Sərbəst iş Ad: Ədiləxanım Soyad: Ağakərimova İxtisas


Müəssisələrdə işçilərin birlik səviyyəsi



Yüklə 47,3 Kb.
səhifə3/8
tarix10.05.2022
ölçüsü47,3 Kb.
#57220
1   2   3   4   5   6   7   8
Ağakərimova Ədiləxanım 824. Əməyin sosiologiyası

3.Müəssisələrdə işçilərin birlik səviyyəsi

Müəssisənin sosial təşkili dedikdə maddi və mənəvi nemətlərin istehsalında, məqsədin birgə reallaşmasında müvafiq qaydalara uyğun olaraq fəaliyyət göstərən işçilərin birləşdirilməsi başa düşülür. Müasir dövrdə sosial təşkiletmənin rolu olduqca böyükdür. Belə ki, əmək prosesi əsasən sosial təşkiletmə hüdudunda həyata keçirilir. Hər bir sosial təşkiletməyə müəyyən əlamətlər xasdır və bunlar aşağıdakılardır:



  • ümumtəşkiletmə məqsədinin mövcud olmasını;

  • üfüqi ixtisaslaşma yaxud sərbəst funksiyaları yerinə yetirən bölmələr və işçilərin fəaliyyət göstəricisilə əlaqədar üfüqi üzrə əmək bölgüsünü;

  • şaquli ixtisaslaşma, yaxud rəhbərliyə işçilərin tabeçiliyi və asılılığını əks etdirən şaquli üzrə əmək bölgüsü göstərmək olar.

Sosial təşkiletmə kimi müəssisə formasında əmək kollektivi çıxış edir. Əmək kollektivi özünün iki keyfiyyətini vəhdətdə göstərir: bir tərəfdən sosial təşkiletmə keyfiyyətində, digər tərəfdən sosial ümumilik keyfiyyətində. Burada fərq aşağıdakılardan ibarətdir.

Birinci halda, yəni sosial təşkiletmə keyfiyyətində əmək kollektivi institutların müxtəlif növlülüyündən ibarətdir və idarəetmə ierarxiyası ilə xararkterizə olunur.

İkinci halda o cəmiyyətin sosial qurumunun ünsürləri kimi çıxış edərək sosial təbəqələrə bölünmə kimi xararkterizə olunur.

Müəssisədə işçilərin birləşdirilməsinin üç səviyyəsi mövcuddur.

Əsas kollektiv - burada müəssisə bütöv halda götürülür. Bu birləşmənin yüksək səviyyəsini xararkterizə edir.

İkinci kollektiv - yəni aralıq səviyyə. Bu kollektivlərə sex, sahə, şöbə aiddir.

İlkin kollektiv - yəni aşağı səviyyə. Bura aiddir: briqadalar, bölmələr, laboratoriyalar vəs. İlkin kollektivlərin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada onların üzvləri arasında gündəlik möhkəm şəxsi əlaqələr yaranır və genişlənir. İlkin kollektivlər də bilavasitə şəxsi ünsiyyətə girməyə, emosional, şəxlərarası münasibətlərin yaranmasına zəmin yaranır. İlkin kollektivləri əksər halda kiçik qruplar adlandırırlar. Belə qruplann müəyyənedici əlaməti onların sayının az olmasında deyil, onlann üzvləri arasında işgüzar əlaqələrin bilavasitə olmasındadır. Bilavasitə ünsiyyətə girmək prosesində işçilərin fərdi xüsusiyyətləri, onların tələbatlan, mənafeləri, dəyərliyi, baxışlan aşkar olunur. İşçilərin bir-birini qəbul etmək, qarşılıqlı dərk etmək, bir-birini qiymətləndirmək prosesi baş verir. İlkin əmək kollektivləri özündə kiçik mühiti əks etdirir ki, burada işçilərin əmək və sosial keyfiyyətləri, qrup dəyərliyi və davranışı normaları formalaşır.

Müəssisələrin müvəffəqiyyətli fəaliyyətinin təşkil edilməsi yalnız onun texniki, iqtisadi və sosial yardımçı sistemlərinin qarşılıqlı təsiri ilə deyil həm də, onun aid olduğu sahə və əhalinin yerləşdiyi yerlə əlaqədardır. Belə ki, ərazi, şəhər müəssisə kollektivlərinin sosial mühitindən ibarətdir. Burada kollektivin sosial inkişafına ümumi - maddi şərait yaranır. Yəni mənzil-məişət təsərrüfatı, sərnişin nəqliyyatı, rabitə, xidmət sferaları, mədəni - maarif idarələri sosial inkişafa böyük təsir edir. Əmək kollektivlərində bütün ictimai münasibətlərdə bu və ya digər dərəcədə daima təkrar istehsal baş verir. Belə bir şərait emək kollektivləri haqqmda, onların səlahiyyətinin müəyyən edilməsi qanunda əksini tapmışdır.

Əmək kollektivinin rolu onların yerinə yetirdikləri funksiyalar vasitəsi ilə aşkar olunur. Cəmiyyətin fəaliyyətinin müxtəlif sferalarında əmək kollektivlərinin iştirakını xararkterizə edən mühüm funksiyalar aşağıdakılardan ibarətdir:


  • məqsədli funksiya;

  • işçilərin sosial tələbatlarını təmin edən funksiya;

  • sosial-inteqrativ funksiya;

  • tərbiyələndirmə funksiyası;

  • təşkilatın ərazi istehsal-təsərrüfat və ictimai-siyasi həyatında iştirakı ilə əlaqədar olan funksiya.

Cəmiyyətdə və kollektivlərdə sosial dəyişikliklər insanların fəaliyyətilə bağlıdır. Sosial fəaliyyət və sosial təsir bir-birilə bağlıdır. Həm də bu sosial dəyişikliklər birgə fəaliyyət zamanı daha aşkar təzahür edir. Bu, xüsusi olaraq həmin fəaliyyətin eyni istiqamətdə, eyni qaydalı olduğu bir şəraitdə daha çox səmərəli olur. Sosial proseslər ayrı-ayrı müəlliflər tərfindən müxtəlif şəkildə təsnifata ayrılır. Məsələn, R.Park və E.Berdjess əsas sosial proseslərə aşağıdakıları aid edir: kooperasiya, rəqabət, uyğunlaşma, münaqişə, assimilyasiya, amelqalizasiya. Əlbəttə, bu təsnifat müəyyən dərəcədə şərti xarakter daşıyır. Çünki assimilyasiya, yəni proseslərin bir-birinə qarşılıqlı halda nüfüz etməsi bütün sosial proseslərə aiddir. Həm də sosial proseslər birinci növbədə sosial əlaqələrdən və münasibətlərdən irəli gəlir.

Yuxarıda göstərilən sosial proseslərin hər birinin özünəməxsus məzmunu vardır. Məsələn, kooperasiya əməyinin sosiologiyası baxımından aşağıdakılarla əlaqədardır:

a) ictimai məqsədlərlə;

b) fəaliyyət kooperasiyası ilə;

c) qarşılıqlı və razılaşdırılmış iş rejimi;

d) adamların əməkdaşlığı;

e) qarşılıqlı mənafelər.

Kooperasiya əvvəlcə nəzərdə tutulmuş və nəzərdə tutulmamış, təmənnalı və təmənnasız və digər xarakterdə olur. Kooperasiyanın xarakteri işçilərin davranışına təsir göstərir. Bu isə öz növbəsində sosial qrupların sabitlik səviyyəsinə, əmək fəaliyyətindən razı qalma, məmnun olma, birgə əməyə vərdiş etmək səviyyəsinə təsir göstərir. Sosial proseslər eyniqaydalı, eyniistiqamətli və təkrar olunan fəaliyət şəraitində öz keyfiyyət müəyyənliyini əldə edir.

Sosial proseslərdən biri də rəqabətdir. Daha doğrusu, məhz rəqabət prosesində sosial münasibətlər özünü bir daha göstərir. Çünki rəqabətdə ayrı-ayrı fərdlər, sosial qruplar, onlarla cəmiyyət arasında mübarizə gedir. Bu mübarizə müəyyən dəyərlər, mənafelər üzrə olur. Dəyərlər müxtəlif formada əmtəə-pul, hakimiyyət, sosial status vəs. formalarda olur. Ona görə də rəqabət prosesində bu və digər dəyərlər və mənafelər rəqiblərin bir- birini sıxışdırıb aradan çıxarması adi bir hala çevrilir. Rəqabət şəxsi və qeyri-şəxsi (bazar sferasında) formada olur.

Ümümiyyətlə, rəqabət bir çox cəmiyyətlərdə olur. Lakin onun kəskinlik dərəcəsi və təzahür formaları bütün cəmiyyətlərdə eyni olmur. Mülkiyyət müxtəlifliyi şəraitində müəssisələrarası rəqabət daha kəskin xarakter alır. Ona görə də rəqabət müsbət cəhətlərlə yanaşı həm də dağıdıcı qüvvəyə malikdir. Bu özünü xüsusi olaraq postsovet respublikalarında bir daha göstərir. Sürətlə özəlləşdirmə, intensiv kapitalizmə keçmək kimi yanlış konsepsiya dövlət müəssisələrinin dağıdılmasının başlıca səbəblərindən biri olmuşdur. Həm də özəlləşdirmə, struktur siyasəti rəqabətlə, rəqabətin tənzim edilməsilə əlaqələndirilməmişdir.

Sosial proseslərdən biri də şəraitə uyğunlaşmadır. Şəraitə uyğunlaşma fərdi və qrup halında olur. Uyğunlaşma çox mürəkkəb bir prosesdir. Ən vacib məsələlərdən biri sosial fəaliyyət və onların qarşılıqlı təsiridir. Adamlar, işçilər, özlərinin mənafelər və tələbatlarına uyğun olaraq mürəkkəb qarşılıqlı təsirlə, sosial proseslərlə üzləşirlər. Lakin onu da qeyd etmək lazımdır ki, bütün fəaliyyət növü sosial xarakter daşımır. ( “Sosial fəaliyyət” birinci olaraq M.Veber tərəfindən ifadə edilmişdir).

Sosial fəaliyyət də sosial prosesler kimi mürəkkəbdir. Sosial fəaliyyət aydın məqsədlərə əsaslandıqda, şüurlu halda dərk edildikdə məqsədyönlü olur. Hər hansı sosial fəaliyyət özünə aşağıdakıları daxil edir:


  • fəaliyyətdə olan şəxsin özü;

  • fəal davranışa olan tələbat və stimul;

  • fəaliyyət metodları;

  • fəaliyyət məqsədləri;

  • həmin fəaliyyətin sosial-iqtisadi, kriminal nəticələri.

Sosial situasiyalar öz xarakteri və məzmununa, habelə makro və mikro-sosial proseslərə olan münasibətinə görə, vaxt baxımından uzun müddətli, orta müddətli və qısa müddətli olurlar. Sosial situasiyalar pozitiv, neqativ və bəzi hallarda neytral olurlar. Situasiyalar (əsasən neqativ situasiyalar) ziddiyyətlər yaradırlar. Bir sıra hallarda bu ziddiyyətlər, münaqişələr mütərəqqi, dialektik inkişafla deyil, qondarma, eqoist dəyərlərlə bağlı olur. Bundan başqa sosial ümumiliyin olmaması da mürəkkəb situasiyalar yaradır. Sosial ümumilik olmadığı bir şəraitdə mənafelərin düzgün əlaqələndirilməsi qeyri-mümkündür. Belə bir şəraitdə də müxtəlif sosial qruplar, sosial qüvvələr arasında müəyyən əlaqələr ola bilər və vardır. Lakin burada mənafe birliyindən danışmaq eklektizm demək olardı.

Sosial situasiyaları aşağıdakı kimi təsnifata ayırmaq olar:

a) fəaliyyətin məqsədi;

b) situasiyanın subyekti (sosial qrup, təbəqə və s.);

c) istiqamət üzrə məzmunu və təsiretmə dərəcəsi;

d) situasiyanın dinamikası (meydana gəlməsi);

e) təzahüretmə dərəcəsi (sakit, münaqişəli və s.)

Sosial situasiyalar təsadüfi, kortəbii, qanunauyğun, qarşısı alınan və alınmayan, mümkün olmayan və yaxud çətin olan situasiyalara ayrılırlar. Bundan başqa, onlar yeni və köhnə situasiyalar kimi də təzahür edirlər. Situasiyaları tez-tez, təkrar olunan, sabit və qeyri-sabit olan situasiya növbələrinə ayırırlar. Bütün bunlar öz növbəsində həmin situasiyaların hərtərəfli dərk edilməsi, həlli yollarının axtarılması və tənzimlənməsi baxımından çox əhəmiyyətlidir.



Yüklə 47,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin