Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə104/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   100   101   102   103   104   105   106   107   ...   147
 

 

MƏN LALƏ ISTƏYIRƏM 

 

Lalə elə balacadı, elə balacadı, elə balacadı, lap bir cıqqılı. Lalə mənim bacımdı.  



Nənəm deyir: 

Mənim Laləm, Laləciyim... 

Mən deyirəm: 

– Nənə, Lalə mənimdi! 

Nənəm deyir: 

– Yaxşı, Səlim, sənindi... 

Amma sonra yadından çıxır. Yenə deyir: 

– Mənim Laləm, Laləciyim... 

Anam deyir: 

– Lalə qızım, qəşəng qızım, mənim qızım... 




 

379


Mən deyirəm: 

– Ana, Lalə mənimdi! 

Anam deyir: 

– Yaxşı, Səlim, sənindi... 

Amma sonra yadından çıxır. Yenə deyir: 

– Lalə qızım, qəşəng qızım, mənim qızım... 

Atam da belə deyir. Babam da belə deyir. Axı, belə olmaz. Axı, Lalə mənimdi.  

Yaxşı hirsləndirdiniz məni, baxarsız!.. Mən də gedərəm Firudin əmidən özümə 

başqa Lalə alaram. 

Firudin  əmi bizim həyətdə süd satır, özü də  mənim dostumdu. Mən ona 

deyirəm: 

Firudin əmi, mənə Lalə ver. 

Firudin əmi deyir: 

– Lalə? Laləni neyləyirsən, Səlim? 

Mən deyirəm: 

Istəyirəm ki, mənim özümün Laləm olsun! 

Firudin əmi deyir: 

– Yaxşı, Səlim, əgər tapsam, sabah sənə lalə gətirərəm.  

Sabah Firudin əminin yanına gəlirəm. Mən deyirəm: 

– Salam, Firudin əmi, mənə Lalə gətirdin? 

Firudin əmi deyir: 

– Gətirdim, Səlim, güclə tapdım, al. 

Firudin əmi mənə bir dənə qırmızı gül verir. Mən deyirəm: 

– Bu nədi? 

Firudin əmi deyir: 

– Lalədi. Yavaş götür, dağılmasın. Lalənin ləçəkləri çox zərif olur. 

Eh, Firudin əmi gör mənə nə gətirib?! Gül!.. 

Mən deyirəm: 

– Firudin əmi, mən belə lalə istəmirəm... 

Firudin əmi deyir: 

– Bəs, sən nə cür lalə istəyirsən, Səlim? 

Mən deyirəm: 

– Mən bacım Lalədən istəyirəm. 

Firudin əmi bərkdən gülür. Sonra deyir: 

– Ay səni, Səlim! 

Yenə mənə gülürlər. Heç belə də iş olar? 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin