirilməyə başladı. Qarabağda yerləşdirilmiş 
ermənilərin  başçılarına  Nadir  şah  məlik  titulu  verdi  və  Qarabağın  əsl  hakimi  - 
Gəncənin  Ziyadoğulları  nəslinə  tabe  olmamağa  çağırdı.  Həmin  nəsli  daha  da 
zəiflətmək  məqsədi  ilə  Nadir  şah  Azərbaycanın  Qazax  və  Borçalı  ərazilərini 
Gürcüstanın  Kartli  hakiminə  verdi;  çünki  Kartli  hakimi  onun  hakimiyyətini 
dəstəkləyirdi. Beləliklə, Nadir şah öz düşünülməmiş inzibati tədbirləri və köçürmə 
siyasəti  ilə  xalqı  özündən  uzaqlaşdırdı,  onun  qoşununda  xidmət  etmiş  əyanların 
ümidlərini doğrultmadı. 
Bundan  sonra  Nadir  şah  irimiqyaslı  yürüşlər  etməyə  başladı.  Onun 
yürüşləri  nəticəsində  dövlətin  tərkibinə  yeni-yeni  ərazilər  daxil  edilirdi.  Nəticədə 
bütün Cənubi Qafqaz, Anadoluya qədər olan bütün ərazilər, Dağıstan, Əfqanıstan, 
Bəlucistan,  Orta  Asiyanın  Xivə  və  Buxara  xanlıqları,  Şimali  Hindistan  onun 
dövlətinə daxil edilmişdi. 
İnzibati baxımdan o, keçmiş bəylərbəyilikləri ləğv edərək Azərbaycan adlı 
vahid  inzibati  bölgü  yaratdı.  Azərbaycan  vilayətinin  rəhbəri  Nadir  şahın  qardaşı 
İbrahim xan oldu. 
Uzunmüddətli  mənasız  müharibələr  iqtisadiyyatı  tənəzzülə  uğradır, 
əhalini  vardan-yoxdan  çıxarırdı.  Vergilər  artırılmışdı,  əvvəllər  vergilərdən  azad 
olan köçəri tayfalara belə vergi qoyulmuşdu. 1739-cu ildə Şimali Hindistana böyük 
yürüş  edən  Nadir  şah  Dehlini  tutur,  böyük  qənimət  ələ  keçirir.  Lakin  bu  zaman 
Azərbaycan  və  İranda  xalq  üsyanları  başlayır.  Aclıq  səviyyəsinə  gətirilən  xalq 
silaha sarılmış və bir zamanlar böyük hörmətlə qarşılanan Nadirə qarşı mübarizəyə 
başlamışdı.  Üsyanların  yatırılması  zamanı  tətbiq  edilən  qəddar  üsullar  əslində 
əhalini daha da qızışdırırdı. Azərbaycanda Nadir şahın əleyhinə on güclü üsyanlar 
Şəkidə,  Car  vilayətində,  Şirvanda  qalxmışdı,  onun  cəza  qoşunlarına  ciddi 
müqavimət göstərilmişdi. 

111 
 
Üsyanların  biri  zamanı  Nadir  şahın  qardaşı  Azərbaycanda  öldürüldü  və 
Nadir şah Azərbaycana sanki düşmən ölkəyə edilən yürüşlərə bənzər hərbi yürüşlər 
etməyə  başladı.  Pərakəndə  kəndli  üsyanları  getdikcə  mütəşəkkil  hal  alır,  onların 
başında  feodallar  dayanırdı.  1744-cü  ildə  Nadir  şahın  Şəki  üsyanını  yatıra 
bilməməsi bütün  dövlətdə böyük  əks-səda doğurmuş, digər ərazilərdə də üsyanlar 
genişlənmişdi. 
Nadir  şah  Əfşar  1747-ci  ildə  Xorasanın  Xabuşan  vilayətinin  Xoşab 
kəndində  öz  düşərgəsində  sui-qəsd  nəticəsində  öldürülmüşdür.  Onun  ölümündən 
sonra dövləti zəifləmiş, Azərbaycanda müstəqil xanlıqlar yaranmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

112 
 
Hacı Çələbi xan 
   (? - 1755) 
 
 
 
Hacı  Çələbi  xanın  dəqiq  doğum 
tarixi  məlum  deyil.  O,  qədim  Azərbaycan 
şəhəri  Şəkidə  zadəgan  ailəsində  anadan 
olmuşdur.  Atası  Qurban  xan  əslən  orlat 
türk  tayfasından  imiş.  Tarixi  mənbələrə 
görə, bu tayfanın başçıları XIV əsrin sonu 
-  XV  əsrdən  başlayaraq  Şəki  feodal 
qurumunun  hakimləri olmuşlar. XIV  əsrin 
sonlarında  Şəki  hakimi  Seyid  Əli  xan 
Əmir Teymura qarşı vuruşmuş, işğalçılara 
14  il  müqavimət  göstərmiş  Naxçıvanın 
Əlincə  qalasının  qəhrəman  döyüşçülərinə 
gizli 
yollarla 
əsgər, 
ərzaq, 
silah 
göndərmişdir.  Elə  özü  də  Əlincə 
yaxınlığında  döyüşdə  həlak  olmuşdur.  Onun  oğlu  Seyid  Əhməd  xan  o  dövrkü 
Şirvan  hökmdarı  şirvanşah  I  İbrahimin  müttəfiqi  olmuş,  onunla  bərabər 
Teymurilərə,  sonra  isə  Qaraqoyunlulara  qarşı  mübarizə  aparmışdır.  Sülalənin 
növbəti nümayəndəsi Dərviş Məhəmməd xan mərkəzləşmiş dövlət yaradan Səfəvi 
hökmdarı  I  Təhmasibə  qarşı  müharibə  aparan  Şirvanşahlara  köməklik  etmiş, 
sonralar  isə  özü  də  qızılbaşlarla  vuruşmuş  və  döyüşdə  həlak  olmuşdur.  XVI  əsrin 
ortalarında Şəki feodal qurumu ləğv edilsə də, sülalənin nümayəndələri yerli hakim 
kimi nüfuzlarını saxlamışdılar. 
Hacı  Çələbi  xanın  uşaqlıq  və  gənclik  illəri  haqqında  məlumat  çox  azdır. 
Məlumdur  ki,  silah  işlətmək,  qoşunlara  başçılıq  etməkdən  başqa,  ona  tarix, 
ədəbiyyat,  digər  elmlər  barədə  müfəssəl  məlumat  verilmişdi.  Şəxsi  mütaliəsi 
sayəsində  biliklərini  artıran  Hacı  Çələbi  xan  xalq  arasında  böyük  hörmət 
qazanmışdı.  XVIII  əsrin 30  -  40-cı  illəri bütün  Azərbaycan, o cümlədən də  onun 
ayrılmaz  hissəsi  olan  Şəki  üçün  ağır  keçmişdir.  Belə  ki,  20-ci  illərdə  xalq 
tərəfindən dəstəklənən və Azərbaycanı həm osmanlılardan, həm də ruslardan azad 
edən Nadir xan Əfşar Səfəvi dövlətini ləğv etdikdən sonra özünü şah elan etmiş və 
mənasız  işğalçı  müharibələr  aparmağa  başlamışdır.  Ölkənin  bütün  var-dövləti  bu 
müharibələrə sərf edilir, zəbt olunmuş ölkələrdən ələ keçirilən qənimətlər isə saray 
əyanlarına  xərclənirdi.  Xalq  etiraz  etməyə  başlasa  da,  onların  çıxışları 
amansızcasına yatırılırdı. Azərbaycanı idarə edən və qəddarlığı ilə seçilən Nadirin 
Azərbaycan tarixinə təlatümlü, qanlı-
qadalı dövr    kimi  yazılmış  XVIII  əsr   bir  çox 
qəhrəmanlar,  görkəmli  dövlət  xadimləri  və 
sərkərdələr  yetişdirmişdir.  Onlardan    biri  də 
Şəki  xanı  Hacı  Çələbi  xan  olmuşdur.    İlk 
Azərbaycan  xanlığının banisi Hacı Çələbi xan 
tarazlaşmış daxili və xarici siyasət yürütməklə 
Azərbaycan  torpaqlarını  xarici  düşməndən 
qorumuşdur. O, feodal pərakəndəliyinin xalqın 
birliyi  və  taleyi  üçün  təhlükəli  olmasını  yaxşı 
anlayır və ölkəni birləşdirməyə çalışırdı. Onun 
bu  səyləri  nəticə  verməsə  də  hər  halda,  o, 
Azərbaycanda    vahid  dövlətin  qurulmasını 
həyatının son anlarınadək arzulamışdır.  
Azərbaycan tarixində Hacı Çələbi xanın adı 
görkəmli dövlət xadimi və bacarıqlı sərkərdə 
kimi çox layiqli yer  tutmuşdur. 

113 
 
qardaşı  İbrahim  xan  xalq  üsyanlarının  birində  öldürüldükdən  sonra  isə  Nadir 
üsyançılara divan tutur, onlara qarşı köçürmə siyasəti həyata keçirirdi. 
 
Şəkini  idarə  etməyi  Nadir  şah  Məlik  Nəcəf  adlı  birisinə  həvalə 
etmişdi.  Bu  şəxs  əhalini  talayır,  var-dövlətini  əlindən  alırdı.  Əlacsız  qalan  xalq 
Hacı Çələbiyə müraciət edib, ondan məsələni həll etməyi xahiş edir. Hacı 
Çələbi  Məlik  Nəcəflə  danışsa  da,  bu  bir  nəticə  vermir.  Vəziyyətin 
kəskinləşdiyini  və  xalqın  üsyana  hazırlaşdığını  görən  Məlik  Nəcəf  Nadir  şaha 
məktub yazır, özünün ədalətli hakim olduğunu, Hacı Çələbinin isə xalqı korladığını 
bildirir.  Nadir  şah  hər  ikisini  sarayına  çağırır.  Sarayda  onların  heç  şikayətlərinə 
belə  qulaq  asmadan  Hacı  Çələbinin  boynuna  kəndir  keçirtdirir.  Çələbi  onu 
dinləməyi şahdan xahiş edir. O, Məlik Nəcəfin bütün əməlləri haqqında danışır və 
Nadir şah onu buraxmağı əmr edir. Lakin Məlik Nəcəf cəzalandırılmır və yenidən 
Şəki hakimliyi vəzifəsində təsdiq olunur. Hacı Çələbi isə onun 
vəkili  təyin  edilir.  Uzaqgörənlik  nümayiş  etdirən  Nadir  şah  əyanlarına 
deyir: "Mənim hüzurumda heç kim səsini çıxarmağa cürət etmədiyi halda, bu şəkili 
boynuna ip keçirilməsinə baxmayaraq cəsarətlə şikayətlərini çatdırdı. Görərsiniz, o 
nəsə törədəcək". 
1743-cü  ildə  Şəkiyə  qayıtdıqdan  sonra  daha  da  azğınlaşan  Məlik  Nəcəf 
ondan şikayət edənlərə divan tutmağa başlayır və belə şəraitdə xalq silaha sarılır. 
Kortəbii  halda  başlanan  üsyan  nəticəsində  Məlik  Nəcəf  və  onun  adamları 
öldürülür, Hacı Çələbi üsyana başçılığı öz üzərinə götürür. O, baş verənlər barədə 
Nadir şaha xəbər göndərir və bütün günahın şahın və onun adamlarında olduğunu 
göstərir. Beləliklə, Hacı Çələbi xan Şəkini müstəqil xanlıq, özünü isə onun başçısı 
elan  edir.  1744-cü  ildə  Nadir  şah  güclü  qoşunla  Şəkiyə  hücum  edir.  O,  asanlıqla 
üsyanı  yatıracağını  düşünürdü.  Lakin  əhali  şəhəri  tərk  etmiş  və  əvvəlcədən 
möhkəmləndirdiyi Kiş, "Gələsən-görəsən" qalaları və dağ sığınacaqlarında mövqe 
tutmuşdu. Hamı azadlığını qorumaq əzmində idi və Hacı Çələbi bu əzmi daha da 
möhkəmləndirirdi.  İstehkamlar  bir-  birləri  ilə  yeraltı  yollarla  əlaqə  saxladığından 
Nadir  şah  onlan  tuta  bilmirdi.  Odur  ki  4  aylıq  mühasirədən  sonra  geri  çəkilməyə 
məcbur olur. Asiyanın on möhtəşəm sərkərdələrin 
dərqulu
 xan Naxçıvanlı, Qasım 
xan Qaradağlı, Şahverdi xan Gəncəli gürcü çarlarına həddindən artıq inanıb qoşun 
gətirmirlər.  Nəticədə  onlar  çarlar  tərəfindən  xaincəsinə  əsir  alınırlar.  Əsirləri 
götürüb  Gürcüstana  qayıdan  çarlar  onları  ağır  şərtlər,  ilk  növbədə  Azərbaycan 
torpaqları  müqabilində  buraxmaq  fikrindəydilər.  Lakin  Hacı  Çələbi  xan  bunun 
qarşısını alır. Belə ki, o, Qızılqaya müşavirəsi haqqında eşidibmiş və düşmənlərin 
birləşmiş  qoşunlarının  yürüşünü  gözlədiyinə  görə  qoşunları  ilə  bərabər  döyüşə 
hazırlaşıbmış. Baş vermiş hadisədən xəbər tutan Çələbi xan şəxsi münasibətlərini 
bir  kənara  qoyub  Azərbaycan  naminə  onlan  xilas  etmək  qərarına  gəlir.  Bəzi 
məsləhətçiləri  hər  şeyi  götür-qoy  edib,  məsləhətləşmələr  aparmaq  təklifi  ilə  çıxış 

114 
 
etdikdə  isə  xan  deyir:  "Nə  məsləhət  görürsunüz-görün,  təki  bu  məsləhət  Kürü 
keçməklə bağlı olsun". Bununla o işarə edirdi ki, xanları azad etməkçün Kür çayını 
keçmək  lazımdır  və  bunu  vaxt  itirmədən  eləmək  lazımdır.  Beləliklə,  Şəki 
xanlığının  qoşunları  gürcü  qoşunlarının  ardınca  sürətlə  hərəkət  edir.  Xan  Şəmkir 
yaxınlığında gürcü qoşunlarına çatır və baş vermiş döyüşdə onları darmadağın edir. 
Bütün  əsirlər  azad  olunur,  Şəki  qoşunları  gürcüləri  Tiflisin  3  kilometrliyinədək 
təqib  edirlər.  Bununla  gürcü  çarlarının  Azərbaycan  torpaqlarına  yürüşlərinə  son 
qoyulur. 
Hacı Çələbi xan 1755-ci ildə Şəkidə vəfat edib və orada dəfn olunub. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

115 
 
Olduqca 
çətin 
hərbi-siyasi 
dövrdə  Qarabağda  hakimiyyətə  gəlmiş 
İbrahimxəlil 
xan 
çox 
mürəkkəb 
vəziyyətlərdə diplomatik fəndlər hesabına 
bu 
əzəli 
Azərbaycan 
torpaqlarını 
ölkəmizin  tərkibində  qoruyub-saxlaya 
bilmiş  və  sonda    bu  fəndgirliyin  qurbanı 
olmuşdur. 
Ermənilər 
və 
onların 
havadarlarının  Qarabağa  işğalçı  yürüşləri 
məz  XVIII  əsrin  sonu  –  XIX    əsrin 
əvəllərində başlamışdı 
Azərbaycan  tarixinə  İbrahimxəlil  xan 
Qarabağlı  görkəmli  dövlət  xadimi,  
diplomat 
və 
sərkərdə 
kimi 
daxil 
oşmuşdur.
 
 
İbrahimxəlil xan Qarabağlı  
(1726-1806) 
Nadir  şahın  ölümündən  sonra  1747-ci  ildə  Azərbaycanda  müstəqillik 
uğrunda  hərəkat  genişlənir.  Qarabağa  qayıdıb  burada  möhkəmlənən  Pənahəli  bəy 
Cavanşir müstəqil xanlığın əsasını qoyur. Qarabağın Sancalı kəndinin türk tayfası 
cavanşirlər  nəslindən  olan  Pənahəli  xan  gənc  yaşlarından  igidlikdə  ad  çıxarmış, 
Nadir  şahın  qoşunlarında  xidmət  etmişdi.  Tərəfdarlarını  ətrafına  toplayaraq 
müstəqil  dövlət  yaratmağa  başlayan  Pənahəli  xan  qısa  müddət  ərzində  Qarabağ 
xanlığını  güclü  xanlıqlardan  birinə  çevirdi.  Ona  Qarabağın  təkcə  türk-müsəlman 
əhalisi  deyil,  həm  də  alban-mənşəli  Xaçın  məlikliyi  və  erməni  mənşəli  Vərəndə, 
Dizaq,  Gülüstan,  Çiləbörd  məliklikləri  də  tabe  oldu.  Bu  ermənilər  Nadir  şah 
tərəfindən  Azərbaycan  torpaqlarına  köçürülmüşdülər,  azsaylı  olduqları  üçün 
azərbaycanlı  müsəlman  əhali  onlara  öz  torpaqlarında  yer  ayırmışdı.  O  zaman 
erməniləri  məzlum  xalq  kimi  qəbul  edən  azərbaycanlılar  necə  böyük  səhv 
buraxdıqlarını hələ bilmirdilər. 
Pənahəli xan Bayat, Şahbulaq və Şuşa qalalarını inşa etməklə Qarabağda 
özünə  dayaq  nöqtələri  yaratdı,  1748-ci  ildə  İran  hökmdarı  Adil  şah  onu  müstəqil 
xan  kimi  tanıdı.  Artıq  bu  zaman  erməni  xisləti  özünü  göstərməyə  başladı.  Lakin 
Pənahəli  xana qarşı çıxan erməni  məlikləri  məğlub edildilər və xana tabe oldular. 
İranda hakimiyyətə gəlmək iddiasında olan Məhəmməd Həsən xan Qacar 1757-ci 

116 
 
ildə Qarabağa hücum etdi. Pənahəli xan Şuşanın güclü  müdafiəsini təşkil etməklə 
bərabər, düşmən üzərinə hücuma da keçdi. Böyük itkilər verən Məhəmməd Həsən 
xan  Azərbaycanı tərk etməli  oldu. Ondan  sonra Qarabağa  Urmiya xanı  Fətəli  xan 
Əfşar  da  hücum  etdi.  Əvvəlki  döyüşlərdən  sonra  öz  qüvvələrini  bərpa  etməyə 
imkan tapmayan Pənahəli xan 8 ay müdafiə olunsa da, sonda Fətəli xandan asılılığı 
qəbul  etdi.  Lakin  bu  asılılıqdan  yaxa  qurtarmaqçün  Fətəli  xanın  düşməni  İran 
hakimi  Kərim  xan  Zəndlə  birləşdi.  Müttəfiqlərin  birləşmiş  qoşunları  ağır 
döyüşlərdən sonra Fətəli xan Əfşarı məğlubiyyətə uğratdılar. 
Kərim  xan  öz  müttəfiqlərini  paytaxtı  Şiraza  qonaqlığa,  qələbəni  qeyd 
etməyə  çağırır.  Lakin  Şiraza  gəldikdə  onları  həbs  edib  tabe  olmağı  tələb  edir. 
Tariximizə "Şiraz qonaqlığı adı ilə düşmüş bu hadisə 1765-ci ildə baş vermişdir və 
azərbaycanlılara  bir  daha  dərs  olmuşdur  ki,  siyasətdə  qonşuluq  və  dostluq 
münasibətlərinə ehtiyatla yanaşmaq lazımdır. 
Lakin  Kərim  xanın  hiyləgərliyi  onun  istədiyi  nəticəni  vermədi.  Belə  ki, 
yürüşə yollananda Pənahəli xan oğlu İbrahimxəlil xanı öz yerinə müvəqqəti hakim 
qoymuşdu.  O  qorxurdu  ki,  atasını  xilas  etmək  istəyən  İbrahimxəlil  xan  Kərim 
xanın  tələbi  ilə  razılaşar  və  Qarabağı  İrana  tabe  edər.  Odur  ki  Qarabağın 
müstəqilliyini  canından  artıq  tutan  Pənahəli  xan  özünü  Şirazda  öldürür.  Onun  bu 
hərəkəti hamını, hətta Kərim xanı da heyrətləndirir və o, İbrahimxəlil xanı müstəqil 
hakim kimi tanıdığını bildirir və Pənahəli xanın cəsədini Qarabağa göndərir. 
1763-cü ildən Qarabağı idarə edən İbrahimxəlil  xan bir çox problemlərlə 
üzləşmişdir.  Onun  doğma  qardaşı  Mehrəli  bəy  qonşu  xanlıqlar  tərəfindən 
şirnikləndirilərək  dəfələrlə  qanuni  xana  qarşı  çıxmış,  xanlıqda  ikihakimiyyətlilik 
yaratmışdı.  İbrahimxəlil  xanın  gördüyü  tədbirlər  nəticəsində  xanlıqdan 
uzaqlaşdırılan Mehrəli bəy öz hərəkətlərindon əl çəkməmişdi və yalnız 1785-ci ildə 
vəfat etdikdən sonra ikitirəlik təhlükəsi aradan qalxmışdı. 
Ölkədə  baş  qaldırmaq  istəyən  separatçı  feodallar  da  məğlub  edilir, 
xanlığın  ərazisində  quldur  basqınlarına  son  qoyulur.  Pərakəndəliyin  Azərbaycana 
necə  böyük  ziyan  vurduğunu  görən  İbrahimxəlil  xan  birləşdirici  siyasət  həyata 
keçirməyə  başlayır.  Onun  tədbirləri  nəticəsində  Naxçıvan,  Gəncə  və  Təbriz 
xanlıqları Qarabağın müttəfiqinə çevrilir. 
Azərbaycanda  vahid  dövlət  yaranacağından  qorxan  Rusiya  İbrahimxəlil 
xanın  getdikcə  artan  nüfuzundan  ehtiyat  etməyə  başlayır.  Rusiyanın  göndərdiyi 
emissarlar  Qarabağ  ərazisində  yaşayan  ermənilərin  başçıları  –məliklərlə  əlaqə 
qurur,  onlara  İbrahimxəlil  xan  məğlub  edilərsə  Qarabağda  erməni  dövləti 
qurulacağını  vəd  edirlər.  Nəticədə  1781-ci  ildə  Qarabağın  erməni  məlikləri 
İbrahimxəlil xana qarşı qiyam qaldırırlar. Mənşəcə alban olan Xaçın məliyi xristian 
olmasına  baxmayaraq,  İbrahimxəlil  xana  xəyanət  etmir  və  onun  tərəfini 
saxlayacağını bildirir. 

117 
 
Sürətlə  hərəkət  edən  İbrahimxəlil  xan  qoşunları  ilə  qiyamçıları  məğlub 
edir,  dayaq  məntəqələrini  ələ  keçirir.  Məlum  olur  ki,  onların  arxasında  Rusiya 
emissarları  dayanır,  katolikos  İoahannes  isə  dini  ədavəti  ortaya  salmaq  istəyir  ki, 
xristian  dövlətləri  Qarabağ  xanına  qarşı  yürüşə  başlasınlar.  Lakin  İbrahimxəlil 
xanın  qətiyyətli  tədbirləri  bu  planların  qarşısını  alır.  Bir  neçə  məlik  və  katolikos 
həbs edilir, digərləri Tiflisə qaçırlar. Düşmənlərini  məğlub edən İbrahimxəlil xan, 
bununla belə, ərazisində yaşayan adi, zəhmətkeş xristianlara toxunmur, ermənilərə 
qarşı heç bir repressiya xarakterli tədbir həyata keçirmir. 
İbrahimxəlil  xan  yüksək  diplomatik  məharət  göstərərək  Rusiya  ilə 
danışıqlara  başlayır.  O,  Rusiyanın  Qarabağda  erməni  dövləti  yaratmaq  niyyətini 
başa  düşsə  də,  onunla  əlaqələri  münaqişə  həddinə  çatdırmamağa  çalışır.  Bu  işdə 
Qarabağ  xanlığının  vəziri  məşhur  Azərbaycan  şairi  və  görkəmli  dövlət  xadimi 
Molla  Pənah  Vaqifin  böyük  əməyi  olmuşdur.  Rusiya  imperatriçəsi  II  Yekaterina 
üzdə  Qarabağın  müstəqilliyini  tanımış,  xan  və  onun  vəzirinə  böyük  hədiyyələr 
göndərmiş, lakin əslində öz mənfur niyyətindən əl çəkməmişdi. 
Belə ki, 1787-ci ildə Rusiya  - Osmanlı  münasibətləri pisləşəndə Qafqaza 
əlavə  qoşunlar  göndərən  Rusiya  Qarabağ  xanlığını  zəbt  etmək  qərarına  gəlir. 
Gürcü  çarı  II  İrakli,  onunla  birlikdə  olan  və  əvvəllər  xanın  qəzəbindən  Tiflisə 
qaçmış  erməni  məlikləri  və  polkovnik  Burnaşovun  başçılığı  ilə  rus  qoşunları 
Gürcüstan  tərəfdən  Qarabağ  xanlığına  yürüşə  başlayırlar.  Bu  yürüş  tarixi 
sənədlərdə  "Qarabağ  xanlığına  qarşı  xaç  yürüşü"  adlandırılır.  İbrahimxəlil  xan 
bütün  qüvvələrini  səfərbər  edir.  Şimali  Azərbaycan  xanları  ona  kömək 
edəcəklərinə  söz  vermişdilər  və  qoşunlarını  da  hazır  vəziyyətə  gətirmişdilər. 
Üstəlik,  Rusiya  -  Osmanlı  müharibəsi  cəbhələrində  işlər  heç  də  Rusiyanın 
arzuladığı kimi getmirdi. Odur ki imperiya rəhbərləri Qafqazda yeni cəbhə açmağa 
cürət etmədilər. İbrahimxəlil xanın müdafiə olunmaq əzmi, Azərbaycan xanlarının 
birlikdə  vuruşmaq  istəyi,  Rusiya  -Osmanlı  müharibəsinin  uzanması  "xaç 
yürüşü"nün  yarımçıq  dayandırılmasına  və  işğalçı  qoşunların  geri  çəkilməsinə 
səbəb  oldu.  Rusiya  və  Gürcüstan  Qarabağ  xanlığı  ilə  dostluq  əlaqələri  qurmaq 
istəyini bildirdi və İbrahimxəlil xan onların bu təkliflərini qəbul etdi. 
İbrahimxəlil  xanın  hakimiyyəti  illərində  Qarabağ  xanlığı  güclənmiş, 
xanlığın  ərazisi  xeyli  genişlənmişdi.  İranda  hakimiyyətə  gəlmiş  Ağa  Məhəmməd 
xan  Qacar  1795-ci  ilin  yayında  Qarabağa  hücum  edib  Şuşa  şəhərini  mühasirəyə 
alır.  Lakin  o  burada  güclü  müqavimətlə  üzləşir.  33  günlük  mühasirədən  sonra 
müvəffəqiyyət qazanmayan xan qoşununu çəkib Gürcüstana basqına gedir. 1797-ci 
ildə İbrahimxəlil xanın Şuşadan kənarda olmasından istifadə edən Ağa Məhəmməd 
xan  Qacar  yenidən  Qarabağa  hücum  edir  və  Şuşanı  tutur.  Lakin  burada  ona  qarşı 
sui-qəsd  təşkil  olunur  və  o  öldürülür,  qoşunu  isə  Qarabağdan  çəkilir.  Şuşaya 
qayıdan İbrahimxəlil xan yenidən hakimiyyəti ələ alır. 

118 
 
XIX  əsrin  əvvəllərində  bir  tərəfdən  Rusiya  böyük  qoşunla  Azərbaycanın 
işğalına  başlayanda,  digər  tərəfdən  isə  İran  qoşunları  Azərbaycan  sərhədlərində 
cəmləşəndə  İbrahimxəlil  xan  qonşu  Azərbaycan  xanlarını  vahid  ittifaq  yaratmağa 
sövq  edə  bilmədi.  Öz  şəxsi  mənafeyindən  çıxış  edən,  şəxsi  ədavətlərindən  yaxa 
qurtara  bilməyən  xanlar  pərakəndə  siyasət  yürüdürdülər.  Belə  şəraitdə 
müqavimətin  azərbaycanlı  əhalinin  qırğını  ilə  nəticələnəcəyindən  qorxan 
İbrahimxəlil xan Rusiya ilə danışıqlara başladı. 1805-ci il mayın 14-də o, Kürəkçay 
müqaviləsini  imzalamaqla  Rusiyanın  himayəsini  qəbul  etdi.  Hakimiyyətini 
qoruyub-saxlayan  və  Rusiyanı  mövcudluğu  ilə  hesablaşmağa  məcbur  edən  xan 
Qarabağın  erməniləşdirilməsi  siyasətinə  qarşı  çıxır,  onun  əzəli  Azərbaycan 
torpaqları  olmasını  sübut  edirdi.  Xanla  müqavilə  imzalayan,  onun  hakimiyyətini 
tanıyan  imperiya  onun  mövcudluğundan  əziyyət  çəkməyə  başlayır  və  planlarını 
həyata  keçirə  bilmirdi.  Nəticədə  ilk  qalmaqal  yaranan  kimi  xanı  öldürmək  qərarı 
qəbul  edilir.  1806-cı  ildə  İran  qoşunu  Qarabağ  tərəfə  hərəkət  etməyə  başladıqda 
İbrahimxəlil  xan  və  onun  ailəsi  mayor  Lisaneviçin  rus  dəstəsi  və  onlara  kömək 
edən erməni məlikləri tərəfindən öldürülür. 
 
 

119 
 
XVIII 
əsrin 
II 
yarısında 
Azərbaycan  vahid    dövlət  çərçivəsində 
birləşdirməyə 
can 
 
atan 
dövlət 
xadimlərindən  biri  də  Qubalı  Fətəli  xan  
olmuşdur. 
Şimal-Şərqi 
Azərbaycanı 
bütövlüklə  və  Azərbaycanın  mərkəzi 
vilayətlərini  qismən  birləşdirən  Fətəli 
xan 
ağır 
hərbi-siyasi 
şəraitdə 
mərkəzləşmiş 
dövlət 
yaratmağa  
çalışmışdır. Uğursuzluqla nəticələnsə də, 
keçirdiyi 
tədbirlər 

dövr 
üçün  
mütərəqqi xarakter  daşımışdır. 
Qubalı  Fətəli  xanın  adı  mərkəzləşmiş 
vahid  dövlət    yaratmağa  çalışan  dövlət  
xadimi  və  görkəmli  sərkərdə  kimi 
Azərbaycan  tarixində  daim  öz    layiqli 
yeri tutacaqdır.
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin