Şturman. Sağa dönmək! Kursu 30 dərəcə artırmaq!
219
2-ci təyyarəçi. Bakı! Bakı! 85 510. Təyyarədə nasazlıq var. Təyyarədə nasazlıq var!
Təcili
enirik.
Birdən-birə sənin qulaqların batdı, elə bil burnun da tutuldu, sən təngnəfəs oldun
və bütün dəhşəti ilə hiss etdin ki, daha boşluq içində uçmursan, bir daş parçası kimi,
sürətlə düşürsən, elə bil ki, sıldırım qayadan qopub uçuruma gedirsən və hər tərəf
zülmət qaranlıqdır. Sən nə sərnişinlərin səsini eşidirdin, nə də stüardessanın
dediklərini və bu qaranlıq içində elə bil ki, birdən-birə öz gözlərini gördün: gözlərin
parıldayırdı, böyümüşdü, az qalırdı hədəqəsindən çıxsın və sən başa düşdün ki, artıq
hər şey bitdi, bir ucuz ölüm səni uçurumun dibinə aparırdı, sonra bir an, cəmi bircə
an sən özün özünə heyrət etdin, çünki sən bu dərəcədə qorxaq olduğunu bilməzdin
və bu kəşf səni sarsıtdı, sənə elə gəldi ki, birdən-birə bütün için qanadı, qıpqırmızı
qanla doldu. Sən yerindən qalxmaq istədin, qışqırmaq istədin, amma nə səsin çıxdı,
nə də yerindən tərpəndin və birdən-birə atanın sifəti sənin gözlərinin qarşısına gəldi.
Atan çox cavandı, sənin o uzaq keçmişdə qalmış cavanlığına oxşayırdı və əvvəllər
sən onu yaxşı xatırlaya bilməzdin, amma indi sifətinin bütün cizgilərini gördün,
sonra ananı gördün, sonra arvadını, oğlanlarını gördün, sonra müxtəlif simalar
sürətlə gəlib gözlərinin qabağından keçdi, uşaq vaxtı eşitdiyin laylaları, bayatıları,
nağılları xatırladın və bu dəm sənin beynində elə bir sürət var idi ki, həmin sürət səni
uçurumun dibinə aparan sürəti də üstələmişdi və sən indi tamamilə beynindəki
sürətin ixtiyarında idin. Sənin bütün sinirlərində bir yalvarmaq ehtirası yaranmışdı,
sən kiməsə, nəyəsə yalvarmaq istəyirdin, sən imdad istəyirdin, aman istəyirdin. Bir
dəfə Süleyman peyğəmbərin yanına iki arvad gəldi və bu arvadlardan biri dedi: «–
Ya peyğəmbər! Biz bir kişinin arvadıyıq, eyni vaxtda hərəmiz bir oğlan doğmuşuq.
Dünən gecə bu arvad yuxulu olub, öz uşağı altında qalıb boğulub, sonra ölü uşağı
gizlincə mənim yanıma qoyub, oğlumu götürüb. Balamı ondan alıb özümə qaytar».
Ikinci arvad bu sözlərin hamısına böhtan dedi. Süleyman peyğəmbər göy gözlərini
qıyıb arvadlara baxdı və elə bil ki, sən də bu dəm Süleyman peyğəmbərin o qıyılmış
göy gözlərini gördün və bu gözlərin baxışı sənin bütün içinə işlədi. Sonra
peyğəmbər uşağı gətirtdirdi və qılıncını hirslə həmin uşağın başı üzərinə qaldırıb
dedi: « – Indi uşağı tən yarı bölüb hərənizə bir tərəfini verəcəyəm. Onda məndən
razı qalarsınız». Birinci arvad özünü peyğəmbərin ayaqlarına atdı: « – Onu öldürmə!
– dedi. – Ver bu arvada, kimə verirsən, ver, amma öldürmə!» Ikinci arvad: « –
Hökmün ədalətlidi, ya peyğəmbər!» – dedi və bundan sonra peyğəmbər uşağı əsl
anasına – birinci arvada verdi. Sən də özünü, bax, beləcə ayaq altına atmaq
istəyirdin, imdad istəyirdin, amma o arvad ədalət istəyirdi, ədalət umurdu və ədalət
də qalib gəldi, bəs, sən nə istəyirsən?
Saat 21.12.
Hündürlük 9000 m.
Sürət 870 km.
Dostları ilə paylaş: