Sərbəst iş Ad: Müslüm Soyad: Rüstəmli Fakültə: Tarix və Coğrafiya İxtisas: Coğrafiya müəllimliyi Qrup: coğ1903b fənn: Dünyanın iqtisadi və sosial coğrafiyası


demoqrafik partlayış, digər tərəfdən demokrafik böhranla



Yüklə 48,92 Kb.
səhifə10/10
tarix02.01.2022
ölçüsü48,92 Kb.
#42563
1   2   3   4   5   6   7   8   9   10
disc sərbəst iş

demoqrafik partlayış, digər tərəfdən demokrafik böhranla izah olunur. Bir çox siyasətçilər və alimlər onu birinci halda əhalinin artmasının qarşısını almaq, ikinci halda isə artımın sürətlənməsi üçün əsas vasitə kimi görürdülər.

Demoqrafik şəraitdən asılı olaraq demoqrafik siyasət adətən iki əsas məqsəddən birinə xidmət edir.

Demoqrafik partlayış mərhələsində olan İOÖ-də demoqrafik siyasətin əsas məqsədi əhalinin təbii artımının və doğum sayının əmsalının aşağı salınmasıdır. Doğum sayı kontraseptivlərin populyarlaşması və yayılması, sanitar maarif, ailə planlaşdırması ilə bağlı məsləhətləşmə, az uşaqlı ailələrin üstünlüyü barədə təbliğat, eləcə də bir sıra iqtisadi və inzibati tədbiriərlə azuşaqlığın stimullaşdırması nəticəsində azalır. Demoqrafik siyasətin həyata keçirilməsinin ən parlaq misali Asiyanın İOÖ-dir. Orada belə siyasət əhalinin böyük hissəsini əhatə edir. Bu, ilk növbədə, dünyada əhalisinin sayı ən çox olan ölkələrə - Çin, Hindistan, eləcə də Indoneziya, Pakistan, Banqladeş, Malayziya, Tailand, Filippinə aiddir. Latın Amerikası ölkələrində və Şimali Afrikanın bəzi ölkələrində də kifayət qədər aktiv demoqrafik siyasət heyata keçirilir. İOÖ dünyanın digər hissəsində, xüsusilə də müsəlman ölkələrində demoqrafik siyasət az inkişaf edib.



Demoqrafik böhran zolağına daxil olan iqtisadi cəhətdən İEÖ-in çoxunda təbii artımın və doğum sayının əmsalının qaldırılması məqsədi daşıyan demoqrafik siyasət həyata keçirilir. Ilk növbədə, bu, Avropa ölkələrinə aiddir. 1980-ci illərin sonuna qədər Şərqi Avropanın sosialist ölkələrinin xüsusi aktiv demoqrafik siyasət yeritdiklərini iddia etmək səhv olmaz. Qərbi Avoropa ölkələrində demoqrafik siyasət tədbirləri sistemi müxtəlif növ ödəmələr və digər güzəştlərin ölçüləri ilə fərqlənsə də, ümumilikdə oxşardır. Demoqraflar hesab edirlər ki, təbii artımın və doğum sayının həvəsləndirilməsi siyasətini Fransa və Isveç daha aktiv həyata keçirirlər. ABŞ-da dövlət demoqrafik siyasəti onun adi şərhində faktiki olaraq mövcüd deyil. Vətəndaşlara bu sahədə tam seçim hüququ verilib. Ailəyə bir qayda olaraq müxtəlif vergi güzəştləri şəklində dolayısı ilə kömək edirlər.
Yüklə 48,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin