SƏmayə MƏMMƏD qızı mustafayeva şƏhla müZƏFFƏR qızı qurbanova z əRİFƏ ŞAMİL qızı cavadova



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə7/23
tarix24.04.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   23

Ronald Reyqanın prezidentliyi dövründə ABŞ-ın xarici siyasəti 
Reyqan hökum
ətinin xarici siyasəti ideya-nəzəri  əsas neoq-
lobalizm  t
əşkil  edən  yeni   mühafizəkarlığa əsaslanırdı Neoqloba-
lizm  ABŞ  xarici  siyasətinin qlobal problemlərini regional səviy-
y
ədə  həll etməyi nəzərdə  tuturdu. Belə  yanaşma  bir  neçə  funda-
mental prinsipl
ərə  əsaslanırdı.  Bu  prinsiplərin içərisində  -  sürətlə 
silahlanma,  SSRİ  və  digər sosialist ölkələrini iqtisadi  cəhətdən   
xeyli gerid
ə qoymaq   və   üçüncü dünya ölkələrində vəziyyəti doğ-
ru qiym
ətləndirmək əsas yer tuturdu. 
Reyqan hökum
ətinin xarici siyasətində  SSRİ  ilə  müna-
sib
ətlərə xüsusi diqqət yetirilirdi. Onun hakimiyyəti illərində SSRİ-
ABŞ  münasibətləri  inkişaf  baxımından  üç  dövrdən keçdi.  Birinci 
dövr 1981-84-ci ill
əri, ikinci dövr 1985-86-cı illəri əhatə edirdi. 
İki  ölkə  arasında  münasibətlərin  inkişafının  üçüncü  dövrü 
1987-
ci ilin mart ayından başlayır. 
1985-ci il
ə  qədər  o,  SSRİ-ni  «Şər  imperiyası»  elan  edərək 
onu iqtisadi c
əhətdən zəiflətməyi  ABŞ-ın  əsas məqsədi  olduğunu 
bildirirdi.  1985-ci ild
ə  SSRİ-də  hakimiyyətə  Mixail Sergeyeviç 
Qorbaçov g
əldikdən sonra ABŞ-la SSRİ arasındakı münasibətlərdə 
mülayiml
əşmə  baş  verdi.    Reyqan  sosializmi  «zibilliyə» atmaq 
planını həyaia keçirməyə başladı.  Qorbaçovla Reyqan 1985-ci ildə 
Çenevr
ədə, 1986-cı  ilin  oktyabrında  isə  İslandiyanın  paytaxtı 
Reykyavikd
ə görüşdülər.1987-ci ilin dekabrın 7-8-də M. S. Qorba-
çov  Vaşinqotonda  oldu.  Vaşinqtonda  «Qısa  mənzilli raketlərin 
m
əhv edilməsi  haqqında»  iki  dövlət  arasında  saziş  bağlandı.    Bu 
tarixd
ə nüvə silahlarının ləğv edilməsini nəzərdə tutan ilk saziş idi.  
Reyqan  bu  sazişi  bağlayarkən  etdiyi  çıxışlarında  göstərdi  ki, biz 
SSRİ  ilə  saziş  bağlayarkən  rusların  çox  sevdiyi  bir  atalar  sözünü 

 
77 
işlətmək istəyirəm:  «İnan,  lakin  yoxla».  1988-ci  ilin  mayında 
Reyqan Moskvaya g
əldi.  Danışıqlar mehribanlıq şəraitində keçdi.  
Reyqan Moskvadan qayıdarkən bildirdi  ki, onun sosializm cəmiy-
y
əti  haqqında  təsəvvürlərində  yanlışlıqlar  var  və  sosializmdən də 
çox şey öyrənmək olar.   
ABŞ  hökuməti 1983-cü ilin  fevral ayında  «Demokratiya  və 
kütl
əvi diplomatiya proqramı» qəbul etdi. Bu proqramda sosialist 
ölk
ələrinə  qarşı  fəaliyyətin istiqamətləri və  metodları  müəyyən 
edildi. 1983-
cü ilin mart ayında 75 saylı prezident direktivi qəbul 
edildi. Direktivd
ə «Amerikanın səsi», «Azadlıq» və «Azad Avro-
pa»  radio  stansiyalarının  sosialist  ölkələrinə  qarşı  pozucu  veriliş-
l
ərinin həcmini artırmaq nəzərdə tutulurdu. 
Reyqan  hökum
ətinin xarici siyasətində  Latın  Amerika 
ölk
ələri  əsaslı  yer  tuturdu. Birləşmiş  Ştatların  bu  regionda  xarici 
siyas
ət  strategiyasını  iqtisadi,  siyasi  və  hərbi  strateji  maraqları 

əyyənləşdirirdi.  Reyqan  hakimiyyətə  gələn kimi bu ölkələrə 
münasib
ətdə  yeni bir tezis irəli sürdü. Bu tezis «beynəlxalq 
terrorizm
ə  qarşı  mübarizə»  adlandırıldı.  Belə  bir  tezis  inkişaf 
etm
əkdə  olan ölkələrdə  terrorizmə, anarxiyaya və  arzuolunmaz 
h
ərəkətlərə  qarşı  mübarizəni nəzərdə  tuturdu. Reyqan hökuməti 
1982-ci ild
ə  «Karib təşəbbüsü» deyilən təşəbbüslə  çıxış  etdi.  Bu 
t
əşəbbüs quraqlıqdan zərər çəkən region ölkələrinə yardım etməyi 
n
əzərdə tuturdu. Reyqan hökuməti regional münaqişələrin nizama 
salınması konsepsiyasını irəli sürdü. Kuba inqilabçılarının Qrenada 
adasında hərbi baza tikməsi ABŞ-ın mənafelərinə toxunduğundan 
1983-
cü il oktyabrın 25-də adaya hərbi müdaxilə təşkil olundu. 
Reyqan hökum
əti  Latın  Amerikası  ölkələrinə  münasibətdə 
panamerikan h
əmrəyliyi prinsipini irəli sürdü.  Birləşmiş  Ştatlar 
Latın Amerikası ölkələrinə geniş yardımlar planını həyata keçirdi. 
1981-
ci  ilin  yanvar  ayından  1985-ci  ilin iyununa qədər  ABŞ 
Salvadora 2 milyard dollar, 1981-88-ci ill
ərdə  isə  Nikaraquadakı 
antisovet qüvv
ələrə 300 milyon dollar yardım etdi. 
Reyqan hökum
əti xarici siyasətində  Asiya və  Sakit /okean 
regionuna da xüsusi diqq
ət yetirirdi. 1986-cı ilin sonunda ABŞ bu 
regiona 35,7 milyard dollar s
ərmayə  qoydu. Bu məbləğ  ABŞ-ın 
xarici ölk
ələrə  bütün  kapital  qoyuluşunun  14%-ni təşkil  edirdi. 

 
78 
Birl
əşmiş Ştatlar Yaponiyaya investisiya qoyuluşunu artırdı. 1986-
cı ildə ABŞ Yaponiya iqtisadiyyatına 11,3 milyard dollar sərmayə 
qoydu. ABŞ-ın Yaponiyaya əmtəə ixracı 1986-cı ildə 26,9 milyard 
dollar t
əşkil  edirdi.  Reyqan  hökuməti Çinlə  münasibətlərin 
normallaşdırması  sahəsində  addımlar  atdı.  1987-ci ildə  iki ölkə 
arasında ticarət 25% artaraq 10,4 milyard dollara çatdı. 
A
BŞ  Liviyanı  terrorizmi  himayə  etməkdə  təqsirləndirirdi. 
1980-
ci  ilin  aprel  ayında  Liviya  lideri  M.Kəddafi siyasi müha-
cirl
ərin vətənə qayıtmalarını tələb etdi. Bir il ərzində «Qərbi Avro-
pada v
ə Yaxın Şərqdə 20 liviyalı dissident öldürüldü». 1981-ci ilin 
m
ay  ayında  Reyqan  Vaşinqtondakı  Liviya  səfirliyinin  bağlan-
masını  tələb etdi. Belə  olduqda Kəddafi  ABŞ  prezidentinin 
öldürülm
əsinə hazırlaşmağa dair əmr verdi. 
Eyni zamanda K
əddafi  bildirdi  ki,  Liviyanın  ərazi  suları 
amerikanlar üçün «ölüm x
ətti» olacaqdır. ABŞ-ın 6-cı donanması 
1981-
ci  ilin  avqust  ayında  «ölüm  xəttini» keçdi.  Prezident Livi-
yaya  qarşı  hərbi  əməliyyat  planını  bəyəndi.  Bu  zaman  liviyalılar 
Q
ərbi Avropada bir neçə  terror  aktı  törətdilər. Bundan sonra 
«Kanon Eldorado» adı altında Tripoliyə havadan zərbələr endirildi. 
Böyük Britaniyadakı amerikan hərbi bazalarından qalxan bombar-
dmançı  təyyarələr 1986-cı  il  aprelin  15-də  Kəddafinin komanda 
m
əntəqələrini bombardman etdi. Kəddafinin  iki  oğlu  ağır  yara-
landı, qızı isə həlak oldu. Liviya rəhbəri sağ qaldı. 
ABŞ-ın  xarici  siyasətində  İraqa  qarşı  hərbi  əməliyyatlar 
mühüm yer tutdu. 1990-
cı  il  iyulun  18-də  prezident Səddam 
Hüseyn Küveyti s
ərhədyanı  yataqlardan  İraq  neftini  mənim-
s
əməkdə ittiham edərək 2,5 mlrd. dollar kompensasiya ödəməsini 
t
ələb etdi. Küveyt  əmiri bu tələblərdən və  danışıqlar  stolu  arxa-
sında oturmaqdan imtina etdi. Avqustun 2-də S.Hüseyn Küveytdə 
inqilabın  baş  verdiyini  və  «azad müvəqqəti hökumətin» qurul-
duğunu bildirdi. İraq Küveyti işğal etdi. Əslində Küveytdə heç bir 
inqilab olmamışdı. 
Reyqanın  xarici  siyasəti C.  Karterin siyasətinin,  demək  olar  
ki, 
davamı idi.  Reyqan da C. Karter kimi NATO-nun hərbi xərc-
l
ərinin  3%  artırılması  və  Qərbi Avropada orta mənzilli raketlərin 
yerl
əşdirilməsi işini bəyəndi və davam etdirdi.  1983-cü ildə ABŞ 

 
79 
Q
ərbi  Avropanın  beş  ölkəsində  600-ə  yaxın  orta  mənzilli raket-
l
ərini yerləşdirməyə başladı.  O da Əfqanıstan məsələsi ilə əlaqədar 
SSRİ  ilə  münasibətləri gərgin  şəkildə  saxladı.    ABŞ  Latın  Ame-
rikası  ölkələrinə  qarşı  yenidən «Böyük dəyənək» siyasətinə 
qayıtdı.  Reyqan hökuməti Latın Amerikası ölkələrinə münasibətdə 
panamerikan h
əmrəyliyi prinsipini irəli sürdü.  Karib höfzəsində öz 
mövqel
ərini möhkəmləndirdi,  Nikaraquaya  qarşı  elan  edilməmiş 
müharib
ə  apardı,  Salvadorun mühafizəkar dairələrinə  hər cür 
köm
ək göstərdi.    1982-ci ildə  Malvin (Folklend)adaları  üstündə 
İngiltərənin Argentina ilə  müharibəsində  İngiltərəni müdafiə  etdi.  
İsrail-Ərəb münaqişələrində İsrailin dayağına çevrildi. 1982-ci ildə 
Yaxın  Şərqin  əzab çəkmiş  xalqları  üçün  «Amerika  sülh 
t
əşəbbüsləri»nin irəli sürdü.  ABŞ  hökuməti  ABŞ-ın  bütün 
pozuculuq t
əbliğatı  sisteminin  gücləndirilməsi sahəsində  bir  sıra 
t
ədbirlər  həyata keçirdi.    Başlıca  planlaşdırıcı  və  əlaqələndirici 
m
ərkəz yenidən bərpa  edilmiş  ABŞ  İnformasiya  Agentliyi  idi.  
(YU
SİA) .  
 
O,  ABŞ  Milli  Təhlükəsizlik  Şuürasının  orqanı  hüquqlarına 
malik olmaqla f
əaliyyət göstərirdi.(Agentliyin  ştatı  hazırda  təqri-
b
ən 8 min nəfərdir,  illik büdcəsi 640 milyon dollar idi). YUSİA 
dövl
ət  departamenti,  Pentaqon,  MKİ  və  Birləşmiş  Ştatların  digər 
hökum
ət idarələri ilə sıx əlaqədə işləyir.   
80-ci ill
ərdə  «Amerikanın  səsi»,  «Azadlıq»  və  «Azad 
Avropa» kimi xidm
ət orqanları geniş şəkildə yenidən quruldu.  Bu 
radiostansiyalarla 
əməkdaşlığa keçmiş nasistlər, cinayətkarlar, hər 
cür mmühacirl
ər, həmçinin Amerika kəşfiyyat xidməti idarələrinin 
əməkdaşları cəlb edildi.   
Reyqan hökum
əti xarici siyasətində  Asiya və  Sakit okean 
regionuna xüsusi diqq
ət yetirirdi.    1986-cı  ilin  sonunda  ABŞ  bu 
regiona 35,7 milyard dollar s
ərmayə ayırdı.  
80-ci ill
ərdə  ABŞ-ın  dünya  ölkələri barəsində  siyasəti iki 
prinsipin mü
əyyən ahəngi üzərində  qurulmuşdu:  dünyada  baş 
ver
ən dəyişikliklərə  qüvvə  ilə  müqavimət göstərilməsi və  həmin 
d
əyişikliklərə uyğunlaşma.  Bir çox amillərin təsirindən asılı olaraq 
bu prinsipl
ərin konkret tətbiq nisbəti dəyişirdi.   

 
80 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  ABŞ-ın  hərbiçilik tenden-
siyaları  yenidən  baş  qaldırmış  hakim  dairələri Sovet-Amerika 
münasib
ətlərinin  pozitiv  inkişafını  pozdular  və  əslində,  əldə 
edilmiş razılaşmalardan imtina yolu tutdular.  Onlar mövcud hərbi- 
strateji  tarazlığı  pozmaq  və  SSRİ  üzərində  hərbi üstünlüyə  nail 
olmaq q
ərarına  gəldilər.70-80-ci illərin hüdudunda,  xüsusilə 
respub
likaçılar hökuməti hakimiyyət başına gələndən sonra, ABŞ-
ın  SSRİ-yə  qarşı  siyasəti çox kəskinləşdi.    ABŞ-ın  hökuməti və 
h
ərbi  –sənaye  inhisarları    miqyasına  görə  misli görünməmiş  yeni 
sür
ətlə silahlanma yoluna qədəm qoydular.  
1983-
cü  ilin  mart  ayında  Ronald  Reyqan  kosmik  baza 
elementl
əri olan raketə  qarşı  geniş  miqyaslı  müdafiə  sistemi 
yaradılmasına dair uzun müddətli proqram elan etdi.   Həmin proq-
ramın  rəsmi  adı  «Strateji  müdafiə  təşəbbüsü”  idi  (SMT).    Onun 
v
əzifəsi SSRİ-yə qarşı nüvə silahını birinci tətbiq edə bilməkdən və 
Amerika 
ərazisinə cavab zərbəsinin nəticələrini zəiflətməkdən ötrü 
kosmik z
ərbə  etalonu  yaratmaqla  ABŞ  ərazisi üzərində  raket 
«
əleyhinə» sədd  qurmaq  idi.   Bu proqram üzrə  tədqiqatlara,  elmi 
işlərə  və  sınaqlar  keçirilməsinə  milyardlarla dollar vəsait  ayrıl-
mışdı. “Strateji müdafiə təşəbbüsü”nün məqsədi kosmos vasitəsilə 
SSRİ  üzərində  hərbi üstünlüyə  nail olmaq və  ABŞ-ın  dünyada 
hakim  mövqe  tutmasını  təmin etmək idi.  ABŞ-ın  qüvvəyə  arxa-
lanan bu ümidl
əri perspektivsiz olsa da, lakin sürətlə silahlanmanın 
kosmosa keçirilm
əsi  planları  ümumi  sülh  işinə  ciddi təhlükə 
tör
ədirdi.  
«Uotergeyt» v
ə  «İrangeyt»    qalmaqalları  80-ci illərdə  ame-
rika
lıların icra hakimiyyətinə  inamını xeyli zəiflətdi.  
80-ci ill
ərin ortalarında «İran kontras» adlanan məsələ geniş 
əks-səda  doğurdu.Onun mahiyyəti belə  idi ki,  İrana  silah  satıl-
masında əldə edildən vəsaitin bir hissəsini konqresin icazəsi olma-
dan  Ağ  ev  gizli  sürətdə  hərbi kömək  şəklində  inqilabi hökumət 
t
ərəfdarlarına  qarşı  vətəndaş  müharibəsi aparan Nikaraqua «kon-
tras» r
əhbərlərinə göndərmişdi.  
Şimali  Atlantika  blokunda    Qərbin  əsas kapitalist dövlətləri 
arasındakı münasibətlərdə birliyi zəiflədən amilləri aradan qaldır-
maq üçün imperialist dövl
ətlərinin rəһbərləri cürbəcür tədbirlərə və 

 
81 
üsullara («yeddil
ərin» yüksək səviyyədə  görüşləri,  «uçtərəfli ko-
missiya» v
ə  s. )əl  atır,  lakin bu istənilən nəticəni  demək olar ki, 
vermirdi.  
Atlantika blokundakı partnyorlar arasında xarici siyasət 
m
əsələlərində,  o cümlədən (bu,  Amerika liderlərinin  һədsiz darə-
c
ədə  dilxor edirdi)  sosializm ölkələri ilə  münasibətlər saһəsində 
olan  fikir  ayrılığı  onları  xüsusilə  naraһat  edirdi.    İngiltərə  Kral 
Beyn
əlxalq Münasibətlər  İnstntutunun  Böyük  Britaniya,  ABŞ, 
AFR v
ə  Fransanın  beynəlxalq məsələlər üzrə  görkəmli alimləri 
t
ərəfindən  һazırlanmış  məruzəsində  deyilirdi  ki:  «Şərq ilə  Qərb 
arasında ticarət məsələləri, kredit siyasəti, texnologiyanın verilməsi 
v
ə  iqtisadi  baykotlarda  iştirak  Birləşmiş  Ştatlarla  Qərbi Avropa 
arasında daһa çox fikir ayrılığı doğurur».   
Amerikanın  müharibədən  sonrakı  ilk  iollərdə  müşahidə 
olunan hakim mövqeyini 80-ci ill
ərdə  elə  bir vəziyyət  əvəz et-
mişdir ki, bu şəraitdə Avropa birliyi ABŞ-dan heç də az varlı deyil-
di, 
dünya bazarında isə bəzən rəqabətdə ondan daha çox davamlı 
idi.  N
əticədə ABŞ-ın Avropa siyasətinə təsir göstərib onun ABŞ-
ın mənafeyinə uyğun gəlməsinə nail olmaq imkanı xeyli azalmışdı.  
Keçmiş  Amerika  diplomatı,  məşhur  alim  C.  Helbreyt də  buna 
b
ənzər fikir söyləyərək yazırdı ki, indi ABŞ, istər Sovet İttifaqı ilə 
ticar
ət,  istərsə  də  orta mənzilli Amerika raketləri olsun,  -  bütün 
m
əsələlər üzrə  öz  partnoyurları  ilə  diskussiya  aparmalı  olur, 
halbuki 
əvvəllər onun yalnız eyham vurması kifayət idi.  
ABŞ-ın  hegemonçu  xarici  siyasət xəttrinin  variantı    80-ci 
ill
ərdə bir sıra xüsusiyyətləri ilə fərqlənirdi.  Beynəlxalq meydanda 
yaranan v
əziyyətin spesifikası bu xüsusiyyətlərdə heç şübhəsiz, öz 
əksini  tapırdı.    Hərbi  hazırlıq  sahəsində  kəskin  sıçrayış  həyata 
keçirm
ək, dünyanın hər hansı hissəsində və isrtənilən vasitələrlə, o 
cüml
ədən silahlı qüvvənin köməyi ilə “ABŞ-ın həyati mənafeyinin 
qorunması”  planlarını  yerinə  yetirməyə  imkan verən hərbi poten-
sial yaratmaq m
əqsədi,  şəksiz ki,  bu xüsusiyyətlərin  ən  başlıcası 
hesab edilm
əli idi.  Bu məqsədlə ABŞ-da bütün iqitsadi, siyasi və 
ideoloji ehtiyatlar s
əfərbərliyə  alınır,  həmin  planların  yerinə 
yetirlm
əsinə bütün kapitalist dünyasını cəlb etmək üçün böyük səy 
göst
ərilirdi.  

 
82 
Raket-nüv
ə  silahı  sahəsində  sürətlə  silahlanmanı  dayan-
dırmaq  məsələləri barəsində  ikitərəfli və  çoxtərəfli  danışıqlar 
yolunda Birl
əşmiş Ştatların yaratdığı əngəllərin və maneələrin, ən 
əvvəl  –  strateji nüvə  silahlarının  məhdudlaşdırılması  prosesini 
Amerika hakimyiy
ət  orqanlarının  qəsdən  dayandırmasının,  raket-
d
ənmüdafiə  sistemlərini məhdudlaşdırmaq  haqqında  1972-ci il 
Sovet-amerika müqavil
əsini və bu müqaviləyə əlavə olan 1974-cü 
il protokulunu qüvv
ədən salmaq cəhdlərinin başlıca səbəbini məhz 
bütün  bu  planları  tələsik həyata keçirməyə  səy göstərilməsində 
axtarmaq lazım idi.  
80-ci  ill
ərdə  ABŞ-da hərbi-dəniz qüvvələrinin  artırılmasına 
xüsusi diqq
ət yetirilirdi.  Amerika siyasətçiləri və hərbi rəhbərləri 
daim t
əkrar edirdilər ki,  dənizdə  “hökmranlıq”  ABŞ-ın  təhlükə-
sizliyinin z
əruri şərti olmalıdır, onlar sovet hərbi-dəniz gəmilərinin 
c
əmləşdiyi  su  hövzələrində  təlimlər keçirmək,  məsələn  Kola 
yarımadası kimi dayaq məntəqələrində Sovet İttifaqı üçün təhlükə 
yaratmaq v
əzifəsini elan edirdilər.    ABŞ-ın  hərbi-dəniz qüvvələri 
naziri C.Leman 
buna  uyğun  ideyaları  yeridərək,  Amerika donan-
ması  fəaliyyət  zonasının  genişləndirilməsini və  qanadlı  raketlərlə 
t
əchiz olunan zərbə  birləşmələri  yaradılmasını  nəzərdə  tutan yeni 
h
ərbi-dəniz strategiyasının  zəyata keçirilməsi üçün konqresdən 
t
əxsisat almağa çalışırdı və buna nail oldu.  
İnkişaf  etməkdə  olan ölkələrə  amerika  silahının  satılması 
ABŞ-ın  hakim  dairələrinin həm bütövlükdə  sürətlə  silahlanmanı 
gücl
əndirmək,  həm də  bu təhlükəli prosesin əhatə  etdiyi  zonanı 
genişləndirmək üçün tətbiq etdiyi vasitələrdən biri  idi.    Amerika 
hökum
əti məhz o dövlətlərə silah satırdı (çox vaxt da zorla qəbul 
etdirirdi)  ki, 
öz  hegemonluluq  planlarının  həyata keçirilməsində 
onların  köməyinə  ümid bəsləyir.    Yaxın  və  Orta  Şərq rayonunda 
bu, 
ən  əvvəl  İsrail,  Pakistan və  Səudiyyə  Ərəbistanı,  Afrikada 
CAR, 
Uzaq Şərqdə Yaponiya və Cənubi Koreya, Latın Amerika-
sının xalqa zidd diktator rejimləri idi.  
Sür
ətlə  silahlanmanı  gücləndirən Birləşmiş  Ştatlar  öz  hərbi 
qüvv
əsini bütün dünyaya və ən əvvəl “ABŞ-ın mənafeyi üçün son 
d
ərəcə vacib olan yeni rayonlara” əvvəllər edildiyindən daha çox 

 
83 
“s
əpələmək imkanı əldə etməyə çalışırdı.  Bu ilk növbədə  Yaxın 
v
ə Orta Şərqə və ona yaxın olan regionlara aid idi.  
İran körfəzi rayonu Pentaqonun yeni jandarm korpusunun – 
“çevik 
əməliyyat qüvvələrinin” mümkün ola biləcək  əməliyyat 
meydanı sayılırdı.  Əvvəlcə bu qüvvələrin 100 min nəfərlik olması 
n
əzərdə tutulurdusa, sonra onların sayı 200 min nəfərə bərabər idi. 
Yaxınlıqda  yerləşən dövlətlərdə  qızğın  surətdə  yeni bazalar axta-
rılır və köhnə bazalar genişləndirilirdi.  Vaşinqton Əfqanıstana da 
silah verilm
əsini  genişləndirmək niyyətində  oldğunu  bildirirdi, 
Sina yarımadasında bədnam çoxmillətli qüvvələrdə ABŞ-ın iştirak 
etm
əsini nəzərdə  tutan planlar  hazırlayır,  İsrailə  silah verilməsini 
gücl
əndirirdi.  
80-ci ill
ərdə  Amerika hərbçilərinin fəallığının  artdığı  digər 
rayon M
ərkəzi Amerika idi; Vaşinqton onu bütün Latın Amerikası 
qit
əsi üzərində  özünün  tam  ağalığını  bərpa etmək üçün dayaq 
m
əntəqəsinə çevirmək istəryidi.  
ABŞ-ın hegemonçuluq ididaları daha uzaqlara gedib çıxırdı.  
Amerika m
ətbuatında müxtəlif siyasi xadimlərin və işgüzar dairə-
l
ərin nüfuzlu nümayəndələrinin  Afrikanın  cənubundakı  strateji 
c
əhətdən mühüm və  üstəlik  “faydalı  qazıntılarla  ən zəngin” olan 
rayonlar üz
ərində  ABŞ-ın  nəzarətini  yaratmağın  “heyranedici” 
perspektivi  haqqında,  Cənub-Şərqi Asiya və  Sakit okean hövzəsi 
üçün “h
ər şeyi əhatə edən strategiya” işləyib hazıralmaq lüzumu və 
s.  h
aqqında mühakimələri getdikcə daha tez-tez eşidilirdi.  
Amerika qüvv
ələrinin ABŞ hüdudlarından uzaqlara “səpələn-
m
əsinə”  haqq  qazandırmaq  üçün  okeanın  o  tayında  cürbəcür 
b
əhanələr irəli sürülürdü.  Məsələn, İran körfəzində bu bəhanə İran 
v
ə  Əfqanıstan  hadisələri üzündən güya neft mədənlərinin və 
Q
ərbin  enerji təchizatı  yollarının  başı  üstünü  almış  təhlükədən  - 
“sovet t
əhlükəsindən”  onları  qorumaqla  pərdələnirdi.    Mərkəzi 
Amerikada bu b
əhanə  çürümüş  diktator  rejimlərinə  qarşı  əvvəl 
Nikaraqua,  indi is
ə  Salvador  xalqlarının  mübarizəsidir,  Kubanın 
güya qit
ədə  sabitliyi pozan siyasəti  idi və  i.  a.    Lakin tamamilə 
aydındır  ki,  Amerika  imperializminin hərəkətləri öz müstəmləkə 
imperiyasını  yaratmaq,  Yer  kürəsinin müxtəlif qitələrində  geniş 
əraziləri,  ən mühüm xammal və  enerji mənbələrini,  onların 

 
84 
daşınması  yollarını  öz  nəzarəti  altına  almaq  üçün  göstərilən 
c
əhddən başqa bir şey deyildi.  Eyni zamanda ABŞ ümid edirdi ki, 
bu şəraitdə, o öz iradəsini digər dövlətlərə, o cümlədən bloklar üzrə 
partnyorlarına  asanlıqla  qəbul etdirəcək,  kapitalizm  dünyasında 
hakim mövqel
ərini saxlaya biləcəkdir.  
Eyni  zamanda  İran  körfəzində,  Hind  okeanında  və  Sakit 
okeanda  ABŞ-ın  genişlənməkdə  olan hərbi bazalar silsiləsi milli 
azadlıq  hərəkatı  üzərinə  əks-hücum üçün bir növ dayaq nöqtəsi 
kimi,  bu h
ərəkatın  yayılması  qarşısını  alan  maneə  kimi,  müstəqil 
milli siyas
ət yeritməyə  çalışan  inkiaşf  etməkdə  olan öklələr 
bar
əsində qüvvənin köməyi ilə təzyiq və hədə-qorxu vasitəsi kimi 
düşünülmüşdü.  
Doğrudan  da,  vaxtı  ilə,  Yaxın  Şərq üçün “Eyzenhayer dok-
trinası” meydana gələndə də ABŞ-ın silahlı müdaxiləyə, lakin ərəb 
dövl
ətlərinin dəvəti ilə  müdaxiləyə  hazır  olmasından  söhbət ge-
dirdi.  Lakin 20 il sonra Karter hökum
əti neft mənbələrini və neftin 
daşındığı  yolları  bütün hərbi vasitələrlə,  o cümlədən “çevik əmə-
liyyat qüvv
ələri” vasitəsilə  “qorumaq” niyyətində  olduğunu  bil-
dir
ərkən özünün son dərəcə  təhlükəli  planlarını  Yaxın  Şərq ölkə-
l
ərindən hər  hansı  birinin  bunu  xahiş  edib-etməyəcəyi ilə  bağ-
lamırdı.  
Vaşinqtonun yeni doktrinasının təcavüzkar istiqamətinin belə 
açıq-aşkar  xarakteri  R.  Reyqan hökuməti dövründə  daha da 
möhk
əmləndi; bu hökumətin nümayəndələri izah edib deyirdilər: 
İran  körfəzində  Amerika  qoşunlarına  ona  görə  ehtiyac  vardı  ki, 
“Bizim 
hansı  mövqe  tutduğumuz  və  həmin mövqeni qüvvənin 
köm
əyi ilə  müdafiə  etməyə  hazır  olduğumuz  bu  rayonda  hamıya 
aydın olsun”.  
ABŞ  başqa  xalqlar  üzərində  amirlik yaratmaq üçün hərbi 
qüvv
ə  saxlamaqdan  əvvəllər də  istifadə  edirdi.    On illər boyu o, 
Q
ərbi  Avropanın  bir  sıra  ölkələrində,  Yer kürəsinin digər rayon-
larında:  Yaponiyada,  Filippində,  Cənubi  Koreyada,  Avstraliyada 
öz h
ərbi  qarnizonlarını  və  bazalarını  saxlayır;  Amerikanın  hərbi-
d
əniz qüvvələri  Aralıq  dənizində,  Atlantik,  Sakit və  Hind okean-
larında fəaliyyət göstərirdi.  Lakin indi ABŞ öz hərbi qüvvələrinin 
müxt
əlif regionlarda yerləşdirilməsini  hər vasitə  ilə  genişləndir-

 
85 
m
ək, onun həqiqətən qlobal miqyas almasına nail olmaq məqsədini 
qarşısına  qoymuşdur  ki,  bu da bütün qitələrin  xalqları  üçün 
çağırılmamış müdaxilə təhlükəsini xeyli artırırdı.  
Eyni  zamanda  Vaşinqtonun  belə  münasibəti,  heç  şübhəsiz, 
Birl
əşmiş Ştatların öz xarici  siyasət vəzifələrinin yerinə yetirilməsi 
takti
kasında  80-ci illərin  əvvəllərində  müəyyən dəyişikliklər  baş 
verdiyin
ə dəlalət edirdi.  Hər şeydən əvvəl göründüyü kimi, ABŞ 
vaxtı ilə təcavüzkar siyasəti həyata keçirmək üçün istifadə etməyə 
çalışdığı əlaltılarına və oyuncaq hökumətlərinə daha əvvəlki qədər 
ümid b
əsləmir.    Əlbəttə,  ABŞ  mürtəce diktator rejimlərindən öz 
m
əqsədləri üçün istifadə etməkdən əl çəkmir, onlara hər vasitə ilə 
maddi v
ə  hərbi  yardım  göstərməyi davam etdirirdi.    Lakin hər 
halda ABŞ İran hadisələrindən, heç şübhəsiz, müəyyən ibarət dərsi 
götürmüşdür  və  bu hadisələr  ABŞ-ın  hakimiyyət  başına  gətirdiyi 
v
ə  zorla  saxladığı  əlaltılara  arxalanmağın  etibarsız  olduğunu 
göst
ərmişdi.  
XX 
əsrin 80-ci illərində  ərazisində  ABŞ-ın  öz  hərbi dayaq 
bazalarını  yaratmaq  istədiyi bəzi dövlətlər  buna  Vaşinqtonda 
gözl
ənildiyi qədər həvəs göstərmirdilər.  ABŞ-ın  yeni  siyasətini 
yalnız İsrail tam müdafiə edir, ərəb ölkələri isə “Moskvanın onlar 
üçün t
əhlükə  yaratması  fikrini  qəbul  etmək istəmir və  Amerika 
qoşunlarını öz ərazilərinə buraxmaq əleyhinə idilər”. Ərəblər üçün 
başlıca  məsələ  ərəb-israil  münaqişəsinin həll  olunması  idi.  İran 
körf
əzinin bir çox sahilboyu dövlətlərində  ehtiyat  edirdilər ki, bu 
dövl
ətlərin birində  üsyan  baş  versə,  “çevik  əməliyyat qüvvə-
l
ərin”ndən neft mədənlərinin  ələ  keçirilməsi üçün istifadə  oluna 
bil
ərdi.  Hətta inkişaf etməkdə olan ölkələrin Vaşinqtonla  sıx əlaqə 
saxlayan bir çox liderl
əri də  ABŞ-ın  iqtisadi və  hərbi  yardımını 
alqışlamaqla  bərabər eyhamla bildirirdilər ki,  “hər  hansı  hərbi 
əməkdaşlığa” cəlb olunmaq istəmirlər.  Belə bəyanatlar ictimai rəyi 
olsa-
olsa  yalnız  sözdə  nəzərə  almaq deməkdir,  lakin  ABŞ  ilə 
əməkdaşlığın xarakterinin pərdələməyə ehtiyac duyulmasının özü, 
inki
şaf etməkdə olan ölkələrdə xalq kütlələrinin dərin antiamerika 
v
ə antiimperialist əhvali-ruhiyyəsində olmasını göstərirdi.  
Bu dövrd
ə  partnyorlarına  təzyiq göstərərkən  Vaşinqton 
siyas
ətçiləri getdikcə  daha tez-tez ultimatum tonuna əl  atırdılar.  

 
86 
“Reyqan hökum
əti öz müttəfiqləri ilə münasibətlərdə dostlarından 
daha çox 
əlaltı ölkələr üçün yarayan bir avazla danışırdı”.  Ameri-
kanın  siyasi  xadimləri Qərbi  Avropadakı  “pasifist”  əhvali-ruhiy-
y
əni  damğalayır  və  NATO-nun  Avropadakı  birləşmiş  silahlı 
qüvv
ələrinin baş komandanı Rocersin etdiyi kimi, tələb edirlər ki,  
“bizim    çox  böhranlı  bir  dövr  keçirdiyimizə  müttəfiq ölkələrin 
xalqlarını inandırsınlar” Rocersin fikrincə, onlar başa düşməlidirlər 
ki,  “s
əylərimiz səmərəli olmaq üçün külli miqdarda vəsait tələb 
edir, 
əks təqdirdə  bu vəsait digər milli tələbata,  məsələn,  sosial 
ehtiyaclara s
ərf edilə bilər”. ABŞ-ın keçmiş hərbi-dəniz qüvvələri 
naziri, 
prezident  Reyqanın  hərbi məsələlər üzrə  müşaviri  adlan-
dırılan  U.Middendorf isə  nəsihətverici  bir  formada  ABŞ-ın 
partnyorlarına  dərs öyrədirdi ki: “Daxili sabitliyi qoruyub saxla-
maq üçün sosial ehtiyaclara böyük x
ərclər çəkildiyini  əsas 
g
ətirmək heç də təzə fikir deyildir.  Müdafiə xərclərini artırmaqdan 
boyun  qaçırmaq  istəyənlərin  hamısı  buna  isnad  edir. . . sosial 
t
əhlükəsizliyin ən yüksək forması hərbi qüvvədir. . . ”.  
NATO  şurasının  1981-ci  ilin  mayında  keçirilmiş  Roma 
sessiyası  bir  daha  göstərmişdi  ki,  Vaşinqton  Qərbi Avropa əra-
zisind
ə  Amerikanın  yeni  raket-nüvə  silahının  yerləşdirilməsini 
“Atlantika h
əmrəyliyini” möhkəmləndirmək və müttəfiqlərin ABŞ-
a  danışıqsız  tabe  olmasını  təmin etmək üçün ən səmərəli metod-
lardan biri hesab edir.  
Okeanın o tayındakı strateqlərin fikrincə, bu 
addım onların partnoyrlarının Amerika “müdafiəsindən ”asılılığını 
xeyl
i  artıracaq  və  deməli,  onları  öz  siyasi xəttini  ABŞ-ın  niy-
y
ətlərinə  və  tələbatına  uyğunlaşdırmağa  məcbur edəcəkdi.  Elə 
h
əmin məqsədlə  ABŞ  Atlantika  zonası  deyilən zonadan kənarda 
tör
ətdiyi hərbi avantüralara öz müttəfiqlərini mümkün qədər daha 
yaxından cəlb etməyə çalışırdı.  Vaşinqton onları İran körfəzi rayo-
nunda “çevik 
əməliyyat qüvvələri”  yaradılmasında  iştirak  etməyə 
inadla t
əhrik edirdi.    Qərb  yarımkürəsində  ABŞ  Latın  Amerikası 
ölk
ələrini Salvador hadisələrinə,  sonra isə,  lazım  gəlsə,  həmçinin 
Qvatemalada v
ə  bütün Mərkəzi Amerikada hadisələrə  şərti yolla 
qarışmağa məcbur etməyə cəhd göstərirdi.   
Okeanın o tayında bloklar sistemini yenidən qurmaq və onu 
f
əaliyyət göstərən  blokların  əməliyyat  dairəsindən xeyli uzaqlara 

 
87 
da 
şamil etmək sahəsində  cürbəcür sxemlərin və  planların  gərgin 
şəkildə işlənib hazırlanması ara vermirdi.  Bununla əlaqədar olaraq 
Vaşinqtonda müzakirə edilən bütün layihələri sadalamaq belə çətin 
idi.    Bu layih
ələrdə ABŞ-dan, Avstraliyadan, Yeni Zellandiyadan 
ibar
ət olan və Yaponiya da daxil edilən ANZYUS hərbi blokunun 
f
əallaşdırılması da; dağılmış olan SEATO blokunun əsasını təşkil 
etmiş,  az  qala  unudulmuş  “Manila  paktı”nın  dirçəldilməsi də; 
ASEAN qruplaşmasına (İndoneziya, Malayziya, Filippin, Sinqapur 
v
ə Tailand) hərbi-siyasi istiqamət verilməsi də; Sakit okean, CAR-
dan v
ə  Latın    Amerikasının  cənub  əyrisində  yerləşən  bir  sıra 
ökl
ələrdən ibarət NATO variantı təşkil edilməsi də; Yaxın Şərqdə 
İsrailin,  Misirin  iştirakı  ilə,  Səudiyyə  Ərəbistanı  və  İordaniya  da 
c
əlb olunmaqla “strateji həmrəylik” cəbhəsi düzəldilməsi də daxil 
idi.  
80-ci ill
ərin  əvvəllərində  beynəlxalq vəziyyət yenidən 
k
əskinləşdi. ABŞ-ın barışmaz imperialist dairələri kəskinliyin zəif-
l
ədilməsini özlərinin  dünyada  hegemonluğunun  bərqərar  olması 
planlarının  həyata keçməsi yolunda əngəl hesab etdiklərinə  görə, 
ona 
əks-hücuma keçdilər.  
Beyn
əlxalq gərginliyin  artmasına  ABŞ-ın  digər ölkələrin 
daxili  işlərinə  qarışması,  dövlətlərin milli istiqlaliyyətinin və 
suverenliyinin m
əhdudlaşdırılması cəhdləri də səbəb oldu.  ABŞ-ın 
yardımına  arxalanan  təcavüzkar qüvvələr  öz  işğalçılıq  planlarını 
genişləndirdi.    1980-ci ildə  İsrail  hökuməti müsəlman və  xristian 
dini ziyar
ətgahlarının  yerləşdiyi  Qüds  şəhərini  İsrailin  vahid  və 
bölünm
əz  paytaxtı  elan  etdi.  1981-ci ildə  Təl-Əviv  hakimləri 
Suriyaya m
ənsub olan Holan yüksəkliklərini ilhaq edildiyini 
bildirdil
ər.    Bu BMT tərəfindən qanunsuz bir hərəkət kimi rədd 
edildi.    
BMT  Baş  Məclisinin fövqəladə  sissiyasının  1982-ci ildə 
q
əbul etdiyi qətnamədə bütün dövlətlərə – BMT üzvlərinə müraciət 
olundu ki, onlar t
əcavüzkarla bütün əlaqələri kəssinlər.  
Bütün  bunlara  baxmayaraq  ABŞ  özünün  Yaxın  Şərq 
mövqel
ərini möhkəmləndirmək ümidi ilə  İsrailin  təcavüzkarlıq 
h
ərəkətlərinə tərəfdar çıxırdı.  1981-ci ilin sonunda ABŞ və İsrail 
ərəblər əleyhinə yönəldilmiş «Strateji əməkdaşlıq haqqında» saziş 
bağladılar.  İsrail özünün Şimal ərazilərinin «təhlükəsizliyini qoru-

 
88 
maq» kimi saxta bir b
əhanə  ilə  1982-ci  ilin  iyul  ayında  ABŞ 
hökum
ətinin köməyinə arxalanaraq Livana qarşı müharibəyə baş-
ladı.    Təcavüzkarın  Amerika  silahı  ilə  təchiz  edilmiş  yüz minlik 
ordusu Beyruta g
əlib çataraq,  Livan  paytaxtının  Fələstin  azadlıq 
h
ərəkatı rəhbərlərinin və onun əsas hərbi dəstələrinin olduğu qərb 
hiss
əsini  blokadaya  aldı.  Lakin tarixi fakt kimi bu müharibədə 
İsrail  öz  məqsədlərinə  nail ola bilmədi.  ABŞ-ın  öz  müttəfiqinə 
Beyrutu v
ə digər yaşayış məntəqələrini vəhşicəsinə bombalamaqla 
köm
əklik cəhdi də biabırçılıqla qurtardı.  
Ümumiyy
ətlə,  80-ci illərdə Yaxın Şərq, Afrika, Hind Okeanı 
ABŞ-ın «həyati mənafeyi»  sferası elan edildi.   Pentaqon ABŞ-ın 
regionlarda h
ərbi  iştirakını genişləndirməyə başladı.   70-ci illərin 
sonun 80-ci ill
ərin  başlanğıcında  Livan,  Əfqanıstan,  İran, 
Nikaraqua, Salvador, Qrenada,  Liviya v
ə digər dövlətlər Amerika-
nın açıq-aşkar müdaxilə obyektləri oldu.  
Başda  ABŞ  olmaqla  NATO-nun  və  SSRİ-nin  tutduğu  yol,  
onla
rın bəşəriyyət  üçün 10 illərdən bəri törətdikləri daimi təhlükə 
– bütün bunlar planet 
əhalisinin nüvə uçurumuna sürüklənməsində 
dönüş  yaratmağa  imkan  verən qəti tədbirlər görülməsini tələb 
edirdi.  
SSRİ  və  ABŞ  arasında  siyasi  dialoqun  inkişaf  etməsi və 
d
ərinləşməsi böyük nailiyyət  olmuşdur.    Bu  dialoq ikitərəfli 
münasib
ətlərin və dünya siyasətinin bütün əsas məsələlərini əhatə 
etmişdir.  Nüvə  müharibəsi  heç  vaxt  olmamalıdır,  çünki belə 
müharib
ədə  qalib ola bilməz.  Bu barədə  əldə  edilmiş  qarşılıqlı 
anlaşılmanın prinsipial əhəmiyyəti vardır.   Tərəflər SSRİ və ABŞ 
arasında  hər  hansı  müharibənin  -  nüvə  müharibəsinin yaxud adi 
müharib
ənin  qarşısının  alınmasının  vacibliyini  qeyd  etmiş,  hərbi 
üstünlüy
ə çalışmayacaqlarını öhdələrinə götürmüşlər.  
Cenevr
ədə (1985-ci il),Reykyavikdə (1986-cı il),  Vaşinqton-
da (1987-ci  il)  v
ə  Moskvada (1988-ci il)yüksək səviyyəli Sovet-
Amerika  danışıqları  nüvə  silahlarının  real  azaldılması  sahəsində 
ir
əliləyişlə nəticələnmişdir.   SSRİ və ABŞ arasında onların orta və 
kiçik m
ənzilli raketlərinin ləğv  edilməsi  haqqında  müqavilə, 
tarixd
ə nüvə silahlarının  qarşılıqlı ciddi nəzarət altında ləğv edil-
m
əsini nəzərdə tutan ilk saziş 1987-ci ilin dekabrında imzalanmış 

 
89 
v
ə 1988-ci ilin iyun ayında qüvvəyə minmişdir.   Bununla da nüvə 
silahı olmayan dünya quruculuğunun əsası qoyulmuşdur. Raketdən 
müdafi
ə  müqaviləsinin qüvvədə  qalması  şərtilə  SSRİ  və  ABŞ 
arasında  strateji    hücum  silahlarının  50  faiz  ixtisara  salınması 
haqqında  birgə  müqavilə  layihəsi  hazırlanan  zaman tərəflərin 
mövqel
ərinin yaxınlığı təsbit olunmuşdu.  
N
əticədə Sovet-Amerika münasibətləri yaxşılaşmışdır.   Mü-
harib
ə  təhlükəsini geri çəkmək  mümkün  olmuşdur.  Beynəlxalq 
h
əyat mərkəzinin qarşıdurmadan qarşılıqlı anlaşma və əməkdaşlıq 
t
ərəfə yeri dəyişmişdir.  
Cenevr
ədə sazişlər bağlanması və sovet hərbi kontingentinin 
Əfqanıstandan  tamam  çıxarılması  regional  münaqişələrin siyasi 
yolla t
ənzimləməsi işində irəliyə doğru mühüm addım olmuşdur.  
1980-ci ill
ərin sonunda  beynəlxalq münasibətlərin demo-
kratikl
əşdirilməsi və  humanistləşdirilməsi prosesi tədricən inkişaf 
edir,  beyn
əlxalq vəziyyət  yaxşılaşırdı.  Ancaq realist tendensiya 
beyn
əlxalq məsələlərdə  köhnə  münasibət,  sərt siyasət tərəfdar-
larının müqaviməti ilə inadlı mübarizədə özünə yol açırdı. Müsbət 
prosesl
ərin dönməzliyinə  təminat hələ  yaranmamışdı,  lakin zor 
işlətmək siyasətinə qarşı əvvəllərdəkinə nisbətən daha geniş siyasi  
imkanlar yaranmışdır.  
1   2   3   4   5   6   7   8   9   10   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə