Sərbəst iş Ad: Ədiləxanım Soyad: Ağakərimova İxtisas


Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri



Yüklə 47,3 Kb.
səhifə6/8
tarix10.05.2022
ölçüsü47,3 Kb.
#57220
1   2   3   4   5   6   7   8
Ağakərimova Ədiləxanım 824. Əməyin sosiologiyası

5. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictiman rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında, sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək hüququ işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, həmçinin, onlar və müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında bu münasibətlərdən yaranan digər hüquq münasibətlərini tənzimləyir. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: Azərbaycan Respublikasının Əmək Məcəlləsidir. O, preambuladan, 13 bölmədən, 48 fəsildən və 317 maddədən ibarətdir. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ – hüquqi aktlardan; əmək, sosial- iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində aşağıdakı prinsiplərə əsaslanır:


  • hüquq bərəbərliyinin təmin edilməsi;

  • mənafelərin haqq-ədalətin və qanunun aliliyinin təmin olunması ilə qorunması;

  • maddi, mənəvi, sosial, iqtisadi və digər həyati təlabatları ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadənin təmin edilməsi;

  • əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminatin yaradılması.

Azərbaycan Respublikasının yeni əmək qanunvericiliyi sosial- demokratik prinsiplərə əsaslanır və bütünlüklə Beynəlxalq Əmək Təşkilatının standartlarına uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aktları, bir qayda olaraq sahə xarakteri daşıyan idarə aktları qanun qüvvəli aktlar sırasına aiddir.


Yüklə 47,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin