Seçkilərə dair qanunvericiliyin analizi: beynəlxalq normalar, problemlər və perspektivlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix30.11.2016
ölçüsü5,01 Kb.
#488
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   15

Seçki Məcəlləsi:
M a d d ə 7 4 . Seçkiqaba
ğı (referendumqabağı) təşviqatın aparılması
74.1. Seçkiqabağı təşviqat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə
uyğun aparılır. Seçkiqabağı və referendumqabağı təşviqat (bundan sonra — seçkiqabağı
təşviqatın) aparmaq hüququna aşağıdakılar malikdirlər:
[60]
74.1.1. referendum üzrə təşviqat qrupları;
74.1.2. Milli Məclisə deputat seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər;
74.1.3. Prezident seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər;
74.1.4. Milli Məclisə deputat seçkilərində iştirak etmək üçün namizədi qeydə alınmış si-
yasi partiyalar, siyasi partiyaların blokları;
74.1.5. bələdiyyə seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər;
74.1.6. Prezident seçkilərində iştirak etmək üçün namizədi qeydə alınmış siyasi partiya-
lar, siyasi partiyaların blokları;
74.1.7. bələdiyyə seçkilərində iştirak etmək üçün namizədi qeydə alınmış siyasi partiya-
lar, siyasi partiyalar blokları;
...
74.4. Seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat  materiallarının
yayılması aşağıdakılara qadağan edilir:
74.4.1. bu Məcəllənin 90.2-ci maddəsində göstərilən subyektlərə (bu Məcəllənin 12.2-ci
və 12.3-cü maddələri nəzərə alınmaqla);
74.4.2. öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən
55

və ya  xidməti üstünlüyündən  istifadə  etməklə dövlət  orqanlarında, idarələrində,  təşkilatla-
rında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələ-
diyyə qulluqçularına, hərbi qulluqçulara;
74.4.3. seçki komissiyalarına, seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinə və di-
gər vəzifəli şəxslərinə.
74.5. Bu Məcəllə ilə seçkiqabağı təşviqat üçün müəyyən edilmiş  qaydalara riayət edil-
məsinə nəzarəti  Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış və əsasən jurnalistlər-
dən ibarət olan mətbuat qrupu həyata keçirir.
Məcəllənin tələbindən aydın görünür ki, seçkidə iştirak edən namizədin,
siyasi partiyalar və siyasi partiyalar blokunun təşviqat aparmaq hüququ var-
dır.  Bu  o  deməkdir  ki,  siyasi  partiya və  ya  siyasi partiyalar  bloku,  seçki
prosesində iştirak edən və partiyanı təmsil etmə səlahiyyəti verilmiş səlahiy-
yətli nümayəndələr vasitəilə də təşviqatda iştirak edə bilərlər. Həmçinin Mə-
cəllədə kimlərə qadağanın  qoyulması aydın  ifadə olunmuşdur.  Belə olduğu
halda,  səlahiyyətli nümayəndələrin təşviqatda iştirakına qadağa  qoyulması
qanunvericiliyin tələblərinin kobud pozulmasıdır və bu, aktiv seçki hüququ-
nun reallaşdırılmasına ciddi maneçiliyin yaradılmasıdır.
Beləliklə, yuxarıda qeyd olunanlardan aydın olur  ki,  MSK-nın qəbul
etdiyi müvafiq normativ xarakterli aktların qəbulu Seçki Məcəlləsilə yanaşı
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusi-
ya  Qanununun 1,  4.3 və  4.4-cü maddələrinə  və Azərbaycan  Respublikası
Mərkəzi Seçki Komissiyası tərəfindən normativ  xarakterli aktların hazırlan-
ması və qəbul edilməsi Qaydalarının 1.4, 1.5 və 2.1-ci bəndlərinin tələbləri-
nin pozulması deməkdir.
56

III Hissə
İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsinə dair Avropa
Konvensiyası (İHAK) Əlavə 1 saylı Protokolun 3-cü maddəsi (Azad
seçki hüququ) üzrə Azərbaycan Respublikasının tərəf olduğu baxılmış
işlər barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM)
presedentlərinin
XÜLASƏSİ
Azərbaycan Respublikası (AR) 2001-ci ildə Avropa Şurasına (AŞ) qoşul-
duqdan sonra AŞ  qarşısında  götürdüyü  öhdəliklərdən  biri  olaraq İHAK-a
qoşulub  və  15  aprel  2002-ci  il  tarixdən İHAK-ı  ratifikasiya  edib.  Bu  tarix-
dən sonra AR  vətəndaşları İHAK  çərçivəsində İHAM-a müvafiq şikayətlər
vermək hüququ əldə edib. Göstərilən dövr ərzində müxtəlif  xarakterli və
müxtəlif  hüquqların  pozuntularına dair şikayətlər  verilib.  Bunlardan  biri  də
İHAK-a Əlavə 1 saylı Protokolun 3-cü maddəsi ilə təmin olunan Azad seçki
hüququnun pozuntusu ilə bağlı verilən şikayətlərdir.
1 saylı Protokolun 3-cü maddəsinə əsasən:
Razılığa gələn Yüksək Tərəflər qanunverici hakimiyyət orqanını seçərkən
xalqın iradəsini sərbəst ifadə edə biləcəyi şəraitdə ağlabatan dövriliklə gizli
azad seçkilər keçirməyi öhdələrinə götürürlər.
Qeyd edək ki, 1 saylı Protokolun 3-cü maddəsi  yalnız qanunverici haki-
miyyət orqanına (AR halında AR Milli Məclisi) keçirilən  seçkilərlə məh-
dudlaşır və İHAM yalnız bu orqana keçirilən  seçkilərlə bağlı verilən şika-
yətlərə baxa bilər.
Cari dövrdə İHAM AR-na qarşı 1 saylı Protokolun 3-cü maddəsi üzrə
verilən şikayətlərdən 12-inə mahiyyət üzrə baxaraq pozuntu aşkar olunması
barədə qərar qəbul edib.
Aşağıda bu işlər xronoloji ardıcıllıqla nəzərdən keçiriləcək  və yekunda
işlərin ümumiləşdirilmiş qiymətləndirilməsi aparılacaq:
57

1.
Seyidzade v. Azerbaijan, Application No. 37700/05, 3
December 2009
1
[Mirəziz] Seyidzadə Azərbaycana qarşı, Şikayət No. 37700/05, 3
dekabr 2009
Hazırki iş üzrə şikayətçi din xadimidir. O, 2005-ci il parlament seçkilə-
rində iştirak  etmək üçün peşəkar dini vəzifələrindən istifa vermişdi. Çünki
AR  seçki  qanunvericiliyinin vəzifələrin uzlaşmaması müddəalarına əsasən
din  xadimləri  passiv  seçki  hüququndan  istifadə edə bilməzlər.  Şikayətçinin
müvafiq vəzifələrdən istefa etməsinə baxmayaraq,  Dairə Seçki Komissiyası
(DSK) daha sonra Mərkəzi Seçki Komissiyası (MSK) və məhkəmələr onun
istefasının  din  xadimi kimi fəaliyyətini  istisna  etmədiyi  qənaətinə  gələrək
namizədliyini qeydə almamışdılar.
Şikayətçi ölkədaxili müdafiə vasitələrini tükədərək İHAM-a şikayət verib
və 1 saylı Protokolun 3-cü maddəsi ilə təminat verilən seçki hüququnun po-
zulduğunu iddia edib.
İHAM şikayətçinin 1 saylı Protokolun 3-cü maddəsi ilə təminat verilən seçki
hüququnun pozulduğunu müəyyən edib. İHAM göstərib ki, baxmayaraq ki, 3-
cü maddə üzrə dövlətlər geniş qiymətləndirmə sərbəstliyinə malik olsalar da
(bax Qərarın 27-29-cu paraqrafları, belə məhdudiyyət iki meyara cavab versin:
a) məhdudiyyət əsassız və qeyri-mütənasibdirmi; və b) məhdudiyyət xalqın ira-
dəsini sərbəst ifadə etməsinə müdaxilədirmi (bax Yumak və Sadak Türkiyəyə
qarşı (Böyük Palatanın qərarı), No 10226/03, bənd 109(iii), 8 iyul 2008-ci il)
2
.
İHAM ümumi prinsipləri hazırki işə tətbiq edərək o qənaətə gəlib ki, iş-
1
Seyidzade v Azerbaijan,
http://bit.ly/1E9jn0B
2
Məhkəmə artıq müəyyən edib ki, bu maddə seçmək və seçilmək hüquqları daxil olmaqla
fərdi hüquqlara təminat verir. Bu hüquqlar nə qədər mühüm olsalar da, mütləq deyillər. 3-
cü maddədə onlar dəqiq terminlərlə ifadə edilməyib; onlara dəqiq anlayış verilməməsi bir
kənara  qalsın, hətta onlara “dolaylı məhdudiyyətlərin” qoyulması da mümkündür və
iştirakçı dövlətlər bu sahədə geniş qiymətləndirmə sərbəstliyinə malikdirlər. Öz daxili
hüquq sistemində onlar seçmək və seçilmək hüquqlarına müəyyən şərtlər tətbiq edə bilərlər
və 3-cü maddə prinsipcə  buna mane olmur. “Dolaylı məhdudiyyətlər” konsepsiyası
sözügedən
maddənin
təmin
etdiyi
hüquqlara
qoyulan
məhdudiyyətlərin
daşıdığı
məqsədlərin münasib olub-olmadığını müəyyən etməkdə mühüm əhəmiyyət kəsb edir. 1
saylı Protokolun 3-cü maddəsinin Konvensiyanın 8-11-ci maddələrində olduğu kimi
konkret
“məqsədlərin siyahısı” ilə
məhdudlaşdırılmadığını
nəzərə  alsaq,  dövlətlər
məhdudiyyətlərə haqq qazandırmaq üçün həmin siyahıda yer almayan məqsədə istinad edə
bilərlər, bu şərtlə ki, həmin məqsəd qanunun aliliyi prinsipinə və  Konvensiyanın ümumi
məqsədlərinə uyğun olsun. Bundan başqa, 1 saylı Protokolun 3-cü maddəsinə riayət edilib-
edilmədiyini araşdırarkən Məhkəmə “zərurilik” və ya  “təxirəsalınmaz sosial tələbat”
testlərini tətbiq etmir, bunun əvəzinə  o,  diqqətini əsas iki meyara  yönəldir: məhdudiyyət
əsassız və  ya qeyri-mütənasibdirmi və məhdudiyyət xalqın  iradəsini  sərbəst ifadə etməsinə
müdaxilədirmi.
58

dəki əsas mübahisə məhdudiyyət tədbirinin tətbiq ediləcəyini qanunvericilik
əsasında əvəlcədən (önəcədən) görmək mümkün deyildi və bu tədbir əsassız
idi (paraqraf 32). Yəni problem  qanunun keyfiyyətində idi. Məhkəmə qeyd
edib  ki,  hüquq  normasının  doğurduğu  nəticələri  o  halda  öncədən  görmək
mümkündür  ki, həmin  norma fərdin  öz  davranışını tənzimləməsinə (zərurət
olduqda hüquqi məsləhət almaqla) imkan verən  dərəcədə kifayət qədər  ay-
dın ifadə edilsin (paraqraf 33). Məhkəmə qeyd edib ki, həqiqətən, daxili qa-
nunvericiliyin müxtəlif müddəalarının hərfi mətninə diqqət yetirilsə, istər
din xadimlərinin passiv seçki hüququndan məhrum edilməsi, istərsə də eyni
vaxtda deputatlıqla uzlaşmayan vəzifələr tutduqlarına görə onların namizəd-
liyə uyğun hesab edilməməsi məsələsində həmin müddəalar ziddiyətli görü-
nə bilər. Konkret olaraq, Konstitusiyanın 85-ci maddəsinin II bəndində və
Seçki Məcəlləsinin 13 və 144-cü maddələri, Seçki Məcəlləsinin 14.2.4-cü mad-
dəsi və Dini etiqad azadlığı haqqında Qanunun 5-ci maddələri. Məhkəmə həm-
çinin qeyd edib ki, Seçki Məcəlləsinin 14.2-ci maddəsində təkcə din xadimləri
deyil, digər kateqoriyalara aid şəxslər, o cümlədən dövlət qulluqçularının seçki
hüquqlarının da məhdudlaşdırılması nəzərdə tutulur. Məhkəmə göstərib ki, elə
həmin 2005-ci il parlament seçkilərində dövlət qulluqçularının namizəd qismin-
də qeydə alınması halları həqiqətən olub və onlar deputat seçiləcəkləri halda
dövlət qulluğundan istefa verəcəklərini bildiriblər və seçki dövründə müvəqqəti
olaraq xidməti vəzifələrinin icrasından azad ediliblər (34-cü paraqraf).
Məhkəmə vurğulayıb  ki,  Hökümət “din xadimləri”  ilə  bağlı ölkədaxili
hüquq  praktikasında  və ya məhkəmə  qərarından  hər  hansı nümunə təqdim
etməyib  ki,  onlar  yuxarıda  qeyd  edilən  daxili qanunvericilik normalarının
hərtərəfli və  ziddiyətsiz  şərhinin mövcudluğunu göstərmiş olsun (35-ci pa-
raqraf).  Məhkəmə  qeyd  edib  ki,  daxili  qanunvericilikdə  hər  hansı  şəxslərin
din xadimi olduğunun və hansı fəaliyyətlərinin  peşəkar dini fəaliyyət oldu-
ğunun  hər  hansı anlayışı nəzərdə tutulmamışdı.  Daxili  quruluş  baxımından
müxtəlif cür təşkilatlanan müxtəlif dini qurumların mövcudluğu konkret din,
inanc və ya əqidəyə əsaslanan qurumlarda kimlərin din xadimi sayılması ilə
bağlı müxtəlif  rəylərlərə səbəb ola bilərdi. Bundan başqa, dini fəaliyyət
termini  kifayət  qədər  geniş  şərh oluna bilər.  Dini fəaliyyət  termini  ilə birgə
işlənən peşəkar termininin mənası da aydın deyil. Bu işdə daxili məhkəmə-
lər bu terminlərə nə hər hansı anlayış veriblər, nə də aydınlıq gətiriblər (pa-
raqraf 36).
Məhkəmə  hesab  edib  ki,  etiraz  edilən məhdudiyyəti nəzərdə  tutan  daxili
qanunvericilik müddəarının nəticələrini öncədən görmək mümkün deyildi
və  həmin müddəalar  onların təsirinə məruz  qala  bilən  şəxslər  kateqoriyası-
nın anlayışı ilə bağlı geniş ehtimallara  yol açırdı. Müvafiq hüquq normaları
şikayətçinin  öz  davranışını tənzimləyə  bilməsi  və  konkret  oalraq  passiv
seçki hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəciyini öncədən görə bil-
59

3
Namat Aliyev v Azerbaijan,
http://bit.ly/1TZdPNK
60
məsi üçün kifayət qədər aydın deyildi (paraqraf 37).
Nəticə  olaraq məhkəmə  qeyd  edib  ki,  etiraz  edilən məhdudiyyətin təsiri-
nə məruz qalan şəxslər kateqoriyasının hüquqi anlayışı olduqca geniş çərçi-
vəli və qeyri-müəyyən idi. Bundan əlavə, şikayətçiyə münasibətdə qanunun
tətbiqi 3-cü maddə ilə təmin olunan hüquqların mahiyyətin xələl gətirən və-
ziyyətin yaranmasına səbəb olmuşdu.
Qeyd: Seyidzadə işinə İHAM İttihadi-İslam Cəmiyyəti Azərbayana qarşı
işində (2014) presedent kimi istinad edərək dini fəaliyyətm termininin QHT
qanunvericiliyində də dəqiqləşdirilmədiyi nəticəsinə gəlib (həmin Qərar 47-
49-cu paraqraflar).
2. Namat Aliyev v. Azerbaijan, Application No. 18705/06, 08 April
2010
3
Namət Əliyev Azərbaycana qarşı, Şikayət No. 18705/06, 08 aprel
2010.
Hazırki  iş  üzrə  şikayətçi  peşəkar  siyasətçidir.  Şikayətçi  2005-ci  il  par-
lament seçkilərində müxalif “Azadlıq” blokunun namizədi kimi 93 saylı bir-
mandatlı  Bərdə  Şəhər Seçki  Dairəsindən  namizəd  kimi  iştirak  etdi.  DSK
protokoluna əsasən şikayətçinin rəqibi Z.O. səs çoxluğu ilə birinci olmuş, şi-
kayətçi  ikinci  yerdə  qalmışdı.  Şikayətçi  seçkidən  dərhal  sonra  DSK-ya  və
MSK-ya şikayətlər edərək seçkidə bir sıra pozuntular olduğunu bildirib (yeri
orqanlar  onun  rəqibinin  xeyrinə  açıq təşviqat  aparıblar  və seçiciləri  ona  səs
verməyə məcbur  ediblər,  Z.O.-nun tərəfdarları seçiciləri təhdid ediblər,  bir
neçə  səsvermə məntəqəsində müşahidəçilər  səsvermə məntəqəsindən  uzaq-
laşdırılıb, eyni adamın dəfələrlə səsvermə halları  və seçki qutusunun oğur-
lanması halı,  bəzi  seçicilər  seçici  siyahısına  salınmayıb).  Bunlarla  bağlı şi-
kayətçi aktlar, audioyazılar və digər sübutlar təqdim etdi. MSK şikayətçinin
şikayətini ümumi formada rədd etdi. Şikayətçi ölkədaxili məhkəmələrə mü-
raciət etdi. Məhkəmələr də həmçinin onun şikayətlərini rədd etdilər.
Şikayətçi ölkədaxili müdafiə vasitələrini tükədərək İHAM-a şikayət verib
və 1 saylı Protokolun 3-cü maddəsi ilə təminat verilən seçki hüququnun po-
zulduğunu iddia edib.
Məhkəmə qeyd edib ki, seçki hüququna qoyulan məhdudiyyət şərtləri in-
sanların öz seçimlərini sərbəst ifadə etməsinə mane olmamalıdır, başqa söz-
lə,  onlar  ümumi  seçki  hüququ  vasitəsilə  xalqın  iradəsini  müəyyən  etmək
məqsədi daşıyan seçki prosedurunun  düzgünlüyünü və səmərəliliyini əks
etdirməli və  ya buna zidd olmamalıdır (Qərar 71. paraqraf). Bundan başqa,
insan hüquqlarının müdafiəsi haqqında sənəd olan Konvensiyanın vəzifəsi

və məqsədi onun müddəlarının elə tərzdə şərh və tətbiq edilməsidir ki, orada
nəzərdə tutulan hüquqlar nəzəri və  ya xəyali deyil, praktiki və səmərəli hü-
quqlar olsun (72. Paraqraf). Nəhayət, Məhkəmə həmçinin onu vurğulayıb ki,
seçkilərin idarə olunmasına görə cavabdeh olan orqanların  şəffaf qaydada
fəaliyyət  göstərmələri və  qərəzsizliklərini  və müstəqilliklərini  siyasi mani-
pulyasiyalardan qorumaları önəmlidir (73. Paraqraf).
Məhkəmə ilkin  olaraq  Hökümətin  Z.O.-nun  qazandığı səslər ilə  şikayət-
çinin  topladığı səslər  arasında fərqə  nəzərə  alaraq,  “hətta  şikayətçinin  iddia
etdiyi bəzi pozuntular, həqiqətən, baş versəydi belə, onun yekununa təsir gö-
stərməyəcəkdi” arqumenti ilə  bağlı qeyd edib ki, bu arqumenti qəbul edə
bilməz.  Çünki  Hökümətin  göstərdiyi  nəticəyə gəlmək  üçün  öncə  iddia  edi-
lən seçki pozuntularının ciddiliyini və miqyasını ayrıca qiymətləndirmək və
yalnız bundan sonra onun təsirini müəyyənləşdirmək mümkün olardı. Bu isə
tərəflər  arasında əsas mübahisə  predmetidir.  Bundan  başqa,  istənilən  halda,
bu işdə əsas məsələ şikayətçinin öz dairəsində seçkidə qalib gəlmək hüququ
deyil, qalib gəlmək uğrunda azad və səmərəli mübarizə aparmaq hüququdur.
3-cü maddə  şikayətçi  yekunda  qalib gəlib-gəlməməsindən  asılı  olmayaraq,
seçkidə namizəd kimi ədalətli və demokratik şəraitdə iştirak etmək hüququ-
na malikdir (74-75.paraqraflar).
Məhkəmə şikayətçinin təqdim etdiyi sübutlarla bağlı öz yardımçı rolunu xa-
tırlatmaqla birbaşa araşdırma aparmaq iqtidarında olmadığını göstərməklə bəra-
bər qeyd edib ki, şikayətçinin təqdim etdiyi sübutlar ciddi hesab edilə bilər və
onlar təsdiq olunduğu halda azad seçki hüququnun pozuntusu üçün ciddi sayıla
bilər. Məhkəmə həmçinin ATƏT/DTİHB-nin Seçkiləri Müşahidə Missiyasının
yekun hesabatına istinad edərək gösgtərib ki, bənzər pozuntular sırf şikayətçi-
nin dairəsi üçün olmasa da, bir çox dairələrdə qeydə alınıb. Məhkəmə hesab edi
ki, şikayətçi onun dariəsində azad və ədalətli seçkilər keçirilmədiyini ortaya qo-
yan ciddi və əsaslı iddia irəli sürüb (77-79. Paraqraflar).
Məhkəmə qeyd edib ki, seçki pozuntuları ilə bağlı  şikayətlərə ölkədaxili
səviyyədə baxılıbsa, Məhkəmənin  araşdırması ölkədaxili məhkəmə pros-
edurlarında  və məhkəmə  qərarlarında  hər  hansı  pozuntunun  olub-olmaması
ilə məhdudlaşmalıdır. Əgər  ölkədaxili araşdırma səmərəli olmasa, onda bu
hüquq  xəyali  olardı.  Məhkəmə  qeyd  edib  ki,  şikayətçi  şikayətlərini Həm
DSK-MSK qarşısında,  həm  də ölkədaxili məhkəmələr qarşısında qaldırıb.
DSK-da olan araşdırma formal olub,      MSK da şikayətə çox gec baxıb.
Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə  verilən şikayətlərə adekvat
qaydada baxılmayıb (məsələn, Ali Məhkəmə işin mahiyyətindən çox formal
məsələlərlə məşğul olub). Məhkəmə Venesiya Komisiyasının “seçki məsə-
lələrində müsbət təcrübələr məcəlləsi”nə istinad edərək həddən artıq forma-
lizmin düzgün olmadığı qənaətinə gəlib (80-87-ci maddələr).
Məhkəmə bu qənaətə gəlib ki, seçki pozuntuları ilə bağlı şikayətçinin şi-
61

4
Kerimova v Azerbaijan,
http://bit.ly/1LoycMR
62
kayətləri  ölkədaxili  səviyyədə  səmərəli  şəkildə  araşdırılmayıb  və  əsassız
olaraq rədd edilib.
Qeyd: Namət Əliyev  işinə Kərimova Azərbaycana qarşı işdə presedent
kimi istinad edilib (həmin Qərarın 44-45. Paraqrafları)
3.
Kerimova v. Azerbaijan, Application No.20799/06, 30
September 2010
4
[Flora] Kərimova Azərbaycana qarşı, Şikayət No.20799/06, 30
sentyabr 2010
Şikayətçi  2005-ci  il  parlament  seçkilərində iştirak  edib  və  DSK-nın  elan
etdiyi nəticələrə görə 37  seçki məntəqəsinin 30-da daha çox səs  toplayıb.
DSK-nın nəticələrinə  görə şikayətçi  “seçilmiş namizəd” kimi göstərilib
(həmçinin MnSK-nın  protokollarına  görə şikayətçi  DSK-nın  nəticələrində
göstəriləndən  daha çox səs toplayıb). Daha sonra MSK onun iştirak etdiyi
dairədə seçkilərin nəticələrini etibarsız elan edən qərar çıxarıb. Şikayətçi bu
qərardan  Apellyasiya  Məhkəməsinə  şikayət  verib  və  bildirib  ki,  DSK-nın
qərarında  çıxarılmış  nəticələr  yanlışdır.  Bundan əlavə,  MSK-da  qərar  qəbul
edilərkən onun Seçki Məcəlləsinin 108.4-cü və 112.8-ci maddələri ilə  hü-
quqları  pozulub  (nəticələri  təkrar hesablamaq imkanı  və  çağırılmaq  və iza-
hat  vermək hüququ). Həmçinin şikayətçi  DSK  protokolu  ilə  MnSK  proto-
kollarını araşdırmağı təklif edib. Apellyasiya Məhkəməsi belə araşdırmadan
imtina edərək MSK-nın nəticələrini  qüvvədə saxladı. Şikayətçi Ali Məhkə-
məyə şikayət verdi. Ali Məhkəmə şikayəti təmin etmədi.
Şikayətçi ölkədaxili müdafiə vasitələrini tükədərək İHAM-a şikayət verib
və 1 saylı Protokolun 3-cü maddəsi ilə təminat verilən seçki hüququnun po-
zulduğunu iddia edib.
Məhkəmə  vurğulayıb  ki,  seçki  idarəçiliyinə görə  cavabdeh  olan  dövlət
orqanlarının şəffaf qaydada fəaliyyət göstərməsi, habelə  qərəzsiz və siyasi
manipulyasiyadan azad olması vacibdir, onların həyata keçirdiyi prosedurlar
minimum  təminatlarla müşayiət olunmalı və onların qərarları kifayət qədər
əsaslandırılmış olmalıdır (45.paraqraf). Məhkəmə Hökumətin seçki nəticələ-
rinin etibarsız sayılmasının seçicilərin öz rəylərini sərbəst ifadə etməsinə qa-
nunsuz müdaxilənin aradan qaldırılması arqumentinə şübhə ilə  yanaşaraq
qeyd edib ki, pozuntuların dərəcəsindən və bütövlükdə dairədə seçkinin nə-
ticəsinə təsirindən asılı olmayaraq, sadəcə, bəzi seçki məntəqələrində pozun-
tuların baş verməsi ucbatından bütövlükdə seçki dairəsində verilmiş səslərin
nəzərə alınmaması praktikası 3-cü maddənin məqsədləri  üçün  qanuni məq-
səd 
daşıyan 
praktika 
kimi
baxmaq 
olarmı?
(46.paraqraf).

Məhkəmə işdəki materiallar əsasında müəyyən  edib  ki,  seçki  gününün
sonunda şikayətçinin hər  bir  seçki məntəqəsindən əldə etdiyi MtSK  proto-
kollarının  surətlərinə  əsasən şikayətçi  digər  namizədin  3.992  səsinə qarşı
ümumilikdə 5.566 səs  qazanıb. Həmin protokollar əsasında tərtib edilmiş
DSK protokoluna əsasən həmin protokollardan bəzilərinə müdaxilə edildik-
dən sonra şikayətçi digər namizədin  4.091  səsinə qarşı 5.350  səs qazandı.
Beləliklə,  aydın  oldu  ki,  protokollara  qanunsuz düzəlişləri ehtiva  edən  po-
zuntulardan əvvəl və  sonra seçkinin nəticələri şikayətçinin seçkilərdə aşkar
qalib olduğunu göstərir. Üstəlik, nə  MSK, nə onun qərarına baxmış daxili
məhkəmələr sözügedən pozuntularla bağlı cinayət işinə baxmış, nə də Sum-
qayıt Şəhər Məhkəməsi şikayətçinin  seçilməsinə  kömək üçün baş  verən
qanunsuzluqları müəyyən  etmişdir. Nəticə  etibarilə  Məhkəmə bu  qənaətə
gəlib  ki,  bu  pozuntuların  bütövlükdə dairədə “seçicilərin iradəsini müəyyən
etməyi mümkünsüz” etdiyi barədə seçki orqanlarının və hökümətin mövqeyi
başa düşülən deyil. Məhkəmə MSK-nın etibarsızlıq qərarı ilə bağlı olan nət-
icəyə gəlib  ki,  həmin qərar təfsilatlı olmadığından və detallaşdırılmadığın-
dan tamamilə əsassız idi (47-48.paraqraflar).
Məhkəmə qeyd edib ki, o şikayətçi ilə o məsələdə razılaşır  ki, səslərin
yenidən hesablanması halında belə, şikayətçi yenidən qalib namizəd olacaq-
dı.  Bununla belə, Məhkəmə MSK-nın seçkinin nəticələrini etibarsız  elan
etməzdən  əvvəl  yenidən  hesablamanın mümkünlüyünü  nəzərdən keçirmə-
məsini  narahatlıq  doğuran  hal  hesab  edir.  Məhkəmə  hesab edir ki, səslərin
hesablanmasına və ya seçki sənədlərinə edilmiş qanunsuz müdaxilələr seçki-
lərin  nəticəsinin müəyyən  edilməsinə təsir  göstərə  bilərsə,  yenidən  hesabla-
ma mümkün olduğu hallarda səslərin  yenidən  hesablanması üzrə ədalətli
prosedur  bütövlükdə  seçki  prosesinin ədalətliyinin  və  uğurluluğunun təmi-
natıdır. Hətta Azərbaycan qanunvericiliyində səslərin  yenidən hesablanması
məcburi deyil, fakültativ prosedur olsa da, bu işdə MSK seçkilərin nəticələ-
rini bütövlükdə etibarsız hesab etmədən əvvəl səslərin yenidən hesablanması
mümkün idi (49.paraqraf).
Məhkəmə  daha  sonra  AR  seçki  qanunvericiliyinin müddəalarının – AR
Seçki Məcəlləsinin 106.3.6-cı maddəsi (səslərin yenidən hesablanması),
170.2.2-ci maddəsi (seçki dairəsindəki seçicilərin dörddə  birini  təşkil  edən
seçki məntəqələrinin ümumi sayının beşdə  ikisində seçkilərin nəticələrinin
ləğv  olunması)  düzgün  tətbiq  etmədiyini  və  Seçki  Məcəlləsinin  114.5-ci
maddəsinin (seçkini uduzmuş namizədin xeyrinə törədilən pozuntuların  aş-
kar  edilməsi əsasında  istənilən  səviyyədə  seçkilərin nəticələrinin ləğv  edil-
məsinin  qadağan  edilməsi) nəzərə  alınmamasına  istinad  edib. Məhkəmə
qeyd edib ki, SM-nin 114.5-ci maddəsində nəzərdə tutulan hallar pozuntula-
rın “qalib namizədin” xeyrinə törədilməsinin müəyyən edildiyi halların tam
əksidir (əks qərar üçün bax: Namət Əliyev işi). Nə MSK, nə ölkədaxili məh-
63

5
Orujov v Azerbaijan,
http://bit.ly/1MJG1Qp
64
kəmələr  pozuntuların  şikayətçinin  xeyrinə  olub-olmaması məsələsini  araş-
dırıb. Buna baxmayaraq, SM-nin 114.5-ci maddəsini tətbiq  ediblər. Daha
sonra Sumqayıt şəhər Məhkəməsi müəyyən edib ki, pozuntular şikayətçinin
rəqiblərinin xeyrinə həyata keçirilib (50-51.paraqraflar).
Məhkəmə müəyyən edib ki, ölkədaxili məhkəmələr şikayətçinin qaldırdı-
ğı məsələlərə adekvat şəkildə baxmayıblar və şikayətçinin təqdim etdiyi sü-
butları araşdırmaqdan imtina ediblər. Şikayətlərin araşdırılması səmərəli ol-
mayıb.
Məhkəmə qeyd edib ki, dövlət orqanlarının  bu məsələyə lazımi qaydada
yanaşmaması elə bir vəziyyət doğurub ki, bu zaman bütövlükdə seçki dairə-
sində bütün seçki prosesi mahiyyətcə iki nəfər yüksək vəzifəli seçki rəsmisi-
nin əli ilə təxribata məruz qalıb, onlar əllərində olan bir sıra seçki protokol-
larında düzəlişlər etmək  üçün  vəzifələrindən  sui-istifadə  ediblər.  Dövlətin
vəzifəli şəxslərinin hərəkətləri ucbatından seçki nəticələrinin  əsassız olaraq
etibarsız  elan  etməklə  dövlət  orqanları mahiyyətcə  seçkini  pozmaqla  onlara
akömək  ediblər və  şərait yaradıblar.  Seçki  adminitrasiyası daxilində  seçki
prosesinin  düzgünlüyünə marağın  olmaması 3-cü maddənin  ruhuna  uyğun
sayıla bilməz (53.paraqraf).
Məhkəmə o nəticəyə gəlib ki, şikayətçinin dairəsində seçkilərin nəticələ-
rinin ləğvi üçün hər hansı müvafiq əsaslar göstərilməyib və bu ləğv etmə öl-
kədaxili seçki qanunvericiliyi ilə müəyyən edilmiş proseduru açıq-aydın po-
zub (SM-nin 114.5-ci maddəsi).
4.
Orujov v. Azerbaijan, Application No. 4508/06, 26 July
2011
5
[Nadir] Orucov Azərbaycana qarşı, Şikayət No. 4508/06, 26 iyul
2011
Şikayətçi  2005-ci  il  parlament  seçkilərində iştirak  etmək üçün müstəqil
namizəd qismində DSK-ya müraciət edib və DSK onun namizədliyini qeydə
alıb. Seçki prosesinin gedişində şikayətçi barədə rayon polis idarəsinin mü-
vafiq polis bölməsi DSK-ya məlumat verdi ki, şikayətçi seçki qanunvericili-
yinin tələblərini pozararaq dairənin  müəyyən ictimai ərazilərində müəyyən
abadlıq işlərini maliyyələşdirir. Bununla bağlı polis bölməsi tərəfindən tərtib
olunmuş protokollar DSK-ya  təqdim  edildi.  DSK şikayətçinin namizədliyi-
nin ləğv  edilməsi  üçün  vəsatətlə  Apellyasiya  Məhkəməsinə müraciət etdi.
Şikayətçi bildirib ki,  DSK-nın vəsatəti barədə ona vaxtında məlumat veril-
məyib. Apellyasiya Məhkəməsi protokollarda adı keçən  şahidlərin ifadələri
əsasında şikayətçinin seçki qanunvericiliyini pozması qənaətinə gələrək şi-

kayətçinin  namizəd  qismində qeydiyyatını ləğv  etdi. Şikayətçi bundan  Ali
Məhkəməyə şikayət etdi və şahidlərin vəziyyəti barədə yeni sübutlar təqdim
etdi. O göstərdi ki, ona qarşı istifadə edilən sübutlar saxtlaşdırılıb, sübutlara
düzgün qiymət verilməyib. Ali Məhkəmə şikayəti rədd  etdi və Apellyasiya
Məhkəməsinin qərarını qüvvədə saxladı.
Şikayətçi ölkədaxili müdafiə vasitələrini tükədərək İHAM-a şikayət verib
və 1 saylı Protokolun 3-cü maddəsi ilə təminat verilən seçki hüququnun po-
zulduğunu iddia edib.
Məhkəmə qeyd edib ki, bu işdə şikayətçinin namizəd qismində qeydiyya-
tı  Seçki  Məcəlləsinin  88.4  və  113-cü maddələrinə  uyğun  olaraq  ləğv edil-
mişdi, həmin maddələr seçicilərin dəstəyini qazanmaq üçün ədalətsiz və qa-
nunsuz üsullara əl atan namizədin qeydiyyatının ləğv edilməsi imkanını nə-
zərdə tuturdu. Məhkəmə bununla bağlı hökumətin bu arqumentini qəbul
edib ki, SM-nin yuxarıda  göstərilən maddələrində nəzərdə tutulmuş şərtlər
seçki təşviqatı zamanı bütün namizədlər üçün bərabər və ədalətli şəraitin ya-
radılmasından və seçkilərdə xalqın rəyini sərbəst ifadə edə bilməsini müda-
fiə etməkdən ibarət qanuni məqsəd  daşıyır. Məhkəmənin qarşısında müəy-
yən etməli olduğu sual dövlət orqanlarının qərarlarının əsassız və qeyri-mü-
tənasib olub-olmamasıdır (43-44.paraqraflar).
Məhkəmə daxili qanunvericiliyə riayət edilib-edilməməsini yoxlamaq sə-
lahiyyətinin məhdud olmasını qeyd etməklə yanaşı, bildirib ki, namizədlərin
əsassız  olaraq  seçkidə iştirakdan  kənarlaşdırılmasının  qarşısını almaq məq-
sədilə müvafiq ölkədaxili prosdurlarda namizədləri seçki pozuntuları barədə
hüquqa zidd və əsassız iddialardan müdafiə edən yetərli təminatlar yer alma-
lı və  seçkidə iştirakdan  kənarlaşdırılma barədə  qərarlar  həmin  seçki  pozun-
tularının  ağlabatan, tutarlı və  yetərli  sübutuna əsaslanmalıdır  (45-46.paraq-
raflar).
Məhkəmə qeyd edib ki, şikayətçinin  namizədliyinin ləğvi  onun  seçicilə-
rin dəstəyini qazanmaq üçün onlara maliyyələşdirmə və ya abadlıq işləri for-
masında pulsuz xidmətlər göstərməsi, həmin işlər seçki dariəsinin müəyyən
ərazisində yerə asfalt döşəməsi və  uşaqlar və ahıllar üçün ictimai istirahət
yerlərinin təmir edilməsindən ibarət olan rəyə əsaslanıb. Lakin bu rəyin sü-
but  edilməsi  üçün  istinad  olunan  dəlillər  kasad  olub – bu dəlillər  iki polis
əməkdaşının və həmin ərazidə yaşayan təsadüfi seçilmiş sakinlərin ifadələri-
nə əsaslanıb. Məhkəmə hesab edib ki, yalnız ciddi maddi sübutlar olmadan
kimsə  ictimai  yerlərdə  iri miqyaslı  abadlıq işlərinin  apardığını müəyyən
etmək mümkün  deyil  (məsələn,  şiakyətçinin keçirdiyi maliyyə  əməliyyatla-
rının sübutu, şikayətçi ilə inşaat şirkəti arasında bağlanmış müqavilə, həmin
işçilərin şikayətçi ilə əlaqələrini sübut edən  ifadələri, şikayətçinin işçilərə
tapşırıqlar verməsini müəyyən edən ifadələr və s.).
Məhkəmə qeyd edib ki, seçki pozuntularına görə şikayətçinin məsuliyyət
65

6
Hajili v Azerbaijan,
http://bit.ly/1JAAGKy
66
daşıdığı qənaətinə  gəlmək  üçün  istifadə  edilmiş prosedurda  şikayətçi  üçün
sui-istifadə  hallarına qarşı yetərli təminatlar nəzərdə tutulmamışdı. Məhkə-
mə həmçinin qeyd edib ki, şikayətçinin iddia edilən hüquqa ziddi davranışı-
na aid bütün sübutların təqdim edilməsində polislərin birbaşa iştirakı olmuş-
du. Məhkəmə vurğulayıb ki, polisin seçki məsələlərinə müdaxilə təşkil edən
bu cür təşəbbüsü özlüyündə kifayət qədər qeyri-adi haldır.
Məhkəmə işin hallarını  sıra ilə araşdıraraq o qənaətə gəlib ki, “sakinlə-
rin”  polisə  ünvanladıqları ərizələr  qeyri-adi  xarakter  daşıyır  (onlar  şikayət
ərizəsi deyil, minnətdarlıq ərizəsi idi, nə məqsədlə şikayətçi barəsində polisə
minnətdarlıq ərizəsi yazılması bəlli deyil), şahid “sakinlərin” bir hissəsi no-
tarial qaydada ifadələrindən imtina edərək polis tərəfindən aldadıqlarını bil-
diriblər, digərləri tikintinin kim  tərəfindən aparıldığını bildmədiklərini gös-
təriblər, iki nəfər polis əməkdaşından başqa təsdiqedici ifadə olmayıb və po-
lislərin ifadələri fakta deyil, şayiəyə əsaslanıb, şikayətçi Ali Məhkəmədə şa-
hid “sakinlərdən” bəzilərinin heç həmin ərazidə yaşamadığını müəyyən edən
sübutlar aşkar edib və bu sübutlar araşdırılmayıb, DSK-nın iclası vaxtı şika-
yətçi məlumatlandırımayıb,  DSK-nın  qərarı vəsatətlə məhkəməyə müraciət
ediləndən sonrakı gün qəbul edilib və post facto xarakter daşıyıb, məhkəmə
prosesi şikayətçinin iş materialları ilə tanış olmaq və mülahizələr irəli sür-
məsinə imkan verməyəcək dərəcədə çox qısa müddətdə keçirilib, Apellyasi-
ya Məhkəməsinin qətnaməsində şahidlərin ifadələri təhrif olunub, şikayətçi-
nin təqdim etdiyi sübutları Ali Məhkəmə qəbul etməyib (47-58.paraqraflar).
Nəticə etibarilə, Məhkəmə müəyyən edib ki, şikayətçinin seçkidə iştirak-
dan  kənarlaşdırılması  yetərli  və münasib  sübutlara əsaslanmırdı,  seçki  ko-
missiyalarında və daxili məhkəmələrdəki prosedurlar şikayətçiyə sui-istifadə
hallarına qarşı yetərli təminatlar vermirdi.
5.
Hajili v. Azerbaijan, Application No. 6984/06, 10 January
2012
6
[Arif] Hacılı Azərbaycana qarşı, Şikayət No. 6984/06, 10 yanvar
2012
Şikayətçi 2005-ci il parlament seçkilərində namizəd  kim iştirak edib.
Onun iştirak etdiyi dairədə 41 məntəqə olub. Seçki günü şiakyətçinin  ələ
etdiyi MnSK-ların protokollarına əsasən  o,  dairə üzrə səs  çoxluğu qazanıb.
Seçkidən sonra şiakyətçi MSK-ya şikayətlə müraciət edərək bildirib ki, bü-
tün protokollar DSK-ya təqdim  edildikdən sonra 3 məntəqə üzrə nəticələr
onun rəqiblərindən  birinin xeyrinə saxtlaşdırılıb.  MSK şikayət əsasında şi-
kayətçinin iştirak etdiyi dairə üzrə seçkilərin etibarsız hesab edilməsi barədə

qərar qəbul edib. MSK qərarını onunla əsaslandırıb ki, 19 məntəqə üzrə nə-
ticələrdə pozuntulara yol verilib. Şikayətçi MSK-nın bu qərarından Apellya-
siya  Məhkəməsinə  şikayət  verib.  Şikayətçi  bildirib  ki,  3 məntəqə  üzrə  po-
zuntuya  yol  verilib  və  digər  19 məntəqə  üzrə  hər  hansı  düzəliş  və  pozuntu
onda olan protokolların  surətlərində mövcud deyil. Apellyasiya Məhkəməsi
protokolları araşdırmadan və şikayətçinin dəvət etdiyi şahidləri dindirmədən
MSK-nın  qərarında  yazılanları təkrarlayaraq seçkilərin nəticələrinin etibar-
sızlığını qüvvədə saxlayıb. Şikayətçi kassasiya  şikayət verib və səslərin
yenidən sayılmasının mümkünlüyünə istinad edib. Ali Məhkəmə şikayəti tə-
min etməyib.
Şikayətçi ölkədaxili müdafiə vasitələrini tükədərək İHAM-a şikayət verib
və 1 saylı Protokolun 3-cü maddəsi ilə təminat verilən seçki hüququnun po-
zulduğunu iddia edib.
Məhkəmə qeyd edib ki,  seçkilərin idarə edilməsinə cavabdeh orqanlar
şəffaf qaydada fəaliyyət  göstərməli və qərəzsizliklərini və müstəqlilliklərini
siyasi manipulyasiyalardan qorumalı, həyata keçirdikləri icraatda özbaşnalı-
ğa qarşı minimal təminatlar nəzərdə tutmalı və  qərarlarını yetərli dərəcədə
əsaslandırmalıdırlar (48.paraqraf).
Məhkəmə bu iş üzrə qeyd edib ki, əvvəl də Kərimovanın işində çox oxşar
faktlara əsaslanan şikayət araşdırıb.  Lakin o  nəzərə alır  ki, Kərimovanın
işində faktlardan aşkar görünürdü ki, seçkilərin nəticələri etibarsız elan edil-
məsəydi, şikayətçi seçkiləri qazanacaqdı; həmin işdən fərqli  olaraq  bu  işdə
şikayətçinin  öz dairəsində seçkiləri qazanacağını dəqiq müəyyən etmək
mümkün deyil. Məhkəmə qeyd edib ki, o, yardımçı xarakter daşıyır və  bi-
rinci instansiya məhkəməsi rolunu daşıya bilməz.  Bununla  bağlı məhkəmə
qeyd edib ki, 3-cü maddə seçkidə per se qalib gəlmək hüququna deyil, əda-
lətli və demokratik şərtlər əsasında  seçkidə namizəd kimi iştirak  etmək hü-
ququna təminat verir (49.paraqraf).
Məhkəmə  qeyd  edib  ki,  MSK-nın  qərarı  şikayətçinin  3 məntəqə  barədə
şikayəti əsasında  qəbul  edilib  və  MSK  bu  qərarında  şikayətçinin  tələblərin-
dən  tamamilə  kənara  çıxırdı  və  dairədəki  bir  çox məntəqələrin  nəticələrini
etibarsız hesab edirdi. Bu qərar şikayətçinin namizəd kimi iştirak etmək hü-
ququna müdaxilədir. Məhkəmə həmin müdaxilənin 3-cü maddənin tələbləri-
ni pozub-pozmamasını müəyyən etmək üçün növbəti araşdırmanı aparıb.
Məhkəmə hesab edib ki, eynilə
Kərimovanın işindəki səbəblərə görə
yerli qərarlar 3-cü maddənin tələblərinə uyğun olmayıb. MSK-nın qərarı təf-
silatlı olmayıb və  “pozuntuların” seçicilərin  iradəsinə necə təsir etməsini
göstərməyib. Bu halda MSK-nın qərarı əsassız olub. Kərimovanın işində ol-
duğu kimi MSK və yerli məhkəmələr bir sıra prosedurlara əməl etməyiblər
və bunun səbəblərini izah etməyiblər: birincisi, MSK səslərin yenidən sayıl-
ması proseduruna niyə əməl etmədiyini izah etməyib; ikincisi, AR SM-nin
67

7
Mammadov v Azerbaijan (No 2),
http://bit.ly/1PrsAlA
68
114.5-ci maddəsinə etinasız yanaşıblar (55.paraqraf).
Yekun olaraq şikayətçi  yuxarıda sadalanan hallarla bağlı dəfələrlə yerli
məhkəmələrdə  qaldırmasına  baxmayaraq,  onlar  adekvat  araşdırma aparma-
yıblar və MSK-nın qərarını təkrarlayıblar (56.paraqraf).
Məhkəmə  yekun  olaraq  bildirib  ki, şikayətçinin namizəd  olduğu  dairədə
səsvermənin  nəticələrinin  etibarsız  elan  olunması  barədə  qərar  qanunsuz
olub, çünki bu qərar üçün hər hansı müvafiq prosedur və yetərli səbəblər
yox idi və o, yerli seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduru açıq-
aşkar pozurdu (AR SM 114.5). Həmin qərar qanunsuz olaraq şikayətçini na-
mizəd  kimi seçkilərdə  səmərəli iştirak  etmək hüququndan çəkindirib  və
beləliklə, universal səsvermə yolu ilə insanların iradəsini müəyyən etmək
məqsədi daşıyan seçki prosedurunun səmərəli və tam  həyata keçirilməsinə
mane olub (57.paraqraf).
6.
Mammadov v. Azerbaijan (No.2), Application No. 4641/06,
10 January 2012
7
[Sərdar]
Məmmədov
Azərbaycana
qarşı
(No.2),
Şikayət
No.4641/06, 10 yanvar 2012
Şikayətçi müaxlif  namizəd kimi 2005-ci il parlament seçkilərində iştirak
edib və şikayətçinin verdiyi məlumata əsasən o seçki dairəsində səslərin ək-
səriyyətini qazanıb. Seçki gününün sonunda şikayətçi DSK-nın tərtib etdiyi
nəticələrə dair protokolları əldə edə bilməyib. DSK  qalib gələn şəxsi elan
etməyib. Şikayətçi seçkidən  sonra  8  seçki məntəqəsi üzrə (protokolları ala
bilmədiyi seçki məntəqələri) seçkilərin nəticələrinin ləğv  edilməsi və ən
yüksək səs toplayan namizəd kimi qalib elan olunması barədə MSK-ya mü-
raciət etdi. MSK həmin dairə üzrə seçkilərin nəticələrini etibarsız elan etdi.
Şikayətçi bu qərardan Apellyasiya Məhkəməsinə şikayət verdi və göstərdi
ki, MSK-nın qərarında çıxarılmış nəticələr yanlışdır. Apellyasiya Məhkəmə-
si protokolları araşdırmaqdan imtina edərək MSK-nın qərarını qüvvədə sax-
ladı. Şikayətçi kassasiya şikayəti verdi və əlavə olaraq göstərdi ki, apellyasi-
ya məhkəməsi sübutları  araşdırmayıb. Ali Məhkəmə şikayətçinin şikayətini
rədd etdi və Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı.
Şikayətçi ölkədaxili müdafiə vasitələrini tükədərək İHAM-a şikayət verib
və 1 saylı Protokolun 3-cü maddəsi ilə təminat verilən seçki hüququnun po-
zulduğunu iddia edib.
Məhkəmə qeyd edib ki, hazırki iş Kərimovanın işindəki ilə oxşar faktlara
malikdir.  Lakin  ondan  fərqli  olaraq  hazırki  iş  üzrə  şikayətçinin  seçkilərin
nəticələri etibarsız hesab edilməsəydi, qalib ola biləcəyini müəyyən etmək

8
Kerimli and Alibeyli v Azerbaijan,
http://bit.ly/1E9l1iM
69
mümkün deyil. Məhkəmənin funksiyası yardımçı xarakter daşıdığı üçün bu-
nu müəyyən  etmək  iqtidarında  deyil.  3-cü maddə  özlüyündə  qalib  gəlmək
hüququnu deyil, seçkilərdə şəffaf və demokratik zəmində namizəd kimi işti-
rak etmək hüququna zəmanət verir (52. paraqraf).
Məhkəmə  qeyd  edib  ki,  MSK-nın  nəticələrin  etibarsız  sayılması barədə
qərarı şikayətçinin MSK-ya ünvanladığı şikayətin hüdudlarından kənara çıx-
mışdı və bütün seçki dairəsi üzrə nəticələrin ləğvinə gətirib  çıxarmışdı.  Bu
hal  şikayətçinin  namizəd  kimi  seçkidə  səmərəli  iştirak  hüququna müdaxilə
təşkil edirdi (53-54. Paraqraflar).
Məhkəmə hesab edib ki, eynilə
Kərimovanın işindəki səbəblərə görə
yerli qərarlar 3-cü maddənin tələblərinə uyğun olmayıb. MSK-nın qərarı təf-
silatlı olmayıb və  “pozuntuların” seçicilərin  iradəsinə necə təsir etməsini
göstərməyib. Bu halda MSK-nın qərarı əsassız olub. Kərimovanın işində ol-
duğu kimi MSK və yerli məhkəmələr bir sıra prosedurlara əməl etməyiblər
və bunun səbəblərini izah etməyiblər: birincisi, MSK səslərin yenidən sayıl-
ması proseduruna niyə əməl etmədiyini izah etməyib; ikincisi, AR SM-nin
114.5-ci maddəsinə etinasız yanaşıblar (57-58.paraqraflar).
Məhkəmə həmçinin qeyd edib ki, şikayətçi yuxarıda sadalanan halları də-
fələrlə  yerli məhkəmələrdə qaldırmasına baxmayaraq, onlar adekvat araşdı-
rılmayıb və MSK-nın gəldiyi nəticəni təkrarlayıb (59.paraqraf).
Nəticə etibarilə, Məhkəmə hesab edib ki, nəticələrin etibarısz hesab edil-
məsi qərarı qanunsuz olub və yerli seçki qanunvericiliyin pozuntusunu təşkil
edib. Həmin qərar 3-cü maddə ilə təmin olunan azad seçki hüququndan şika-
yətçini məhrum edib.
7. Kerimli and Alibeyli v. Azerbaijan
8
, Applications No. 18475/06;
22444/06), 10 January 2012 - [Əli] Kərimli və [Qulamhüseyn] Əli-
bəyli Azərbaycana  qarşı,  Şikayətlər  No.  18475/06  və 22444/06), 10
yanvar 2012
Hər iki şikayətçi müxalif siyasətçidir. Onlar müxtəlif dairələrdə 2005-ci
il parlament seçkilərində iştirak  ediblər. Seçkilərin  MSK tərəfindən elan
edilmiş nəticələrinə görə hər iki şikayətçi qalib olub. Daha sonra MSK tərə-
findən nəticələr təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərilib.
Konstitusiya  Məhkəməsi  121  seçki  dairəsindən  115-i üzrə nəticələri təsdiq
edib. 6 dairənin, o cümlədən hər iki şikayətçinin iştirak etdiyi dairələrin nə-
ticələri KM tərəfindən ləğv edilib. Şikayətçilərin iddialarına əsasən KM-nin
qərarı heç bir əsasa və faktoloji bazaya söykənməyib və ümumi olub.
Məhkəmə qeyd edib ki, KM-nin qərarı faktiki və hüquqi əsaslandırması-

9
Abil v Azerbaijan,
http://bit.ly/1JABM9e
70
na görə ciddi məsələlər  qaldırır. Daha dəqiq, qərarda istinad edilən yeganə
faktiki təfərrüat  KM-nin  Baş Prokurorluqdan  birinci şikayətçinin seçki dai-
rəsində on seçki məntəqəsinin sədr  və üzvləri  barədə “seçki sənədlərinin
saxtalaşdırılması”  və  “vəzifə  səlahiyyətlərindən  sui-istifadəyə”  görə,  ikinci
şiakyətçinin dairəsi üzrə DSK-nın dörd üzvü barədə cinayət işinin açılması-
na dair məktubun alınması idi. Lakin Məhkəmə qeyd edib ki, daha ətraflı tə-
fərrüatların  olmadığı halda, sadəcə  cinayət işinin açılması faktı və  güman
edilən və qeyri-müəyyən şəkildə təsnif edilən pozuntular istənilən dairə üzrə
bütövlükdə seçki nəticələrinin ləğv edilməsi üçün yetərli  və müvafiq əsas
deyil. Xüsusilə, KM bu pozuntuların həqiqətən baş verib-vermədiyini və baş
verdiyi halda həmin pozuntuların hər müvafiq dairədə seçicilərin rəyinin
müəyyən  edilməsinin  mümkünsüz  edəcəyi  dərəcədə  ciddi təir  edib-etmədi-
yini müəyyən etməyib. Bundan əlavə, birinci şikayətçi ilə bağlı qaldırılan 10
məntəqə ilə bağlı pozuntular MSK tərəfindən  araşdırılmış və pozuntu aşkar
edilməmişdi (38.paraqraf).
KM-nin  qərarı  seçicilərin  seçiminin müəyyən  edilməsini mümkünsüz
edəcəyi dərəcədə ciddi pozuntuları aşkarlaya biləcək potensiala malik deyil-
di. Bundan əlavə, KM SM-nin səsvermə nəticələrinin ləğv edilməsi ilə bağlı
ciddi prosedur tələblərinə riayət edilməsi və sairə barədə məlumat vermirdi.
Bu məsələlər cavabsız qalmışdı. Belə olan halda Məhkəmə yalnız mübahisə
edilən qərarın həm faktiki hallarına, həm  də hüquqi əsaslandırmasına görə
əsaslandırılmamış olduğu nəticəsinə gəlib (39.paraqraf). Bundan əlavə, ma-
raqlı tərəflər,  o  cümlədən  qalib namizəd  olan  hər  iki şikayətçi də  daxil  ol-
maqla bu icraatdan xaric edilmişdi. Xüsusilə onlara KM-nin qərarının əsası-
nı təşkil edən sənəd və ya mütəxəssis rəyləri və  ya qərarın əsaslandırılması
üçün  istifadə edilən  hər  hansı sənədi  almaq imkanı verilməyib. Həmçinin
onlara iclasda iştirak etmək və ya digər yazılı və şifahi şəkildə öz maraqları-
nı müdafiə etmək imkanı verilməyib. Məhkəmə hesab edib ki, KM-nin qəra-
rı qəti olduğu üçün və eyni zamanda hər iki şikayətçinin və hüquqlarına təsir
etdiyi üçün hər hansı prosedur təminatların verilməməsi vəziyyətin düzəldil-
məməsi üçün  şikayətin  mümkün  olmaması  səbəbindən  xüsusilə ciddi görü-
nür (40.paraqraf).
Məhkəmə o nəticəyə  gəldi ki, KM-nin qərarı heç bir müvafiq və  yetərli
səbəbə  əsaslanmayıb  və maraqlı tərəflərə  heç  bir  prosedur təminatı vermə-
yib və şəffaf deyildi (41.paraqraf).
8. Abil v. Azerbaijan, Application No. 16511/06, 21 February 2012
9
[Bəybala] Əbil Azərbaycana qarşı, Şikayət No. 16511/06, 21 fevral
2012

Şikayətçi 2005-ci il parlament seçkilərində iştirak etmək üçün namizəd-
liyi irəli sürüb və müvafiq DSK-da namizəd kimi qeydiyyatdan keçib.
Seçki  prosesinin  gedişində  DSK  şikayətçinin  iştirakı olmadan  toplantı
keçirərək onun SM-nin tələbləri ilə bir araya sığmayan fəaliyyətə cəlb olun-
ması barədə məlumatlara əsaslanaraq namizədliyin ləğv  edilməsi üçün
Apellyasiya  Məhkəməsinə müraciət  etmək  qərarına  gəlib.  DSK-nın qərarı
şikayətçinin onlara seçilmək müqabilində pul vəd etdiyini iddia edən şəxslə-
rin yazılı müraciətlərinə  əsaslanıb. Apellyasiya Məhkəməsi  DSK-nın müra-
ciəti əsasında  şiakyətçinin  namizədliyini  ləğv  edib.  Şikayətçi  bu  qərardan
kassasiya  şikayəti  verib.  Ali  Məhkəmə  həmin şikayəti  təmin  etməyib  və
Apellyasiya  Məhkəməsinin  qərarını  qüvvədə  saxlayıb.  Şikayətçi  ölkədaxili
məhkəmələrdə ona qarşı  istifadə edilmiş sübutların uydurma olmasına,  ona
qarşı ifadə vermiş şəxslərin yalançı şahidlər olmasına istinad edib.
Şikayətçi  ölkədaxili müdafiə  vasitələrini  tükədərək İHAM-a  şikayət
verib və 1 saylı Protokolun 3-cü maddəsi  ilə təminat verilən seçki hüququ-
nun pozulduğunu iddia edib.
Məhkəmə  qeyd  edib  ki,  şikayətçinin  hüquqlarına müdaxilənin  3-cü
maddənin tələblərinə uyğunluğunun  yoxlanılması üçün Məhkəmə şikayətçi-
yə hər hansı özbaşnalığa qarşı kifayət qədər təminatlar verilib-verilmədiyini,
həmçinin müvafiq qərarların əsaslandırılıb-əsaslandırılmadığını müəyyən
etmək üçün müvafiq ölkə prosedurlarını və qərarları diqqətlə araşdırmalıdır
(34.paraqraf). Məhkəmə hesab edib ki, seçkilərdə namizədliyini irəli sürmüş
şəxslərin  namizədliyinin özbaşına ləğvinin qarşısını almaq üçün müvafiq
qanunvericilik namizədləri əsassız  və alçaldıcı  seçki pozuntusu iddiaların-
dan müdafiə etmək üçün kifayət qədər təminatlara malik olmalı və eləcə də
namizədliyin ləğvinə dair qərar seçki pozuntusuna dair əsaslı, etibarlı və
yetərli sübutlara əsaslanmalıdır (35.paraqraf).
Bu iş üzrə Məhkəmə qeyd edib ki, şikayətçini rüşvətxorluqda ittiham
edən 17 nəfərdən  yalnız  8-i  Apellyasiya  Məhkəməsi tərəfindən dindirilib.
Qeyd olunan 8 nəfərdən 7-i onlara səsləri qarşılığında naməlum şəxslər tərə-
findən pul vəd edildiyini təsdiq edib.  Məhkəmə hesab edib ki, bu məlumat
rüşvət təklifinin şikayətçi  ilə əlaqədar olmasını təsdiq  etmir.  Şikayətçinin
seçicilərə rüşvət təklif etməsi iddia edilən “naməlum şəxslər”in iddia edilən
hərəkətləri ilə əlaqəsini göstərən başqa sübutlar mövcud deyil (36.paraqraf).
Məhkəmə həmçinin qeyd  edib  ki, şahidlərdən biri məhkəmədə  şikayətçinin
ona pul təklif etməsinə dair ifadə verdi. Lakin Məhkəmə vurğulayıb ki, şika-
yətçi həmin şahidin  onun  dairəsində  seçici kimi qeydiyyatda olmadığını  və
daimi  yaşayış  yeri  barədə  Apellyasiya  Məhkəməsinə  yalan  ifadə  verdiyini
təsdiq etdi. Bu isə həmin şahidin ifadələrini şübhə altında qoyur. Lakin yerli
məhkəmələr  şikayətçinin bu etiralarına biganə yanaşıb (37.paraqraf). DSK
şikayətçini onun namizədliyi barədə iclasa dəvət etməyərək bu barədə öz
71

10
Khanhuseyn Aliyev v Azerbaijan,
http://bit.ly/1WKJIsh
72
mülahizəsini bildirmək imkanından məhrum edib. Yerli məhkəmələr həmçi-
nin şikayətçinin vəsatət və etirazlarını nəzərə almayıb (39.paraqraf). Beləlik-
lə, şikayətçi yetərli prosedural təminatları olmayıb və bu 3-cü maddənin po-
zuntusudur.
9. Khanhuseyn Aliyev v. Azerbaijan
10
, Application No. 19554/06, 21
February 2012 - Xanhüseyn Əliyev Azərbaycan qarşı, Şikayət No.
19554/06, 21 fevral 2012
Şikayətçi  2005-ci  il  parlament  seçkilərində iştirak  üçün  namizəd  kimi
qeydiyyatdan keçib. Seçki prosesinin gedişində DSK onun SM-nin tələbləri-
nə  uyğun  olmayan fəaliyyətlə məşğul  olması barədə məlumatlar  olduğunu
əsas gətirərək namizəd kimi qeydiyyatının ləğv edilməsi tələbi ilə Apellyasi-
ya  Məhkəməsinə müraciət  edib.  DSK-nın iclasında  şikayətçinin iştirakı tə-
min edilməyib. Apellyasiya Məhkəməsi bu müraciət  əsasında şikayətçinin
namizədliyinin qeydiyyatını ləğv  edib. Şikayətçi Ali Məhkəməyə müraciət
edərək  ona  qarşı irəli sürülən  itithamların  saxta  və onun əleyhinə istifadə
edilmiş sübutların inandırıcı olmadığına, təsdiq edilmədiyini və yanlış  qiy-
mətləndirildiyini  bildirib.  Ali Məhkəmə  şikayəti rədd  edərək  Apellyasiya
Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Şikayətçi  ölkədaxili müdafiə  vasitələrini  tükədərək İHAM-a  şikayət
verib və 1 saylı Protokolun 3-cü maddəsi  ilə təminat verilən seçki hüququ-
nun pozulduğunu iddia edib.
Məhkəmə qeyd edib ki, şikayətçinin 3-cü maddə ilə təmin edilən seçki-
lərdə  namizəd  qismində iştirak  etmək  hüququna  dair  presedent  hüququ  bir
sıra məhkəmə qərarları ilə yanaşı,  “Orucov Azərbaycana qarşı” işində əks
olunub. Bu qərara əsasən məhkəmə xatırladıb ki, namizədliyin ləğvi zamanı
özbaşnalığı aradan qaldırmaq üçün prosedural təminatlar olmalıdır (30 və
34.paraqraflar).
Məhkəmə qeyd edib ki, şikayətçinin namizədliyinin ləğv edilməsi qərarı
dörd  seçicinin yazılı ərizələrinə və  bir  neçə pul əskinasından ibarət  “maddi
sübut”a əsaslanıb. Məhkəmə hesab edib ki, bu materiallar və onların araşdı-
rılması yolu şikayətçinin seçiciləri  pulla almağa cəhd etməsi itihamı üçün
əsaslı, etibarlı və yetərli saıylmır (35.paraqraf).
Məhkəmə vurğulayıb ki, pul əskinasları hər hansı xüsusi işarələr və ya
barmaq  izlərinin yoxlanılması  barədə  ekspertiza  rəyi  olmadığından  bu təsa-
düfi əskinaslar özlüyündə onların rüşvət vasitəsi olduğunu və şikayətçi tərə-
findən  seçicilərə  verildiyini  təsdiqləyən  sübut  sayıla  bilməz (36.paraqraf).
Dörd seçici ilə bağlı Məhkəmə qeyd edib ki, bu seçicilərdən heç biri müva-

11
Atakishi v Azerbaijan,
http://bit.ly/1JrgAAB
73
fiq seçki komissiyasının iclasında və ya məhkəmələrdə dindirilmək üçün də-
vət edilməyib və bu ərizələrin təsdiqi ilə bağlı məlumat almaq üçün hər han-
sı addım atılmayıb. Həmin seçicilərin dindirilməsi həlledici idi. Şikayətçiyə
qarşı istifadə  edilən  sübutlar  onun  mötəbərliyini  aradan  qaldıracaq  qaydada
öyrənilməyib (37.paraqraf).
Şikayətçi namizədliyinin  ləğvi məsələsinin müzakirə  olunduğu  iclasa
dəvət edilməyib və  burada dindirilməyib. DSK-nın bəzi üzvləri həmin gün
hər hansı iclasın olmadığı barədə iddialarına baxmayaraq müəammalı şərait-
də şikayətçinin qeydiyyatının ləğvi məsələsi barədə qərar qəbul olunub
(39.paraqraf).  Şikayətçi məhkəmədə  özünü  müdafiə  etməsi  üçün  lazımi
müddətə malik olamyıb. Şikayətçinin namizədliyinin ləğvi öncədən ağlaba-
tan qaydada xəbərdarlıq edilmədən baş verib (40.paraqraf). Yerli məhkəmə-
lər tərəfindən adekvat araşdırma aparılmayıb (41.paraqraf).
Belə olan halda, şikayətçinin namizədliyi prosedural təminatlar olmadan
ləğv edilib.
10. Atakishi v. Azerbaijan, Application No. 18469/06, 28 February
2012
11
[Abbas] Atakişi Azərbaycana qarşı, Şikayət No. 18469/06, 28 fevral
2012
Şikayətçi 2005-ci il parlament seçkilərində namizəd kimi qeydiyyata alı-
nıb. Daha sonra seçki prosesinin gedişində DSK onun namizədliyinin ləğv edil-
məsi üçün Apellyasiya Məhkəməsinə müraciət edib. DSK qərarı iki əsasa söy-
kənirdi: birincisi, şikayətçi seçiciləri rüşvətlə almağa çalışıb; ikincisi, o, rəqibi-
ni təhqir edib və rəqibinin seçkiqabağı görüşünü dağıdıb. Apellyasiya Məhkə-
məsi bu əsasları rəhbər götürərək şikayətçinin namizədliyini ləğv edib. Şikayət-
çi kassasiya şikayəti verərək bildirib ki, o, DSK-nın iclası barədə məlumatlandı-
rılmayıb. Sənədlər saxta olub. Şikayətlərin heç biri ilə bağlı dinləmə keçirilmə-
yib. Şikayətlərin həqiqi şəxslər tərəfindən yazılıb-yazılmaması belə aydınlaşdı-
rılmayıb. Şikayətçilərdən birinin şikayətinin geri götürməsi barədə bəyanat
olub. Ali Məhkəmə şikayəti təmin etməyib və Apellyasiya Məhkəməsinin qəra-
rını qüvvədə saxlayıb.
Şikayətçi  ölkədaxili müdafiə  vasitələrini  tükədərək İHAM-a  şikayət
verib və 1 saylı Protokolun 3-cü maddəsi  ilə təminat verilən seçki hüququ-
nun pozulduğunu iddia edib.
Məhkəmə qeyd etdi ki, şikayətçinin 3-cü maddə ilə təmin edilən seçki-
lərdə  namizəd  qismində iştirak  etmək  hüququna  dair  presedent  hüququ  bir
sıra məhkəmə qərarları ilə yanaşı, “Orucov Azərbaycana qarşı” işində əks

12
Karimov v Azerbaijan,
http://bit.ly/1Jnh5qS
74
olunub. Bu qərara əsasən məhkəmə xatılradıb ki, namizədliyin ləğvi zamanı
özbaşnalığı aradan qaldırmaq üçün prosedural təminatlar olmalıdır (37 və
41.paraqraflar).
Məhkəmə qeyd edib ki, şikayətçinin namizədliyinin  ləğvinin birinci
əsası H.S. adlı şəxsin yazılı bəyanatıdır. O, daha sonra bu bəyanatından im-
tina edib və  dövlət orqanları qarşısında dəfələrlə bunu ifadə edən növbəti
bəyanatlar verib. DSK və yerli məhkəmələr onu bircə dəfə də olsun dindir-
məyib. Baxmaraq ki, o, Apellyasiya Məhkəməsinə gəlmişdi. H.S.-nin imtina
bəyanatları yerli məhkəmələr tərəfindən nəzərə  alınmayıb. Məhkəmə hesab
edib ki, bu hissədə yerli məhkəmələrin istinad etdiyi əsaslar legitim şübhələ-
ri aradan qaldıracaq şəkildə araşdırılmayıb (43.paraqraf).
Məhkəmə şikayətçinin namizədliyinin ləğvi ilə bağlı ikinci əsasla əlaqə-
dar bildirib ki, bu əsası sübut edə biləcək dəlillər qısa məzmunlu məktub və
teleqramlardan ibarətdir.  Bu şikayətlərin heç biri şikayətçinin konkret hər
hansı yanlış  və ya qanunsuz hərəkəti haqqında məlumat vermir. Məhkəmə-
lər şikayət  müəlliflərinin şəxsiyyətini müəyyənləşdirməyib. Onları dindir-
məyə cəhd göstərməyib. Beləliklə, bu yazılı ittihamlar nəinki şikayətçinin
hər hansı qanunsuz hərəkətini, hətta real şəraiti sübut edən  dəlil sayıla  bil-
məz (44.paraqraf). DSK-nın təqdim  etdiyi digər sübut şikayətçinin oppon-
entinin ittihamlarıdır. Bunların araşdırılması üçün əlavə araşdırma lazım idi.
Yerli məhkəmələr tərəfindən belə bir araşdırma aparılmayıb. Bundan əlavə,
yerli məhkəmələr namizədliyin ləğvi kimi AR SM-nin 88.2-ci maddəsinə is-
tinad etsələr də, bunun əsasını təşkil edən adekvat hüquqi zəmini təmin edə
bilməyiblər. Həmçinin şikayətçi DSK-nın iclasına dəvət  edilməyib. Yerli
məhkəmələr onun arqumentlərini yetərli şəkildə araşdırmayıblar. Ona özünü
müdafiə etməsi üçün lazımi müddət və imkan yaradılmayıb (44-48.paraqraf-
lar).
Beləliklə, şikayətçinin namizədliyinin ləğvi təminatlar olmadan, özbaşı-
na həyata keçirilib.
11. Karimov v. Azerbaijan, Application No. 12535/06, 25 September
2014
12
Şikayətçi müxalif partiyanın namizədi kimi 2005-ci il parlament seçkilərin-
də iştirak edib. Şikayətçinin seçkilərdə iştirak etdiyi DSK-da hərbi hissələr
yerləşirdi. Həmin hərbi hissələrdə DSK-nın qərarına əsasən ayrıca seçki məntə-
qələri yaradılmışdı. O, səsvermə nəticəsində iştirak etdiyi DSK üzrə ikinci ən
çox səs toplamış namizəd olub. Şikayətçinin rəqibi ondan nisbətən çox səs alıb.

Şikayətçi müəyyən edib ki, onun rəqibinin aldığı səslərin içərisində hərbçilərin
səsləri xüsusi yer tuturdu. Buna görə də şikayətçi hərbi hissələr üçün yaradılmış
seçki məntəqələrinin nəticələrinin ləğv edilməsi üçün seçkidən sonra MSK-ya
müraciət etdi və müraciətini digərləri ilə bərabər, həm də onunla əsaslandırdı ki,
qanunvericiliyə görə hərbçilər normal qaydada adi seçki məntəqələrində səs
verməlidir. Yalnız müstəsna hallarda hərbi hissədə seçki məntəqəsi yaradıla bi-
lər. DSK qanunu düzgün tətbiq etməyib. Şikayətçi şikayətinə bu hərbi hissələr
üzrə aparılmış müşahidələrin nəticələrini də əlavə etdi. MSK həmin şikayəti
rədd etdi. Şikayətçi Apellyasiya Məhkəməsinə şiakyət etdi. Apellyasiya Məh-
kəməsi onun şikayətini rədd etdi. Şikayətçi Apellyasiya Məhkəməsinin qərarın-
dan kassasiya şikayəti verdi. Ali Məhkəmə onun şikayətini rədd etdi.
Şikayətçi  ölkədaxili müdafiə  vasitələrini  tükədərək İHAM-a  şikayət
verib və 1 saylı Protokolun 3-cü maddəsi  ilə təminat verilən seçki hüququ-
nun pozulduğunu iddia edib.
Məhkəmə qərarında ilk növbədə Venesiya Komissiyasının Yaxşı Seçki
Praktikası Təlimatına istinad edib. Müəyyən edib ki, bir qayda olaraq, hərbçilər
adi seçki məntəqəsində səs verməlidir. Daha sonra ATƏT/İHDTB-nun 2005-ci
il seçki müşahidələrinə istinad edib. Müəyyən edib ki, 2005-ci il parlament
seçkilərində praktik olaraq bütün hərçilər hərbi hissələrdə qurulmuş xüsusi
seçki məntəqələrində səs veriblər. Həmçinin bu xüsusi məntəqələrdə seçki şəf-
faf olmayıb. Çünki burda seçkilərin təşkili və həyata keçirilməsi funksiyası Mü-
dafiə Nazirliyinə verilib. Məhkəmə daha sonra AR Seçki Məcəlləsinin hərbçilə-
rin səsvermə qaydasını tənzimləyən 35.5-ci maddəsini təhlil edərək bu nəticəyə
gəlib ki, hərbi hissələrdə xüsusi seçki məntəqələrinin qurulması üçün 3 şərt tə-
ləb olunur: (i)
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin