Seçkilərə dair qanunvericiliyin analizi: beynəlxalq normalar, problemlər və perspektivlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix30.11.2016
ölçüsü5,01 Kb.
#488
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   15

Çünki:
1). Qaydalardakı “exit-poll” keçirən təşkilatın “exit-poll” sahəsində ixti-
saslaşmış,  müvafiq təcrübəyə malik  olması,  “exit-poll”  keçirərkən tətbiq
olunmalı qaydalar, üsullar və  resurslar (“exit-poll” keçirən  şəxslərin  sayı,
“exit-poll” keçirilərkən istifadə üçün nəzərdə tutulmuş maddi-texniki vasitə-
lər və s.), “exit-poll”un keçirilməsinə cəlb edilən şəxslərin, əsasən seçki hü-
ququ və seçki sistemi üzrə mütəxəssis, yaxud da bu sahədə müəyyən təcrü-
bəsi  olan mütəxəssis  olması tələbləri  “exit-poll”un keçirilməsi  üçün  sərt  tə-
ləblərdir və ilk dəfə “exit-poll” keçirmək istəyən hüquqi şəxslərin, o cümlə-
47

dən  qeyri-hökumət təşkilatlarının  hüquqlarını məhdudlaşdırır.  Çünki  bu tə-
ləb “exit-poll” keçirmək hüququnu mahiyyət etibarı ilə  icazəli  (lisenziyalı)
etməklə, Konstitusiyanın 25-ci maddəsi ilə təsbit olunan hamının qanun qar-
şısında  bərabərlik  hüququnu  pozur.  Belə  ki,  “Qaydalar”  “exit-poll”  keçir-
mək üçün yalnız geniş təcrübəsi olan təşkilatlara icazə verir və ilk dəfə
“exit-poll” keçirmək istəyən təşkilatlara bunu qadağan edir.
2). Bu cür tələb eyni zamanda Konstitusiyanın  56-cı maddəsi ilə təsbit
olunan seçki hüququnu məhdudlaşdırır ki, bu da Konstitusiyanın 71-ci mad-
dəsi  ilə  də  ziddiyyət  təşkil  edir.  Konstitusiyanın  71-ci maddəsinin  II  hissə-
sində göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçiril-
məsini heç kəs məhdudlaşdıra bilməz. İndiki halda isə seçki hüququ Mərkə-
zi  Seçki  Komissiyasının  (MSK)  bu  “Qaydalar”ının  adıçəkilən  normaları ilə
məhdudlaşdırılmışdır. Eyni zamanda “Qaydalar”ın  yuxarıda qeyd edilən
normalarında qanunvericiliyə zidd olaraq seçki hüquqlarından istifadə ilə
bağlı yeni qaydalar müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası Kon-
stitusiyasının 94-cü maddəsinin  I hissəsinin 1-ci bəndinə görə insan hüquq-
larından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət tə-
minatı Azərbaycan  Respublikası Milli  Məclisinin  müəyyən  etdiyi  ümumi
qaydalara daxildir. Yəni  bu  cür məsələlər  Azərbaycan  Respublikası Milli
Məclisinin səlahiyyətlərinə daxildir və qanunla müəyyən edilir. Belə olduğu
halda nə Seçki Məcəlləsində, o cümlədən bu Məcəllənin “exit-poll” keçirən
təşkilatların MSK-da akkreditasiyası ilə bağlı 25.1.23-cü maddəsində, nə
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)  haqqında” Qanu-
nun qeyri-hökumət təşkilatlarının “exit-poll” keçirməsinin təsbit olunduğu
2.4-cü maddəsində, nə  də digər qanunvericilik aktlarında  bu  cür  qaydalar
(tələblər) nəzərdə tutulmamışdır. Beləliklə, Konstitusiyanın 94-cü maddəsi-
nə müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qa-
nunla müəyyən edilməli olan bu normalar (qaydalar) MSK-nın qərarı ilə təs-
diqlənən bu “Qaydalar”la müəyyən edilə bilməz.
3) 2.1-ci və  2.3-cü  bəndlərdə qeyd olunan müddətlər də sərtdir. Əslində
“exit-poll”un mahiyyəti həm  də müşahidəçilik xarakterlidir. Ona görə də
“exit-poll” keçirən təşkilatların  akkreditasiyası üçün olan tələblər yerli mü-
şahidəçiliyin qeydiyyatı üçün nəzərdə tutulan tələblərdən sərt olması qanun-
vericiliyin tələblərinə ziddir.
Exit pollun keçirilm
əsinə dair bütün normalar Məcəllədən çıxarılmalı,
ist
ənilən ictimai qurumun istənilən məntəqə və dairə ərazisində exit-poll
keçirilm
əsi sərbəst olmalıdır. Bu seçki prosesinə ictimai nəzarət xarakteri
daşıdığına görə MSK-dan razılıq alınması absurddur.
48

3. Seçki komissiyalar
ında şikayətlərin araşdırılması
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 avqust 2008-
ci il tarixli 11/53-2 saylı Qərarı ilə təsdiq edilmiş, 23 iyul 2010-cu il tarixli
15/58-6 saylı və 19 oktyabr 2012-ci il tarixli 5/16 saylı, 18 iyun 2013-cü il
tarixli, 6/60 saylı Qərarları ilə dəyişikliklər edilmiş “Azərbaycan Respubli-
kasının  Mərkəzi Seçki  Komissiyasına  və  dairə  seçki  komissiyalarına
seçki hüquqlarının pozulması ilə  əlaqədar şikayət və  müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında  TƏLİMAT”ın 5.2-ci
və 5.8-ci bəndi qanunvericilin tələblərinə ziddir.
Ona gör
ə ki:
a) Təlimata  görə  şikayətləri  araşdıran  ekspert  qrupu  seçki  komissiyası
üzvlərindən və seçki komissiyası katibliyinin əməkdaşlarından təşkil
olunur.
(5.2. Ekspert qrupu üzvlərinin təyinatı zamanı onların peşəkarlığı, o cümlədən faktiki və
hüquqi təhlillər aparmaq bacarığı, seçki sahəsində iş təcrübəsi, fəaliyyətinin qərəzsizliyi
barədə ictimai inamın yüksək olması meyarları əsas götürülür. Qrupa bu meyarlara cavab
verən  müvafiq  seçki komissiyası katibliyinin əməkdaşları,  habelə hüquqşünas  olmayan  ko-
missiya üzvləri daxil edilir. Ekspert qrupunun tərkibinə komissiyanın hüququşünas üzvləri-
nin də  daxil edilməsi  mümkündür. Ekspert  qrupunun  üzvü seçki komissiyası katibliyinin
əməkdaşıdırsa, həmin şəxs  araşdırma apardıqda ona katiblik çərçivəsində digər tapşırıq
verilə bilməz.)
Halbuki Seçki Məcəlləsində
(112-1.1.  Vətəndaşların seçki hüququnu pozan hərə-
kətlərdən (hərəkətsizlikdən)  və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi
Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfər-
dən ibarət müvafiq ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan
komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki
Komissiyası tərəfindən müəyyən edilir)
komissiya üzvlərinin qrupda təmsilçiliyi
dispozitiv formada göstərilir və təlimatda bunu imperativ formaya çevirmək,
həmçinin qrupu müstəqil deyil, komissiyanın inhisarında saxlamaq yolveril-
məzdir. Çünki ekspert qruplarının bu cür təşkili onu müvafiq seçki komissi-
yalarının, xüsusilə də seçki komissiyalarının sədrlərinin nəzarəti altında fəa-
liyyət  göstərmələrinə  gətirib  çıxarır.  Bu  səbəbdən  də  ekspert  qrupları şika-
yətləri araşdırarkən müstəqil olmur və neytral mövqe nümayiş etdirə bilmir-
lər.
b) Təlimatın 5.8-ci və 5.9-cu maddələrində   göstərildiyi kimi prosesə
Koordinator qismində  komissiyanın  katibinin cəlb  olunması  və
ekspert qrupunun fəaliyyətinə nəzarət etməsi qrupun müstəqil fəaliy-
49

yətini ciddi şübhə altına alır.
(5.8. Ekspert qrupu yaradıldıqdan sonra  seçki komissiyasının katibi həm də qrupun
əlaqələndiricisi (koordinatoru)  kimi fəaliyyət göstərməyə başlayır. Koordinator ekspert
qrupuna  daxil deyil və onun  işinin təşkilinə yardım və fəaliyyətinin qanunauyğunluğuna
nəzarət edir diqqət yetirir. Müvafiq seçki komissiyasının katibi obyektiv səbəbdən koordina-
torluq funksiyalarını yerinə yetirə bilmədikdə, həmin fəaliyyəti komissiya katibinin tapşırığı
əsasında ekspertlərdən biri həyata keçirir.
5.9. Ekspert qrupu koordinatorunun səlahiyyətləri aşağıdakılardan ibarətdir:
5.9.1. ekspert qrupunun üzvləri arasında iş bölgüsünə dair mütəmadi olaraq məlumat
almaq;
5.9.2. ekspert qrupunun üzvləri arasındakı iş bölgüsünə    müvafiq olaraq, onlar
tərəfindən şikayətlərin araşdırılması vəziyyəti, müddəti və ona dair digər məsələlərlə bağlı
müntəzəm məlumat əldə etmək;
5.9.3. konkret  şikayətin araşdırılması üçün digər ekspertlərin də  işə cəlb edilməsinə
zərurət yarandıqda, şikayəti araşdıran qrup üzvünün müraciəti, yaxud öz təşəbbüsü əsasın-
da digər qrup üzvlərini də bu araşdırmaya cəlb etmək;
5.9.4. zərurət  olduqda ekspert qrupu üzvlərinin iclaslarını çağırmaq və şikayətlərin
araşdırılması vəziyyətini onlarla müzakirə etmək;
5.9.5. ekspert qrupunun səmərəli fəaliyyət göstərməsi məqsədilə zəruri təşkilati və digər
tədbirlər görmək;
5.9.6. ekspert rəylərinin və komissiya qərarları layihələrinin qanunauyğun tərtib edil-
məsi üzərində nəzarəti həyata keçirmək;
5.9.7. araşdırma müddətlərinə  müvafiq olaraq konkret şikayətin, yaxud  bütövlükdə şi-
kayətlərin komissiyanın iclaslarına çıxarılmasına  dair vaxt cədvəllərini komissiyanın sədri
ilə müzakirə etmək)
Eyni  zamanda  Məcəllədə  ekspert qruplarının  yaradılma  qaydasının  Mər-
kəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir tələbi əsas vermir ki, şika-
yətin obyektiv, qərəzsiz və hərtərəfli araşdırılmasının zəruri şərtlərndən olan
araşdırmanı aparan qurum və ya şəxslərin müstəqilliyi nəzarət altına alınsın.
Qrupun fəaliyyətini koordinasiya etmək üçün qrup üzvlərinin öz aralarından
bir  nəfəri əlaqələndirici  kimi  seçməsi  daha məqsədəuyğun  və  ağlabatan
hesab olunar.
c) Başqa  bir  ziddiyyətli məqam ekspert  qrupu  üzvlərinin  Məcəllədə
göstərildiyi kimi, araşdırmanın nəticələrinə dair rəy hazırlaması ilə
yanaşı, həmin məcəllədə belə səlahiyyətin verilmədiyi halda, bu təli-
matla ekspertə araşdırdığı şikayətlə  bağlı seçki  komissiyasına qərar
layihələrini təqdim etməsi absurd bir vəziyyət yaradır.
Təlimat:
6. Ekspert qrupu üzvl
ərinin səlahiyyətləri
...
6.1.7. şikayət üzrə araşdırma materialları ilə birlikdə müvafiq seçki komissiyasına rəy
və qərar layihələrini təqdim etmək.
50

...
7.11. ...Ekspert qrupunun üzvü araşdırdığı şikayətlə bağlı rəy verməklə yanaşı, şikayətə
dair komissiya qərarının layihəsini də tərtib edir. Qərar layihəsi faktiki və hüquqi cəhətdən
əsaslandırılmış olmaqla, ekspert qrupunun koordinatoru ilə razılaşdırılır və bundan sonra
şikayətlə bağlı məsələ seçki komissiyasının sədri tərəfindən iclasın gündəliyinə daxil edilir.
Rəy və qərar layihəsi iclasdan əvvəl Seçki  Məcəlləsinin 19.8-ci və 19.14-cü maddələrində
göstərilən müddətlər mümkün qədər nəzərə alınmaqla, komissiya üzvlərinə də çatdırılır.
Ekspert rəyi verildikdən və dərc olunduqdan sonra, onunla bağlı məsələ dərhal bu Təlima-
tın 9-cu bəndində göstərilən qaydada seçki komissiyasının iclasında müzakirə olunmalıdır).
(Seçki M
əcəlləsi:
Madd
ə 112-1. Vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin
ar
aşdırılması
[111]
...
112-1.4. Şikayət qeydə alındıqdan sonra ekspert qrupunun üzvünün aşağıdakı səlahiy-
yətləri vardır:
112-1.4.1. şikayət üzrə araşdırma materialları ilə birlikdə  müvafiq seçki komissiyasına
rəy təqdim etmək;
...
112-1.6. Mərkəzi Seçki Komissiyasının ekspert qrupu bu Məcəllənin 112-1.5-ci maddəsində
göstərilənlərlə yanaşı, aşağıdakı tələblərə riayət etməlidir:
112-1.6.1. seçki komissiyalarının hərəkətləri (hərəkətsizlikləri) və qərarları ilə əlaqədar
olmayan seçkilərlə bağlı digər orqanların və ya vəzifəli şəxslərin qeyri-qanuni hərəkətləri-
nə aid şikayətlərlə əlaqədar bu Məcəllənin 60.6-cı, 68.5-ci, 87.9-cu, 88.7-ci, 88.8-ci, 113-
cü, 115-ci və 116-cı maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən müva-
fiq qərar qəbul etməsi üçün rəy verməlidir;)
d) Həmçinini bu formada şikayətlərin araşdırılması və bu barədə qərar-
ların  qəbulu maraqlar toqquşması ilə müşaiyət  olunacaqdır.  Belə  ki,
seçki komissiyalarının üzvləri ekspert qrupunun üzvləri kimi şikayə-
tin araşdıraşdırılması üzrə “Rəy” verirlər,  sonra isə həmin rəy üzrə
qərarların qəbulunda seçki komissiyalarının iclaslarında iştirak  edir-
lər.
Seçkilərə dair şikayətlərin belə formada araşdırılması seçki qanunvericili-
yinin tələblərinə  uyğun və  ədalətli aparılmasını  xeyli  çətinləşdirir.  Ümumi-
likdə isə  seçki  hüquqlarının müdafiəsi  üzrə  hüquqi müdafiə  vasitələrini  sə-
mərəli və güvənli etmir.

Seçki
şikayətlərinin tərtib edilməsi və verilməsi qaydaları sadələşdi-
rilm
əli, şikayətlərin tərtibi hüququ pozulan hər kəs  üçün əlçatan
olmal
ıdır;

Daha önc
ə beynəlxalq qurumların tövsiyə etdiyi kimi şikayətlər üz-
r
ə ekspert qruplarının tərkibinin yenidən nəzərdən keçirilməli və
51

şikayətləri  obyektiv  araşdıra  biləcək  müstəqil  hüquqşünaslardan
ibar
ət  Qruplar  yaradılmalıdır.  Şikayətlərin  bir  neçə  ekspertdən
ibar
ət qrup  tərəfindən  baxılmasını təmin etmək üçün müvafiq
prosedurlara
əlavələr edilməlidir. Şikayətçilər ekspert qrupu tərə-
find
ən araşdırılma prosesinə dəvət olunmalıdılar ki, öz şikayətləri
t
əqdim və qrup tərəfindən dəlillərin müzakirəsində iştirak edə bil-
sinl
ər. Ekspert qrupu tərəfindən keçirilən araşdırılma prosesi mü-
şahidəçilər üçün açıq keçirilməlidir.

Şikayətlərin araşdırılması üçün 3 günlük müddətin əlavə olaraq
daha 3 gün müdd
ətində artırılması qaydası ləğv edilməlidir;

3 günlük
şikayət vermə müddəti keçməsinə baxmayaraq şikayətçi-
nin obyektiv
əsasları olduqda müddət məhkəmə qaydasında oldu-
ğu kimi bərpa olunmalıdır.

Şikayətlərinin araşdırılması və araşdırmadan yayınmaya, habelə
şikayətin araşdırılması üzrə qanunla üzərinə düşən vəzifələri tam
yerin
ə yetirməməyə görə cinayət  məsuliyyəti müəyyən  olunmalı-
d
ır;

Şikayətçinin öz təqsiri və könüllü imtinası istisna olmaqla, şikayət-
çinin
şikayətin araşdırılmasında iştirak etməməsi həmin  şikayət
üzr
ə qərarın ləğvi üçün əsas hesab edilməlidir;

Seçki hüquqlar
ının pozulmasına görə inzibati xəta və cinayət
hesab edil
ən əməllərə görə sanksiyalar sətləşdirilməlidir, habelə
bu
əməllərə görə məsuliyyətin labüdlüyü təmin edilməlidir;

Seçki i
ştirakçılarının inzibati xəta yaradan seçki hüquq pozuntula-
r
ından yerli məhkəmələrə şikayət  imkanları genişləndirilməli, bu
pozuntular üzr
ə icraat sadələşdirilməli və çevik olmalıdır;

Seçkil
ərin nəticələrinin etibarsız hesab edilməsinə dair normalar
konkretl
əşdirilməli və seçkilərin nəticələrinin Konstitusiya Məhkə-
m
əsi tərəfindən təsdiqlənməsi qaydası ləğv edilməlidir
4.
Seçkiqabağı təşviqata nəzarət
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 05 iyun 2013-cü
il tarixli 5/33  saylı Qərarı ilə təsdiq  edilmiş “Kütləvi informasiya vasit-
ələrində seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması qayda-
larına əməl olunmasına nəzarət üzrə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının nəzdində mətbuat qrupu haqqında Ə S A S N A
M Ə”nin 1.1-ci bəndi
(Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupu müvafiq
seçki komissiyasının üzvləri də daxil olmaqla, əksəriyyəti jurnalistika  sahəsində çalışan
mütəxəssislərdən ibarət tərkibdə Mərkəzi Seçki Komissiyası tərəfindən formalaşdırılır)
qa-
52

nunvericiliklə uyğunsuzluq yaradır
.
Belə ki, Seçki Məcəlləsinin 74.5-ci
maddəsi
(Bu Məcəllə ilə seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət
edilməsinə nəzarəti Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış və əsasən
jurnalistlərdən ibarət olan mətbuat qrupu həyata keçirir)
komissiya üzvlərinin
mətbuat  qrupunda  təmsilçiliyini  ifadə  etmir.  Belə  olduğu  halda, təlimatla
qrupda
komissiya
üzvlərinin
təmsilçiliyini
yaratmaq
həmin
qrupu
komissiyanın inhisarı altına alır. Çünki mətbuat qrupunun bu cür təşkili onu
müvafiq
seçki
komissiyalarının,  xüsusilə  də,
seçki
komissiyalarının
sədrlərinin  nəzarəti  altında fəaliyyət göstərmələrinə gətirib çıxarır.  Bu
səbəbdən də mətbuat qrupu müraciət və pozuntuları araşdırarkən müstəqil
olmur və neytral mövqe nümayiş etdirə bilmirlər. Halbuki prosesə tərəfsiz
və obyektiv nəzarət  edə  bilməsi üçün həmin qrupun müstəqilliyi çox vacib
şərtdir.
Təlimatın 2.1-ci bəndində
(2.1.  Mətbuat qrupunun  rəhbəri qrupa  daxil  edilmiş
üzvlər tərəfindən Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvləri sırasından
seçilir)
göstərildiyi kimi, prosesə M
ətbuat qrupunun rəhbəri qismində
Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvünün cəlb olunması
və qrupun fəaliyyətinə nəzarət etməsi onun müstəqil fəaliyyətini ciddi şübhə
altına alır. Qrupun fəaliyyətini koordinə etmək üçün qrup üzvlərinin öz ara-
larından bir nəfəri əlaqələndirici kimi seçməsi daha məqsədəuyğun və ağla-
batan hesab olunar. Həmçinin bu formada qrupun formalaşdırıması müraciət
və  pozuntuların  araşdırılması və  bu  barədə  qərarların  qəbulu maraqlar toq-
quşması ilə müşayiət olunmasına gətirib çıxaracaq. Belə ki, seçki komissi-
yalarının  üzvləri mətbuat qrupunun  üzvləri kimi müraciətin araşdıraşdırıl-
ması üzrə rəy verib, sonra isə həmin rəy üzrə qərarların qəbulunda seçki ko-
missiyalarının iclaslarında iştirak edirlər.
Digər tərəfdən təlimatda qrupun sayı, formalaşdırılması qaydası ay-
dın göstərilməmişdir.
2. M
ətbuat qrupunun formalaşdırılması və işinin təşkili qaydası
2.1. Mətbuat qrupunun rəhbəri qrupa daxil edilmiş üzvlər tərəfindən Mərkəzi Seçki Komissi-
yasının həlledici səs hüquqlu üzvləri sırasından seçilir.
2.2. Mətbuat qrupunun rəhbəri olmadığı hallarda, onun vəzifələrini qrup rəhbərinin
tapşırığı ilə üzvlərdən biri icra edir.
2.3. Mətbuat qrupu səlahiyyətlərinə aid olan məsələləri öz iclasında kollegial qaydada
müzakirə və həll edir.
2.4. Mətbuat qrupu üzvlərinin 2/3 hissəsi iclasda iştirak etdikdə, o, səlahiyyətli sayılır.
2.5. Müzakirə olunan məsələlərlə bağlı qərarlar sadə səs çoxluğu ilə qəbul olunur.
Seçkid
ə iştirak edən tərəflərin bərabər formalaşdırdığı mətbuat
qrupu  KİV-də təşviqatla bağlı nəzarət funksiyası həyata keçirməlidir;
53

Müraci
ətçilər mətbuat qrupu tərəfindən araşdırılma prosesinə dəvət
olunmal
ıdılar  ki,  öz  şikayətlərini təqdim  və  qrup tərəfindən  dəlillərin
müzakir
əsində iştirak edə bilsinlər. Mətbuat qrupu tərəfindən keçirilən
araşdırılma prosesi müşahidəçilər üçün açıq keçirilməlidir.
M
ətbuat qrupunun sayı, formalaşdırılması qaydası və iş prinsipi
Komissiyan
ın aktında aydın göstərilməlidir.
5. Veb-kamera
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 05 iyun 2013-cü
il  tarixli  5/31  saylı Qərarı ilə təsdiq  edilmiş,  29  may  2014-cü  il  tarixli  1/5
saylı Qərarı ilə dəyişiklik edilmiş “Seçki məntəqələrində veb-kameraların
quraşdırılması və istifadəsinə dair QAYDALAR”ın 1.1-ci bəndində gös-
tərilmişdir ki, səsvermə günü ictimaiyyət  tərəfindən səsvermənin gedişinin
izlənməsi yolu ilə  aşkarlığın geniş təmin edilməsi və seçkilərə ictimai ina-
mın daha da artırılması məqsədilə seçki prosesində yeni texniki vasitə - veb-
kamera (bundan sonra – kamera) tətbiq  edilir. Belə olduğu halda, mərkəz-
ləşdirilmiş qaydada yazılmış videogörüntülər şikayətlərin araşdırılması  za-
manı sübut kimi bütün seçki iştirakçıları üçün əlçatan olmalıdır. Həmin qay-
daların 2.6-cı bəndində bu barədə  qeyd olunsa belə, videoyazıların əldə
olunması və şikayətin araşdırılması zamanı sübut növü kimi istifadə edilmə-
si aydın və konkret ifadə olunmamışdır.
2. Kamera
ların quraşdırılmasına, istifadəsinə və əldə olunmuş məlumatların saxlan-
masına dair tələblər
...
2.6. Kameraların fəaliyyəti dövründə əldə edilən bütün videogörüntülər mərkəzləşdiril-
miş qaydada yazılır. Bu cür videoyazılar şikayətlərin araşdırılması zamanı sübut kimi isti-
fadə edilə bilər və onların 5 il müddətində saxlanılmasını həmin qurğuları quraşdıran tərəf
təmin edir.
Təcrübə  də  göstərir  ki,  yazılmış  videogörüntüləri  şikayətçi  üçün  əldə
etmək de-fakto mümkünsüz olur.
Aşkarlığın geniş təmin edilməsi və seçkilərə ictimai inamın daha da ar-
t
ırılması məqsədilə quraşdırılmış veb-kameraların videoyazılarının seçkidə
i
ştirak edən bütün tərəfləri üçün asan əlçatıçmlı olması və şikayətlərin ob-
yektiv
araşdırılması üçün sübüt növü kimi istifadə edilə bilməsi qaydalar-
da d
əqiq ifadə olunmalıdır.
54

6. S
əlahiyyətli nümayəndələrinin statusu
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyul 2008-ci
il tarixli 7/27-2 saylı Qərarı ilə təsdiq edilmiş, 18 iyun 2013-cü il tarixli
6/58 saylı Qərarı ilə  dəyişiklik edilmiş “Azərbaycan Respublikasında
keçirilən seçkilərdə (referendumda) namizədin, siyasi partiyaların, si-
yasi partiyalar bloklarının və      referendum üzrə təşviqat qruplarının
səlahiyyətli nümayəndələrinin statusu haqqında T Ə L İ M A T”ın 2.2-
ci bəndi Seçki Məcəlləsinin 74-cü maddəsinin tələblərinə ziddir.
Təlimat:
...
2.2.  Namiz
ədin, siyasi partiyanın, siyasi  partiyalar bloklarının və referendum  üzrə
t
əşviqat  qruplarının səlahiyyətli nümayəndələrinə aşağıdakı hərəkətləri etmək qadağan-
d
ır:
...
2.2.11. seçicilər arasında təşviqat aparmaq;
2.2.12. bu və ya digər namizədin, siyasi partiyanın,  siyasi partiyalar blokunun,
referendum üzrə təşviqat qrupunun dəstəklənməsinə yönəldilən və dəstəklənməsi kimi qiy-
mətləndirilə bilən hərəkətlər və çağırışlar etmək;
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin