Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə34/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   30   31   32   33   34   35   36   37   ...   147
Havanın temperaturu: 440. 

 «Tu-154»ün təyyarəçi kabinəsi. 

 Mühəndis generatorların mühafizəsi sistemini  yoxlayır. 

 

Komandir. Bakı! Bakı! 85 510. 85 510. Elektrik şəbəkəsinin mühafizə avtomatları generatorları  



söndürüb. 

 Elektrik şəbəkəsinin mühafizə avtomatları generatorları söndürüb. Enməyə davam edirəm.  

 



 

220


Sən birdən-birə bir çağa çığırtısı eşitdin və əvvəlcə elə bildin ki, həmin çağadır – 

arvadların Süleyman peyğəmbərin yanına gətirdiyi çağa, sonra sənə elə  gəldi ki, 

yox, bu çağa sənin nəvəndir, üç ildən, beş ildən sonra dünyaya gələcək nəvən 

indidən səninçün ağlayır, amma sonra başa düşdün ki, yox, bu çağa başqa çağadır. 

Sənin qulaqlarına gələn bu çağa çığırtısında nəsə tanış bir nəfəs var idi, sən o çağanı 

görmürdün, amma hiss edirdin ki, o çağa kiməsə oxşayır və  sən burasını da hiss 

edirdin ki, o çağa çığırtısı indicə səni qoynuna alıb ürəyin elə bir dərininə aparacaq 

ki, orada sənin üçün daha pis olacaq və ən yaxşısı budur ki, o çağanı tanımayasan və 

beləcə  hər  şey qurtarsın. Sənə elə  gəldi ki, indicə bir gurultu qopacaq, partlayış 

olacaq və sən rahatlanacaqsan, bundan sonra heç kimi görməyəcəksən və heç kimi 

eşitməyəcəksən. Qaranlıq içində səni bir daş parçası kimi uçuruma aparan bu sürət 

də daha əvvəlki kimi dəhşətli görünmədi, çünki sən indi canını o çağa çığırtısından 

qurtarmaq istəyirdin, çünki hiss edirdin, indicə tanıyacaqsan onu, indicə 

tanıyacaqsan və bu zaman o çağa çığırtısının müşayiəti ilə  sən  əlini taxta kimi 

qupquru sinəsinə vura-vura şivən qoparan o qarının səsini eşitdin: 

 

Altı bədöv atlı,  



Əli çərkəz qamçılı, 

Arxası dağ dəstəli, 

Çiyni zər tüfəngli, 

Gümüş xəncərli 

At bağrı çatladan, 

Düşmən bağrı yaran, 

Aslan ürəkli, 

Şir biləkli, 

Bənövşə bığlı, 

Mina boylu, 

Darvaza kürəkli, 

Gen sinəli, 

Gözü qızlar ovçusu, 

Dili qızlar elçisi, oğlum, vay!.. 

 

O qarının taxta sinəsi gömgöy göyərib qançır olmuşdu və  hər dəfə  də quru, 



dəyənəkli  əlini zərblə, yana-yana, göyərə-göyərə taxta sinəsinə vurduqca, qaxac 

barmaqlarının yeri o qançır içində ağappaq ağarırdı və sən, əlbəttə, heç vaxt ağlına 

gətirməzdin ki, o qarını beləcə yaddaşında saxlamısan, oğlunun cənazəsinin ardınca 

o qarının dəli kimi qışqıra-qışqıra dediyi sözlər beləcə beyninə hopub: 

 

Gedən qara atlı, getmə, 



Yolun uzaqdı, getmə, 

Ananın, bacının göz yaşı, 

Sənə duzaqdı, getmə, oğlum, vay!.. 

 

O qarının dediyi və indi sənin çox aydın, dəqiq eşitdiyin bu sözlər bircə anın 



içində sənin dodaqlarını səyritdi, gözlərini yaşartdı, qəhər səni boğdu, çünki sənə elə 

gəldi ki, öz anan dirilib, taxta sinəsi qançır-qançır olmuş o dəli qarı sənin anandır və 

bu sözləri səninçün deyir, amma bu lap bircə an çəkdi, çünki o çağa yenə də bərkdən 

qışqırdı və bu dəfə sən həmin çağanı da, həmin qarını da tanıdın. 

 

Saat 21.13.  

Hündürlük 7500 m.  

Sürət 800 km.  



 

221


Havanın temperaturu: – 340.  

«Tu-154»ün təyyarəçi kabinəsi. 

 

Mühəndis. Komandir, enerji şəbəkəsinin mühafizə sistemini yoxlamaq lazımdır, icazə ver, 

gedim yoxlayım. 

Komandir. Get... Bakı! Bakı! 85 510. Enməyə davam edirəm. Enməyə davam edirəm. 

 

Sən o uşağı heç vaxt görməmişdin, amma indi başa düşdün ki, bu çığıran çağa 



odur, heç vaxt görmədiyin həmin uşaqdır, atası öləndən sonra anadan olan uşaqdır 

və o dəli qarı da ölən oğlanın anası idi, sən o qarını görmüşdün, dəfn mərasimində 

görmüşdün. Sən gözlərini kip-kip qapadın, çünki taxta sinəsi qançır olmuş o qarını 

fikrinə gətirmək istəmirdin, amma ömründə cəmi bircə dəfə, özü də beş-on dəqiqəlik 

gördüyün o qarı sənin kip örtülmüş gözlərinin qabağından getmədi və sənə elə gəldi 

ki, oğlunun dəfn mərasimində  dərd  əlindən dəli olmuş o qarı qaxac barmaqlarını 

indicə sənin gözlərinin içinə soxacaq, sənin sifətini, sinəni didib-didişdirəcək və sən 

o qaranlıq içində uçurumun dibinə daha da tez düşmək istədin, sən istədin ki, 

təyyarəni indicə yerə çırpacaq o sürət daha da artsın və sən həmin qarının əlindən 

xilas olasan. 

Təyyarə titrədi və  sən elə bir nəyəsə ilişdin, kim isə  səni tutub saxladı, sənin 

ürəyində bir ümid yarandı, sən elə bildin ki, xilas oldun, kiminsə, nəyinsə  sənə 

rəhmi gəldi, amma elə həmin andaca sən qorxdun ki, belə bir rəhmə layiq deyilsən, 

səni saxlayıb baxacaqlar və yenə də tullayacaqlar, atacaqlar və doğrudan da elə bil 

ki, səni yenə  də uçuruma atdılar və  sən o dəhşətli sürətlə uçurumun dibinə doğru 

getdin. Bu uçurum nə uzun imiş, bitib-tükənməzmiş  və  sənin fikrin yenə  də 

uçurumun dibinə aparan sürəti üstələdi və  sən yenə  də  dərd  əlindən dəli olmuş o 

qarını gördün. Onun oğlunun adı  nə idi? Sənin institutunda işləyirdi, nə idi adı? 

Yadına gətirə bilmədin, amma həmin oğlanın sifəti gözlərinin qabağına gəldi, o 

oğlanın arıq, saralmış, xəstə sifətini də anasının sifəti kimi tamam dəqiq, aydın 

gördün və tüklərini ürpəşdirən bir heyrət səni bürüdü: bu oğlan sənin öz cavanlığına 

çox oxşayırdı, düzdü, sifəti başqa sifət idi, amma gözləri eyni gözlər idi, daha 

doğrusu, bu gözlərin baxışı, ifadəsi eyni idi. 

O oğlan sənin institutunda, gərək ki, laborant işləyirdi, yoxsa mühasibatda 

işləyirdi? Yox, yox, laborant idi, hətta sən onun bir məqaləsini də oxuyub 

tərifləmişdin, son vaxtlar hər gün sənin qəbulunda oturub gözləyirdi, bir dəfə qəbul 

da etdin onu. Sən həmin qəbulu da indi – neçə ildən sonra tam dəqiqliyi və aydınlığı 

ilə xatırladın, daha doğrusu, yadına saldın ki, o oğlan sənin qabağında oturmağa 

cürət etməyib, ayaq üstə dayanıb, əllərinin barmaqlarını sındıra-sındıra nə isə xahiş 

edirdi, sən onun nə xahiş etdiyini yadına gətirə bilmədin, amma onun xəstə  və 

kədərli gözlərinin necə dolduğunu indi də açıq-aydın gördün və  həmin dolmuş 

gözlər bu dəm qaranlıq içində sənə baxırdı. O səndən nə xahiş edirdi? – deyəsən, ev 

məsələsi idi, hə, hə, ev məsələsi idi, sənin institutun üçün ayrılmış bir mənzil növbə 

ilə ona düşürdü, on iki il həmin mənzili gözlədiyini dedi, dedi ki, yaşaya bilmir... 

Sən nə etdin? 



 

222


Qaranlıq içində baxan o dolmuş gözlərin xəstə və kədərli işıltısı səni yandırırdı, 

əridirdi, sən sürətlə uçurumun dibinə düşürdün və sən istəyirdin ki, həmin sürət səni 

o doluxsunmuş gözlərin baxışından uzaqlaşdırsın, amma o gözlər də səninlə birlikdə 

uçurumun dibinə gedirdi. Sən daha təyyarədə olduğunu, qəzaya uğradığını yadından 

çıxarmışdın, nə komandirin sərnişinlərə müraciətini eşitdin, nə yanından ötən 

stüardessalardan xəbərin oldu, nə  də  sərnişinləri görürdün, eşidirdin, sənin üçün 

yalnız zülmət bir qaranlıq var idi və  sən bilirdin ki, indicə  hər  şey bitəcək və 

istəyirdin ki, tez olsun, bitsin hər şey, daha dözə bilmirdin. 

O səndən nə xahiş etdi? Axı, nəsə xahiş etdi səndən, nə? Hə, ev məsələsi idi, 

anası, arvadı, iki uşağı – evləri yox idi və növbə onun növbəsi idi, bəs sən nə etdin? 

Sən kimə verdin mənzili? Yadına sal, yadına sal, kimə verdin? Kərimlinin qızına 

verdin, çünki Kərimlinin qızı təzəcə ərə getmişdi, çünki Kərimlinin qızını təzəcə işə 

götürmüşdün, çünki sən sənədlərini akademiyaya vermişdin, çünki Kərimli sənə səs 

verəcək adamlardan biri idi. 

Sən yenə də bütün qüvvəni toplayıb yerindən qalxmaq istədin, özünü bu zülmət 

qaranlıqdan harasa bir yana atmaq istədin və o zaman bütün dəhşəti ilə hiss etdin ki, 

tərpənə bilmirsən, sənin içində bir çəkisizlik var idi və sən yenə də o qarını gördün, 

o qarının sözlərini eşitdin: ay kimi doğdun, gün kimi batdın, minəndə at bağrı 

yardın, saydığına salam verdin, saymadığına yan çevirdin, düşməninə dirsək 

göstərdin, qəniminə qan uddurdun; altının bədov atına, çiyninin tüfənginə, tərkinin 

dolu xurcununa, ağzının kəsərli sözünə anan qurban, ay bala! Və  sən, ancaq indi, 

səni sonu görünməyən o uçuruma aparan bitməz-tükənməz sürət və zülmət qaranlıq 

içində bütün ağrısı ilə  dərk etdin, gördün ki, sənin qəbul otağında ayaq üstündə 

dayanıb gözləri dolmuş o xəstə və kədərli oğlan anası üçün – o taxtasinəli qarı üçün 

necə çiyni tüfəngli, altı bədov atlı imiş, tərki necə dolu xurcunlu imiş. Katibə sənin 

yanına gəlib deyəndə ki, həmin xəstə  oğlan ölüb, sən  əvvəlcə bilmədin ki, söhbət 

kimdən gedir, sonra tanıdın, yadına düşdü ki, üç-dörd ay əvvəl nədən ötrüsə sənin 

yanına xahişə  gəlmişdi, sonra sən beş-on dəqiqəlik vaxt ayırıb o oğlanın dəfn 

mərasimində iştirak etdin və o zaman hamı sənə minnətdarlıqla, heyranlıqla baxırdı, 

çünki sən kimsəsiz, tanınmaz-bilinməz, bədbəxt bir adamın dəfninə gəlmişdin, sənin 

gəlişin həmin dəfn mərasiminə yaraşıq vermişdi. Bir-iki aydan sonra katibən sənə 

dedi ki, ürəyindən vəfat etmiş həmin oğlanın üçüncü uşağı anadan olub, sən əvvəlcə 

yenə  də söhbətin kimdən getdiyini xatırlaya bilmədin, sonra yadına düşdü və  sən 

doğrudan da, təəssüflə başını buladın. Nə idi o oğlanın adı? Nə idi? Hə, Zakir idi, 

tapdın, Zakir idi. Yox, Zakir o deyildi, Zakir başqası idi. 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin