Q.B.Zakirin (1884-1897) yaradıcılığına yerli feodalların
özbaşınalığına, çar çinovniklərinin zorakılığına, işsizliyə, riya-
karlığa nifrət bəsləmək xarakterikdir. O, sosial-iqtisadi ədalət-
sizliyə qarşı kəskin çıxış edir, kəndli kütləsinin sinfi mənafeyi
olan sosial satirasının ideya istiqamətini müəyyən edir və sosial
yoxsulluğun kökünü aydınlaşdırmağa çalışırdı.
XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərində Azər-
baycanın demokratik iqtisadi fikirli nümayəndələri sırasına
Mirzə Fətəli Axundov (1812-1878),
Mirzə Ələkbər Sabir (1862-1911),
Cəlil Məmmədquluzadə (1866-1932),
Üzeyir Hacıbəyli (1885-1948) və digər görkəmli mütəfəkkirlər daxil-
dir.
M.F.Axundov dövrünün çox görkəmli filosofu, ictimai
xadimi və mütəfəkkiri idi. Əsərlərində iqtisadi məsələlərə geniş
yer vermişdir. Xalqın inkişafı üçün zəruri olan müxtəlif tələbat-
ların ödənilməsi məsələlərinə həsr etdiyi "İnsan tələbatları haq-
qında" məqaləsində tələbatların növlərini göstərmiş, tələbat-
ların ödənilməsini məhsuldar qüvvələrin inkişafı ilə əlaqələn-
dirilmişdir.
M.F.Axundov maddi dəyərlərin yaranmasında xalq
kütlələrinin rolunu qeyd etmiş, sərvətin bölgüsünə xüsusi diq-
qət yetirmiş, əməyi sərvətin mənbəyi hesab etmişdi.
M.Ə.Sabirin dünyagörüşünün formalaşması XIX əsrin
əvvəllərində Azərbaycanda baş verən mürəkkəb sosial-iqtisadi
şəraitlə, kapitalist münasibətlərinin sürətli inkişafı ilə əlaqə-
dardır. Onun sosial-iqtisadi baxışlarının mənbəyi mütərəqqi
Azərbaycan və şərq ədəbiyyatı, qabaqcıl rus ictimai fikri ol-
muşdur. Onun əsərlərində pul fetişizmi, ticarət mənfəəti, sələm
kapitalı, fəhlə və kəndlilərin ağır vəziyyəti və s. məsələlər mü-
hüm yer tutur. O, dövrün sosial-iqtisadi məsələlərini, xüsusən
55
muzdlu əməyin mahiyyətini, istehsalçıların istehsal vasitə-
lərindən məhrum olmasını, varlı və yoxsullar arasında zid-
diyyəti satira dili ilə kəskin tənqid etmiş və onların mahiyyə-
tini, səbəblərini də göstərmişdir.