II tip. Bu tipdə budaq cümlə əvvəl, baş cümlə
sonra işlənir, budaq cümlə baş cümləyə nə qədər, hər nə
qədər bağlayıcı sözləri ilə bağlanır. Bağlayıcı sözdə ki
ədatı budaq cümlənin sonunda -sa, -sə şəkilçisi işlənə də
bilər, işlənməyə də. Baş cümlədə qarşılıq bildirən o qədər, o
qədər də, bir o qədər, bir o qədər də sözləri işlənir və
Müasir Azərbaycan dili
287
budaq cümlə vasitəsilə izah edilir, aydınlaşdırılır. Məsələn,
Nə qədər bacarırsan, o qədər verərsən. (M.İbrahimov) Nə
qədər istəyirsiniz, götürün. (C.Cabbarlı) Qurban qağa nə
qədər tapşırmışdı, o qədər də gətirmişəm. (İ.Şıxlı)
Baş cümlədə qarşılıq bildirən eləcə, bir elə, beş o qədər,
yüz o qədər, min o qədər, min qat və s. sözlər işlənir və
budaq cümlə vasitəsilə izah edilir. Məsələn, Nə qədər
istəyirsə, min o qədər fırlana.(B.Vahabzadə) Nə qədər
tapşırmışdınız, beş o qədər gətirmişəm.
Səbəb budaq cümləsi. Səbəb budaq cümləsi baş
cümlədəki hərəkət və ya əlamətin səbəbini bildirir, nə
üçün? niyə? nə səbəbə? nəyə görə? nədən ötrü? suallarına
cavab verir. Məsələn, Üzr istəyirəm ki, mən bunu sizə indi
söyləyə bilməyəcəyəm. (İ.Əfəndiyev) Rüstəm kişi sevinirdi,
çünki bunların hamısını özü tikdirmişdi. (M.İbrahimov)
Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə
görə səbəb budaq cümləsinin iki tipi vardır.
I tip. Budaq cümlə baş cümlədən sonra işlənərək,
ona çünki bağlayıcısı ilə bağlanır. Məsələn, Xeyr, məni
saymayın, çünki mən belə işlərə qarışmaram. (C.Cabbarlı)
Budaq cümlə baş cümləyə ki, ona görə ki, ondan
ötrü ki, o səbəbə ki, onun üçün ki bağlayıcıları ilə bağlanır.
Budaq cümlə baş cümləyə ki bağlayıcısı ilə bağlandıqda baş
cümlədə çox zaman ona görə, ondan ötrü, onun üçün, o
səbəbə, bu səbəbə, buna görə, bundan ötrü və s. qəlib
sözlər işlənir və budaq cümlə vasitəsilə izah edilir. Məsələn,
Uşaqlar bir də ona görə sevinirdilər ki, Kipiani gəlmişdi.
(İ.Şıxlı) Bu zəhməti ona görə çəkirik ki, əsl insan kimi yaşayaq.
(S.Rəhimov) Arvad inanmadı, ona görə ki, o hələ oxuyacaqdı.
(İ.Şıxlı) Bu çiçəklər onun üçün gözəldir ki, onu sənin kimi
çiçək bəsləmiş. (C.Cabbarlı) Baxa bilmirəm, ona görə ki, bu
gerilik onlara da dərd olur. (M.Hüseyn)
Bəzən baş cümlədə qəlib söz olmadan da budaq
cümlə baş cümləyə ki bağlayıcısı ilə bağlanır. Məsələn,
Gülarə Abdullayeva
288
Günah məndə oldu ki, sənin şikarını əlindən çıxartdım.
(F.Kərimzadə)
II tip. Bu tipdə budaq cümlə baş cümlədən əvvəl
işlənir və bu növ mürəkkəb cümlələr iki yolla əmələ gəlir:
1. Budaq cümlə baş cümləyə intonasiya ilə bağlanır,
budaq cümlənin daxilində ki ədatı işlənir, bu ədatdan əvvəlki
söz məntiqi vurğu altına düşür. Məsələn, Mən ki dəliləri,
xanımları özümdən elə incitdim, onlar day bir də mənim üzümə
baxmazlar. (“Koroğlu”) Rüstəm dayı, sən ki məni belə
ucaltdın, sağ ol. (M.İbrahimov)
2. Budaq cümlə baş cümləyə nə bağlayıcı sözü və
-sa, -sə şəkilçisi ilə bağlanır. Məsələn, Nə düşündüsə, əlini
havada yellədi. (İ.Şıxlı) Birdən nə baş verdisə, hamı qaçmağa
başladı. (“Koroğlu”)
Məqsəd budaq cümləsi. Məqsəd budaq cümləsi
baş cümlədəki hal-hərəkətin məqsədini bildirir, baş
cümlədən çıxan nə məqsədlə? nə üçün? nədən ötrü? niyə?
suallarına budaq cümlə cavab verir. Məsələn, Gəlmişəm,
səndən icazə alım. (İ.Şıxlı) Bu qədər atlı kazak tökülüb gəlib ki,
onu aparsın. (İ.Şıxlı)
Hər iki cümlədə baş cümlə əvvəl, budaq cümlə sonra
işlənmiş, budaq cümlə baş cümləyə birinci nümunədə yalnız
intonasiya ilə, ikincidə isə ki bağlayıcısı ilə bağlanmışdır.
Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə
məqsəd budaq cümləsinın də iki tipi vardır:
I tip. Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir.
Budaq cümlə baş cümləyə əksər halda ki bağlayıcısı,
bəzən də yalnız intonasiya ilə bağlanır. Məsələn, Mən
gəlmişəm ki, köməkləşək. (İ.Şıxlı) Əsmərin anası ağacın
gövdəsini
əhəngləyirdi
ki, qurd dırmaşa bilməsin.
(M.Süleymanlı) Sula, bağban, bu bağçanı, toz olmasın.
(S.Vurğun) Yuxarıdan düşək ki, birbaş adamın üstünə çıxaq.
(İ.Şıxlı) Bütün günü küçələri gəzdi ki, özünə bir iş tapsın.
(Mir Cəlal)
Müasir Azərbaycan dili
289
Bədii ədəbiyyatda daha çox ki bağlayıcılı məqsəd
budaq cümlələrindən istifadə edilir. Belə cümlələrin özünü də
baş cümlədə budaq cümlənin yerliyinin, qəlibinin olub-
olmamasına görə iki növə ayırmaq olar:
1. Baş cümlədə budaq cümlənin qəlibi kimi ona
görə, ondan ötrü, o məqsədlə, onun üçün, bunun üçün bəzən
o məqsədlə mənasında o səbəbə sözləri işlənir və budaq
cümlə vasitəsilə izah edilir, aydınlaşdırılır. Məsələn,
Onunçün öyrətdim ki, əlimi bu sənətə, Bir gün sənə əl açıb
düşməyim xəcalətə. (N.Gəncəvi) Ona görə gəlmişəm ki, bir
qədər açıq danışaq. (S.Rəhimov) Buna görə çalışmalısınız ki,
azərbaycanlılar ərəblərin onlara qəbul etdirdiyi dini geri
qaytarmasın. (M.S.Ordubadi)
2. Baş cümlədə qəlib söz olmur, budaq cümlə baş
cümlədən sonra gələrək ona ki bağlayıcısı ilə bağlanır.
Məsələn, Yığışmışıq ki, deyib-gülüb şənlənək, zarafatlarla,
məzəli söhbətlərlə vaxtımızı keçirək. (V.Babanlı) Arvad hazırlıq
görüb ki, sabah səni qonaq çağırsın. (M.Süleymanlı) Atdı ki,
sərçə kürkün altında qalsın. (C.Əlibəyov)
Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələrdə
baş cümlənin xəbəri əksər halda feli xəbərdən ibarət olur
və felin əmr, arzu formalarında işlənərək arzu mənası ifadə
edir.
II tip. Məqsəd budaq cümləsinin bu tipində budaq
cümlə baş cümlədən əvvəl gəlir və ona nə məqsədlə, nə
üçün, nədən ötrü bağlayıcı sözləri ilə bağlanır. Həmin
bağlayıcı sözlərlə yanaşı, ki ədatı və -sa, -sə şəkilçilərindən
də istifadə olunur. Baş cümlədə o məqsədlə, onun üçün,
ondan ötrü və s. qarşılıq bildirən sözlər olur və budaq
cümlə onların mənasını aydınlaşdırır. Məsələn, Nə üçün
çağırmısınız, onun üçün də gəlmişəm. Nə məqsədlə dəvət
etmişsinizsə, o məqsədlə də gəlmişəm.
Bu tip daha çox canlı danışıq dilində işlənir.
Gülarə Abdullayeva
290
Şərt budaq cümləsi. Şərt budaq cümləsi baş
cümlədəki hərəkət və ya əlamətin şərtini bildirir. Məsələn,
Əgər qızı Güləsər olmasaydı, heç evə qayıtmazdı. (İ.Şıxlı) Əgər
dallarınca çörək gətirən olmasaydı, burada yeməyə bir şey də
tapmazdılar. (İ.Şıxlı)
Baş və budaq cümlənin yerinə görə şərt budaq
cümləsinin iki tipi vardır.
I tip. Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir,
budaq cümlə baş cümləyə əksər halda ki bağlayıcısı, bəzən
də yalnız intonasiya ilə bağlanır. Baş cümlədə bu şərtlə,
o şərtlə, bir şərtlə, həmin şərtlə və s. qəlib sözlər işlənir,
budaq cümlə vasitəsilə aydınlaşdırılır, konkretləşdirilir.
Məsələn, Səninlə o şərtlə bir yerdə işləyərəm ki, qazancımızı
yarı bölək.
“Şərt budaq cümləsinın bu tipi birözəkli cümlə
tiplərindən olub, nisbətən az işlənir və özünü daha çox
canlı danışıq dilində göstərir”. (6. səh. 391)
II tip. Bu tipdə budaq cümlə əvvəl, baş cümlə sonra
gəlir. Belə tabeli mürəkkəb cümlələr dilimizdə çox işlənir
və onları bağlayıcı vasitələrə görə aşağıdakı növlərə ayırmaq
olar:
1. Şərt budaq cümlələrinin bir qismi baş cümləyə heç bir
başqa vasitə olmadan, yalnız intonasiya ilə bağlanır. Məsələn,
Getmək meylin yoxdur, açıq de. (İ.Şıxlı) Quru paltarın var, ver
dəyişsin. (İ.Şıxlı) Bir az da burda qaldı, başımıza minəcək.
(İ.Şıxlı) İstəyirsən, qotazlı kəmər də alım. (İ.Şıxlı)
2. Şərt budaq cümlələrinin bir qismi baş cümləyə
-sa, -sə şəkilçisi ilə bağlanır. Bu şəkilçi budaq cümlənin
əksər halda feli, bəzən də ismi xəbərinə artırılır. Məsələn,
Lazım gəlsə, onu padşahın oturduğu şəhərə də göndərərəm.
(İ.Şıxlı) Müsəlman olmadığını bilsəydim, heç içəri
buraxmazdım. (İ.Şıxlı) Xanımların əlacı olsaydı, adama bir cüt
göz də borc alardılar. (C.Bərgüşad) Oxumaq dinsizlik olsaydı,
Tiflis şeyxi hamıdan qabaq bu işə etiraz edərdi. (İ.Şıxlı) Onun
Müasir Azərbaycan dili
291
yoldaşlarından beş-altı nəfəri oxumağa getsə, lap qiyamət olar.
(İ.Şıxlı)
Az hallarda şərt budaq cümləsinin -mı, -mi, -mu, -mü
şəkilçisi ilə baş cümləyə bağlanması da müşahidə edilir.
Məsələn, İkicə addım qabağa getdimi, ayağının altında torpaq
ovxalanıb töküləcək. (İ.Şıxlı)
3. Şərt budaq cümlələrinin bir qismi baş cümləyə
əgər, madam ki, indi ki, vaxta ki, bir halda ki
bağlayıcıları ilə bağlanır. Məsələn, Əgər hünərin var, get
atanla haqq-hesab çək. (İ.Şıxlı) Əgər getmək meylin yoxdur,
açıq danış. (İ.Şıxlı) Madam ki sağdır, gərək ona hörmət edək.
(Anar) Madam ki qadın açıq olduqda onun gözəlliyi və ədəbini
daha tez təyin etmək olur, nə üçün cənab müctəhid qadınların
açıq gəzməsinə icazə vermir? (M.S.Ordubadi)
4. Şərt budaq cümləsinin bir qismi baş cümləyə əgər,
hərgah bağlayıcıları ilə bağlanır, budaq cümlənin sonunda -sa,
-sə şəkilçisi işlənir. Məsələn, Əgər onun belə paltarı olsa,
gündəliyə geyinib onu bu kökə salmazdı. (İ.Şıxlı) Əgər nökər
əliboş qayıtsa, sabah o biri sahili də gəzərəm. (İ.Şıxlı) Hərgah
onları oxutsaq, əməlli-başlı adam olarlar. (İ.Şıxlı) Hərgah
anası onu səsləməsəydi, bəlkə də axşama qədər beləcə
dayanacaqdı. (İ.Şıxlı) Hərgah bir az da belə sürsəm, atı
çatladaram. (İ.Şıxlı)
5. Şərt budaq cümlələrinin bir qismi baş cümləyə
intonasiya ilə bağlanır, budaq cümlənin tərkibində ki ədatı
işlənir. Məsələn, Sən ki son sözünü demirsən qəti, güman var
eşqimə qovuşum, çatım. (T.Bayram)
Belə cümlələrin bir qismində baş cümlədə onda, o vaxt
sözləri də işlənə bilir. Məsələn, Əgər gedibsə, onda bəs niyə
evinə qayıtmır? (İ.Şıxlı) Əgər çıxıb əmisigilə gedibsə, onda
özündən küssün. (İ.Şıxlı) Əgər qızı qaytarsa, o vaxt şenliyin
arasında gəzə bilməzdi. (İ.Şıxlı)
Bəzən canlı danışıq dilində, poetik dildə şərt budaq
cümləsinin II tipində budaq cümlə baş cümlədən sonra da
Gülarə Abdullayeva
292
işlədilir və şərt məzmunu daha qabarıq nəzərə çatdırılır.
Məsələn, Mir İsmayıl yaxşı işçidir, şorgözlüyü olmasa. (Anar)
Bəşərin qapısından vaxtsız ölüm gen düşər, İnsanın saçlarına
yüz yaşında dən düşər, Müharibə olmasa! (M.Araz)
Qarşılaşdırma budaq cümləsi. Qarşılaşdırma budaq
cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlənin
məzmunu bir-biri ilə qarşılaşdırılır, müqayisə edilir,
fərqləndirilir və ya biri digərinə güzəştə gedir . Məsələn,
Danışmaq istədisə də, bacarmadı. (İ.Şıxlı) Allahyar nə qədər
çalışsa da, sirr açılmamışdı. (İ.Şıxlı) Ürək çırpıntılarını
duydusa belə, özünü o yerə qoymadı. (İ.Şıxlı)
Nümunələrin hamısında budaq cümlə əvvəl, baş cümlə
sonra işlənmişdir. Birinci cümlədə budaq cümlə baş cümləyə
-sə də şəkilçi və ədatı, ikincidə nəqədər başlayıcı sözü, -sa da
şəkilçi və ədatı, üçüncüdə isə -sa belə şəkilçi və ədatı ilə
bağlanmışdır.
Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb
cümlələrin dilimizdə “budaq cümlə+ baş cümlə” formalıları
çox işlənir. Prof. Q.Ş.Kazımov Azərbaycan dilində
qarşılaşdırma budaq cümləsinin də iki tipi olduğunu
göstərmişdir.
I tip. Budaq cümlənin baş cümlədən sonra işlənərək
ona ki bağlayıcısı ilə bağlanır: Onların qılınc – tüfəngi o
qədər məni qorxutmur ki, silistinin apar–gətiri canıma
vəlvələ salır. (M.F.Axundov) Özümü öldürərəm ki, onu
yaman işə qoymaram. (M.F.Axundov). (6, səh. 397)
II tip. Bu tipdə budaq cümlə baş cümlədən əvvəl
gələrək ona rəngarəng bağlayıcı vasitələrlə bağlanır. Bağlayıcı
vasitələrə görə bu tipin özünü də aşağıdakı kimi qruplaşdırmaq
olar:
1. Qarşılaşdırma budaq cümləsinin ikinci tipində
bəzən budaq cümlə baş cümləyə -sa da, -sə də şəkilçi və ədatı
ilə bağlanır. Məsələn, Yumruqlar kürəyinə dəysə də, diz çöküb
kişinin ayaqlarını qucaqladı. (İ.Şıxlı) Dövləti varsa da, arvad
Müasir Azərbaycan dili
293
saxlayan deyil. (İ.Şıxlı) Aylar, illər, fəsillər bir-birini dansa da,
Dəyişməzdir əqidəm, çox da dünya fırlanır. (B.Vahabzadə) Kişi
hirsindən boğulsa da, heç nə deməmişdi. (İ.Şıxlı) Gözlərinin
oynadığını görsə də, dinmədi. (İ.Şıxlı) Salatın anasının
vəziyyətini duysa da, bir şey deyə bilmirdi. (İ.Şıxlı)
2. Budaq cümlə baş cümləyə -sa belə, -sə belə şəkilçi və
ədatı ilə bağlanır. Məsələn, O buraya gəlin gələndə ərinin var-
dövləti olsa belə, əməlli-başlı bir otağı da yox idi. (İ.Şıxlı) Ürək
çırpıntılarını duydusa belə, özünü o yerə qoymadı. (İ.Şıxlı) O,
Mələyi vurduğuna peşman olsa belə, sevinirdi.(İ.Şıxlı) Döyülsə
belə, xatadan qurtarmışdı. (İ.Şıxlı)
3. Budaq cümlə baş cümləyə -sa da belə, -sə də belə
şəkilçi və ədatı ilə bağlanır. Məsələn, O, üzdə bir söz deməsə
də belə, bunu etiraf etməyə məcbur olurdu. (İ.Şıxlı) Ərinin
yatmadığını bilsə də belə, səsini çıxartmırdı. (İ.Şıxlı) Qapıya
yaxınlaşdısa da belə, ürəyinin çırpındığını hiss edib geri
qayıtdı. (İ.Şıxlı) O cana doysa da belə, hələ qəti qərara gələ
bilmirdi. (İ.Şıxlı)
4. Budaq cümlə baş cümləyə nə qədər, hər nə qədər
bağlayıcı sözləri, -sa da, -sə də şəkilçi və ədatı ilə bağlanır.
Məsələn, Nə qədər çalışırdısa da, yata bilmirdi. (İ.Şıxlı) Qız
nə qədər çalışdısa da, müvazinətini saxlaya bilmədi. (İ.Şıxlı)
Salatın nə qədər yalvardısa da, arvad inadından dönmədi.
(İ.Şıxlı) Əhməd nə qədər çalışsa da, müsəlmanlığını sübut edə
bilmirdi. (İ.Şıxlı) O nə qədər Mələyə susmağı əmr etsə də,
haqsızlığını duyurdu. (İ.Şıxlı)
5.Bəzən budaq cümlənin
əvvəlində
hərçənd,
komponentlər arasında isə amma, ancaq, lakin, fəqət
bağlayıcılarından biri işlənir: Hərçənd əskik bir işinizi
görməmişəm, amma mən belə hesab edirəm. (Elçin)
6.Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb
cümlələrin bir qismində bağlayıcı söz işlənməklə bərabər,
budaq cümlənin sonuna -sa, -sə şəkilçisi artırılır, da də ədatı
isə badaq cümlənin daxilində işlənir. Məsələn, Özünü nə qədər
Gülarə Abdullayeva
294
sərbəst də aparsa, Şamxalla açıq danışa bilmirdi.
(İ.Şıxlı) Şəhərdən nə qədər uzaqda da olsa, otaqlarım rahat idi.
(İ.Əfəndiyev)
7. Bəzən budaq cümlədə müxtəlif bağlayıcı sözlər
işlənir, budaq cümlənin xəbəri təkrarlanır, təkrarlanan
xəbərlərdən biri felin xəbər, ikincisi isə əmr şəklində işlənir. Bu
zaman birincinin sonuna -sa, -sə şəkilçi-ədatı da artırıla bilər.
Məsələn, O nə qədər bezir-bezsin, yenə də qəti qərara gələ
bilmirdi. (İ.Şıxlı) Nə qədər danışır-danışsın heç kəs ona məhəl
qoymurdu. və s.
Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb
cümlələrdə əsas məna olan qarşılaşdırma mənası aşağıdakı
kimi müxtəlif çalarlarda özünü göstərir:
1. G ü z ə ş t l i qarşılaşdırma. Belə cümlələrdə baş
cümlədəki fikir budaq cümlədəki fikrə güzəştə gedir.
Məsələn, O cana doysa da, hələ qəti qərara gələ bilmirdi.
(İ.Şıxlı) Qapıya yaxınlaşdısa da, ürəyinin çırpıntısını eşidib
geri qayıtdı. (İ.Şıxlı) Döyülən uşaq ağrıdan qıvrılsa da, səsini
çıxartmırdı. (İ.Şıxlı)
2. Z i d d i y y ə t l i qarşılaşdırma. Bəzən baş və
budaq cümlədəki fikirlər ziddiyyətli şəkildə qarşılaşdırılır.
Məsələn, Katib onun səsində bir tənə, bir giley hiss etsə
də, fikrindən dönüb yumşalmadı. (M.İbrahimov).
3. M ü q a y i s ə l i qarşılaşdırma. Baş və budaq
cümlənin məzmunu müqayisəli şəkildə qarşılaşdırılır.
Məsələn, Kamil bir palançı olsa da insan, yaxşıdır
yarımçıq papaqçılıqdan. (N.Gəncəvi)
4. F ə r q l ə n d i r i c i qarşılaşdırma. Baş cümlədəki
fikir qarşılaşdırma yolu ilə budaq cümlədəki fikirdən
fərqləndirilir. Məsələn, İmdad qardaşım da olsa, çürük
adamdır. (Ə.Vəliyev).
5. Ş ə r t l i qarşılaşdırma. Bu növ budaq cümlələrdə
budaq cümlə həm də şərt məzmununa mülik olur. Lakin əsas
məna qarşılaşdırma olduğundan, belə cümlələr qarşılaşdırma
Müasir Azərbaycan dili
295
budaq cümləsi hesab edilir. Bu cümlələr əksər halda əgər,
hərgah bağlayıcıları və -sa, -sə şəkilçisi ilə formalaşır, -sa,
-sə şəkilçisindən sonra da, də ədatı da işlənir. Məsələn,
Hərgan başım çox bəla çəksə də, yenə səni tək qoymayacağam.
Nəticə budaq cümləsi. Nəticə budaq cümləsi baş
cümlədən doğan nəticəni bildirir. Səbəb və nəticə budaq
cümləli tabeli mürəkkəb cümlələr tərkib hissələri arasında
səbəb-nəticə münasibətinə görə bir-birinə bənzəyir. Lakin
səbəb budaq cümləli tabeli mürəkkəb cümlələrdə budaq
cümlə səbəbi, baş cümlə nəticəni bildirirsə, nəticə budaq
cümləli tabeli mürəkkəb cümlələrdə bunun əksi müşahidə
olunur. Yəni, budaq cümlə səbəbi deyil, baş cümlədən yaranan
nəticəni bildirir. Məsələn, Elə şey nədir ki, sən ondan ötrü fikir
edirsən? (İ.Şıxlı) Gör nə günə qalmışam ki, mənim döydüyüm
adam mənə qahmar çıxır? (İ.Şıxlı)
Hər iki misalda budaq cümlə baş cümlədən sonra
işlənərək ona ki bağlayıcısı ilə bağlanmışdır.
“Başqa budaq cümlə növlərindən fərqli olaraq, sadə
cümlədə cümlə üzvü qarşılığı olmadığı üçün nəticə budaq
cümləsinin baş cümlədə yerliyi qəlibi olmur və budaq cümlə
heç bir suala cavab vermir”. (4, səh. 397)
Budaq cümlənin müstəqil nəticə mənası ifadə
etdiyini yoxlamaq üçün onun əvvəlinə nəticədə, bunun
nəticəsində sözlərini də artırmaq olar.
Başqa tabeli mürəkkəb cümlələrdən fərqli olaraq,
nəticə budaq cümləli tabeli mürəkkəb cümlələr sadələşdikdə
budaq cümlə predikat – xəbər yerində, baş cümlə isə səbəb
zərfliyi yerində durur. Yalnız bu cür sadələşdirmə apardıqda
cümlənin mənasını əvvəlki kimi saxlamaq olur. sadələşdirmək
üçün əksinə əməliyyat aparmaq lazım gəlir.
Nəticə budaq cümləli tabeli mürəkkəb cümlələrin
dilimizdə yalnız bir tipi mövcuddur: bir qayda olaraq, həmişə
baş cümlə əvvəl, budaq cümlə isə sonra işlənir. Lakin bu bir
Gülarə Abdullayeva
296
tipin özünü də budaq cümləni baş cümləyə bağlayan vasitələrə
görə aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Nəticə budaq cümləsinin ən çox işlənən növü ona
görə də, buna görə də, onun üçün də, bunun üçün də tipli nəticə
bağlayıcılarının iştirakı ilə yaranan növüdür. Məsələn, Sadıq
onu qorxudub, ona görə də Qəşəm razılıq verib. (Q.İsmayılov)
2. Budaq cümlə baş cümləyə odur ki bağlayıcısı ilə
bağlanır. Məsələn, Sultanın qəfil gəlişi onu həm sevindirdi, həm
də qorxutdu, odur ki, ayağa qalxıb baş əydi. (F.Kərimzadə)
Amma daha heç yerə yolu olmadığını bilirdi, odur ki, özü ilə
gətirdiyi qaravaşla öz dillərində danışır, öz mahnılarını
oxuyurdular. (F.Kərimzadə)
3. Baş cümlədə necə, nə, kim və s. sual əvəzlikləri
işlənir, budaq cümlə baş cümləyə əksər hallarda ki bağlayıcısı,
bəzən də imtonasiya ilə bağlanır. Məsələn, Bəs necə oldu ki,
Mələk sağ qaldı? (İ.Şıxlı) Sənə nə düşüb ki, özünü öldürürsən?
(İ.Şıxlı) Amma neyləyim ki, mənim bəxtim gətirmədi? (İ.Şıxlı)
Neçə olub ki, bu mənim ağlıma gəlməyib?(İ.Şıxlı) Sən kimsən
ki, mənimlə belə danışırsan?
4. Baş cümlədə -mı
4
ədatı işlənir, budaq cümlə baş
cümləyə ki bağlayıcısı ilə bağlanır. Məsələn, Açıb-ağardası
dərddirmi ki, deyəsən? (İ.Şıxlı) Mən yadammı ki, belə söz
danışırsan? (İ.Şıxlı)
5. Budaq cümlə baş cümləyə intonasiya və ki bağlayıcısı
ilə bağlanır. Məsələn, Hələ ölməmişəm ki, malımı dövlətimi
dağıdırsan. (İ.Şıxlı) Məni sən gətirməyibsən ki, evdən
qovursan? (İ.Şıxlı)
Belə cümlələrdə, adətən, baş cümlənin xəbəri inkar
formada olsa da, sual intonasiyası ilə tələffüz edilərək təsdiq
formanı bildirir.
6. Baş cümlənin daxilində elə, elə bir, bir sözləri işlənir,
budaq cümlə baş cümləyə ki bağlayıcısı ilə bağlanır. Məsələn,
Boyu elə uca idi ki, səmanın bir parçasından başqa heç nə
Müasir Azərbaycan dili
297
görmək mümkün deyildi. (İ.Şıxlı) Bizi elə bir vəziyyətə
salmısan ki, yuxumuz ərşə çəkilib. (M.Hüseyn)
Dostları ilə paylaş: |