Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə36/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   32   33   34   35   36   37   38   39   ...   147
EPILOQ  

 BEŞ ILDƏN SONRA 

         



      

   22 sentyabr,  

1988-ci il.  

«Bakı –Kislovodsk» qatarı.  

«SV» kupesi. 

 

Akademiyanın həqiqi üzvü, böyük Elmi Tədqiqat Birliyinin rəhbəri Mərdan 



Dadaşlı və bir sərnişin. 

– Mən sizi görən kimi tanıdım, Mərdan müəllim. Mənim üçün şərəfdir ki, sizinlə 

bir yerdə gedirəm. 

– Çox sağ olun. 

– Həqiqi sözümdür! 

– Çox sağ olun. 

– Yəqin istirahətə gedirsiz? 

– Hə. 

– Mən təyyarəyə bilet almaq istəyirdim. Sonra fikrimi dəyişdim. Elə bil ürəyimə 

dammışdı ki, sizin kimi bir adamla yol yoldaşı olacağıq, bir kupedə gedəcəyik. 


 

225


– Mən də birinci dəfədir ki, qatarla gedirəm. Arvad, uşaqlar, gəlinlər məcbur 

elədi, dedilər ki, neçə illərdir bir dəfə vaxt tapıb məzuniyyətə  çıxmısan, qatarla 

istirahət edə-edə get. Amma heyf deyil təyyarə!.. Düzdü, bir dəfə, beş-altı il bundan 

qabaq, yadımda deyil, harasa gedirdim, təyyarəmizdə işıqlar söndü. 

– Işıq söndü? Siz gülürsünüz, Mərdan müəllim, amma mən təsəvvürümə 

gətirirəm ki, necə dəhşətdi. Buna ürək davam eləməz... 

– Siz ürəyi bir elə də davamsız bilməyin. 

– Bəs, sonra nə oldu? 

– Nə olacaq? O saat düzəltdilər, qurtardı. Təyyarədən yaxşısı yoxdu... 

                                                 Avqust, 1983. 

Şüvəlan. 




 

226



Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin