Seçkilərə dair qanunvericiliyin analizi: beynəlxalq normalar, problemlər və perspektivlər


II Hissə MSK tərəfindən qəbul olunmuş normativ xarakterli aktların



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix30.11.2016
ölçüsü5,01 Kb.
#488
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   15

II Hissə
MSK tərəfindən qəbul olunmuş normativ xarakterli aktların
Seçki Məcəlləsilə uyğunluq vəziyyəti
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.3-cü maddəsinin tələblə-
rinə  əsasən  Mərkəzi  Seçki  Komissiyası  öz  səlahiyyətləri daxilində  bu  Mə-
cəllənin həyata  keçirilməsinə  dair təlimatlar və metodiki göstərişlər qəbul
edir  və  onları  dərc etdirir.  Bu  vəzifədən  irəli gələrək “Normativ hüquqi
aktlar haqqında” Azərbaycan Respublikasının  Konstitusiya  Qanunu-
nun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci
il 16 fevral tarixli 384 nömrəli Fərmanının 3-cü hissəsinin icrası məqsədi ilə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) 09 dekabr
2011-ci il tarixli 15/50 saylı Qərarı ilə “Az
ərbaycan Respublikası Mərkəzi
Seçki
Komissiyası tərəfindən normativ xarakterli aktların hazırlanması və
q
əbul edilməsi Qaydaları” təsdiq  edilmişdir.  Bu  qaydalar  Azərbaycan
Respublikası  Mərkəzi  Seçki  Komissiyasının  (bundan  sonra – Komissiya.
red.) normativ xarakterli aktlarının (bundan sonra - Komissiyanın aktları.
red) hazırlanması və qəbul edilməsi qaydalarını müəyyən edir.
Qaydalara görə:

Komissiyanın  aktları  Komissiya  tərəfindən  qəbul  edilmiş,
məhdud  subyektlər  dairəsi  üçün məcburi  davranış  qaydalarını əks
etdirən  və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə  tutulan rəsmi sə-
nəddir.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası
Konstitusiya Qanununun (bundan sonra – Konstitusiya Qanunu)
4.1.2-ci maddəsinə uyğun olaraq, Komissiyanın aktları qərarlar, tə-
limatlar və izahlar formasında qəbul edilir.

Komissiyanın aktları Konstitusiya Qanununun 4.3-cü maddə-
sinə uyğun olaraq, normativ hüquqi akt əsasında qəbul edilməlidir
və onun müvafiq normasına istinad etməlidir.

Konstitusiya  Qanununun  4.4-cü  maddəsinə uyğun  olaraq,
Komissiyanın aktları Azərbaycan Respublikasının  normativ hüquqi
aktları ilə ziddiyyət təşkil edə bilməz.

Komissiyanın aktları Konstitusiya Qanununun 50-ci maddəsi-
nin  və Azərbaycan  Respublikası Seçki  Məcəlləsinin tələblərinə  uy-
ğun hazırlanır.
41

Ancaq yuxarıda  qeyd  olunan  qaydaların  qəbulundan  sonra təsdiq  olun-
muş Komissiyanın aktlarının monitorinqi zamanı məlum  olmuşdur ki, hə-
min aktlarla seçkilərə dair əsas normativ hüquqi akt hesab olunan Seçki Mə-
cəlləsinin tələbləri  arasında  ciddi  uyğunsuzluqlar  var.  Bu  həm  “Normativ
hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun,
həm  də yuxarıda qeyd olunan qaydaların tələblərinin ciddi pozulması
deməkdir. Uyğunsuzluqların nədən ibarət olması ilə bağlı ətraflı tanış olmaq
üçün aşağıdakı təlimatlara ayrı-ayrılıqda diqqət yetirmək gərəkir:
1. Seçki komissiyas
ı protokolunun doldurulması
A. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 25 may
2015-ci il tarixli 10/89 saylı qərarı ilə təsdiq olunmuş «Azərbaycan
Respublikasının  Milli  Məclisinə  seçkilərdə  səsvermənin  nəticələ-
ri haqqında məntəqə  seçki komissiyası protokolunun doldurul-
ması qaydasına dair İzah»ın 1.1.3-cü yarımbəndinin ikinci cüm-
ləsi (1.1.3. Protokolun karandaşla yazılmasına və onda hər hansı bir
düzəliş  edilməsinə  icazə  verilmir.  Rəsmi protokolda düzəliş edilməsi
yolverilməz olduğuna görə əvvəlcə onun q a r a l a m a nüsxəsi tər-
tib edilməlidir.) və “İzah”a 1 saylı əlavədə olan Qeydlərdəki “Proto-
kolda  düzəlişlər  edilməsinə  icazə  verilmədiyinə  görə,  əvvəlcə  proto-
kolun  qaralama  nüsxəsini  tərtib etmək məqsədəuyğundur”  cümləsi
çıxarılmalıdır. Çünki Seçki Məcəlləsinin 100-cü maddəsində proto-
kolun formaları konkret və aydın göstərilib.
(M a d d
ə 1 0 0 . Seçki komissiyalarının səsvermə protokolları
...
100.3. Protokol 3 nüsxədən ibarət olaraq (hər bir nüsxəsi müxtəlif rəngdə olmaqla) kar-
bonlaşdırılmış kağızdan buklet formasında hazırlanır.
100.4. Hər bir protokol Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada bir-bir
və ardıcıl olaraq nömrələnməlidir və seçki dairələrinin sayına uyğun olaraq onların seriya-
ları göstərilməlidir (Mərkəzi Seçki Komissiyasının protokolları istisna olmaqla).
...
100.11. Seçki protokolları ilə eyni müddətdə seçki protokollarının surətləri hazırlanır və
seçki komissiyalarına verilir. Hər bir seçki komissiyasına protokolun 30 surəti verilir. Protokol-
ların surətlərində seriya və nömrə poliqrafiya üsulu ilə göstərilmir, onlar protokolun surəti dol-
durulduqda müvafiq protokola uyğun olaraq yazı ilə qeyd edilir. Bu Məcəllənin 40.2-ci və 40.4-
cü maddələrində göstərilən şəxslərə verilən seçki komissiyalarının protokollarının və digər sə-
nədlərinin surətlərini onların tələbi ilə komissiyanın sədri və ya katibi təsdiq edir. Bu halda hə-
min şəxs təsdiq olunan sənədin surətinə «Əsli ilə düzdür» sözlərini yazdıqdan sonra onu imzala-
yır (protokolun seriya və nömrəsini yazır), komissiyanın möhürü ilə təsdiqləyir və təsdiqetmə ta-
rixini qoyur. Sənədin təsdiq olunan bir surətini bu Məcəllənin 40.2 və 40.4-cü maddələrində
göstərilən şəxslər haqq ödəmədən, əlavə surətlərini isə bu Məcəllənin 42.2.9-cu maddəsi nəzərə
42

alınmaqla Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqqı, ödədikdən sonra alırlar.
100.12. Protokollar seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir
və seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən
imzalanır. Komissiyanın bütövlükdə protokolla və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan
həlledici səs hüquqlu üzvü protokola öz xüsusi rəyini əlavə edə bilər və bu barədə protokolda
müvafiq qeyd aparılır. Protokolun tərtib edilməsini bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələ-
rində göstərilən şəxslər müşahidə edə bilərlər. Protokolun karandaşla yazılmasına və ona hər
hansı düzəliş edilməsinə icazə verilmir)
Həmin maddənin tələbinə görə protokol 3 nüsxədən ibarət olaraq karbon-
laşdırılmış kağızdan  buklet  formasında  hazırlanır.  Bir  də həmin maddədə
protokolun surəti ifadəsi vardır.  Hansı ki səsvermənin nəticələrini əks etdi-
rən karbonlaşmış protokolda qeyd olunan məlumatlar əsasında tərtib olunur
və səsvermə məntəqəsində olan müşahidəçilərə və s. təqdim olunmaq üçün-
dür. İzahda qeyd olunan
“Qaralama nüsxə” anlayışı isə qanunvericilikdə
əks olunmayan anlayışdır və bunun “İzah”da qeyd olunması yeni norma ya-
radır. MSK isə səlahiyyətlərini aşaraq yeni prosessual norma yarada bilməz.
Həmçinin “İzah”da qeyd olunan bənd və cümlə Seçki Məcəlləsinin 106-
cı maddəsinin tələblərinə ziddir.
M a d d
ə 1 0 6 Seçki məntəqəsində səslərin hesablanması
106.1. Səsvermə müddəti başa çatdıqda məntəqə seçki komissiyasının sədri ucadan elan edir
ki, «yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilər səs verə bilərlər». Bu zaman
təmin olunmalıdır ki, yalnız bu elanadək səsvermə otağında növbəyə dayanmış seçicilər səs versin-
lər. Seçki qutuları açılmamışdan əvvəl, istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı
müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edi-
lir. Həmin seçki bülletenlərinin sayı elan edilir və səsvermənin yekun protokolunda qeyd olunur.
Seçki bülleteni və zərf almış seçicilərin imzalarının sayı səsvermənin yekun protokoluna daxil edi-
lir. Eyni zamanda, səsvermə vəsiqəsi ilə səs verən və ayrıca seçki məntəqəsindən kənarda, daşınan
seçki qutusundan istifadə etməklə səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan
sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının möhür və plomblarının salamatlığını
yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış
edərək seçki qutularını açır.
106.2. Seçki qutuları növbə ilə açılır: əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz
seçki qutuları. İlk növbədə daşınan seçki qutusundakıbülletenlər sayılır. Onların sayı səs-
vermə otağından kənarda səs  verilməsi  üçün  seçicilərin  verdikləri ərizələrin  sayından  çox
olmamalıdır. Daşınan seçki  qutusu üzrə səslər  hesablanarkən bülletenlərin ümumi sayı
verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, daşınan
seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır. Bu
barədə akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini təmin edən məntəqə
seçki komissiyası üzvlərinin  soyadları göstərilməklə səsvermənin yekun protokoluna əlavə
olunur. Seçki məntəqəsi üzrə seçicilər siyahısında olan seçicilərin sayına bu seçki məntəqə-
sində səsvermə vəsiqəsi ilə səs verən seçicilərin sayı əlavə olunur.
106.4.  Səsin etibarlığına şübhə  yarandıqda  məntəqə  seçki  komissiyası  məsələni  səs-
vermə yolu ilə həll edir. Səsin etibarsız sayılması haqqında qərar qəbul edilirsə, bülletenin
arxa tərəfində etibarsız sayılmanın səbəbləri göstərilməlidir. Belə qeydlər məntəqə seçki
43

komissiyası sədrinin və katiblərinin imzası ilə təsdiqlənməlidir. Etibarsız səslər ayrıca yığı-
lıb bağlanır.
106.5. Məntəqə seçki komissiyasının sədri tərəfindən məntəqə seçki komissiyası üzvləri-
nin iştirakı ilə seçicilərin  səslərinin  hesablanması birbaşa səsverməyə yekun vurulanadək
fasiləsiz aparılır. Bu zaman istifadə edilmiş hər  bir seçki bülleteni möhürlənir. Məntəqə
seçki komissiyasının bütün üzvləri və müşahidəçilər səsvermənin nəticələri ilə tanış edilir.
106.6. Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolla-
rı bu Məcəllənin 40.2 və 40.4-cü maddələrində göstərilən şəxslərin müşahidəsi ilə tərtib
olunur.
106.7. Protokolun 1-ci nüsxəsi, səsvermə günü məntəqə seçki komissiyasına bu Məcəllə-
nin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr)  və bunlar üzrə məntəqə seçki
komissiyasının qəbul etdiyi qərarlar, məntəqə seçki komissiyası tərəfindən seçki bülletenlə-
rinin alınması haqqında akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında
akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edil-
məyən səsvermə vəsiqələrinin ləğv edilməsi haqqında akt (həmin vəsiqələrin sayı göstəril-
məklə), seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayı haqqında akt, bu Məcəllənin
104.15-ci maddəsində göstərilən korlanmış seçki bülletenlərinin sayı haqqında akt, bu Mə-
cəllənin 105.3-cü maddəsində göstərilən akt, seçki bülletenləri və  məntəqə üzrə seçicilərin
siyahısı (səsvermə vəsiqələri əlavə olunmaqla) əlavə edilməklə dərhal, lakin 24 saatdan gec
olmayaraq məntəqə seçki komissiyasının sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən
iki üzvünün və müşahidəçilərin müşayiəti ilə dairə seçki komissiyasına göndərilir. Adları
çəkilən aktlar məntəqə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır. Şikayət-
lərin (ərizələrin), məntəqə seçki komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktla-
rın təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.
106.8. Protokolun 2-ci nüsxəsi həmin bülletenlərin kəsilmiş sol küncləri, sıradan çıxmış
bülletenlərin kəsikləri səsverməni və səslərin hesablanmasını müşahidə  edən, bu Məcəllə-
nin 40.2-ci. və 40.4-cü maddələrində göstərilən şəxslərin siyahıları ilə birlikdə komissiya-
nın fəaliyyətinin sonuna kimi məntəqə seçki komissiyasının katibində saxlanılır.
106.9. Azərbaycan Respublikası ərazisindən kənarda yaradılmış məntəqə seçki komissi-
yaları səsvermənin nəticələri haqqında protokolun 1-ci nüsxəsini ona əlavə edilmiş sənəd-
lərlə birlikdə səsvermə günündən başlayaraq 3 gün ərzində Mərkəzi Seçki Komissiyası tərə-
findən müəyyən edilmiş dairə seçki komissiyasına göndərirlər.
106.10. Seçkilərin (referendumun) keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyən-
ləşdirilməsi zamanı yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə
imkan vermədikdə və ya məhkəmənin qərarı olduqda dairə və ya məntəqə seçki komissiyası
səsverməni baş tutmamış hesab edir.
106.11. Məntəqə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi protokol tərtib edildik-
dən sonra məlumat lövhəsində asılır və 5 gün saxlanılır.
Çünki protokolun 1-6-cı bəndləri qutu açılmamışdan doldurulmalı, 7-10-
cu bəndləri isə qutu acıldıqdan sonra doldurulur. Əvvəlcə qaralama protokol
tərtib edilib sonra əsas protokol tərtib etdikdə həmin qayda pozulur. Belə ki,
1-6-cı bəndlərlə 7-10-cu bəndlər arasında uyğunsuzluq olanda qaralama pro-
tokolda düzəliş etmək çox asandır, ancaq əsas protokolda bunu etmək müm-
kün deyildir. Belə olduqda da komissiya üzvü qaralama protokolda düzəliş-
lər edib rəqəmləri istənilən subyektiv vəziyyətə  uyğun düzəltdikdən sonra
əsas protokolu tərtib edə bilər. Nəticə etibarilə səsvermənin nəticələrinin də-
44

yişdirilməsinə komissiya üzvünün müdaxiləsinə rahat imkan  yaradılır və bu
da  yolverilməzdir.  Belə  olduğu təqdirdə  də məntəqə  seçki  komissiyası sax-
talaşdırılmış nəticəni  asanlıqla leqallaşdırmaq imkanına malik olacaqdır.
Həmçinin “İzah”ın 2.3-cü bəndinin  son -
“...Protokolla bütövlükdə və ya
onun ayrı-ayrı hissələri ilə razılaşmayan məntəqə seçki komissiyasının üzvü
protokolu imzalayaraq, ona özünün xüsusi rəyini əlavə edə bilər və bu barə-
də protokolda müvafiq qeyd aparılır” cümləsi Seçki Məcəlləsinin 100.12-ci
maddəsinin tələblərinə ziddir. Belə ki, komissiya üzvünün protokolu imzala-
yıb-imzalamaması, həmçinin özünün xüsusi rəyini əlavə etməsi onun hüqu-
qudur. Komissiya üzvünün xüsusi rəyini əlavə etməsi üçün protokolu imza-
laması mütləq tələb kimi qoyula bilməz. Seçki Məcəlləsində qeyd olunduğu
kimi qərarın lehinə səs  verənlər  imzalayır. Əlehinə olanlar  isə  imzalama-
maq, həmçinin əlehinə olmasının səbəbi barədə öz xüsusi rəyini əlavə etmək
hüququna malikdir və bunun qarşısının alınması yolverilməzdir.
“İzah”ın 3.3-cü bəndindən sonrakı qeyd
(Qeyd: protokol tərtib edilərkən ehtiyatsızlıq-
dan həmin protokolda hər hansı bir xətaya (məlumatların səhv daxil edilməsi, pozulma, qaralama
və s.) yol verilmişdirsə, məntəqə seçki komissiyası həmin halı öz qərarı ilə rəsmiləşdirərək buna
dair müvafiq akt tərtib etməli, protokolu həmin aktla birlikdə qanunda nəzərdə tutulmuş müddət
ərzində dairə seçki komissiyasına təqdim etməlidir)
də çıxarılmalıdır. Bu həm Seçki Mə-
cəlləsinin 106 və 107.6-cı maddələrinə
(107.6. Dairə seçki komissiyası məntəqə seçki ko-
missiyasının protokolunda (prolokola əlavə olunan digər sənədlər də daxil olmaqla) səhvlər, yol-
verilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki məntəqəsində səslərin yeni-
dən hesablanması haqqında qərar qəbul edə bilər. Bu halda səslərin təkrar hesablanması dairə
seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən aparılır. Səslərin təkrar hesablanması
haqqında müvafiq məntəqə seçki komissiyasına və bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində
göstərilən şəxslərə əvvəlcədən məlumat verilir. Səslərin təkrar hesablanmasına dair protokol tərtib
edilir və həmin protokolda «səslərin təkrar hesablanması» sözləri qeyd edilir.)
uyğun deyil,
həm də belə qeydin yazılması komissiya sədrinə hər hansı bir ciddi pozuntunu
ehtiyatsızlıqdan törədilən xəta adı ilə aradan qaldırmaqla istənilən zaman seçki-
nin hüquqi nəticələri ilə manipuliyasiya etməyə imkan verəcəkdir.
B) Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 25 may
2015-ci il tarixli 10/90 saylı qərarı ilə təsdiq  olunmuş “Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin  nəticələri haq-
qında  dairə  seçki  komissiyası protokolunun  doldurulması qaydasına
dair İzah”ın 1.1.3-cü yarımbəndinin ikinci cümləsi
(1.1.3. Protokolun karandaş-
la yazılmasına və onda hər hansı bir düzəliş edilməsinə icazə verilmir. Rəsmi protokolda
düzəliş edilməsi yolverilməz olduğuna görə əvvəlcə onun q a r a l a m a nüsxəsi tərtib edil-
məlidir.)
və İzaha 1 saylı əlavədə olan qeydlərdəki “Protokolda düzəlişlər
edilməsinə icazə verilmədiyinə görə, əvvəlcə protokolun qaralama nüsxəsini
tərtib etmək məqsədəuyğundur” cümləsi çıxarılmalıdır. Çünki bu da yuxarı-
da 1-ci hissədə qeyd olunduğu kimi məntəqə seçki komissiyası protokolu-
45

nun doldurulması qaydasına dair izahdakı vəziyyətin analoji təkrarıdır.
Həmçinin “İzah”ın 2.4-cü bəndinin son -
“...Protokolla bütövlükdə və ya
onun ayrı-ayrı hissələri ilə razılaşmayan məntəqə seçki komissiyasının üzvü
protokolu imzalayaraq, ona özünün xüsusi rəyini əlavə edə bilər və bu barə-
də protokolda müvafiq qeyd aparılır” cümləsi Seçki Məcəlləsinin 100.12-ci
maddəsinin tələblərinə ziddir. Belə ki, komissiya üzvünün protokolu imzala-
yıb-imzalamaması, həmçinin özünün xüsusi rəyini əlavə etməsi onun hüqu-
qudur. Komissiya üzvünün xüsusi rəyini əlavə etməsi üçün protokolu imza-
laması mütləq tələb kimi qoyula bilməz. Seçki Məcəlləsində qeyd olunduğu
kimi, qərarın lehinə səs  verənlər imzalayır. Əleyhinə olanlar isə  imzalama-
maq, həmçinin əleyhinə olmasının  səbəbi barədə öz xüsusi rəyini əlavə
etmək hüququna malikdir və bunun qarşısının alınması da yolverilməzdir.
İzahın 3.3-cü bəndindən sonrakı birinci qeyd
(Qeyd: 1. Məntəqə seçki komissi-
yasının protokolu tərtib edilən zaman ehtiyatsızlıqdan hər hansı bir xətaya (məlumatların
səhv daxil edilməsi, pozulma, qaralama və s.) yol verilmişdirsə və bunun nəticəsində seçici-
lərin iradəsinin müəyyənləşdirilməsi mümkün deyilsə, müvafiq dairə seçki komissiyası pro-
tokolu qəbul etdikdən sonra həmin məntəqədə səslərin yenidən hesablanması haqqında qə-
rar qəbul etməlidir. Səslərin yenidən hesablanması dairə seçki komissiyasının həlledici səs
hüquqlu üzvləri tərəfindən aparılır, onlar tərəfindən həmin seçki məntəqəsi üzrə  səsvermə-
nin nəticələrinə dair protokol tərtib edilərək imzalanır,  dairə seçki komissiyasının möhürü
ilə möhürlənir və həmin protokolda “səslərin təkrar hesablanması” sözləri qeyd edilir.  Bu
protokola məntəqə seçki komissiyasının protokolu da əlavə edilir. Dairə seçki komissiyası-
nın yekun protokoluna həmin seçki məntəqəsi üzrə dairə seçki komissiyası tərəfindən tərtib
edilmiş protokoldakı məlumatlar daxil edilir.)
və ikinci qeyd
(Qeyd: 2. Dairə seçki ko-
missiyasının protokolu tərtib edilərkən, ehtiyatsızlıqdan həmin protokolda hər hansı bir xə-
taya (məlumatların səhv daxil edilməsi, pozulma, qaralama və  s.)  yol verilmişdirsə, dairə
seçki komissiyası həmin halı öz qərarı ilə rəsmiləşdirərək, buna  dair müvafiq akt tərtib
etməli, protokolu həmin aktla birlikdə qanunda nəzərdə tutulmuş  müddət ərzində Mərkəzi
Seçki Komissiyasına təqdim etməlidir.)
də çıxarılmalıdır. Bu həm Seçki Məcəlləsi-
nin müvafiq olaraq 107.6-cı və 108.4-cü maddələrinə
(108.4. Mərkəzi Seçki Ko-
missiyası dairə seçki  komissiyaları tərəfindən təqdim edilmiş protokollarda (onlara əlavə
edilən digər sənədlər də daxil olmaqla) səsvermə günündən başlayaraq ən geci 4 gün müd-
dətində səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki
dairəsində səslərin yenidən hesablanması haqqında qərar qəbul edə bilər. Bu halda səslə-
rin təkrar hesablanması Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvlərinin işti-
rakı ilə aparılır. Səslərin təkrar  hesablanması haqqında bu Məcəllənin  40.2-ci və 40.4-cü
maddələrində göstərilən şəxslərə əvvəlcədən məlumat verilir. Səslərin təkrar hesablanması-
na dair protokol tərtib edilir və həmin protokolda «səslərin təkrar  hesablanması» sözləri
qeyd edilir.)
ziddir, həm də belə qeydin yazılması komissiya sədrinə hər hansı
bir ciddi pozuntunu ehtiyatsızlıqdan törədilən xəta adı ilə aradan qaldırmaq-
la istənilən zaman seçkinin hüquqi nəticələri ilə manipuliyasiya etməyə im-
kan verəcəkdir.
46

İzahlarda qeyd olunan uyğunsuzluqlar aradan qaldırılmalı, Seçki Mə-
c
əlləsinin tələbləri və beynəlxalq qurumların müvafiq tövsiyələri yerinə
yetirilm
əlidir.
2. Exit-poll
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 05 iyun 2013-cü
il tarixli 5/32 saylı Qərarı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasın-
da seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Q A Y D
A L A R I» ında (Qaydalar) QHT-lərin hüquqlarını məhdulaşdıran 1.3-cü,
2.1-ci, 2.3.-cü bəndləri və 2.2.2-ci yarımbəndi qanunvericiliyə ziddir.
1.
“Exit-poll” keçirmək niyyətində olan subyektlərə dair tələblər.
...
1.3. Bu sahədə  ixtisaslaşmış,  müvafiq təcrübəyə malik və nüfuzlu hüquqi şəxslər “exit-
poll” keçirən təşkilat kimi çıxış edə bilər. Qeyri-hökumət təşkilatları və xarici  hüquqi
şəxslər seçkilər keçirilərkən “exit-poll” ilə əlaqədar tədbirlərdə “Qeyri-hökumət təşkilatla-
rı (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü
maddəsinə, habelə Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq işti-
rak edə bilərlər. Həmin təşkilatların adından  “exit-poll”un keçirilməsinə cəlb edilən
şəxslər, əsasən, seçki  hüququ və  seçki sistemi  üzrə mütəxəssis, yaxud  bu  sahədə müəyyən
təcrübəsi olan şəxslər olmalıdırlar.
2.
“Exit-poll” keçirmək üçün akkreditasiyaya dair tələblər
2.1. “Exit-poll” keçirmək niyyətində olan təşkilatlar səsvermə gününə azı 20 gün qalmı-
şadək akkreditasiyadan keçmək barədə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət təqdim
etməlidirlər.
2.2.2. təşkilatın “exit-poll” keçirərkən tətbiq edəcəyi qaydalar, üsullar, resurslar (“exit-
poll” keçirən şəxslərin sayı, “exit-poll” keçirilərkən istifadə üçün nəzərdə tutulmuş maddi-
texniki vasitələr və s.) haqqında yazılı məlumat.
2.3. Hər bir yazılı müraciətə, onun daxil olduğu gündən başlayaraq 10 gün müddətində
Mərkəzi Seçki Komissiyası tərəfindən baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər
araşdırılmalı və  müvafiq təşkilatın  akkreditasiyadan  keçib-keçməməsi  barədə  əsaslandırıl-
mış qərar qəbul edilməlidir.
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin