Trumen doktrinası
Trumen doktrinası- İkinci dünya müharibəsindən sonra ABŞ
prezidenti Harri Trumen t
ərəfindən irəli sürülən xarici siyasət
proqramıdır. 1947-ci ilin fevralın 21-də ABŞ hökuməti Birləşmiş
Ştatların Yunanıstan və Türkiyəyə kömək etməsi barədə
29
İngiltərənin razılığını rəsmən elan edən Böyük Britaniyanın 2
müraci
ətini aldı. ABŞ-ın xarici siyasət idarəsinin məmurları
“Yunanıstan və Türkiyəyə dərhal yardım edilməsi haqqında dövlət
departamentinin mövqeyi v
ə göstərişi” adlı sənəd hazırladılar.
Onun
əsasında prezident konqresə müraciəti hazırlandı. Bu
doktrina 1947-ci il m
artın 12-də rəsmi şəkildə elan edildi. Doktrina
“soyuq müharib
ə” ilə əlaqədar olaraq ABŞ-ın xarici siyasət
x
əttinin əsasını təşkil edən “qarşısını alma” nəzəriyyəsinin təsiri ilə
ərsəyə gəlmişdi. Ümumiyyətlə, bu doktrina ABŞ və onun tərəf-
darlarının dünyanın siyasi-iqtisadi yekdilliyi uğrunda müba-
riz
əsinin yazılı şəkildə təcəssümü idi. Doktrinanın hazırlanmasında
Corc Kennan, Allen Dalles, Loy Henderson, Din Açenson v
ə
dig
ərləri yaxından iştirak etmişdilər,
Doktrina SSRİ tərəfdən Yunanıstan və Türkiyə əleyhinə
kommunist t
əhlükəsinə qarşı 1947-1848-ci illərdə 400 milyon
dollar maliyy
ə yarımı edilməsi məsələsini özündə əks etdirirdi. Bu
yardımdan 300 milyonu Yunanıstana, 100 milyonu isə Türkiyəyə
verilm
əli idi. Qarşılıqlı razılıq əsasında hər iki ölkə ilə 1947-ci ilin
12 iyulunda müqavil
ə bağlandı. Bu doktrina əslində özündə İkinci
dünya müharib
əsindən sonra sosializmin artan nüfuzuna, SSRİ-nin
siyasi arenada kapitalist ölk
ələrinə qarşı artan təzyiqinə qarşı və
beyn
əlxalq siyasət fonunda irticaçı qüvvələr və rejimlərin
müdafi
əsi tədbirlərin özündə əks etdirirdi. Doktrinanın irəli sürül-
m
əsi ilə artıq ABŞ-ın xarici dövlətlərə hərbi-iqtisadi yardım
kampaniyası başlandı. Bununla bahəm ABŞ artıq bu doktrinadan
istifad
ə edərək “kommunizm təhlükəsi”ni əlində bayraq edərək
dünyanın strateji cəhətdən ən əlverişli ucqarlarında özünün hərbi
bazalarına yaratmaq uğrunda ilkin addımlarını atmağa başlamışdı.
Konqresd
ə Trumenin çıxışı və irəli sürdüyü məsələlərə qarşı
böyük etiraz oldu. Müzakir
ə 2 ay davam etdi. Konqresdə bir
çoxları bunun qəti əleyhinə olduqlarını bildirdilər. Bir konqresmen
öz çıxışında bildirirdi ki: “Mister Trumen Amerikanın geniş
miqyasda siyasi, h
ərbi və iqtisadi prizmadan Balkanlara müdaxilə
etm
əyini istəyir. O, digər ölkələrə də təşkil olunacaq belə
müdaxil
ələrdən danışır. Bu hətta arzu olunan olsa belə, ABŞ o
30
q
ədər potensiala malik deyil ki hərbi qüvvənin köməkliyi ilə
dünyanı idarə edə bilsin” .
Konqresd
ə doktrinanın müqavimətlə rastlaşmasına baxma-
yaraq 1947-ci il may
ın 22-də “Trumen doktrinası” qüvvəyə mindi.
Konqres ABŞ –ın Yaxın Şərq ölkələrinin daxili işlərinə
qarışmasına bu doktrinanı qəbul etməklə rəsmi şəkildə icazə verdi.
Bununla da veril
ən bu qərar Vaşinqtonda və dünyada olan bütün
irticaçı qüvvələr tərəfindən dəstəkləndi
Bel
əliklə, doktrina əsasında ABŞ Türkiyə və Yunanıstana
silahlar, amerikan h
ərbi və mülki heyəti göndərdi. SSRİ-nin Tür-
kiy
əyə böhtanlar atması və ərazi iddiaları irəli sürməsi Türkiyəni
ABŞ-la daha da yaxınlaşdırmışdı. ABŞ bu iki ölkədə öz hərbi
bazalarını yaratdı. Bu doktrina Qafqaza qədər olan ərazini əhatə
edirdi. Bu doktrina il
ə ABŞ Yaxın Şərq neftinə də sahib olma
imkanlarını genişləndirmiş olurdu. Əgər 1938-ci ildə ABŞ
inhisarlarının payına Yaxın Şərq neftinin 14%-i (3,2 mln. ton)
g
əliri düşürdüsə, 1951-ci ildə bu rəqəm 57,8%-i (56,6 mln.
ton)t
əşkil etdi.
ABŞ özünün Yaxın Şərqdə həm də neft monopoliya möv-
qeyini möhk
əmlətmək baxımından da Yunanıstan və Türkiyə
h
ərbi-strateji və iqtisadi cəhətdən onun məqsədlərinə tam bir şəkil-
d
ə cavab verirdi. Lakin “soyuq müharibə” prizmasından Trumen
doktrinasına baxdıqda bu ərazilərdən gələcəkdə müharibə olacağı
t
əqdirdə qabaqcadan keçiriləcək əməliyyatların hazırlanmasında
istifad
ə olunacağını aydın şəkildə görmək çətin deyildi. ABŞ
müharib
ə olacağı təqdirdə Qərbi Avropanı əsas əməliyyat meydanı
hesab edirdi.
Trumen doktrinasının elan edilməsindən 1 gün sonra 1947-ci
ilin mart 13-d
ə elan edildi ki, amerikan kompaniyaları 227 milyon
dollar h
əcmində Səudiyyə Ərəbistanına investisiya qoyacaqdır və
uzunluğu 1050 mil-ə(1736,7 km) çatacaq neft mədənlərindən
Aralıq dənizinə neft kəməri çəkəcəklər. Beləliklə, ərəb neftinə
qarşı ABŞ monopoliyasının maraqları artmaqda idi. Burada geniş
şəkildə ABŞ korporasiyalarının “işgüzarlıqla” məşğul olmasına,
1948-ci il iyulun 6-da Kuveyt
neft rayonları üzərində konsensiya
hüququnun alınması da böyük rol oynadı.
31
Marşall planı
1947-
ci il mayın 23-də “Trumen doktrinası” qüvvəyə
mindikd
ən bir gün sonra Avropa ölkələrinə “iqtisadi yardımı”
n
əzərdə tutan dövlət katibi Corc Ketlett Marşall tərəfindən işlənib
hazırlanan “Marşall planı” irəli sürüldü ki, bu planın rəsmi adı
“Avropanın dirçəldilməsi proqramı” idi. Bu plana görə Avropanın
17 ölk
əsi belə bir “yardım kampanıyasında” iştirak etməli idi.
Lakin planın ideyası heç bir yeniliklə fərqlənmirdi. Onun kökləri
1919-1923-cü ill
ərdə
“ARA”-dan (“Amerikan Relief
Administration”-
“Amerika Yardım Təşkilatı”)irəli gəlirdi. Bu
birinci dünya müharib
əsində zərər çəkmiş Avropa ölkələrinə
yardım göstərməyə, amerikan iqtisadi və siyasi mövqelərinin
gücl
ənməsinə və sovet təsirinə qarşı mübarizə siyasətini həyata
keçirm
əyə xidmət edirdi.
1945-ci ild
ə Lend-Liz qanunun icrasına xitam verildikdən
sonra 1949-cu il
ə kimi ABŞ hökuməti xarici dövlətlərə borc və
subsidiya (maliyy
ə yardımı) şəklində 20 milyard dollar vəsait
x
ərcləmişdi. Buna baxmayaraq ABŞ –ın həmin illərdə kapital
ixracı cəmisi 1,5 milyard dollar təşkil edirdi. Həm iqtisadi poten-
sialını artırmaq, həm də Avropada özünə siyasi dayaq yaratmaq,
xüsusil
ə də “soyuq müharibə “ ilə əlaqəli olaraq Avropa dövlət-
l
ərini SSRİ-yə qarşı vahid cəbhədə birləşdirmək üçün “Marşall
planı” ən səmərəli bir silah idi. Marşall planı özündə bir sıra
iqtisadi v
əzifələri əks etdirməklə Trumen doktrinası kimi hərbi-
siyasi xarakterini qoruyub saxlayırdı.
1947-
cı il iyunun 5-də Kembricdə Harvard universitetinin
keçmiş tələbələri-cəmiyyət üzvləri qarşısında Marşall nitq
söyl
əyərək yeni plan haqqında məlumat verdi. Bu nitq amerikan
diplomatiyasının ənənəvi üslubunda söylənildi. Yeni plan nitqin
q
əfil improviziyası (improvizasiya-hazırlaşmadan niyq söyləmək)
kimi t
əqdim olundu. Əsasən ümumi ifadələrlə çıxış edən və
konkretl
əşmədən qaçan Marşall müharibədən zərər çəkmiş
Avropanı bərpa etmək üçün amerikan yardımının göstərilməsinin
z
əruriliyini bəyan etdi. Harvard universitetində Marşall alovlu
nitqind
ə söylədi ki, ”Bizim siyasətimiz hər hansı ölkəyə və
32
doktrinaya qarşı deyil, aclığa, yoxsulluğa və xaosa qarşı
yön
əldilmişdir”.
Konqresd
ə bu plan da Trumen doktrinası kimi böyük müqa-
vim
ətə rast gəldi. Axı söhbət burada daha nəhəng təxsisatdan(pul
ayırması) gedirdi. Konqresin ilk sessiyası bu məsələyə dair heç bir
q
ərar qəbul etmədən işinə yekun vurdu.
1947-ci il iyunun 17-18-d
ə Parisdə görüşən İngiltərə və
Fransa nümay
əndə heyətləri amerikan planının həyata keçirilməsi
üçün
ən zəruri tədbirlər haqqında danışdılar və müşavirəyə Sovet
İttifaqını da dəvət etdilər. Dəvət qəbul olundu. İngiltərə, Fransa və
SSRİ xarici işlər nazirlərinin Marşall planına dair müşavirəsi 1947-
ci il iyunun 27-d
ən iyulun 2-dək Parisdə keçirildi. ABŞ nümayəndə
hey
əti burda iştirak etmirdi. Lakin az sonra SSRİ və onun təsiri
altında olan Şərqi Avropa ölkələri onun təzyiqi ilə bu planda iştirak
etm
əkdən imtina etdilər.
SSRİ iştirak etməməsini əsas səbəbini belə izah edirdi ki,
onda dig
ər ölkələr kimi, büdcə defitsiti-infilyasiya o dərəcədə
qorxulu h
əddə çatmamışdır. Şərqi Avropa dövlətləri isə SSRİ –nin
t
əsiri ilə bu planın onların maraqlarına uyğun olmadığını bil-
dirm
əklə planda iştirakdan imtina etdilər. Sovet İttifaqının və
onun t
əsiri ilə Şərqi Avropa dövlətlərinin plandan imtina etməsi
ABŞ-ın planlarına uyğun gəlmirdi. Bu da, əlbəttə, konqresin
n
əzərindən qaçmadı. Məhz bu səbəbdən, xüsusilə də Şərqi Avropa
ölk
ələrinin plandan imtina etməsindən sonra konqres bu məsələyə
yenid
ən baxdı və vaxt itirmədən bu plan üzrə ayrılacaq maliyyə
v
əsaitini təsdiq etdi. Konqres 1948-ci ilin aprelin 4-də Avropaya 4
illik yardımı özündə ehtiva edən “İqtisadi əməkdaşlıq haqqında”
adı ilə bu planı qəbul etdi.
1947-ci ilin iyulun 12-d
ə ABŞ-da iştirak etməklə Avropanın
16 dövl
əti Parisdə çağırılmış konfransda iştirak etdi. Bu konfransda
planda iştirak edən hər bir dövlətə ayrılacaq vəsaitin həcmi
bar
əsində müzakirələr aparıldı. Bunun əsasında da vəsaitin
köçürüm
ə əməliyyatını asanlaşdırmaq üçün ABŞ-da ölkələrin
iqtisadi v
əziyyətini öyrənən və bunu əsasında da ona ayrılacaq
v
əsaitin həcmini müəyyən edən xüsusi dövlət təşkilatı yaradıldı.
33
Marşall planı əsasında Qərbi Almaniyaya yardım edilməsi
ondan İkinci dünya müharibəsindən sonra məğlub dövlət kimi
alınan təzminat (təzminat zərər görən ölkələrə verilirdi) ilə birgə
müşayiət edilirdi.
Bu plan sonra 1951-ci ild
ə “qarşılıqlı təhlükəsizliyin təmin
edilm
əsi” qanunu ilə əvəz edildi. Qanun qəbul edildikdən və
prezident t
ərəfindən təsdiqləndikdən sonra plana uyğun şəkildə
1948-ci ilin aprelin 4-d
ən 1951-ci ilin dekabrınadək ayrılan 12,4
milyard dollar v
əsait plana qoşulan ölkələrə müşavirədəki
müzakir
ələrə uyğun olaraq paylandı. Belə ki, İngiltərəyə-2,8
milyard, Fransaya-
2,5 milyard, İtalyaya-1,3 milyard, Qərbi
Almaniyaya 1,8 milyard dollar, Hollandiyaya 1 milyard dollar
m
əbləğində yardım edildi.
ABŞ etdiyi yardımın müqabilində yardım alan dövlətlərdən
t
ələb etdi ki, onların hakimiyyət orqanlarında 1 dənə də olsun
kommunist partiyasından nümayəndə olmasın. Bunun əsasında da
1948-
ci il araşdırılmalarında müəyyən olundu ki, hakimiyyət
orqanlarında heç bir dənə də olsun kommunist yoxdur.
İkinci dünya müharibəsi nəticəsində Avropada dağıdılmış
t
əsərrüfatı bərpa etməyə bu köməyi etməzdən əvvəl ABŞ-ın
özünün h
əmin ölkələrdəki daxili vəziyyəti öyrənməyi bir şərt kimi
ir
əli sürülürdü. 1948-1952-ci illərdə Avropanın 16 ölkəsi 12,5
milyard d
əyərində olan Marşal planına qoşuldu. Ancaq Finlan-
diya, İspaniya və Avropanın «sovet modeli» əsasında qurulmuş
sosialist ölk
ələri bu plana qoluşmadılar.
Marşall planının verdiyi nəticələr ABŞ üçün əsasən özünün
tarix boyu qarşısına qoyduğu məqsədlərə çatmaq üçün gördüyü
t
ədbirlərdən ən uğurlusu hesab olunur. Beləliklə planın reallaş-
dırılması ilə ABŞ-da sənaye istehsalı artdı. Halbuki bu vaxta qədər
keçiril
ən ölkə daxilində bu sahə üzrə islahatlar səmərəli nəticələr
verm
əmişdi. Bu hadisədən sonra ölkənin milli iqtisadi siyasəti
d
əyişdirilmədən qısa müddət ərzində ölkə iqtisadi həyatında
canlanma müşahidə olundu; Avropa ölkələri (yardım almış ölkələr)
özl
ərinin xarici borclarını ödəyə bildilər; yardım alan ölkələrə
kommunistl
ərin və SSRİ-nin təsiri zəiflədi;
34
Avropada siyasi stabilliyin v
ə daimi inkişafın qarantı olan
“orta sinif statusu” b
ərqərar olunub mövqeyi möhkəmləndirildi;
NATO-
nun yaradılması
Marşall planının qüvvəyə minməsindən dərhal sonra
amerikan diplomatiyası ABŞ-ın rəhbərliyi altında hərbi blok
yaratmaq üçün Q
ərbi Avropa dövlətləri ilə danışıqlara başladı. Bir
növ ABŞ bununla həyata keçirdiyi və uğur qazandığı Marşall
planı və Trumen doktrinasını hərbi və siyasi cəhətdən möhkəmlət-
m
ək və genişləndirmək arzusunda idi.
Əvvəlcə ABŞ tərəfi Kanada və Brussel paktına qoşulan
ölk
ələrin(1948-ci il martın 17-də Çörçillin Fultonda çıxışı zamanı
ir
əli sürdüyü “Birləşmiş Avropa” ideyası əsasında yaradılmış və
Marşall planına qoşulan Avropa ölkələrini özündə birləşdirən
“Q
ərb İttifaqı”) ABŞ-dakı səfirlikləri ilə dövlət katibinin nümayən-
d
əsi R.Lovett gizli danışıqlara başladı. Artıq 1948-ci ilin sentya-
brında ölkələr arasında razılıq əldə olundu və gələcək bloka
Portuqaliya v
ə İtalyanın da daxil olunmasına razılıq verildi.
Marşall planında iştirak edən bəzi dövlətlər-Avstriya. İrlan-
diya, İsveçrə, İsveç hərbi ittifaqda da iştirak etmək istəmədiklərini
bildirdil
ər. Türkiyə və Yunanıstanın hərbi bloka qəbulu məsələsi
is
ə müvəqqəti olaraq təxirə salındı, amma onların üzvlük haqları
saxlanılırdı.
M
əqsəd isə tam aydın idi. Trumen doktrinası və Marşall planı
əsasında ABŞ tərəfindən maliyyə yardımı və siyasi dəstək alan
Türkiy
ə və Yunanıstanı dərhal bu bloka üzv kimi daxil etmək çox
t
əhlükəli və cəsarət tələb edən bir iş idi. ABŞ beynəlxalq arenada
mövcud v
əziyyəti nəzərə alaraq bu cür qorxulu riskə hələlik
getm
ədi. Bu iki ölkə NATO-nun “1-ci səviyyədə genişlənməsi”
əsasında 1952-ci ilin fevralın 18-də bu bloka qoşuldular.
Bel
əliklə, ilkin mərhələdə blok iştirakçılarının sayı 12 dövlət
oldu. Blok bel
ə adlanırdı: Şimali Atlantika İttifaqı-NATO. (North
Atlantic Treaty Organization). 1949-cu il aprelin 4-d
ə Belçika,
İslandiya, Danimarka, Kanada, Lüksenburq, Niderland, Norveç,
Portuqaliya, İtaliya, Böyük Britanya, Fransa və ABŞ-ın xarici işlər
nazirl
əri Vaşinqtonda Şimali Atlantika Paktını imzaladılar. Mü-
qavil
ə 20 il müddətinə nəzərdə tutulurdu. Blokun baş qərargahının
35
Brüssel şəhərində yerləşməsi qərarı alındı. Onun keçirdiyi kon-
frans
ların isə rəsmi dil ingilis və fransız dilləri oldu. Vaşinqtonda
bu pakt bağlanarkən onu imzalayan dövlətlər öz üzərilərinə
öhd
əçilik kimi götürdükləri aşağıdakıları qəbul edilir:
“Müqavil
əni imzalayan tərəflər özlərinin əsas məqsəd,
prinsip v
ə inamlarını BMT nizamnaməsi əsasında və özlərini digər
ölk
ə və xalqlarla birgə yaşamağa razılıq baxımından bu
müqavil
əni təsdiq edirlər.
Müqavil
ə imzalayan tərəflər qanuni, hüquqi və demokratik
prinsipl
ərdən qaynaqlanan öz xalqlarının azadlığını və siviliza-
siyasını qorumağa qərarlıdır.
Müqavil
ə imzalayan tərəflər Şimali Atlantika regionunun
stabilliyinin v
ə ümumi rifahının gücləndirilməsinə öz töhfələrini
verirl
ər.
Müqavil
ə imzalayan tərəflər dünyanın hər cür fəlakətlərdən
qoru
nması və təhlükəsizliyi naminə kollektiv şəkildə öz səylərini
birl
əşdirməyə qərarlıdırlar”
Aprelin 5-d
ə NATO-nun üzvü olan Avropa dövlətləri onlara
v
əd edilmiş hərbi və maliyyə köməkliyini almaq məqsədi ilə ABŞ-
a müraci
ət etdilər. Buna müvafiq olaraq proqram ABŞ hökuməti
t
ərəfindən hazırlandı və “ Xarici dövlətlərə hərbi yardım haqqında”
qanun layih
əsi kimi 1949-cu il iyulun 25-də təsdiq üçün konqresə
t
əqdim olundu. Qanun layihəsi bəyənildi və qüvvəyə mindi.
Bu siyas
əti davam etdirən ABŞ hökuməti” NATO üzvü olan
dövl
ətlərin hərbi qüvvələri haqqında status” konvesiyasını
(beyn
əlxalq saziş) işləyib hazırlayaraq Şimali Atlantika blokunun
şurasında qəbul etdirdi. Konvensiya 1951-ci ilin iyunun 19-da
imzalandı və 1953-cü ilin avqustun 23-də qüvvəyə mindi. Kon-
vensiyaya
əsasən ABŞ blok üzvlərinin ərazilərində özünün hərbi
bazalarını yarada bilərdi, bu hüquq Avropa dövlətləri üçün də sabit
idi.
Bel
əliklə, “Qarşısını alma doktrinası” NATO-nun rəhbər
h
ərbi doktrinasına çevrildi. 1949-cu ilin payızında Sovet İttifaqı
ABŞ-ın atom silahı üzərində inhisarını ləğv edərkən bu doktrina
daha
əvvəlki əhəmiyyətini xeyli itirmiş oldu.
36
Bu dövrd
ə ABŞ-ın yeni xarici siyasət xətti «atom diploma-
tiyası» adını aldı. ABŞ-la SSRİ arasındakı ixtilafları gücləndirən
amill
ərdən biri də 1948-ci ildə baş vermiş Berlin böhranı idi. ABŞ,
İngiltərə və Fransanın Almaniyanın qərb hissəsində seperat pul
islahatı keçirmələri SSRİ-nin böyük narazılığına səbəb oldu. Çin
m
əsələsində də SSRİ ilə ABŞ arasında ixtilaf yarandı. ABŞ tələb
edirdi ki, Çin
ə Şanxayçı hökumət rəhbərlik etsin. SSRİ isə bunun
əleyhinə idi. Yenə ABŞ-ın iştirakı ilə 1951-ci ildə yeni bir hərbi
pakt olan ANZYUS t
əşkil edildi.
1951-
ci ilin sentyabr ayında San-Fransisko şəhərində 48
dövl
ətin iştirakı ilə Yaponiya ilə sülh müqaviləsi imzalandı.
H
əmin müqaviləni Çin və Koreya məsələsində narazı qaldığına
gör
ə SSRİ və onun təsiri altında olan Polşa və Çexoslovakiya
imzalamadılar.
ABŞ-ın xarici siyasətində bu dövrdə 3-A ölkələrinə, yəni
Asiyanın, Afrikanın və Latın Amerikasının inkişaf etməkdə olan
ölk
ələrinə «kömək etmək» məsələsi də mühüm yer tuturdu.
Əslində bu kömək altında ABŞ onları öz təsiri altına almağı
planlaşdırırdı. 1949-cu ilin yanvarın 20-də Trumen asılı ölkələrə
texniki-iqtisadi «köm
ək» təklifini irəli sürdü. Lakin belə bir şərt
ir
əli sürüldü ki, əgər onlar inqilabi mübarizədən əl çəksələr və
ABŞ-ın «demokratik» ənənələrinə əməl etsələr, onlara bu «kömək»
edil
əcəkdir.
ABŞ-ın Koreyaya müdaxiləsi
“Qarşısını alma” nəzəriyyəsi ilə ABŞ siyasət arenasında əsas
r
əqibi olan SSRİ-yə qarşı özünün və bilavasitə ondan asılı ölkələrin
malik olduğu bütün təsir vasitələrindən istifadə etməklə “kainat
üz
ərində kommunizm təhlükəsini” məhv etmək, “demokratik
prinsipl
ər əsasında azad dünya” qurmaq ideyası pərdəsi altında öz
siyas
ətini reallığa çevirmək, dünyada yeganə hegemon dövlətə
çevrilm
ək istəyini açıq və ya dolayısı yollarla ortaya qoymuşdu.
Bu planların həyata keçilməsi üçün ABŞ, İkinci dünya müharibəsi
qurtarandan
sonra Uzaq Şərqdə möhkəmlənmək və orada hərbi
bazalar yaratmaq v
ə ən əsası isə “soyuq müharibə” zamanı
sosializm dünyasına “zərbə” vurmaq üçün ona daha yaxın ölkə
olan v
ə İkinci dünya müharibəsindən sonra Yaponiyanın təsirindən
37
çıxan Koreyaya “göz dikmişdi”. Özünün “demokratik”
prinsipl
ərini “Azad Koreya”ya bəxş etmək üçün ABŞ BMT-nın
nüfuzundan v
ə onun qərarlarının qəbulunda “özünün sözsüz
t
əsirindən” istifadə etmək niyyətində idi.
Koreyada ABŞ hərbi bazalarını olması və ondan asılı
oyuncaq hakimiyy
ətin yaradılması gələcəkdə SSRİ ilə baş vermə
ehtimalı olan müharibədə ABŞ-a əlverişli mövqe qazandıra bilərdi.
İkinci dünya müharibəsinin sonunda Yaponiyaya qarşı
əməliyyatlarda iştirak edən SSRİ öz ordularını həm Yaponiyaya,
h
əm də Koreyaya yeritmişdi və ABŞ-ın burada yeritdiyi siyasətə
bilavasit
ə Şimali Koreyada təşkil edilmiş hökumət vasitəsilə maneə
tör
ədirdi. ABŞ tərəfi ilk öncə burada ABŞ, SSRİ, İngiltərə və
Homindan Çinin n
əzarəti altında 5 il müddətində xüsusi nəzarət
şurası yaratmaq fikrində idi. Lakin bu plan baş tutmadıqdan sonra
ABŞ hakim dairələri xüsusi təyyarə ilə Vaşinqtondan müharibə
dövründ
ə ABŞ-a qaçmış Koreyada irticaçı qüvvələrin təmsilçisi
kimi tanınan Li Sın Manı yenidən Seula gətirdilər və onun başçılığı
il
ə 1945-ci ilin oktyabrında oyuncaq hökumət quruldu. ABŞ tərəfi
özünün demokratik prinsipl
ərindən çıxış edərək Cənubda qurulan
hökum
ətin bütün Koreyada hakimiyyətə yiyələnməsini və bununla
da Koreya xalqının öz müqəddəratını özü həll edərək ümumbəşəri
demokratik d
əyərlərə çox böyük töhfə verəcəyini bildirdi. Lakin
Sovet t
ərəfi bununla razı olmadı və Şimalda öz nüfuzundan istifadə
ed
ərək burada BMT-nin 1948-ci il 31 mart tarixində bütün ölkə
üçün ümumi parlament seçkil
ərin keçirilməsini özündə əks edən
q
ərarına (hansı ki bu qərarın qəbul edilməsində ABŞ-ın xidməti
olmuşdu) qarşı etiraz aksiyaları təşkil etdi. Sovetlər, eləcə də
Şimali Koreya vətənpərvərləri bu qərarın icra olunmasının cənubun
irticaçı hökumətinin bütün ölkədə tam nəzarəti əlinə keçirəcəyinə
s
əbəb olacağını gözəl başa düşürdü. Ona görə 1948-ci ilin
avqustun 25-d
ə ölkənin hər iki hissəsində vətənpərvər qüvvələrin
s
əyi ilə parlamentə seçkilər keçirildi. Parlamentə seçilən 572
deputatdan 360-
ı cənubu təmsil edirdi. Parlament konstitusiya
q
əbul edərək 1948-ci ilin sentyabrın 8-də Koreya Xalq Demokratik
Respublikasının yarandığını elan etdilər. Lakin ABŞ yeni yaranan
bu dövl
əti tanımadı və BMT-nin vasitəsi ilə qanuni hökumət kimi
38
C
ənubi Koreya Respublikasını tanıdı. Beləliklə, ABŞ-ın bölüş-
dürücü v
ə antidemokratik siyasəti nəticəsində 38-ci paralel iki
dövl
ət arasında müvəqqəti olaraq sərhəd kimi qaldı.
1949-
cu ilin yayında Koreya vahid xalq demokratik cəbhəsi
bloku BMT-
nin baş katibinə müraciət edərək 1945-ci ilin se-
ntyabrında bəri saxlanılan ABŞ qoşun hisslərinin Cənubi Koreya-
dan çıxarılmasını və Koreya xalqının öz müqəddəratının özü həll
etm
əsini tələb etdi. ABŞ BMT-də səs çoxluğu ilə qəbul edilən
q
ərar və ictimaiyyətin rəyi əsasında 1949-cu ilin iyununda öz ordu-
sunu ölk
ənin cənubundan çıxardı. ABŞ qoşunlarının çıxarılması Li
Sın Man hökumətinin vəziyyətini ağırlaşdırdı. Artıq hər yerdən
demokratik prinsipl
ər əsasında seçkilərin keçirilməsi səsləri
eşidilirdi.
1949-1950-ci ill
ərdə ABŞ-ın Asiya ölkələri ilə münasibətdə
siyas
ət problemləri araşdırılarkən Milli Təhlükəsizlik Şurası və
Q
ərargah Rəislərinin Birləşmiş Komitəsi prezidentə göndərdikləri
memorandum v
ə məruzələrində Asiyanın ABŞ-a strateji cəhətdən
lazımlılığını dönə-dönə vurğulayırdılar. Bunun əsasında da
memorandumlarda göst
ərilirdi ki, ABŞ-ın bu ərazilərdə atdığı hər
bir siyasi addım mütləq şəkildə onun burada nüfuzunun artmasına
v
ə təsirinin güclənməsinə xidmət etməli idi. Bu məqsədlərə çatmaq
üçün is
ə təklif olunurdu ki, ABŞ ilk növbədə Asiya ölkələrində
anti-kommunist qüvv
ələrin və irticaçı dövlət xadimlərinin
maraqlarını müdafiə etməlidir. Bu təkliflər əsasında ABŞ hökuməti
C
ənubi Koreya ilə “Qarşılıqlı müdafiə və yardım haqqında” 1950-
ci ilin yanvarında müqavilə imzalandı. Bu müqavilə ilə ABŞ artıq
Şimal ilə müharibədə Cənubun tərəfində durduğunu sübut etmiş
oldu.
Müqavil
ə əsasında ABŞ cənub ordusunun təşkili və təchizi
üçün general U.Robertsonun başçılığı altında Seula hərbi missiya
gönd
ərdi. Bu missiya 500 nəfər hərbi mütəxəssisdən ibarət idi ki,
onlar c
ənuba gələn kimi ilk növbədə hərbi –hava və hərbi-dəniz
limanlarının tikilməsinə göstəriş verdilər. Çünki ABŞ ehtiyac
duyularsa c
ənub ordusunu məhz havadan və dənizdən qoruyacağını
planlaşdırmışdı. Bundan əlavə, hələ 1949-cu ildə ABŞ ordusu
C
ənubi Koreyadan çıxarılarkən dəyəri 190 milyon dollara bərabər
39
h
ərbi silah-sursatı cənuba vermişdi. Hərbi infrastrukturlar əsasən
38-ci paralel
ə yaxın ərazilərdə tikilirdi və burada 5 Cənubi Koreya
diviziyası yerləşdirmişdi. Bu ABŞ–ın işarəsi ilə Cənubun tezliklə
müharib
əyə başlamaq fikrində olduğunu göstərirdi.
1950-ci il iyunun 13-d
ə ABŞ Cənubi Koreyada yarım
fövqal
ədə vəziyyət elan etdi. Bu böhranlı günlərdə Cənubu
Koreyaya dövl
ət departamentinin məsləhətçisi Con Foster Dalles
g
əldi. O, Uzaq Şərqdə Amerika qoşunlarına rəhbərlik edən general
Makarturla, ABŞ-ın müdafiə naziri L. Consonla və qərargah
r
əislərinin birləşmiş komitəsinin rəhbəri O.Bredli ilə Tokioda
görüşdü və müşavirədən sonra Cənubi Koreyaya gəldi. O, 38-ci
paraleli yoxladıqdan sonra Milli Müdafiə ordusu qarşısında çıxış
ed
ərək belə bir fikir irəli sürdü ki, onlara ən güclü düşmən belə
müqavim
ət göstərə bilməz.
1950-ci il iyunun 25-d
ə Cənub ordusu müharibə elan
etm
ədən 38-ci paraleli keçdi. Şimal hökuməti dərhal bundan sonra
C
ənub hökumətindən hücumu dayandırmağı tələb etdi. Lakin buna
əməl olunmadı. Belə olduğu təqdirdə şimal hökumətinin başçısı
Kim İr Sen iyunun 26-da radio ilə xalqa müraciət edərək ölkəni
qorumağın vaxtının gəlib çatdığını bildirdi. İyunun 27-də ABŞ
prezidenti Harri Trumen ordu v
ə donanmaya Şimali Koreyaya
müdaxil
əyə başlamaq və Tayvanı mühasirəyə almaq əmrini verdi.
Bu t
ədbirlər BMT-nin razılığı ilə həyata keçirilirdi. Təhlükəsizlik
Şurasının 1950-ci il 25 iyun tarixli qətnaməsi Koreyaya. Hətta
Çin
ə və Asiyanın digər ölkələrinə də aid idi. Çin bu müharibə
zamanı Şimalın hüquqlarını müdafiə edirdi və müharibə başlandığı
zaman onun köm
əyinə öz ordu hissələrini göndərmişdi. Bu
s
əbəbdən qətnamələr Çinə də aid edilirdi. BMT-nin üzvləri
C
ənubi Koreyaya hərbi hücumda mühüm rol oynayan 27 iyul
tarixli q
ətnaməni, iyulun 7-də isə onu BMT qoşunları adlandırmaq
v
ə BMT bayrağından istifadə etmək haqqında qətnaməni qəbul
etdil
ər. Amerikan generalı Duqlas Makartur BMT qoşunlarının
r
əhbəri oldu.
BMT ordusunun t
ərkibində ABŞ-ın təşkilatçılığı ilə BMT-
y
ə daxil olan ölkələr ümumi orduya öz silahlı qüvvələrini
gönd
ərdilər. Bu ölkələr ABŞ, Böyük Britanya, Fransa, Niderland,
40
Türkiy
ə, Yunanıstan, Lüksenburq, Belçika Kananda, Kolumbiya,
Avstraliya, Yeni Zelandiya, Tailand, Filippin, Efiopiya, CAR idi.
Müharib
ə başlanandan 2 ay ərzində KXDR ordusu əhalinin
köm
əkliyi ilə Cənubi Koreya ordusunu bir sıra döyüşlərdə məğlub
etdi. Xüsusil
ə Seul, Tedjon, Mokpxo uğrunda gedən döyüşlərdə
c
ənub ordusu məğlub oldu. Cənub ordusunda ruh düşkünlüyünün
olduğunu qeyd edən general Makartur öz məruzəsində bildirirdi ki:
”Mübariz
ə aparmaq əzmi və ya müqavimət göstərmək istəyi bu
orduda yox idi”.
Buna cavab olaraq oktyabrın 1-də BMT komandanlığı
qiyamçı ordunun bütünlüklə və danışıqsız təslim olmasını tələb
etdi. H
əmin gün BMT orduları 38-ci paraleli keçdilər. Aksiya hərbi
əməliyyatlara icazə verən BMT qətnaməsi əsasında aparılırdı.
ABŞ və müttəfiqləri tələb edirdilər ki, BMT Baş Məclisinin
sentyabrın 19-da işə başlayan 5-ci sessiyasında Açeson (o zamankı
ABŞ dövlət katibi) tərəfindən hazırlanmış Koreyanın birləş-
dirilm
əsi üçün qüvvələrin tətbiq edilməsinə və Li Sın Man
rejimi
nin Koreyanın bütün Şimal hissəsinə yayılmasına icazə verən
8 dövl
ətin (İngiltərə. Avstraliya, Brazilya, Kuba, Niderland, Pakis-
tan, Filippin v
ə Norveç) qətnaməsini qəbul etsin. Lakin bunun
əleyhinə SSRİ, Polşa və Çexoslovakiya hərbi əməliyyatların
dayan
dırılması və Koreyadan bütün xarici qoşunların çıxarılması
haqqında qətnamənin layihəsini irəli sürdülər.
8-l
ərin layihəsinin əleyhinə 3 sosialist dövləti və Hindistan
s
əs verdi, 7 dövlət isə bitərəf qaldı. Layihə oktyabrın 7-də səs çox-
luğu ilə təsdiq edildi. Qətnamə BMT ordularının Şimali Koreyanı
mühasir
əyə almaq, BMT komissiyası isə hərbi mühasirə şəraitində
v
ə Cənubi Koreyanın konstitusiyası əsasında Seul Milli Məclisində
300 yerd
ən 100-nün Şimali Koreya üçün nəzərdə tutan seçkilərin
keçirilm
əsinə nəzarət etmək tapşırığını verdi. Baş Məclis Kore-
yanın bərpası və birləşdirilməsi üzrə komissiya da təsis etdi. Lakin
Şimali Koreya SSRİ-nin təzyiqi ilə BMT qətnaməsinə tabe olmadı.
Artıq 1950-ci il noyabrın 24-də BMT ordusu Makarturun başçılığı
il
ə cənub ordusuna dəstək verməklə hücuma başladı və bir sıra
uğurlar qazansa da 1950-ci il oktyabrın 25-də general Pen Deuxa-
yanın başçılığı ilə Şimalım köməyinə gələn ÇXR-nın könüllü ordu
41
hiss
ələri onun tutduğu mövqeləri əlində saxlamasına kömək etdi.
Şimal ordusuna bu vaxtlar SSRİ-də köməklik edirdi. SSRİ özünün
MİQ-15 modelli hərbi təyyarələrindən şimal ordusunun havadan
qorunmasını təmin edirdi.
ABŞ tərəfi də real vəziyyəti nəzərə alaraq buna qarşı özü-
nün F-86 modelli muasir t
əyyarələrini Koreya səmalarına qaldır-
mışdı. SSRİ-nin Şimali Koreyaya hər cür vasitələrlə kömək etmə-
sind
ən ABŞ xəbərsiz deyildi. Lakin SSRİ ilə “üzbəüz qalmaq”
ist
əməyən ABŞ ona qarşı başqa bir tədbir görmədi. Buna səbəb isə
beyn
əlxalq aləmdə o zamanlarda cərəyan edən nüvə münaqişəsi
idi.
1950-
ci il noyabrın 26-dan dekabrın 13-nə qədər Pxenyan
yaxınlığındakı Çxosin su anbarı ətrafında ÇXR könüllüləri və
Şimal ordusu ilə BMT ordusu (əsasən ABŞ VƏ İngiltərə ordusu)
arasında şiddətli döyüşlər getdi. Döyüşün nəticəsində Şimal ordusu
ABŞ-ın 7 piyada diviziyasını məhv etməklə özünə əlverişli mövqe
qazandı. Belə bir vaxtda ABŞ BMT-nin Baş Məclisindən KXDR-
ın müdafiəsində Çin könüllülərinin iştirakına görə ÇXR-nı təca-
vüzkar elan ed
ən qətnamənin dərhal qəbul olunmasını tələb etdi.
1951 –ci i
l fevralın 1-də ABŞ-ın irəli sürdüyü qətnamə layihəsinə
44 ölk
ə səs verdi. SSRİ, Polşa, Çexoslovakiya, Birma, Hindistan
bu q
ətnamənin əleyhinə səs verdilər. 9 dövlət isə bitərəf qaldı.
Lakin bu q
ətnaməyə əməl etməyən Çin tərəfi şimal ordusuna
d
əstək verməkdə davam edirdi. Çxosin müvəffəqiyyətindən sonra
hücumları davam etdirən şimal ordusu Çin könüllüləri ilə birgə
1951-
ci ilin yanvarın 4-də Seulu tutdu. Şəhəri qoruyan ABŞ 8-ci
ordusu v
ə 10-cu korpusu ağır itkilər verə-verə geri çəkildi. Seul ələ
keçirildikd
ən sonra şimal ordusu hücumları müvəqqəti dayandırdı.
Bundan istifad
ə edən BMT ordusunun komandanlığı tərəfindən
“Canavarlar ovu”, “İldırım”, “Mühasirə” şərti adları altında planlar
hazırlandı və 1951-ci ilin fevralın 21-də BMT ordusu Çin könül-
lül
əri və şimal ordusundan ibarət birləşmiş orduya ağır zərbə vura
bildi.
1951-
ci il martın 7-də BMT ordusu xüsusi əməliyyat ilə
Xanqan çayı ətrafında döyüşə girməklə çətin bir şəraitdə Seulu geri
42
qaytara bildi. Lakin aprelin 22-29-
da Şimal ordusunun hücuma
başlaması ilə BMT ordusu çox çətin bir vəziyyətdə qaldı.
1951-
ci il aprel ayının 11-də Trumenin qərarı əsasında Duq-
las Makartur Uzaq Şərqdəki ABŞ ordu komandanlığından və BMT
ordusunun baş komandanlığı vəzifələrindən uzaqlaşdırıldı. Bunun
s
əbəbləri çox idi. Başlıcası isə bunlar idi ki, Makartur diplomatik
s
əviyyədə Çinin homindan hökumətinin başçısı Çan-Kayşi ilə
görüşmüş, Koreyada olan Çin könüllülərinin sayı və onların iştirak
etdikl
əri əməliyyatlar barədə Trumenə məruzə ilə bildirməmişdi.
Bundan
əlavə, Makartur israrla hökumətə bildirirdi ki, Çinə qarşı
atom silahı tətbiq edilməlidir. Lakin Trumen müharibənin Koreya
s
ərhədlərindən kənara çıxmasını və bunun məntiqi sonu kimi SSRİ
il
ə nüvə münaqişəsinə girmək istəmirdi. Trumen `baş komandanlıq
s
əlahiyyətlərinin bu yolla Makarturun əlinə keçməsini də
arzulamırdı. Bu səlahiyyətlər bilavasitə Trumenin özünə məxsus
idi. Makartur uzaqlaşdırıldıqdan sonra onun yerini 8-ci ordunun
komandanı general Metyu Ricyuen tutdu.
Artıq 1951-ci ilin may ayının 16-da Şimal ordusu ümumi
şəkildə cəbhə boyu hücuma başladı. Lakin BMT ordusu və Cənub
ordusu il
ə birgə hücumların qarşısını ala bildi. Şimal ittifaqı 38-ci
paraleld
ən şimala doğru sıxışdırıldı. 1951-ci ilin iyun ayında
müharib
ə artıq özünün pik nöqtəsinə çatmışdı. Artıq hər iki tərəf
müharib
əni daha apara bilməyəcəyini başa düşürdü. Belə bir
vaxtda ABŞ-da müharibəyə qarşı hərəkat güclənmişdi. Razılaş-
maya
əsasən tərəflər Keson şəhərində 1951-ci ilin iyunun 8-də
danışıqlar masası arxasında əyləşdilər. Lakin danışıqlar gedə-gedə
h
ərbi əməliyyatlar davam edirdi. ABŞ tərəfi BMT vasitəsi ilə Cə-
nubi Koreyanın statusunun tanınmasını qəti surətdə bildirirdi. Çin
t
ərəfi də eyni ilə şimal üçün belə statusun tanınmasını tələb edirdi.
T
ərəflər müharibə zamanı əsir düşmüş hərbiçilərin geri qaytarıl-
ması məsələsini də müzakirə etdilər.
Seçkiqabağı kampaniyada Koreya müharibəsinə son qoya-
cağını elan etməsi respublikaçıların namizədi Duayt Eyzenhauerə
q
ələbə gətirdi. O Koreyaya gedərək vəziyyət ilə yaxından tanış
olduqdan sonra h
ərbi ekspertlərlə birlikdə barışığın əldə olunma-
sınının vacibliyi qərarına gəldi.
43
Barışıq sazişi 1953-cü ilin iyulun 27-də imzalandı. BMT
komandanlığı bu mərasimə Çan Kay Şi və Li Sın Man nümayən-
d
ələrinin buraxılmaması təklifini(bu təklif ÇXR VƏ KXDR
t
ərəfindən edilmişdi) də rədd etdi. Bunun nəticəsində tərəflərin
h
ərbi qüvvə rəhbərlərinin əvəzinə danışıqlara nümayəndə heyətləri
başçıları təqdim olundu. Sazişi Nam İr Sen və R. Harrison
imzaladılar.
Preambulada m
əqsədini Koreya münaqişəsinin dayandırıl-
ması və vəziyyətin tam nizamlanmasına qədər bütün düşmən
xarakterli aktların və hərbi əməliyyatların dayandırılmasını təmin
ed
ən barışığın imzalanması olduğu göstərildi. Bu isə barışıq sazi-
şinin Koreya məsələsinin tam həllinə qədər qüvvədə qalması de-
m
ək idi. Saziş tərəflərin qoşunlarının yerləşdirilməsinə müvafiq
olaraq 38-ci paraleld
ə hər iki tərəfdən xətt boyunca 2 km hərbisiz-
l
əşdirilmiş zona ilə demarkasiya xəttini və zonada silahlanma və
h
ərbi heyətin dəyişdirilməsi qaydasını təyin edirdi. Hər iki tərəfin
nümay
əndələrindən ibarət hərbi komissiya və barışığa nəzarət
etm
ək üçün tərəfsiz dövlətlərdən - Polşa, Çexoslovakiya, İsveç,
İsveçrənin nümayəndələrindən ibarət komissiyanın funksiyaları
b
ərpa olundu. Vətəninə qayıtmaq istəyən bütün hərbi əsirləri 60
gün
ərzində vətəninə göndərmək, qalanlarını isə tərəfsiz zonaya
g
ətirib 90 gün müddətində aydınlaşdırma işləri aparmaq üçün
Hindistan
qoşunlarının nəzarəti altına vermək nəzərdə tutuldu.
İndiyə qədər demarkasiya xəttinin şimalı KXDR-nın qoşun-
ları, cənubu isə Cənubi Koreya və ABŞ qoşunları tərəfindən müha-
fiz
ə olunur. Bu günə qədər Koreyada müharibəyə son qoyacaq sülh
müqavil
əsi hələ imzalanmamışdır.
Dostları ilə paylaş: |