2. Əmək kollektivinin mahiyyəti
Bazar iqtisadiyyatı şəraitində müəssisələrin fəaliyyətinin sosial-iqtisadi səmərəliliyi əhəmiyyətli dərəcədə onların kollektivdaxili birliyindən asılıdır. Bu birlik ümumi mənafeyə, dəyərlərə, davranış normalarına əsaslanmış kollektiv üzvlərinin davranışının vəhdətliyindən ibarətdir. Davranışın vəhdəti ümumi vəzifələrin yerinə yetirilməsində və ümumkollektiv məqsədlərin həyata keçirilməsində kolektiv üzvlərinin fəaliyyətinin uzlaşması deməkdir. Əmək kollektivinin birliyi dəyərliliyə meylini və predmetfəaliyyət vəhdətliyini özünə daxil edir. Kollektiv üçün çox mühüm olan birgə işin cəhətlərinə bəslənən münasibətlərinə görə kollektiv və fərdi dəyərlərin, davranış normalarının uzlaşdırılmasını nəzərdə tutur. Belə əlaqələndirmənin əsasında dəyərlər mübadiləsi vasitəsi ilə kollektiv üzvləri arasında qarşılıqlı təsir durur. Dəyərlik keyfiyyətinin istehsal tapşırıqlarını yerinə yetirən rəhbər və sıravi işçilərin (bacarıqlığı, təşəbbüskarlığı, təşkilatçılıq qabiliyyəti, intizamlılığı, məsuliyyəti və s.) şəxsi xüsusiyyətləri, peşə təcrübəsi, xüsusi hazırlığı çıxış edir. Bütün bunlar kollektivin səmərəli işi üçün əsasdır.
Dəyərlik orientasiya vəhdəti predmet fəaliyyət vəhdətində, yəni ümumi əmək prosesində kollektivin bütün üzvlərinin davranış vəhdətində həyata keçirilməlidir. Davranışın vəhdətliyi eyni cür davranışda deyil, ümumi məqsədlərə nail olmaq üçün hər bir işçi tərəfindən öz vəzifələrinin yerinə yetirilməsində yekdil və ahəngdarlıqdır. Burada fikir mübadiləsi və mübahisə mədəniyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu başqalarının fikrini dinləmək bacarığını, dəlil sübutlara, faktlara əsasən etiraz etməklə öz mövqeyini müdafiə etmək, digər başqa fikirlərə dözümlülük bacarığını daxil edir. Əməyin sosiologiyası tərəfindən işçilərin birliyi prosesi istehsalatda digər sosial proseslərə nisbətən az öyrənilmişdir.
Birlik kollektivdaxili əmək münasibətlərinin ən mühüm, lakin yeganə xarakteristikası deyildir. Birgə əmək fəliyyəti işçilər arasında bəhsləşməni nəzərdə tutur. Bu isə kollektivdə rəqabət doğurur. Ona görə də əməkdaşlıq və qarşılıqlı yardım ilə yanaşı, əmək münasibətlərinin ən mühüm təzahürlərindən biri rəqabətdir. Onlarda ayrı-ayrı işçilər və kollektivlər arasında bəhsləşmənin mahiyyəti öz ifadəsini tapır. Belə ki, bəhsləşmə istehsalın səmərəliliyinin yüksəlsməsinə və məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilməlidir. Bəhsləşmə və birliyin qarşılıqlı əlaqəsi onda təzahür edir ki, burada hər bir əmək kollektivi qarşısında konkret məqsəd qoyulur. Bu məqsəd ayrı-ayrı işçilərin, sex, sahə, bölmə kollektivlərinin qüvvəsini birləşdirir. Bununla da kollektivdaxili birliyin səviyyəsindən asılı olaraq ilkin kollektitvlər, birləşmiş, parçalanmış və üzvləri bir-birindən ayrılmış kollektivlər kimi bir neçə kollektiv tipi formasında fərqləndirilir.
1. Birləşmiş əmək kolleketivinin tərkibinin sabitliyi, iş vaxtı və asudə vaxtda kollektivin üzvləri arasında dostluq əlaqələri, münasibətləri, əmək intizamını və ictimai fəallığın nəticəsi kimi - yüksək istehsalat göstəricilərinin saxlanması birləşmiş kollektivin səciyyəvi cəhətləridir. Birləşmiş kollektiv üçün «onlar başqa qrupdur», «onlar başqa qrupların üzvləridir» hisslərdən fərqli olaraq «biz qrupuq» hissinin meydana gəlməsi səciyyəvi cəhətlərdir. Kollektivdə özünü düşünmə, yəni kollektiv özü-özünü bir ümumilik «biz» kimi dərk etməsi kollektiv üzvlərinin özlərinin ümumiliyə məxsus olmasını, bu kollektivin başqa kollektivlərdən fərqli olması şüurunun dərk edilməsinin formalaşdırılması baş verir.
2. Parçalanmış kollektiv üçün bir-birinə qeyri-səmimi münasibət bəsləyən bir neçə sosial-psixoloji qrupların, işçilərin intizamlıq və ictimai fəallıq göstəricilərində böyük pərakəndəliyin mövcudluğu parçalanmış kollektiv üçün səciyyəvi cəhətdir.
3. Üzvləri biri-birindən aynlmış kollektivdə funksional münasibətlər üstünlük təşkil edir. Belə ki, onlarda psixoloji əlaqələr inkişaf etməmiş olur, kadr axıcılığı yüksəlir, tez-tez münaqişələr baş verir. Parçalanmış və üzvləri bir-birindən ayrılmış kollektivlərdə, həmçinin birlik səviyyəsi aşağı olan kollektivlər üçün əksər hallarda konformizm kimi elə bir sosial-psixoloji cəhətlərə malik olması, kollektivin şaiyəyə, dedi-qoduya, vahiməli əhval ruhiyyəyə meyllilik göstərməsi, yüksək təlqinlik, emosional səbatsızlığa meyllilik, qabaqcadan yalnış fikirdə olmağın yayılması səciyyəvidir.
Davranışın vəhdətliyinin səviyyəsinin öyrənilməsi istehsalatda ünsiyyətin və kollektiv surətdə qarşılıqlı təsirin, həmçinin üfiqi və şaquli üzrə işgüzar münasibətlərin, onların sosial-psixoloji və şəxsi münasibətlərin qarşılıqlı surətdə qovuşması quruluşunun öyrənilməsi ilə bağlıdır. Birliyin idarə olunması həm ayrı-ayrı işçilər arasında, həm də işçilərin müxtəlif sosial qruplan arasında işgüzar əlaqələrin sabitliyi və etibarlığı dərəcəsinin yüksəlməsini, qarşılıqlı məsuliyyət və tələbkarlığı, eməkdaşlaq və qarşılıqlı kömək münasibətlərinin möhkəmləndirilməsini nəzərdə tutur.
Birlik səviyyəsinin müəyyənləşdirilməsi üçün müxtəlif göstəricilərdən istifadə olunur, onlara faktiki və potensial kadr axıcılığı əmsalları, pozuculuq ünsürlərin (işə gecikmə və əmək intizamının digər pozuntuları) sayı, münaqişələrin miqdarı aiddir. Birlik səviyyəsinin ölçülməsi üçün həmçinin işdə qarşılıqlı əməkdaşlıq, qarşılıqlı tələbkarlıq, qarşılıqlı məsuliyyət, qarşılıqlı kömək kimi birgə işin keyfiyyəti üçün əhəmiyyətli olan qrup qiymətləndirilməsi metodu da tətbiq edilə bilər. Əmək üzrə mütəxəssis üçün birliyin mexanizmini öyrənmək peşə marağından irəli gəlir, çünki, kollektivdaxili birlik əmək məhsuldarlığının sosioloji amili kimi çıxış edir. Kollektivin birliyi kadrların sabitliyi ilə, yəni onların müəssisəyə bəslənən münasibət möhkəmliyi iləəlaqədardır. Lakin onu da qeyd edək ki, daimi kadr tərkibli kollektivlərdə heç də həmişə bir olmur.
Kadrların daimiliyi hələ birgə pozitiv fəaliyyətə təminat vermir. Kollektiv bütöv bir sistemdir və ona daxil olan işçilərin mexaniki cəmindən ibarət deyildir. Əmək kollektivinin birliyi prosesi birlik səviyyəsini şərtləndirən amillərin təsirinin köməyi ilə tənzimlənir. Kollektv daxili birliyin ümumi və spesifik, yaxud lokal amillərini fərqləndirmək lazımdır. Birliyin ümumi amilləri, yaxud şərtləri universaldır və cəmiyyətin bütün əmək kollektivləri üçün əhəmiyyətə malikdir. Respublikamızın müstəqilliyi prinsipial cəhətdən yeni əxlaqi-mənəvi mühit, müxtəlif fikir, qiymətləndirmələrin, mövqelərin azad ifadəsi üçün zəmin yaratmışdır. Bu mühit sosial dəyişikliklərin ödənilməsinə və cəmiyyətin yeniləşdirilməsinə, iqtisadi, siyasi, sosial, mənəvi münasibətlərin deformasiyaya uğramasından azad olunmasına yönəldilmiş vahid fəaliyyət proqramı işəlyib hazırlamağa imkan verəcəkdir.
Kollektivdaxili birliyin lokal (məhdudlaşdırılmış, hüdudlaşdınlmış) amillərinə əmək kollektivinin özünün və ona daxil olan işçilərin, sosial qrupların spesifik xüsusiyyətləri aiddir. Buraya müəssisənin və onun bölmələrinin sosial-iqtisadi xararkteristikaları, həmin kollektivin işçilərinin şüur səviyyəsi, fəaliyyəti və davranışı aiddir. Birliyin səviyyəsi şərtlərindən lokal (spesifik) amillərin müxtəlifliyinə baxmayaraq onları beş qrupda birləşdirmək olar. Buna: texniki-təşkilati, iqtisadi, təşkilati, soail-psixoloji və psixoloji qruplar aiddir. Texniki-təşkilati amillərin təsiri müəssisənin texzniki yardımçı sisteminin funksionallaşdırılması fəaliyyəti ilə bağlıdır. İstehsalın və əməyin təşkilinin səviyyəsi ahəngdar iş üçün zəruri şərtlərin yaradılması ilə, yəni materiallarla, avavdanlıqla və əməyin digər predmet ünsürləri ilə təmin və təchiz edilməsi ilə iş yerlərinə xidmət edilməsinin dəqiq sistemi ilə xararkterizə edilir.
Əmək prosesinin təşkili formaları fərdi və kollektiv şəkildə ola bilər. Əmək prosesi təşkilinin kollektiv forması qarşılıqlı əvəzedilmənin, qarşılıqlı yardımın, iş vaxtının daha səmərəli istifadə edilməsi məqsədi ilə ikinci və qovuşan peşələrin mənimsənilməsinin geniş istifadəsini nəzərdə tutur. Bu isə işçilərin fəaliyyətinin vəhdətliyinə kömək edir. Birliyə təsir edən ən mühüm təşkilati-texniki amillərdən biri təşkilati qaydadan ibarətdir. Təşkilati qayda kollektivdə mövcud olan funksional münasibət və əlaqələri, həmçinin, sosial normaların və sanksiyaların tətbiqinin xüsusiyyətlərini ifadə edir.
Sosial təşkilin ən mühüm xarakteristikası kimi, təşkilatdaxili əlaqələrin norması kimi ayrı-ayrı bölmələr haqda əsasnamə və vəzifə təlimatları təşkilat ünsürləridir. Hər bir işçinin vəzifələri, funksiyaları, onun hüquq və məsuliyyətinin həcmi, həmçinin, vəzifələrini yerinə yetirmədikdə sanksiyaları dəqiq müəyyən edilməlidir. Bu ümumi məqsədin həyata keçirilməsi işində hər bir işçiyə öz vəzifələrini görməyə və beləliklə, kollektivin birliyinə kömək edir. Birliyin iqtisadi amilləri hər bir kollektiv üzvünün maddi, əmlak, iqtisadi mənafelərinin razılaşdırılması ilə, iqtisadi bölmələrin və bütövlükdə bütün kollektivin iqtisadi mənafeləri ilə bağlıdır. Əməyin ödənişi ilə müəyyən nəticələri arasında daha sıx əlaqənin bərpa edilərək, əmək haqqının yenidən qurulmasına, əmək kollektivinin birliyi üçün əlverişli şərait yaradır.
Birliyin sosial-psixoloji amillərinə kollektiv üzvlərinin sosial istehsalat məlumatlandırılması, kollektivdə psixoloji mühitə rəhbər işçinin davranışının xüsusiyyətlərindən yaranan rəhbərlik üsulu aiddir. Kollektivin psixoloji mühiti - kollektivin emosional əhval-ruhiyyəsi deməkdir və kollektivin üzvləri arasında formalaşmış qarşılıqlı münasibəti əks etdirir. Psixoloji mühit kollektivdə işçi ilə bilavasitə şəxslər arasındakı ünsiyyət nəticəsində meydana gəlir. Bu mühit üfiqi və şaquli üzrə qarşılıqlı münasibətlərin xüsusiyyətləri ilə, qarşılıqlı münasibətlə, tələbkarlıqla, əməkdaşlıqla, qarşılıqlı yardımla, inamla, bir-birinə olan maraqla, qarşılıqlı xeyrxahlıqla, həssaslıq və bir-birinə olan iltifatla əlaqədardır.
Əlverişli psixoloji mühitin əlamətləri aşağıdakılardan ibarətdir:
- kollektiv üzvlərinin bir-birinə olan yüksək tələbkarlığı;
- xeyirxah və işgüzar tənqid;
- kollektivin işinin müxtəlif cəhətlərinin müzakirəsində şəxsin öz fikrini sərbəst bildirməsi;
- rəhbərin tabe olanlara təzyiqinin olmaması;
- hər bir işçinin kollektivə mənsub olmasından razı qalması;
- kollektivdə istehsalat və məişət səciyyəli müxtəlif çətinliklərin baş verməsi hallarında emosional və davranışa cəlb olunmasının yüksək səviyyədə olması;
- kollektivin hər bir üzvü tərəfindən kollektivdəki işlərin vəziyyətinə görə öz üzərinə məsuliyyətin götürülməsi.
Dostları ilə paylaş: |