Seçilmiş əsərləri


AYSUNUN, HUMAYIN, GÜNAYIN



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə107/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   103   104   105   106   107   108   109   110   ...   147
 


 

382


AYSUNUN, HUMAYIN, GÜNAYIN,  

YALÇININ VƏ NIGARIN NAĞILLARI 

 

 

BALACA QIRMIZI ÇIÇƏK 



 

Balaca Qırmızı Çiçəyin bir gün yaşı var idi. Bircə gün idi ki, Balaca Qırmızı 

Çiçəyin qönçəsi açmışdı. Qıpqırmızı  xırdaca ləçəkləri lap nazik idi. Elə nazik ki, 

kəpənək qonsaydı  əzilərdi. Buna görə  də  kəpənəklər o Balaca Qırmızı Çiçəyin 

ləçəklərinə qonmurdu, kəpənəklər istəmirdi ki, o ləçəklər əzilsin, uçub gedib başqa 

güllərə, başqa çiçəklərə qonurdu. 

Kəpənəklər özləri də çox yüngül idi, qırmızı idi, ağ idi, sarı idi, adam o 

rəngbərəng kəpənəklərə baxdıqca baxmaq istəyirdi. Buna görə də kəpənəklər başqa 

güllərə, başqa çiçəklərə qonub Balaca Qırmızı Çiçəyə baxırdı, Balaca Qırmızı 

Çiçəyin yüngüllüyünü hiss edirdi, qıpqırmızı xırdaca ləçəklərinin zərifliyini görürdü 

və kəpənəklər də dünyada belə gözəl qırmızı çiçək olduğu üçün sevinirdi.  

Həmin gün elə bil ki, günəş də sevinirdi, şüaları bütün çəməni qızdırırdı. Həmin 

gün çəməndəki güllərin, çiçəklərin rəngləri də sevinirdi, qırmızı göyə qarışmışdı, 

göy sarıya, sarı yaşıla, yaşıl məxməriyə qarışmışdı  və elə bil ki, həmin gözəl yaz 

günündə çəməndəki bütün rənglər gülürdü.  

Bülbüllər də  çəmənin sevinən rənglərinə baxırdı  və gözəl nəğmələr oxuyurdu. 

Bülbüllərin həmin yaz günündəki nəğmələri dünyanın yaxşı  işlərindən, gözəl 

hadisələrindən xəbər verirdi, anaların laylasından, uşaqların yuxusundan deyirdi. 

Günəş də, güllər də, çiçəklər, kəpənəklər, bülbüllər də sevinirdi, təkcə... təkcə o 

Balaca Qırmızı Çiçək qəmgin idi. 

Balaca Qırmızı Çiçəyin zərif çiçəkləri gülə bilmirdi, onlar da o qədər incə  və 

zəif idilər ki, həmin isti, günəşli yaz günü, hətta bir az üşüyürdülər də. 

O qırmızı çiçəyin yanında Böyük Sarı Gül bitmişdi. Çəməndə bütün güllər

çiçəklər, otlar Böyük Sarı Gülə hörmət edirdi. Böyük Sarı Gül hər şeyi bilirdi, hər 

şeydən xəbərdar idi. Çəməndə güllərin, çiçəklərin nə sualı olsaydı, Böyük Sarı Gülə 

verərdi. Çünki Böyük Sarı Gülün yaşı çox idi; Böyük Sarı Gülün qönçələri artıq düz 

yeddi gün idi ki, açmışdı. 

Böyük Sarı Gül Balaca Qırmızı Çiçəyə baxdı, qıpqırmızı incə  ləçəklərdəki 

qəmginliyi gördü və dedi: 

– Bu gün gözəl gündür... Bütün çəmənimiz sevinc içindədi... Bəs sən nə üçün 

sevinmirsən? Nə üçün günəşin şüaları ilə qızınmırsan? Sən nə üçün qəmginsən? 

Balaca Qırmızı Çiçək zəif, incə ləçəklərini yüngülcə qaldırıb Böyük Sarı Gülə 

baxdı və nazik, titrək səsi ilə dedi: 

– Bax, o balaca qızın anası var... Bax, o balaca buzovun anası var. Bax, balaca 

bülbülün anası var... Bəs niyə mənim anam yoxdur? 

Anası balaca qızını qucağına alıb çəməndəki cığırla kəndə tərəf gedirdi. 

Inək buzovu yanına salıb qarşı dağın döşündən keçirdi. 

Bülbülün balaları  çəmənə bitişik ağaclıqda başlarını yuvalarından qaldırıb 

analarının səsinə səs verirdi.  

Böyük Sarı Gül o balaca qızın anasına, o ana bülbülə, o inəyə baxdı, gülümsədi, 

sonra, elə bil, daha da mehribanlaşdı. Balaca Qırmızı Çiçəyə dedi: 



 

383


– Sən hələ balacasan. Ona görə  də  hələ çox şey bilmirsən... Sənin anan 

torpaqdır. Mənim də, bütün güllərin, çiçəklərin də, bax, o böyük ağacları görürsən, 

onların da anası torpaqdır.  

Sonra Böyük Sarı Gül göz işlədikcə uzanan düzlərə, çəmənlərə baxdı və yenə də 

Balaca Qırmızı Çiçəyə dedi: 

– Bax, görürsən, bizim anamız torpaq necə böyükdür, necə genişdir? 

Balaca Qırmızı Çiçək də geniş çöllərə, düzlərə baxdı. 

Əlbəttə, Balaca Qırmızı Çiçək sevinirdi ki, onun da anası var. Sevinirdi ki, onun 

anası belə böyükdür, belə güclüdür. 

Amma... amma o sevincdə Balaca Qırmızı Çiçəyin özü kimi lap yüngül, lap 

zərif bir qəmginlik var idi, çünki Balaca Qırmızı Çiçək istəyirdi ki, onu da anası 

qucaqlaya bilsin, xırdaca ləçəklərini öpsün... 

 

 

 



 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin