Kollektiv müqavilə və saziş. Azərbaycan Respublikasının Əmək Məcəlləsində kollektiv müqaviləyə və sazişin bağlanılmasına ayrıca yer ayrılıb. Kollektiv müqavilənin və sazişin hazırlanması, bağlanması və yerinə yetirilməsinin əsas prinsipləri Azərbaycan Respublikasının Əmək Məcələssinin 22 maddəsində öz əksini tapır. Bu prinsipləri qeyd etmək lazımdır:
tərəflərin hüquq bərabərliyi;
kollektiv müqavilə və sazişin məzmununa dair məsələlərin müzakirəsində tərəflərin müstəqilliyi və könüllülüyü;
obyektiv səbəbdən təmin edilə bilməyən şərtlərin kollektiv müqavilənin və sazişin məzmununa daxil edilməsinin yolverilməzliyi;
öhdəliklərin icrasına təminat;
qanunvericiliyin tələblərinə əməl edilməsi;
öhdəliklərin icrasına nəzarət və icra edilməməsinə görə məsuliyyət.
Kollektiv müqavilənin və sazişin bağlanılması, onlara dəyişikliklər edilməsi və yerinə yetirilməsi zamanı icra hakimiyyəti orqanlarının, başqa işəgötürənlərin, siyasi partiyaların, ictimai birliklərin və dini qurumların tərəflərinin hüquqlarının, habelə, qanunvericiliklə qorunan mənafelərini məhdudlaşdıran və ya onların həyata keçirilməsinə maneçilik törədən hər hansı müdaxiləsi qadağandır.
Kollektiv müqavilə və sazişin şərtləri aid edildiyi iş yerləri üçün məcburidir. Əmək Məcəlləsində qeyd olunur ki, əmək, sosial və iqtisadi normalara nisbətən işçilərin vəziyyətini pisləşdirən kollektiv müqavilənin və sazişin şərtləri etibarsızdır. Kollektiv müqavilə - işəgötürənlə əmək kollektivi, yaxud əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən həmkarlar təşkilatı arasında yazılı formada bağlanmış sazişdir. Kollektiv müqavilə lokal bir hüquqi aktıdır, çünki o, müəyyən edilmiş müddət ərzində onun qəbul etdildiyi təşkilatın daxilindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 31-ci maddəsində konkret olaraq kollektiv müqavilənin məzmunu müəyyən olunur.Bunlardan bir neçəsini qeyd etmək lazımdır:
müəssisənin istehsal və iqtisadi fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi;
əməyin ödənilməsi qaydaları və miqdarının, pul mükafatlarının, müavinətlərin və digər ödəmələrin müəyyən edilməsi;
qiymətlərin artımı, infliyasiyanın səviyyəsi nəzərə alınmaqla, əmək haqqı miqdarının tənzimlənmə mexanizmini;
məşğulluq, kadr hazırlığı və ixtisasartırma, işçilərin sərbəstləşdirilməsi şərtləri;
iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər;
işçilərə və onların ailə üzvlərinə mədəni və məişət xidmətlərin, sosial təminatlar və güzəştlərin müəyyən edilməsi;
əməyin qiymətləndirilməsi, əmək normalarının müəyyən edilməsi və yenidən işlənməsi qaydaları;
qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması;
əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi;
əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi;
işçilərin tibbi və sosial sığortasının üstün əlavə şərtlərinin müəyyən edilməsi;
təşkilatı ilə razılaşmalar aparılması;
işçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının gözlənilməsi;
həmkarlar ittifaqlarının üzvlərinin əmək haqqından üzvlük haqqının tutulması, habelə, həmkarlar ittifaqları təşkilatına nizamnamə fəaliyyətini səmərəli təşkil etmək üçün digər zəruri şəraitin yaradılması;
kollektiv əmək mübahisəsinin tənzimlənməsinin əlavə üsulları haqqında razılaşmalar;
kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinə nəzarət;
kollektiv müqavilənin şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti;
əmək və icra intizamının möhkəmləndirilməsi üçün tədbirlər;
iş yerində və ya işlə əlaqədar olaraq ayrı-ayrı işçilərə qarşı ələsalma, aşkar düşmənçilik hərəkətləri və s.;
Qanunvericilikdə qeyd olunur ki, kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla digər sosial- iqtisadi şərtlər də nəzərdə tutula bilər (əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyət xərclərinin ödənilməsi və s.). Kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanıla bilər. Kollektiv müqavilə imzalandığı və ya müqavilədə göstərilən gündən qüvvəyə minir. Müəyyən müddət qurtardıqdan sonra kollektiv müqavilə, yenisi bağlananadək qüvvədə olur. Kollektiv müqaviləyə əlavələr və dəyişikliklər edilməsi yalnız tərəflərin qarşılıqlı razılığı əsasında, kollektiv müqavilədə müəyyən edilmiş qaydada aparılır.
Dostları ilə paylaş: |